Tevhid ve cihad
354 subscribers
43 photos
10 videos
2 files
6 links
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📚 Peyğəmbərimiz ﷺ ilə bir yaşda (63 yaş) vəfat edən böyük səhabələr

Əbu Bəkr Əs-Siddiq - 63 yaş
Ömər ibn Xəttab - 63 yaş
Əli ibn Əbu Talib - 63 yaş
Aişə bintu Əbu Bəkr - 63 yaş

◆ Osman ibn Affan isə 82 yaşında vəfat etmişdir.
Allah hamısından razı olsun.

•┈••●◆❁✿❁◆●••┈•
The owner of this channel has been inactive for the last 5 months. If they remain inactive for the next 30 days, they may lose their account and admin rights in this channel. The contents of the channel will remain accessible for all users.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💥İstiğfar

İbn Teymiyyə rahiməhullah buyurur:

Uca Allah xəbər vermişdir ki, O istiğfar diləyənə əzab verməz.‌‏Çünki istiğfar əzaba düçar edəcək günahların silinməsinə səbəbdir.Əzab istiğfarla insandan uzaqlaşdırılar.

Məcmu Fətava, 8/163
Hərbir Müsəlmanın diqqət etməsi gərəkən haqlar barədə faydalı zikr 📌
Əssalamu aleykum istixfarın faydalarından danışır çox faydalı dərsdir hər kəsə dinləməyi tövsüyyə edirəm .
🌥Hədisdəki duaya nail olmaq...

Allah elçisi (sallallahu aleyhi və səlləm) demişdir:

"Danışaraq savab qazanan və ya susaraq salamat qalan quluna Allah rəhmət etsin!"

📚(Əş-şihəb "Müsnəd" 581)
🍁 İstiğfar

✍️ İmam ibn Kəsir (رحمه الله) demişdir:

🔸 «Kim istiğfar (Allahdan bağışlanma diləmək) sifəti ilə sifətlənərsə, Allah onun ruzisini asanlaşdırar, onun işini yoluna qoyar, onun vəziyyətini və qüvvətini qoruyar»

📔〖Təfsir ibn Kəsir: 4/329〗
Şeytanın insana vurduğu ilk qandal insanın dilini zikirdən saxlamaqdır. Ona görə ki, insanın dili bağlandığı zaman digər əzaları da təslim olar.

 استحوذ عليهم الشيطان فأنساهم ذكر الله.

Şeytan onları üstələmiş və Allahı zikr etməyi onlara unutdurmuşdur.

(Mucadilə, 19)

【الشيخ عبد العزيز الطريفي】
Əl-Qurtubi (rahiməhullah) nəql edir ki, bir gün bir kişi Həsən əl-Bəsriyə quraqlıq olması, uzun müddətdir yağışın yağmamasından şikayət etdi. Həsən əl-Bəsri ona dedi: “Allahdan çoxlu bağışlama dilə”. Başqa birisi isə gəlib ondan çox kasıb olmasından şikayət etdi və əlacını soruşdu. Həsən əl-Bəsri ona da “Allahdan çoxlu bağışlanma dilə” deyərək cavab verdi. Müsəlmanlardan biri yenə Həsən əl-Bəsrinin yanına gələrək ona dedi ki, çoxdandadır övladım olmur. Allaha dua et ki, məni övladla ruziləndirsin. Həsən əl-Basri isə cavabında ona da “Allahdan çoxlu bağışlanma dilə” deyə nəsihət etdi. Başqa bir kişi isə gəlib İmama bostanının quraqlığından, az meyvə verməsindən şikayət etdi. İmam Həsən əl-Bəsri eyni ilə həmin adama da Allahdan çoxlu bağışlama diləmisini tövsiyyə etdi.
Bunu görən tələbəsi ər-Rabi ibn Suheyb Ey İmam, insanlar sənə müxtəlif şeylərdən şikayət etdilər ancaq sən onların hamısına bir şeyi - istiğfar etməyi - nəsihət etdin. Bu necə olan şeydir?” Həsən əl-Bəsri (rahimahullah) dedi: Mən bunların heç birini özümdən demədim.
Uca Allah Nuh surəsində olan bu ayəsini oxumadınmı?
“Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
O, sizin üzərinizə bol-bol yağış göndərər,
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
(Nuh 10-11-12).

📚əl-Qurtubi, təfsir 18/303.

İstiğfar:

أَسْتَغْفِرُ اللَّهَ الْعَظِيمَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ وَأَتُوبُ إِلَيْهِ

Əstəğfiru-llahəl-aziməl-ləzi lə ilahə illə huvəl-həyyul-qayyumu və ətubu ileyhi.

Özündən başqa məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!
🍃Zikrin faydalarından...

İbn əl-Qeyyim (rahiməhullah) demişdir:

"Həqiqətən, zikr edən zikr qalasındadır, nə zaman zikrdən qafil qalarsa, qalanın qapısı açılar və düşmən (şeytan) oradan daxil olar, sonra isə onu oradan çıxarmaq çətinləşər."

[əl-Fəvaid, 1/191]
Böyük alim İbn Covzi (Allah ona rəhm etsin) belə demişdir:

Axirətin mehri yüngüldür:

İxlaslı (səmimi) qəlb,

Zikr edən dil.

📚Bəhrul Dumu, 94.
Əgər xəlvətini islah etsən, Allah da sənin zahirini islah edər.

#fayda
Peyğəmbər (sallallahu aleyhi və səlləm) belə demişdir:

"Lə haulə və lə quvvətə illə Billəh" sözünü (zikrini) çoxaldın. Həqiqətəndə o, cənnət xəzinələrindən bir xəzinədir.

[Sahihul-Cami]
💥 Günahların aqibətləri

✍️ İbn əl-Cəuzi (رحمه الله) demişdir:

🔸 «Günahların ən ağır aqibətləri:

▫️ İmanın və Allah ilə gizlində danışmağın ləzzətinin ortadan qalxması
▫️ Qur'anın unudulması
▫️ İstiğfara qarşı etinasız yanaşmaq

Ən yüngül aqibəti isə:

▫️İnsanın bu dünyada bədəninə baş verənlərdir (xəstəliklər, müsibətlər)»

📔〖Zəmmul-Həvə: s.210〗
Həsən Bəsri (Allah ona rəhm etsin) belə demişdir:

"Allahın quldan üz çevirməsinin əlamətindən biri, qulu ona aid olmayan işlə məşğul etməsidir. "

📚Ğizəul Əlbəb, 1/71.
📚 İbn Cəuzidən (رحمه الله) soruşuldu:

🔸 «Hansı daha əfzəldir: Təsbih ("subhənAllah" demək) edim yoxsa istiğfar (Allahdan bağışlanma istəmək)?
Dedi: "Çirkli paltarın sabuna ehtiyacı daha çoxdur (red: istiğfar et)"»

📔〖Siyər Əaləm ən-Nubələ: 21/370〗