Tender-Satınalma-Təchizat (TST)
787 subscribers
210 photos
13 videos
22 files
223 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
Ravil Alili "Dövlət satınalmalarının təşkili" kursunu uğurla bitirməyiniz münasibətilə sizi təbrik edir, "Satınalmaya giriş" kursunda sizə uğurlar arzu edirik!

#udemy #certificate #satınalma #tstaze
Satınalma mütəxəssisinə verilən dəyər vs öhdəliklər/tələblər

#evergreen #suezcanal #meme #satınalma #tstaze
Səhifədə satınalma sahəsinə, xüsusilə satınalmaçılara dəyər verilməli olduğu haqda bu günə qədər bir çox paylaşımlarımız olub və inanırıq ki, bunlar bir çox rəhbərin bu sahəyə marağının artmasına azca da olsa təsiri olub, həmçinin satınalmaçılarda da bu prosesə müsbət təkan vermək üçün stimul olub. Bununla belə bu da bir reallıqdır ki, ölkəmizdə istər aşağı, istər yuxarı vəzifədə olmasından asılı olmayaraq hətta uzun illər bu sahədə çalışmış şəxslər belə indiki vəzifələrində təəsüf ki, onlara verilən dəyərə hələ də layiq deyil, hələ az dəyər verildiyini düşünür.

Hansısa sahədə uzun müddət çalışmaq, hətta rəhbər vəzifədə olmaq hələ o sahənin mütəxəssisi olmaq mənasına gəlmir. Xüsusi bugünkü dünyada məlumatlar o qədər sürətlə köhnəlir ki, özünüzü inkişaf etdirmədiyiniz, özünüzə, təhsilinizə investisiya qoymadığınız halda çox sürətlə deqradasiyaya uğrayırsınız. Hətta bunun ən pis tərəfi bəzən illərlə səhv məlumat və praktikanı təkrarlaya-təkrarlaya ("indiyə kimi belə işləmişik problem olmayıb") səhvlərin normallaşdırılmasıdır.

Bütün bu neqativ təsirlərdən uzaq olmaq üçün mütləq ildə 1 dəfə də olsa bildiyiniz (bildiyinizi düşündüyünüz) kitabları təkrar oxumaq, ödənişli ödənişsiz kurslara qatılmaq, davamlı mütaliə etmək lazımdır. Çünki hətta orijinal mənbədən oxuduğunuz məlumatları belə praktikada tətbiq edə-edə ilkin formadan sapmalar olur (sınıq telefon, "Chinese whisper"). "Mən hər şeyi bilirəm, bundan artıq nə öyrənəcəm" dediyiniz nöqtədə əslində çöküşün başlanğıcı hesab edilir. O nöqtəyə gəlməmək üçün daimi bildiklərimizi sorğulamalı, yeniliklərə açıq olmalı, hətta təcrübəsiz olduğunu düşündüyün şəxslərin belə fikirlərinə önəm vermək lazımdır.
#LinkedIn sosial şəbəkəsinin hal-hazırda 200 ölkədə 740 milyon nəfər istifadəçisi olduğu deyilir. Azərbaycanda isə bu say təxminən 350 min civarındadır. "Bəs bu istifadəçilərdən nə qədəri satınalma sferasında çalışır?" və "Azərbaycanda ümumiyyətlə hal-hazırda nə qədər adam satınalma sahəsində fəaliyyət göstərir?" kimi sualların cavabını yeni bloq məqaləmizdə tapa biləcəksiniz

https://www.tst.com.az/post/azerbaycanda-techizat-zenciri-emek-bazari
📣 #LinkedIn səhifəmizdə yeni rubrika! Yerli əmək bazarında satınalma-təchizat sahəsində çalışanlara dair iş yenilikləri (yeni işə başlama və vəzifə yüksəlişləri) barədə LinkedIn statusları əsasında periyodik olaraq məlumat paylaşacağıq.

♻️ Yaxın dövrdə aşağıdakı şəxslər yeni işə başlamış və ya yeni vəzifəyə yüksəlmişlər:
🆕 Turan Ismail ➡️ Diesel Auto Service Group'da "Procurement Officer" vəzifəsində işə başlayıb (05.04.2021)
🆕 Huseyn Haqverdiyev ➡️ Akkord Industry Construction Investment Corporation OJSC'də "Deputy Procurement Manager" vəzifəsində işə başlayıb (05.04.2021)
🆕 Anar Asgarov ➡️ Matanat A Company'də "Senior Procurement Specialist" vəzifəsində işə başlayıb (05.04.2021)
🆕 Rufet Nurelizade ➡️ Azercosmos'da "Leading Procurement Specialist" vəzifəsində işə başlayıb (03.04.2021)
🆙 Emin Sadigov ⬆️ bp'də "Infrastructure Procurement Senior Manager" vəzifəsinə yüksəlmişdir (03.01.2021)

🎉Hər birini təbrik edir və yeni işlərində uğurlar arzu edirik!

Sizin də bu kimi işə dair yeniliklərinizin səhifədə paylaşılmasında maraqlısınızsa Elshan Hasanov, MBA, CIPS, MOS ilə əlaqə yaradın (connect).

#linkedin #procurement #supplychain #jobupdates #satınalma #Azərbaycan #tstaze
"Bu dəfə nə bəhanə deyim"
Satınalmaçı problemləri vol 999

#meme #hesprobablythinkingabout #procurement #satınalma #tstaze
Satınalan təşkilatları bir çox hallarda ehtiyacı olan məhsulu minimal qiymətə almaq maraqlandırır və əksər hallarda o qiymətin bazar qiymətindən də aşağı olması daha böyük nailiyyət hesab olunur. Bunun üçün isə necə deyərlər "altda qalanın canı çıxsın", "qoy mən tox olum, özgələr ilə nədi karim" prinsipləri ortaya çıxır. Nəzərə alsaq ki, dünyanın resursları sonsuz deyil bir təşkilat o resursdan nə qədər çox pay alsa başqalarına bir o qədər az pay qalır (bax: merkantalizm). Bəs bu nə mənaya gəlir? Ətraflı yeni məqaləmizdə.
https://www.tst.com.az/post/techizat-zencirine-gore-mesuliyyet
Veb səhifəmizdə (tst.com.az/vakansiya) təchizat zəncirinin idarə olunması sahəsində 01-20 aprel tarixində dərc edilmiş aktiv vakansiyalar (x21)

☑️ Procurement Senior Specialist - Azerconnect LLC
☑️ Xarici satınalmalar üzrə menecer - AZ-GRANATA MMC
☑️ Sr. Procurement (Sourcing) Specialist - SOCAR Downstream Management
☑️ Təchizat üzrə mütəxəssis - Azerbaijan Fish Farm MMC
☑️ Procurement Coordinator - Oil and Gas Company
☑️ Procurement specialist - British In Vitro Diagnostics Association (BIVDA)
☑️ Xarici satınalma üzrə mütəxəssis - Grand Motors LLC
☑️ Junior Procurement specialist - Bravo Supermarket Azerbaijan ☑️ Procurement manager - Sofcon Group
☑️ Satınalma üzrə mütəxəssis - Debet Safety MMC
☑️ Təchizat Mütəxəssisi - Amburan Beach Club
☑️ Procurement Specialist - Franklin Offshore Caspian LTD
☑️ Специалист по Снабжению - Gazelli Group
☑️ Satınalmalar üzrə mütəxəssis - eManat
☑️ Logistika üzrə kiçik mütəxəssis -Bravo Supermarket Azerbaijan
☑️ Təchizat şöbəsinin mütəxəssisi - Kapital Bank OJSC
☑️ Satınalma şöbəsi üzrə kiçik mütəxəssis - Avesarma
☑️ Sr. PSCM Specialist
☑️ Sales/Tendering Specialist
☑️ Contract Specialist
☑️ Logistika üzrə kiçik mütəxəssis - ADY Ekspress MMC

#işvar #tstaze #jobopportunities #supplychainjobs
📚 TƏCHİZAT ZƏNCİRİNİN İDARƏ EDİLMƏSİ TERMİNLƏRİ LÜĞƏTİ kitabını təqdim edirik!

ℹ️ Bu lüğətdə iki minə yaxın təchizat zəncirinin idarə edilməsi, o cümlədən satınalmaların təşkili, müqavilələrin idarə olunması, logistika, eləcə də maliyyə terminlərinin ingiliscə-azərbaycanca və azərbaycanca-ingiliscə tərcüməsi var. Tərcümələrə əlavə olaraq ingiliscə-azərbaycanca tərcümə
bölməsində təqdim edilən terminologiya ilə yaxın və əlaqədar sözlər də əlavə edilib.
🗄 Lüğətdəki terminlər əsasən aşağıdakı 5 mənbə üzrə formalaşıb:
1️⃣ İxtisaslaşmış Satınalma və Təchizat İnstitutu (Chartered
Institute of Procurement and Supply – CIPS);
2️⃣ Beynəlxalq Müqavilə və Kommersiya İdarə Etməsi Asosiasiyası
(International Association for Contract & Commercial
Management – IACCM);
3️⃣ Dünya Bankı (World Bank) və Asiya İnkişaf Bank (Asian
Development Bank) təlimatları;
4️⃣ Məsləhətçi Mühəndislərin Beynəlxalq Federasiyası (Fédération
Internationale des Ingénieurs-conseils – FIDIC);
5️⃣ Birləşmiş Millətlər Təşkilatının Satınalma Təcrübəçisinin Əl
kitabı (UN Procurement Practitioner's Handbook).
Lüğətə həmçinin ingiliscə terminlərin qısaltmaları və təchizat
zənciri sahəsində fəaliyyət göstərən təşkilatlar və onların təqdim
etdiyi sertifikatlar da daxil edilib

❗️ Kitab çox məhdud saydadır.

📨 Lüğəti əldə etmək və digər suallarınız ilə bağlı bizimlə əlaqə saxlayın!
Azərbaycanda ən çox hansı sektor üzrə xüsusi təcrübə tələb olunur? Satınalmada sektor təcrübəsi olmasının ən əsas üstünlüyü nələrdir? Bu tələblərin qoyulmasının əsas səbəbləri nələrdir? Bu və digər sualların cavabını yeni bloq məqaləmizdə tapa bilərsiniz
https://www.tst.com.az/post/satinalmada-sektor-tecrubesi-vacibdirmi
Azərbaycan təbiətinin müdafiə və mühafizəsində müstəsna xidmətlər göstərən Ecofront təşkilatının fəaliyyətinin davamlılığını təmin etmək üçün Təchizat zəncirinin idarə edilməsi terminləri lüğətinin bu günə qədər satışlarından əldə edilən qazancın 50%-i təşkilatın bank hesabına köçürülmüşdür.
Bugünkü qalmaqallı elanlar barədə şərhimiz

Başlayaq müddət məsələsi ilə. Mövcud "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanunun ən böyük boşluqlarından biri, xüsusilə bu vəziyyətə rəvac verən məqam təkliflər sorğusu (o cümlədən kotirovka sorğusu) metodu ilə keçirilən satınalmalar üçün məbləğindən asılı olmadan hər hansı minimal müddət tələbinin nəzərdə tutulmamasıdır (bax: Maddə 48). Yəni qısacası nəticə ədalətsiz olsa da qanunsuz DEYİL!

Növbəti məqam satınalma iştirakçılarının vergi borcu olmaması məsələsidir. Şərhdə də qeyd edildiyi kimi Qanunun 6.2.5-ci maddəsi bunu tələb edir. Bu məqamı aydınlaşdırmaq imkanı və öhdəliyi tamamilə satınalan təşkilatın öhdəliyindədir. Belə ki, nəzarət orqanının bu prosesə müdaxilə edə bilməsi üçün mütləq şəkildə keçirilən HƏR BİR SATINALMA üçün təklifləri tam əldə edib təhlil etməlidir bu da hazırki vəziyyətdə sadəcə mümkün deyil. İndiki məqamda bunu yalnız Hesablama Palatası yoxlama zamanı aşkar edə bilir ancaq.

Sonuncu məqam nizamnamə kapitalı məbləği ilə bağlıdır. Bu məsələ ilə əlaqədar bir daha əvvəl “10 manatlıq şirkətlər milyonluq tenderlərin qalibi oldu” başlıqlı araşdırma məqaləmiz olmuşdu orda təhlil etmişdik (link şərhdə)

Bəs bunlar belə qalacaq, belə halların qabağı necə alınacaq, nəsə etmək mümkün deyil? Əlbəttə ki mümkündür və müəyyən addımlar atılıb artıq.

Birinci qeyd olunan problemin də həllini nəzərdə tutan mövcud Qanuna dəyişiklik layihəsi əldə etdiyimiz məlumatlara görə artıq təsdiq olunmaq üzrədir (1-2 həftəyə bəlkə təsdiqləndi hətta).

Qanunun tələbinə uyğun olmayan şirkətlərin iştirak edib qalib olmasının qarşısını almağın yolu isə avtomatlaşdırma və dövlət qurumları arası məlumatların inteqrasiyasından keçir o məsələ ilə bağlı da proses getdiyi deyilir. Yalnız bu yolla subyektivlik faktorunun, insan xətasının qarşısını almaq mümkün olacaq.

Digər tərəfdən satınalmalara nəzarət orqanının (@antiinhisar) da satınalma proseslərinə tam nəzarət edə bilməsi (o cümlədən təkliflərə baxa bilmək imkanı) üçün portalda işlər gedir amma bu qısa müddətdə həll ediləcək məsələ deyil müəyyən zəncirvari proseslərdən sonra nəticəsi hiss olunacaq

Ən vacibi və əsası isə mövcud qanun da artıq işləkliyini və praktikliyini itirib, yamaqlarla problemi həll etmək mümkün olmur artıq bir nöqtədən sonra. Yaxşı xəbər isə odur ki, yeni qanun layihəsi də artıq hazırdır və bir çox təşkilatla razılaşdırılıb lakin qanun layihəsinin təsdiq olunması daha mürəkkəb proses olduğundan sadəcə onun həlli, yəni təsdiqlənib qüvvəyə minməsi 1 ilə kimi çəkdi.

Sadəcə bütün bu proseslər tamamlana qədər ümid edirik satınalan təşkilatlar könüllü və ya məcburi insaf formalaşa. Podratçıların da savadlılığı artsa o da bu prosesə ciddi töhvə verər. Səhifə olaraq son məqsədimiz də odur əslində.