Tender-Satınalma-Təchizat (TST)
848 subscribers
213 photos
13 videos
22 files
229 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanının və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun izahlı təqdimatı.

Qeyd edək ki, təqdimatın daha geniş variantı (26 dəqiqə) qeyd oluna əlavə sənədlər ilə birlikdə #Udemy portalında dərc etdiyimiz "Dövlət satınalmalarının təşkili" kursuna əlavə edilmişdir.

P.S. İnzibati Xətalar Məcəlləsində müddət tələblərinin pozulmasına görə 445-1.4.2-ci maddəyə “yerləşdirilməsinə” sözündən sonra “, habelə həmin Qanunun 7.4-cü maddəsində, 28.4-cü maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsinin üçüncü cümləsində, 30.2, 32.1, 37.3, 37.7, 40.1-ci maddələrində, 40.2-1-ci maddəsinin ikinci cümləsində, 40.4, 40-1.2, 43.1, 56.3 və 59-cu maddələrində satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə” sözləri əlavə edilib. Təqdimatda ümumi müddətlər qeyd edilib, maddələrə istinad olmayıb (ilkin layihədə belə idi). Məğz dəyişməyib sadəcə qeyri-dəqiqlik olmaması üçün daha da konkret yazılıb.

#dövlətsatınalmaları #satınalma #procurement

https://www.youtube.com/watch?v=ZlGpWnRKc6k
Tədbirdə qeydiyyat üçün son 3 gün və son 5 yer! Tədbir barədə ətraflı məlumatı https://www.tst.com.az/dovlet-satinalmalarinda-istirak veb səhifəmizdən əldə edə bilərsiniz! #satınalma #procurement #publicprocurement #dövlətsatınalmaları #təchizatzənciri #tstaze
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə 30 iyun 2022-ci il tarixində Landmark Rotunda zalında saat 9:00-da “Dövlət satınalmaları sahəsində sahibkarların maarifləndirilməsi” mövzusunda #seminar təşkil ediləcəkdir.
Spikerlər: Əhməd Həsənov, Zəminə Əliyeva və Kənan Qorçuyev

Seminarın müzakirə mövzuları aşağıdakılardır:
1. #DövlətSatınalmaları qanunvericiliyi və mərhələləri
2. Satınalmalarda iştirakın planlaşdırılması
3. İxtisas uyğunluğu göstəriciləri
4. Satınalma sənədləri
5. Təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi
6. Satınalmanın nəticələri
7. Müqavilənin icrası
8. Satınalma ilə bağlı şikayətlər
9. Elektron satınalmalarda iştirakın əyani təqdimatı
Seminarın sonunda iştirakçılar #sertifikat ilə təltif olunacaqlar.
Elektron satınalma vasitəsilə keçirilən müsabiqələrdə tender təklifinin təminatı elektronlaşdı! Bundan sonra bu təminatlar skan olunmuş PDF formatında yox Mərkəzi Bankın qarantiyalar reyestrindən elektron ADOC formatında birbaşa təchizatçılar tərəfindən satınalan təşkilata təqdim ediləcək.

Daha ətraflı press relizdə: https://competition.gov.az/az/post/572/dovlet-satinalmalarinda-istirak-eden-sahibkarlar-terefinden-teqdim-edilen-bank-teminatlari-elektronlasdirilib

#dövlətSatınalmaları #satınalma #publicprocurement #tstaze
Tender-Satınalma-Təchizat (TST)
📌 Dövlət satınalmaları sahəsində çalışan peşəkarlar üçün möhtəşəm tədbir! 🗓 Yalnız 1 gün, 20 may tarixində, Holiday Inn Baku-da! 📜 Ən son dəyişikliklər edilmiş qüvvədə olan "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və əlaqədar…
⌛️ 20 mayda Holiday Inn Baku hotelində keçirəcəyimiz "Dövlət satınalmalarının idarə olunması" tədbirimizdə endirimli iştirak üçün son 3 gün!

⚠️ İştirak üçün yerlərimiz bitmək üzrədir, qeydiyyatdan keçməyə tələsin!

ℹ️ Ətraflı məlumat və qeydiyyat üçün veb səhifəmizə daxil olun!

#dövlətsatınalmaları #satınalma #tstaze
Dövlət satınalmaları haqqında YENİ Qanun layihəsi Milli Məclisin plenar iclasında ilk oxunuşdan keçdi!

📜 Qanun layihəsinin tam mətninə keçid
#dövlətsatınalmaları #satınalma #Azərbaycan #Qanun #tstaze
Media is too big
VIEW IN TELEGRAM
Yeni şirkət açmış sahibkar tender elanlarını oxuyub özünə uyğun hesab etdiklərinin şərtlər toplusunu aldıqdan sonra tələbləri görəndə :)

#tender #dövlətsatınalmaları #publicprocurement #tstaze
🏖️☀️Yay fasiləsinə qədər son 2 tədbir!

1️⃣ Dövlət satınalmaları: mütəxəssislər üçün (IV sessiya) - 7 mayda başlayır
2️⃣ Dövlət satınalmaları: peşəkarlar üçün (II sessiya) - 11 və 18 mayda keçiriləcək

Yeni dövlət satınalmaları qanunvericiliyini birinci mənbədən öyrənin!

#dövlətsatınalmaları #satınalma #Azərbaycan
⚠️Növbəti həftə başlayacaq hər iki tədbir üçün güzəştli şərtlərlə qeydiyyat üçün bu gün son gündür🏷️

1️⃣ Dövlət satınalmaları: mütəxəssislər üçün (IV sessiya)
2️⃣ Dövlət satınalmaları: peşəkarlar üçün (II sessiya)

Yeni dövlət satınalmaları qanunvericiliyini birinci mənbədən öyrənin!

#dövlətsatınalmaları #satınalma #Azərbaycan