Tender-Satınalma-Təchizat (TST)
721 subscribers
200 photos
13 videos
22 files
217 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
📝 Veb səhifəmizin #bloq bölməsində (tst.com.az/blog) anbarın idarə olunması mövzusunda bu sahədə mütəxəssis olan Turqay Abdullayev tərəfindən hazırlanmış aşağıdakı 2 məqalə paylaşılıb:
Təchizat zəncirinin idarə olunmasında anbarın rolu
Anbar xərcləri

✏️ Əgər siz də #satınalma (#procurement), o cümlədən dövlət satınalması (#publicprocurement), #logistika (#logistics), #inventar'ın #planlaşdırma'sı (#stock #planning) , #anbarlama (#warehousing) kimi təchizat zəncirinin idarə olunması (#supplychainmanagement) mövzularında öz bilik və təcrübələrinizi paylaşaraq Azərbaycan dilində bu sahədə internet resurslarını zənginləşdirib öz töhvənizi vermək istəyirsinizsə bizimlə əlaqə saxlayın!

#tstaze
Forwarded from Logistika | B2B | Ticarət (Arif Salahov)
🚞 Azərbaycanda yük və sərnişin daşımaları 3% artıb.

2021-ci ildə Azərbaycanın nəqliyyat sektorunda 2020-ci il ilə müqayisədə:

* yük daşınması 2,8 %,
* sərnişin daşınması isə 3,1 % çox olub.


🚛Ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,9 milyon ton yük daşıyıb.

📋Yüklərin 2,8 %-i dəniz, 7,8 %-i dəmir yolu, 0,3 %-i hava, 58 %-i avtomobil nəqliyyatı, 31,1 %-i isə boru kəməri ilə daşınıb.

Bundan başqa, il ərzində nəqliyyatçılar 1 214,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 92,2 %-i avtomobil nəqliyyatı, 7,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

📌 Qeyd: yüklərin 58% avtomobil nəqliyyatı ilə idxal olunmasına, çox güman Poti limanından maşın üzərində gələn konteynerlərdə daxildir. 2.8 % isə ancaq Xəzər dənizi götürülübdür.

#idxal #import #logistics #statistics