Tender-Satınalma-Təchizat (TST)
787 subscribers
210 photos
13 videos
22 files
223 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
Təchizat zəncirinin idarə olunması (o cümlədən satınalma, müqavilələr və s.) sahəsində iştirak etdiyiniz təlimlərdən və ya kurslardan əldə etdiyiniz hansı sertifikat(lar)ın faydasını (vəzifə artışı, yeni iş təklifi, maaş artımı, gündəlik işlərin optimallaşdırılması və s.) karyeranızda necə hiss etmisiniz?
1619683966289.xlsx
47.6 KB
🗓️ Dövlət satınalmalarında təklifin və tender təklifi təminatının qüvvədə olma tarixini hesablamaq üçün təqvim v1.2
Bir neçə gün əvvəl keçirdiyimiz "Satınalma tələbi (purchase request) üzrə sifarişin verilə bilinməməsi və ya yalnış verilməsinə görə sizcə kim məsuliyyət daşıyır?" sualının cavabını bu məqalədə verməyə çalışdıq
https://www.tst.com.az/post/ugursuz-satinalmalar
"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununda, o cümlədən müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında aşağıdakı qanun layihələri Milli Məclis də 21 mayda I oxunuşa çıxarılacaq.


Dövlət satınalmaları haqqında: https://www.meclis.gov.az/news-layihe.php?id=1515&lang=az&par=0
İnzibati Xətalar Məcəlləsi
https://www.meclis.gov.az/news-layihe.php?id=1521&lang=az&par=0
Tender-Satınalma-Təchizat (TST)
Photo
📰 Veb səhifəmizin elan bölməsində dərc edilmiş 7 aktiv satınalma elanı yerləşdirilib 🔥

☑️ İT avadanlıqları və həmin avadanlıqlara dair lisenziyalar - Azərbaycan Dəmir Yolları QSC 🗓 Təklif üçün son tarix - 17/06/21
☑️ ATM-lər üçün 100 ədəd 3kVa gücündə UPS - The International Bank of Azerbaijan 🗓 11/06/21
☑️ AVRO-2020 ilə əlaqədar Bakı Olimpiya Stadionunda təmizlik işləri - Association of Football Federations of Azerbaijan 🗓 28/05/21
☑️ Kuryer xidməti - Rabitabank OJSC 🗓 25/05/21
☑️ Keytring və restoran servisi - Yelo Bank 🗓 27/05/21
☑️ Development of a monitoring system for agri-environmental indicators (AEIMS) - Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH Baku Office 🗓 01/06/21
☑️ Improvement of Agricultural Advisory Services - The Food and Agriculture Organization of the United Nations (FAO) 🗓 25/05/21 #tstaze #rfq #rfp #tender #elan
"Mərkəzi dövlət satınalması nədir? Türkiyənin Devlet Malzeme Ofisi təşkilatı nə işlə məşğuldur? Azərbaycan üçün bu praktika faydalı ola bilərmi?" suallarının cavabını yeni bloq yazımızda oxuya biləcəksiniz.

#publicprocurement #centralized #procurement #tstaze #dövlətsatınalması

https://www.tst.com.az/post/merkezi-dovlet-satinalmasi
LinkedIn platforması üzərindən İLK DƏFƏ təşkil ediləcək bu onlayn tədbirdə SATINALMA sahəsində karyera mövzusunda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:
- Satınalma sahəsində işə başlamaq üçün nə lazımdır?
- Hansı ixtisaslar üzrə təhsili olanlar daha əlverişli mövqedə olur?
- Xarici dil bilikləri zəruridirmi?
- Niyə bu sahədə nepotizm daha yayğındır?
- İşdə irəliləmək üçün peşəkar sertifikatların əhəmiyyəti varmı?
- Satınalmda təcrübənin rolu nələrdir?
- Fərqli sektorlar (tikinti, İT) arasında keçid üçün nə tələb olunur?
və s.
https://www.linkedin.com/events/6806489520897310720
🤝 Bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladıq!
👨‍💼 Növbəti 1 ay ərzində bankın satınalma departamentinin əməkdaşlarına genişləndirilmiş "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" təlim kursunu əyani formatda təqdim edəcəyik.
🙏 Təlim iştirakçılarına uğurlar!

#ABB #tstaze #satınalma #təlim
1623651278809.mp4
32 MB
Kəpəz zirvəsindən hər kəsə salamlar! Sabah 15:00'da Tender-Satınalma-Təchizat səhifəsi üzərindən yayımlanacaq "Satınalmada karyera" vebinarında görüşənədək!
🗻 #kəpəz 🧗‍♂️ #satınalma #procurement #karyera
LinkedIn səhifəmizdə izləyici sayımız 5000+ oldu! 🥳
Bütün izləyicilərimizə təşəkkür edirik!🙏
Sizcə satınalma (o cümlədən tender) prosedurları lazımsız bürokratiya yaradıb prosesləri çətinləşdirir?
public poll

Bəli – 5
👍👍👍👍👍👍👍 56%
@MahammadZeynally, @ilk_out, Shahin, Nurlan, Hikmat

Satınalan təşkilata görə dəyişir – 4
👍👍👍👍👍👍 44%
@emin_210, Sarkhan, @Zirve89, @hellshan

Xeyr
▫️ 0%

👥 9 people voted so far.
Dövlət satınalmaları haqqında qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik bu gündən qüvvəyə mindi! Daha ətraflı məlumat təqdim ediləcək...

https://president.az/articles/52223
https://president.az/articles/52225
https://president.az/articles/52222
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanının və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun izahlı təqdimatı.

Qeyd edək ki, təqdimatın daha geniş variantı (26 dəqiqə) qeyd oluna əlavə sənədlər ilə birlikdə #Udemy portalında dərc etdiyimiz "Dövlət satınalmalarının təşkili" kursuna əlavə edilmişdir.

P.S. İnzibati Xətalar Məcəlləsində müddət tələblərinin pozulmasına görə 445-1.4.2-ci maddəyə “yerləşdirilməsinə” sözündən sonra “, habelə həmin Qanunun 7.4-cü maddəsində, 28.4-cü maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsinin üçüncü cümləsində, 30.2, 32.1, 37.3, 37.7, 40.1-ci maddələrində, 40.2-1-ci maddəsinin ikinci cümləsində, 40.4, 40-1.2, 43.1, 56.3 və 59-cu maddələrində satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə” sözləri əlavə edilib. Təqdimatda ümumi müddətlər qeyd edilib, maddələrə istinad olmayıb (ilkin layihədə belə idi). Məğz dəyişməyib sadəcə qeyri-dəqiqlik olmaması üçün daha da konkret yazılıb.

#dövlətsatınalmaları #satınalma #procurement

https://www.youtube.com/watch?v=ZlGpWnRKc6k
Biz də trenddən geri qalmayaq 😎

Bu da satınalmaçı olub satınalma prosedurlarını lazımsız hesab edənlərə gəlsin 😉

Bu arada "Satınalma prosedurları niyə və nəyə lazımdır?" məqaləmizi hələ də oxumamısınızsa məqaləyə keçid aşağıdakı paylaşımda .⤵️

#padme #meme #procurement #satınalma #tstaze #müqavilə #contract