Tender-Satınalma-Təchizat (TST)
847 subscribers
213 photos
13 videos
22 files
229 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
"Bu dəfə nə bəhanə deyim"
Satınalmaçı problemləri vol 999

#meme #hesprobablythinkingabout #procurement #satınalma #tstaze
🤝 Bu gündən etibarən Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlığa başladıq!
👨‍💼 Növbəti 1 ay ərzində bankın satınalma departamentinin əməkdaşlarına genişləndirilmiş "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" təlim kursunu əyani formatda təqdim edəcəyik.
🙏 Təlim iştirakçılarına uğurlar!

#ABB #tstaze #satınalma #təlim
1623651278809.mp4
32 MB
Kəpəz zirvəsindən hər kəsə salamlar! Sabah 15:00'da Tender-Satınalma-Təchizat səhifəsi üzərindən yayımlanacaq "Satınalmada karyera" vebinarında görüşənədək!
🗻 #kəpəz 🧗‍♂️ #satınalma #procurement #karyera
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 330-VIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2021-ci il tarixli Fərmanının və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun izahlı təqdimatı.

Qeyd edək ki, təqdimatın daha geniş variantı (26 dəqiqə) qeyd oluna əlavə sənədlər ilə birlikdə #Udemy portalında dərc etdiyimiz "Dövlət satınalmalarının təşkili" kursuna əlavə edilmişdir.

P.S. İnzibati Xətalar Məcəlləsində müddət tələblərinin pozulmasına görə 445-1.4.2-ci maddəyə “yerləşdirilməsinə” sözündən sonra “, habelə həmin Qanunun 7.4-cü maddəsində, 28.4-cü maddəsinin ikinci cümləsində, 30.1-ci maddəsinin üçüncü cümləsində, 30.2, 32.1, 37.3, 37.7, 40.1-ci maddələrində, 40.2-1-ci maddəsinin ikinci cümləsində, 40.4, 40-1.2, 43.1, 56.3 və 59-cu maddələrində satınalmaların təşkili və tender prosedurları ilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayət edilməməsinə” sözləri əlavə edilib. Təqdimatda ümumi müddətlər qeyd edilib, maddələrə istinad olmayıb (ilkin layihədə belə idi). Məğz dəyişməyib sadəcə qeyri-dəqiqlik olmaması üçün daha da konkret yazılıb.

#dövlətsatınalmaları #satınalma #procurement

https://www.youtube.com/watch?v=ZlGpWnRKc6k
Biz də trenddən geri qalmayaq 😎

Bu da satınalmaçı olub satınalma prosedurlarını lazımsız hesab edənlərə gəlsin 😉

Bu arada "Satınalma prosedurları niyə və nəyə lazımdır?" məqaləmizi hələ də oxumamısınızsa məqaləyə keçid aşağıdakı paylaşımda .⤵️

#padme #meme #procurement #satınalma #tstaze #müqavilə #contract
📣 Səhifəmizin yaranmasının 5 illiyi münasibətilə “Ən yaxşı məqalə” müsabiqəsi elan edirik. Müsabiqədə iştirak etmək istəyənlər Təchizat zəncirinin idarə olunması mövzusu üzrə aşağıdakı tələblərə cavab verən məqaləni və ya məqalənin paylaşıldığı keçidi 15 sentyabr 24:00-a qədər bizimlə paylaşmalıdır.

📝 İştirak şərtləri:
☑️ Məqalə ən az 250 sözdən ibarət olmalıdır;
☑️ Məqalənin mətni Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına uyğun olmalıdır;
☑️ Məqalə onu göndərən şəxsə məxsus olmalı və plaqiarizm olmamalıdır (sonradan müəyyən edildikdə kənarlaşdırılacaq);
☑️ Məzmun orijinal, informativ və müəyyən elmi mənbələrə əsaslanmalıdır.


🎁 Qaliblərin seçilməsi:
Müsabiqənin nəticələri 16 - 30 sentyabr tarixlərində səhifəmizdə aktiv olacaq səsvermə* üzrə müəyyən edilərək 1 oktyabrda elan ediləcəkdir. Müsabiqənin qaliblərinin məqalələri onlar üçün yeni hesab açılaraq veb səhifəmizin bloq bölməsinə yerləşdiriləcək (o cümlədən başqa məqalələr paylaşmaq haqqı qazanacaq) və əlavə olaraq aşağıdakı hədiyyələr** təqdim ediləcək.
1️⃣-ci yer “Dövlət satınalmalarının təşkili” Udemy təlim kursu
2️⃣-ci yer “Satınalmaya giriş” Udemy təlim kursu
3️⃣-cü yer “Təchizat zəncirinin idarə edilməsi üzrə terminlər lüğəti”

*Səsvermə nəticəsində səslər bərabər olduqda qalib tərəfimizdən müəyyən ediləcək
** 1-ci yerin qalibi qeyd edilən hədiyyələr arasında istədiyini seçə bilər, 2-ci yerin qalibi isə yerdə qalan hədiyyələr üzrə seçim edə bilər.

#tstaze #müsabiqə #giveaway #satınalma
Tədbirdə qeydiyyat üçün son 3 gün və son 5 yer! Tədbir barədə ətraflı məlumatı https://www.tst.com.az/dovlet-satinalmalarinda-istirak veb səhifəmizdən əldə edə bilərsiniz! #satınalma #procurement #publicprocurement #dövlətsatınalmaları #təchizatzənciri #tstaze
♻️ TST KARYERA YENİLİKLƏRİ

🆕 Rahman Murtuzalizada ➡️ SAFFRON Restaurant Group'da "Buyer" vəzifəsində işə başlayıb (05.11.2021)
🆕 Rahman Habibli, CIPS ➡️ Kapital Bank OJSC'də "Procurement specialist" vəzifəsində işə başlayıb (03.11.2021)
🆕 Elmir Akhundov ➡️ AA Services FZCO'da "Procurement specialist" vəzifəsində işə başlayıb (30.10.2021)
🆕 Gunay Valiyeva ➡️ Aztexnika LTD'də "Procurement and Planning Manager" vəzifəsində işə başlayıb (28.10.2021)
🆕 Teymur Bakhshiyev, CIPS ➡️ Azerlotereya'da "Procurement and Supply Chain Manager" vəzifəsində işə başlayıb (28.10.2021)
🆕 Elgun Madatli ➡️ Azercell Telecom LLC'də "Procurement specialist" vəzifəsində işə başlayıb (15.10.2021)
🆙 Nurlan Yagubov   Elektron Hökumətin İnkişafı Mərkəzi / e-Gov Development Center'də "Procurement and supply chain specialist" vəzifəsindən "Leading procurement and supply chain specialist" vəzifəsinə yüksəlmişdir (15.10.2021)
🆙 Taleh T. Nabiyev  AIH'də "Senior Procurement Specialist" vəzifəsindən "Chief Specialist of Procurement Control and Monitoring Department" vəzifəsinə yüksəlmişdir (15.10.2021)
🆙 Samira Mammadova  Azerbaijan Food Safety Institute'da "Procurement Specialist" vəzifəsindən "Senior procurement specialist" vəzifəsinə yüksəlmişdir (15.10.2021)

🎉Hər birini təbrik edir və yeni işlərində uğurlar arzu edirik!

#linkedin #procurement #supplychain #jobupdates #satınalma #Azərbaycan #tstaze
🎁 #Udemy'də daha əvvəl paylaşdığımız "Satınalmaya giriş" təlimini tam ödənişsiz etdik!
https://www.udemy.com/course/satinalmaya-giris

📣 Çox tezliklə əyani formada keçirilən əsas təlimimiz olan "Satınalmaların təşkili və müqavilələrin idarə olunması" kursununun qısaldılmış 11 saatlıq praktiki variantı da Udemy-də paylaşılacaq!

#satınalma #procurement #təchizatzənciri #supplychain
📝 Veb səhifəmizin #bloq bölməsində (tst.com.az/blog) anbarın idarə olunması mövzusunda bu sahədə mütəxəssis olan Turqay Abdullayev tərəfindən hazırlanmış aşağıdakı 2 məqalə paylaşılıb:
Təchizat zəncirinin idarə olunmasında anbarın rolu
Anbar xərcləri

✏️ Əgər siz də #satınalma (#procurement), o cümlədən dövlət satınalması (#publicprocurement), #logistika (#logistics), #inventar'ın #planlaşdırma'sı (#stock #planning) , #anbarlama (#warehousing) kimi təchizat zəncirinin idarə olunması (#supplychainmanagement) mövzularında öz bilik və təcrübələrinizi paylaşaraq Azərbaycan dilində bu sahədə internet resurslarını zənginləşdirib öz töhvənizi vermək istəyirsinizsə bizimlə əlaqə saxlayın!

#tstaze
Bu şəkildəki problemi ancaq evə və şirkətə "bazarlıq" edənlər (bax: satınalma mütəxəssisi) başa düşə bilər 🥲

#meme #satınalma #procurement #tst_aze
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📝 Satınalan təşkilatlarda formal keçirilmiş müsabiqənin yekun protokolunu imzalayan tender komissiyasının üzvləri :)

#tender #komissiya #satınalma #protokol #tstaze
Elektron satınalma vasitəsilə keçirilən müsabiqələrdə tender təklifinin təminatı elektronlaşdı! Bundan sonra bu təminatlar skan olunmuş PDF formatında yox Mərkəzi Bankın qarantiyalar reyestrindən elektron ADOC formatında birbaşa təchizatçılar tərəfindən satınalan təşkilata təqdim ediləcək.

Daha ətraflı press relizdə: https://competition.gov.az/az/post/572/dovlet-satinalmalarinda-istirak-eden-sahibkarlar-terefinden-teqdim-edilen-bank-teminatlari-elektronlasdirilib

#dövlətSatınalmaları #satınalma #publicprocurement #tstaze
📚 Yanvar ayından etibarən Təchizat zəncirinin idarə olunmasının əsasları və terminlər lüğətiHər kəs üçün satınalma kitablarımızı əlavə olaraq LIBRAFF mağazalar şəbəkəsindən də əldə edə bilərsiniz!

#tstaze #tender #satınalma #təchizat
📜 "Azərlotereya" ASC-nin satınalma komandası üçün təşkil edilmiş 30 saatlıq Dövlət satınalmalarının təşkili (geniş) #korporativ #təlim kursu üzrə keçirilmiş imtahanın nəticələrinə görə iştirakçılara müvafiq sertifikatlar təqdim edildi.

🎉 Hər birini təbrik edir, təlimdən qazandıqları bilik və bacarıqları ən effektiv formada tətbiq edib uğurlu nəticə əldə etmələrini arzulayırıq!

ℹ️ Bu barədə daha ətraflı bloq bölməmizdəki məqalədə tanış ola bilərsiniz.

#dövlətsatınalması #satınalma #təchizat #tstaze #procurement
🆕 Farig Farzaliyev ➡️ PMD Group LLC'də "Head of procurement" vəzifəsində işə başlayıb (yanvar 2023) 🕔
🆕 Aynur Mаmmаdova ➡️ P&M LLC'də "Procurement specialist" vəzifəsində işə başlayıb (oktyabr 2022) 🕔
🆕 Gunel Bayramzadeh ➡️ FAO'da "Procurement support specialist" vəzifəsində işə başlayıb (may 2022) 🕔
🆕 Fidan Mamedova ➡️ Umid Babek Operating Company'da "Senior Procurement specialist" vəzifəsində işə başlayıb (avqust 2022) 🕔
🆕Bekir Osmanov ➡️ Hotels Group'da "Group purchasing manager" vəzifəsində işə başlayıb (dekabr 2022) 🕔
🆕Sabir Hajiyev ➡️ Azersun Holding'də "Senior procurement specialist" vəzifəsində işə başlayıb (iyun 2022) 🕔

Linkedin paylaşımlarına keçid
♻️ TST KARYERA YENİLİKLƏRİ (I)
♻️ TST KARYERA YENİLİKLƏRİ (II)

🎉Hər birini təbrik edir və yeni işlərində uğurlar arzu edirik!