tensor notes
799 subscribers
118 photos
12 videos
9 files
177 links
"TensorFlow Azərbaycan" ölkə üzrə Google şirkətinin rəsmi lokal istifadəçi qrupudur. Qrupun məqsədi TensorFlow-a həvəs göstərən developerləri, Data Scientistləri və Machine Learning mütəxəssislərini bir araya toplamaqdır.
Download Telegram
Hörmətli qrup üzvləri,

AzSpeech layihəsində sizin dəstəyinizə ehtiyacımız var! Azərbaycan dilində Süni İntellekt tədqiqatını inkişaf etdirmək üçün bşlatdığımız AzSpeech, Azərbaycan dilində nitq məlumatları toplusu olaraq dil tanıma, səsdən mətnə çevirmə və digər Süni İntellekt modellərinin inkişafında dəyərli bir resursa çevrilməyi hədəfləyir.

Sizdən gözləntimiz odur ki, https://azspeech.alasdevcenter.com saytına daxil olaraq, ekrandakı mətni oxuyub səsləndirin. Səsləriniz, yalnız nitq tanıma keyfiyyətinin yoxlanılması üçün test mərhələsində istifadə olunacaq və anonim qalacaq.

Səsinizi yazarkən səs-küysüz mühitdə, ekranda göstərilən mətni təbii bir sürətlə və anlaşılır şəkildə oxumağa çalışın.

Sadəcə bir neçə mətn səsləndirməklə, dilimizin Süni İntellektdə gələcəyini formalaşdırmaqda siz də rol alın.
Hərkəsə salam ,

Bir məlumati nəzərinizə çatdırmaq istəyirəm.Google Developer Ecosystem proqramlarından biri olan Google Developer Expert(GDE)-lərin sayı dünyada 1000-dən çoxdur.Təəssüflər olsun ki, bizimlə qonşu olan ölkələrin hər birində ən azı bir GDE olmağına baxmayaraq ,Azərbaycanda hələki GDE adını qazanmış bir mütəxəssis yoxdur.GDE-lər, Google texnologiyalarında olan dərin biliklərinə və ekosistəmə verdikəri töhvə ilə bu adı qazana bilirlər.

Bu tədbirimizdə biz də bir GDE ilə bir araya gəlməyi və ölkəmizdə heç GDE-nin olmaması səbəbilə iştirakçılarda həvəs yaratmağı özümüzə məqsəd qoyduq.🚀 və GDE olmaq istəyənlər üçün kömək olmağını ümid etdiyimiz bu tədbirdə Flutter sahəsində GDE olaraq seçilmiş @kadriye.macit ilə birlikdə olacağıq.

Kadriye Macit Türkiyədə seçilmiş GDE üzvlərindən sadəcə biridir. O eyni zamanda Senior developer olaraq fəaliyyət göstərir💻. Kadriyenin GDE səyahəti və GDE olmağın üstünlüklərini bizimlə paylaşacağı bu tədbirimizdə sizləri də aramızda hörmək bixi çox sevindirəcək😃.

🎙️ Speaker: Kadriye Macit
👩‍💻 Title: Senior Flutter Developer | GDE for Flutter and Dart
🗓️ Date: January 31
🕘 Time: 21:00
Event link: https://www.youtube.com/watch?v=eOPZD-ux7Z0
Dəyərli TFUG üzvləri , sizə də maraqlı olacaq bir tədbiri paylaşmaq istəyirəm. Tibb sahəsində süni intellektin(Aİ) inkişafına nəzər yetiririk.


✈️ Süni İntellektin tibb sahəsində keçmişini, hal-hazırdakı vəziyyəti, gələcəkdəki potensial inkişafından bəhs edəcəyimiz bu tədbirimizdə hər birinizi görməkdən məmnun olarıq.
Eyni zamanda tədbir müddətində , DeepMind Health, Project Baseline, VizAI kimi dünyada tətbiq olunan modellər ilə tanış olmaq imkanınız olacaq.
Bu sahədə yaradılmış startup-lar və onların nəaliyyəti və nəhayət son olaraq Google-un bu sahədəki planlarından məlumatınız olacaq.

✍️ Mövzu: AI in Healthcare : Past , Present & Future
📅 Tarix: 10 fevral 2024-cü il
🕒 Saat: 11:00
✏️ Qeydiyyat: https://forms.gle/DgBY8JtQk4oP74ns7
📍 Məkan: AGA Business Center (LTC Lab , 2-ci mərtəbə) -- Xocali prospekti 55
We're happy to announce the launch of the “game-changer” AzSpeech dataset, curated with over 1000 hours of diverse voice recordings, spanning more than 400,000 individual files!

For more information, to review a sample data, to explore partnership opportunities, check out ⤵️

https://huggingface.co/datasets/alasdevcenter/azspeech
Azərbaycan məktəb məzunlarının universitetlərə qəbul göstəriciləri (1995-2023)

Natiglə bərabər hazırladığımız 21 sütun, 83k sətrdən ibarət ölkədəki bütün məktəblərin ~30 illik məlumatlarını əhatə edən bu dataseti təqdim edirik!

🔍 İçərisində nə var?

⤵️ Şagirdlərin genderinə özəl tendensiyalar və performanslar.

⤵️ Hər bir məktəbin ölkə üzrə orta göstərici ilə müqayisə üçün unikal ümumiləşdirilmiş reytinq sistemi.

⤵️ Hər il üzrə imtahanda iştirak, orta ballar, qəbul dərəcələri və s. daxil olmaqla göstəricilər.

https://www.linkedin.com/posts/nijat-zeynalov-064163142_nijatzeynalovaz-school-graduate-enrollment-activity-7182641650702123008-LW8G
hərkəsə salam , 27 Apreldə Build with AI workshop-u təşkil olunacaq. LLM və Gemini , Web development de rolu və istifadəsi.Eyni zamanda coding olacaq və real bir web app yaratma imkanınız olacaq.Vorkşop üçün 50 nəfər nəzərdə tutulub, maraqlı olanlar müraciət edə bilər. Spiker: Vrijraj Singh - Google Developer Expert for Firebase and Web Technologies
✍️Mövzu : Prompt your first AI app
🗓️Tarix : 27.04.2024
🕓Saat : 11:00
📝Qeydiyyat : https://forms.gle/a2MfwqMA8mfnPmWx9 (instagram profil bio hissəsində yerləşdirilib)
📍Məkan : French-Azerbaijani University - Nizami 183
Çoxdandır fikrimdə olan, Azərbaycan dilində LLM-lər və transformerlər haqqında kitaba nəhayət başlamışam. Əminəm ki, əsas prinsiplərdən başlayaraq, Böyük Dil Modellərinin dərinliklərinə qədər gedəcək bu kitab həm təcrübəli mütəxəssislər, həm də yeni başlayanlar üçün dəyərli bir qaynaq olacaq.

Bir hissəsini bitirdiyim bu kitabın yazılmasında məqsəd, bu sahədə özünü inkişaf etdirmək istəyənlərə dəstək olmaq və Azərbaycan dilində bilik bazasını genişləndirməkdir.

Ödənişsiz olan “azLLMbook”-un linki: azllmbook.nijatzeynalov.com
İntensiv AI Mentorluq proqramımın başladığını bildirmək istəyirəm. Bu proqram, AI bacarıqlarınızı real layihələr üzərindən təkmilləşdirməyə kömək etmək üçün xüsusi olaraq hazırlanmışdır. 2 ay davam edəcək proqramda iştirak etməklə:

👉🏻 Real dünya problemlərini həll edəcək;
👉🏻 Apache Airflow, MLflow, Streamlit, Git, AWS, Hugging Face, Qdrant, Kedro, RAY və digər mühüm alətlərlə işləməyi öyrənəcək;
👉🏻 Bütün layihələr üçün addım-addım dəstək alacaq;
👉🏻 Bacarıqlarınızı göstərən güclü portfoliyo yaradacaq;

və bir çox təcrübələr qazanacaqsınız. Mənim dəstəyimlə işləyəcəyiniz layihələrdən əlavə, sizinlə 100+ layihə ideyasını da bölüşəcəyəm. Hansı ki, mentorluq proqramında öyrəndiklərinizi tətbiq edə və portfoliyonuzu daha da gözəçarpan edə biləcəksiniz.

Hazırda gördüyüm odur ki, bir çox məzunlar və sahəyə yeni başlayanlar teorik biliklərə sahibdirlər. Ancaq, texniki biliklərini tətbiq etmək üçün real layihələr tapıb işləyə bilmirlər. Bu proqram məhz bu boşluğu doldurmaq üçün əla bir fürsətdir.

Proqram bir daha bu qiymətə olmayacaq, fürsətdən istifadə edin. :)
tensor notes pinned «İntensiv AI Mentorluq proqramımın başladığını bildirmək istəyirəm. Bu proqram, AI bacarıqlarınızı real layihələr üzərindən təkmilləşdirməyə kömək etmək üçün xüsusi olaraq hazırlanmışdır. 2 ay davam edəcək proqramda iştirak etməklə: 👉🏻 Real dünya problemlərini…»
Maraqlı və kod yazmaq imkanları olacaq Build with AI : Real time Translation Tool vokşopu baş tutacaq.

Tədbirin ilk hissəsində “Inference based AI: Real Time Video Translator Tool” barədə dərin biliklərə sahib olacaq, ML mühəndisləri Nihat Abdullayev və Ləman Əliyeva ilə birlikdə videoların dilimizə tərcüməsini və səsli səsləndirilməsini həyata keçirən Süni İntellekt Applikasiyası üzərində işləyəcəksiniz. Əsas əhatə olunacaq GenAI alətləri:

Video to Speech
Speech to Text (STT)
Text Translation
Text to Speech (TTS)

Hər bir iştirakçıya API key təqdim olunacaq.

🎁 Build with AI swag kit - stiker, badge, T-shirt, qələm və dəftərə əlavə olaraq kətan çanta
🚀 Official "Build with AI" Developer badge/certificate by Google Developers
Kofe-breyk və networking fasilələri
🧑🏻‍💻 kod sesiyaları və yeni biliklər


🗓️Tarix: 15.05.2024
🕓Saat: 11:00
📝Qeydiyyat: https://forms.gle/tuyg4K9nKXBgWc8t8
📍Məkan: French-Azerbaijani University (UFAZ) - Nizami 183
20 iyul tarixində UFAZ-da Google I/O Extended 2024 Baku tədbiri baş tutacaq.

Google I/O Extended 2024 Baku tədbirində iştirakçılar yerli və xarici spikerlərdən Süni İntellektin ən son imkanlarından, UX-in dünyanı necə dəyişdiyindən, Back End, Front End, Mobile proqramlaşdırmada olan son yeniliklərdən xəbərdar olacaqlar. Tədbir müddətində siz Google şirkətinin son texnoloji trendləri barədə məlumat ala biləcəksiniz. Google Developer Expert-lərinin də bir-birindən maraqlı çıxışları sizə yeni təcrübələr qazandıracaq.

Eyni zamanda hər bir iştirakçıya Google Developers-dən virtual Google I/O Extended badge/sertifikatı (rozet) təqdim ediləcək. Bu tədbirdə həm yeni biliklər əldə edəcək, həm də portfolionuza yeni bir Google Developer sertifikatı əlavə edəcəksiniz.

https://gdg.community.dev/events/details/google-gdg-baku-presents-google-io-extended-2024-baku/

Qeydiyyat üçün google (gmail) hesabınızla login edib, RSVP edərək ödənişsiz bilətinizi əldə edə bilərsiniz.
Ever wondered how Transformer-based models like GPT work?

Transformer Explainer is an interactive tool that runs a live GPT-2 model, allowing you to input your own text and see how the model predicts the next tokens in real time.

Try it yourself: https://poloclub.github.io/transformer-explainer/
Channel name was changed to «tensor notes»