Tender-Satınalma-Təchizat (TST)
788 subscribers
210 photos
13 videos
22 files
223 links
💼 🔄 #Təchizat zəncirinin idarə olunmasına, #satınalma'ların təşkilinə və #müqavilə'lərə dair məlumatlar, vakansiyalar, məsləhət və təlim xidmətləri

📌 www.tst.com.az
👥 https://t.me/TST_qrup
Download Telegram
💰 Gündəlik həyatımızda ən çox loyallıq proqramlarını marketlər təklif edir və bir çox halda çox cəlbedici olur, çünki itirdiyin bir şey yoxdur, üstəlik məcburiyyət də yoxdur və müəyyən müddətdən sonra kiçik də olsa bonuslar gəlir. Ancaq satınalan təşkilatların satınalmasında bu bir o qədər də asan və təhlükəsiz deyil. Daha ətraflı bloqdakı YENİ məqaləmizdə.↩️
https://www.tst.com.az/post/satinalmada-loyalliq
💼 Veb səhifəmizin vakansiya bölməsində son 3 həftə ərzində dərc edilmiş 20 aktiv iş elanı yerləşdirilib 🔥

☑️ Logistika üzrə mütəxəssis - Star Express
☑️ Procurement Specialist - Azerlotereya ASC
☑️ Təcrübəçi - Aztelekom
☑️ Texniki satınalma mütəxəssisi - Aztelekom
☑️ Procurement Specialist - SOCAR Polymer
☑️ Satınalma şöbəsinin mütəxəssisi - PASHA Life
☑️ Senior Procurement Specialist - Blue Planet Distribution LLC
☑️ Təchizat və satınalma mütəxəssisi - Yelo Bank
☑️ Buyer - Providence Doytch Group (PDL)
☑️ Satınalmalar üzrə kiçik mütəxəssis - Grand-Agro LLC
☑️ Tender mütəxəssisi - Akkord Industry Construction Investment Corporation OJSC
☑️ Satınalma üzrə mütəxəssis - Agrarco MMC

↪️ Qeyd edilən və U Brands LLC, Rapid Services Azerbaijan LLC, Industrial Business MMC, Başak MMC kimi digər şirkətlərin elanlarının məzmunu və müraciət vasitələri ilə bağlı veb səhifəmizin vakansiya bölməsində tanış ola bilərsiniz

#işvar #jobopportunities #tstaze #işaxtaran #vakansiya
🌐 tam siyahı saytda ⤵️
www.tst.com.az/vakansiya
🎉#Youtube-da izləyizi sayımız 100-ü keçdi! Artıq Youtube kanalımızın adımıza uyğun yeni ünvanı var!

Qeyd edək ki, hal-hazırda aşağıdakı sosial hesablarımızda ümumilikdə 9 minə yaxın izləyicimiz var!

✔️ #LinkedIn (5281) - https://www.linkedin.com/company/tender-satinalma-techizat/
✔️ #Facebook (2602) - https://www.facebook.com/tender.satinalma.techizat
✔️ #Instagram (550) - https://www.instagram.com/tender_satinalma_techizat/
✔️ #Telegram (129)

✔️ #Youtube (114) - https://www.youtube.com/TenderSatinalmaTechizat

Bizi digər sosial şəbəkələrdə izləməyi unutmayın, izləyən hər kəsə təşəkkürümüzü bildiririk!
5️⃣ il bundan əvvəl bu gün #Facebook səhifəmizdə "Tender nədir" başlıqlı ilk paylaşımımızı (https://www.facebook.com/tender.satinalma.techizat/posts/1395810447100521) etmişik, dolayısı ilə bu gün 5 yaşımızı qeyd edirik! 🎉

🗣 Hansı gündən, hansı hesabdan bizi izləməyinizdən asılı olmayaraq səhifə bağlı fikirlərinizi (təklif və iradlarınızı) şərhlərdə paylaşaraq bizə dəstək ola bilərsiniz!

🎁 Yaxın günlərdə bu münasibətlə hədiyyə (#giveaway) kampaniyamız olacaq, izləmədə qalın!
DB_Satinalmalar_deyishikler.pdf
3.2 MB
📃 Dövlət satınalmaları haqqında qanunvericiliyə bir neçə ay əvvəl edilmiş edilmiş dəyişikliklər və islahatlar ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə birlikdə hazırlanmış təqdimatlar. ⬇️
📣 Səhifəmizin yaranmasının 5 illiyi münasibətilə “Ən yaxşı məqalə” müsabiqəsi elan edirik. Müsabiqədə iştirak etmək istəyənlər Təchizat zəncirinin idarə olunması mövzusu üzrə aşağıdakı tələblərə cavab verən məqaləni və ya məqalənin paylaşıldığı keçidi 15 sentyabr 24:00-a qədər bizimlə paylaşmalıdır.

📝 İştirak şərtləri:
☑️ Məqalə ən az 250 sözdən ibarət olmalıdır;
☑️ Məqalənin mətni Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına uyğun olmalıdır;
☑️ Məqalə onu göndərən şəxsə məxsus olmalı və plaqiarizm olmamalıdır (sonradan müəyyən edildikdə kənarlaşdırılacaq);
☑️ Məzmun orijinal, informativ və müəyyən elmi mənbələrə əsaslanmalıdır.


🎁 Qaliblərin seçilməsi:
Müsabiqənin nəticələri 16 - 30 sentyabr tarixlərində səhifəmizdə aktiv olacaq səsvermə* üzrə müəyyən edilərək 1 oktyabrda elan ediləcəkdir. Müsabiqənin qaliblərinin məqalələri onlar üçün yeni hesab açılaraq veb səhifəmizin bloq bölməsinə yerləşdiriləcək (o cümlədən başqa məqalələr paylaşmaq haqqı qazanacaq) və əlavə olaraq aşağıdakı hədiyyələr** təqdim ediləcək.
1️⃣-ci yer “Dövlət satınalmalarının təşkili” Udemy təlim kursu
2️⃣-ci yer “Satınalmaya giriş” Udemy təlim kursu
3️⃣-cü yer “Təchizat zəncirinin idarə edilməsi üzrə terminlər lüğəti”

*Səsvermə nəticəsində səslər bərabər olduqda qalib tərəfimizdən müəyyən ediləcək
** 1-ci yerin qalibi qeyd edilən hədiyyələr arasında istədiyini seçə bilər, 2-ci yerin qalibi isə yerdə qalan hədiyyələr üzrə seçim edə bilər.

#tstaze #müsabiqə #giveaway #satınalma
Ən yaxşı məqalə müsabiqəsi
Maykl Porterin (Michael Porter) ölüm səbəbi :)

#meme #valuechains #procurement #supportactivity #tstaze #satınalmaçılarıngözüyaşlı

P.S. Meme-i başa düşmədinizsə şərhi oxuyun. Adı qeyd edilən alim sağdır bu arada :)
P.P.S Şəkildəki xanımdır, təmsili.
📰 Veb səhifəmizin elan (https://www.tst.com.az/elan) bölməsində dərc edilmiş 6 aktiv satınalma elanı yerləşdirilib 🔥

☑️ Arrangement of AgriTourism Training for project beneficiaries - FAO 🗓 Təklif üçün son tarix - 20/09/21
☑️ Zavod ərazisində mexaniki təmir işləri - NORM OJSC 🗓 21/09/21
☑️ Purchase of IT equipment - Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH BAKU 🗓 24/09/21
☑️ Purchase of beekeeping equipment ECOserve - Deutsche Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH BAKU 🗓 24/09/21
☑️ Procurement of Beekeeping equipment under various projects - FAO 🗓 24/09/21
☑️ Office rent - UNDP 🗓 01/10/21

#tstaze #rfq #rfp #tender #elan
💼 Veb səhifəmizin vakansiya (https://www.tst.com.az/vakansiya) bölməsində son 3 həftə ərzində dərc edilmiş elan rekordu yeniləndi, #44 aktiv iş elanı yerləşdirilib 🔥

☑️ Satınalma üzrə mütəxəssis - Collezione Italia
☑️ Təchizat üzrə analitik - Veyseloglu Group of Companies
☑️ Təchizat üzrə mütəxəssis - Fire Safety Caspian Azerbaijan
☑️ Təcrübəçi-operator (satınalma) - Basak MMC
☑️ Daxili təchizat üzrə mütəxəssis - AZ-GRANATA MMC
☑️ Procurement Coordinator - Wood
☑️ Logistika üzrə koordinator - ATEF Group of Companies
☑️ Təchizat üzrə Koordinator (Nəqliyyatın Təchizatı) - STAR MINING LTD
☑️ Tender üzrə mütəxəssis - Basak MMC
☑️ Satınalma üzrə mütəxəssis - Kristal Absheron
☑️ Leading Strategic Procurement Manager – Chemical Procurement - Elberg MMC (Matanat A Company)
☑️ Tender və satış üzrə mütəxəssis - AzCargo Logistics and Manacement services
☑️ Procurement specialst - Chemical Procurement - Elberg MMC (Matanat A Company)
☑️ Procurement assistant - Bravo Supermarket Azerbaijan
☑️ Tender Təchizatı üzrə mütəxəssis (Tibbi Ləvazimat) - Zeytun Pharmaceuticals MMC
☑️ Procurement specialist - Technical Procurement - Elberg MMC (Matanat A Company)
☑️ Satınalmalar üzrə mütəxəssis - Princeps Legem LLC
☑️ Satınalma üzrə aparıcı mütəxəssis - Veyseloglu Group of Companies
☑️ Procurement specialist (Oil & Gas) - MEP-TECH
☑️ Leading Procurement Specialist - Matanat A Company
☑️ Procurement specialist (Feme) - British –German IVD (British In Vitro Diagnostics Association (BIVDA)
☑️ Senior Procurement Specialist - Matanat A Company
☑️ Procurement Manager - Princeps Legem LLC
☑️ Təchizat üzrə mütəxəssis - Amal Group MMC
☑️ Logistika üzrə mütəxəssis - Milla (Azerbaijan Food & Packaging Company)
☑️ Hesabatlıq və protokol şöbəsinə mütəxəssis - ABB
☑️ Buyer (Alış üzrə mütəxəssis) - Novco Group of Companies
☑️ Satınalma üzrə mütəxəssis - Basak MMC
☑️ External Procurement Specialist - Matanat A Company A
☑️ Daxili təchizat üzrə mütəxəssis - Baku Electronics LTD
☑️ Procurement manager - Azerlotereya
☑️ Alış üzrə mütəxəssis - Saatstore.az

↪️ Qeyd edilən, o cümlədən Halal-P, Universal Təchizat ASC, Industrial Business MMC, STP-Alüminium MMC, Fostanpak, Məlumat Hesablama Mərkəzi kimi digər elanların məzmunu və müraciət vasitələri ilə bağlı veb səhifəmizin vakansiya bölməsində tanış ola bilərsiniz

#işvar #jobopportunities #tstaze #işaxtaran #vakansiya
Yaxşı satınalmaçı həm də yaxşı satıcı ola bilərmi? Arqumentlərimi bloqda (https://www.tst.com.az/post/yaxsi-satinalmaci-yaxsi-satici-ola-bilermi) paylaşdım, sizin də fikirlərinizi bilmək maraqlı olardı
public poll

Bəli, mümkündür 👍 – 14
👍👍👍👍👍👍👍 88%
@Kenan_Huseyn, Samira, @emin_210, @Faridamirli, @Amrah07, Adnan, Aykhan, C., Emin, Asif, Shamistan, @RL2907, ElviN, ilkin

Xeyr, mümkün deyil 👎 – 2
👍 13%
Sadig, @hellshan

Digər variant, şərhdə qeyd etdim 👇
▫️ 0%

👥 16 people voted so far.
Həftəsonu üçün həmkarımız İndira Bayramovadan maraqlı məqalə!

"Coğrafi determinizmə görə insanların bütün növ fəaliyyətləri və özəllikləri birbaşa iqlimlə əlaqədardır..."

Coğrafi determinizmin qonşuluğumuzda olan iki dövlətə, Rusiya və Türkiyəyə satınalmalarda təsirini daha ətraflı məqalədə oxuya biləcəksiniz!

https://www.tst.com.az/post/satinalmalarda-cografi-determinizm
Asiya İnkişaf Bank tərəfindən İqlim Dəyişikliyi və Fəlakət Risklərinin İdarə Olunması və Satınalma ("Climate Change and Disaster Risk Management and Procurement") mövzusunda 7 oktyabr tarixində Bakı vaxtı ilə 10:00-15:00 arası virtual seminar keçiriləcəkdir. Maraqlananlar iştirak edə bilər. Qeyd edək ki, Asiya İnkişaf Bankı Dünya Bankı ilə birlikdə satınalma sahəsində ən nüfuzlu və bu sahədə beynəlxalq standartları müəyyən edən təşkilatlardır.

Tədbirin keçidi:https://www.adb.org/news/events/virtual-business-opportunities-seminar-climate-change-disaster-risk-management-procurement
Dünya Bankı demişkən bir məlumatı da paylaşaq. Bir neçə ay əvvəl səhifəmizdə Dünya Bankının "Doing Business" hesabatı barədə ətraflı məlumat vermiş və növbəti illərdə qiymətləndiriləcək meyarlara dövlət satınalmalarının ("Contracting with the government") da daxil ediləcəyini qeyd etmişdik. Bir neçə gün bundan əvvəl Dünya Bankı əvvəlki illərdə hesabatlarda baş vermiş uyğunsuzluqlar və bunun ilə bağlı daxili audit araşdırmalarının nəticələrinə görə bu hesabatı dayandırmaq qərarını açıqladı.
Yaxşı satıcı eyni zamanda yaxşı satınalma mütəxəssisinin gördüyü işləri görə bilərmi?
anonymous poll

Bəli ❤️ – 5
👍👍👍👍👍👍👍 63%

Xeyr 😠 – 3
👍👍👍👍 38%

Digər variant, şərhdə 👇
▫️ 0%

👥 8 people voted so far.
Tender-Satınalma-Təchizat (TST) via @vote
Yaxşı satıcı eyni zamanda yaxşı satınalma mütəxəssisinin gördüyü işləri görə bilərmi? anonymous poll Bəli ❤️ – 5 👍👍👍👍👍👍👍 63% Xeyr 😠 – 3 👍👍👍👍 38% Digər variant, şərhdə 👇 ▫️ 0% 👥 8 people voted so far.
Keçən həftə keçirdiyimiz sorğuda müəyyən anlaşmazlıq olduğunu nəzərə bu dəfəki sorğuda sualı daha konkretləşdirdik və əslində keçən həftə də nəzərdə tutduğumuz məsələni indi satıcı və satınalma mütəxəssisinin yerini dəyişərək təkrar veririk.

Bu dəfə də ənənəyə sadiq qalaraq həmkarımız İndira xanım həm əvvəlki məqaləyə öz əks arqumentlərini qeyd edərək suala uyğun öz fikirlərini aşağıdakı keçiddə qeyd olunan "Bəs yaxşı satıcı yaxşı satınalmaçı ola bilərmi?" məqaləsi ilə birlikdə paylaşırıq. Məqalə ilə tanış olduqdan sonra fikirlərinizi həm səsvermə formasında, həm də şərhlərdə bilmək maraqlı olardı🧐
https://www.tst.com.az/post/bes-yaxsi-satici-yaxsi-satinalmaci-ola-bilermi

P.S. Onu da əlavə edək ki, "yaxşı" anlayışı hər kəsə görə dəyişir, adətən özünə qarşı tələbkar olan, çox öyrəndikcə bilmədiyi çox şey olduğunu başa düşən adamların özünü 5 üzərindən 2 ilə qiymətləndirdiyi hallarda, digər kateqoriyadakı "hərşeyşünas", özündən razı adamlar bənzər hallarda özünü 5 üzərindən hətta 6 ilə də qiymətləndirə bilir (bax: Danninq-Krüger effekti).
📰 XƏBƏR: Kaliforniya limanlarında sıxlığa görə rekord səviyyədə gecikmənin olması təchizat zənciri ilə bağlı narahatlıqları artırıb!

🛳 Hal-hazırda su yolları vasitəsilə ABŞ-ın karqo daşımalarının 40 faizinin aparıldığı iki ən böyük Los Angelec (Amerikanın Limanı da adlanır) və Lonq Biç limanlarında 65 karqo gəmisi limana daxil olmaq üçün növbədə gözləməkdədir. Qeyd edək ki, pandemiyadan əvvəl bu say 1-dən artıq olmurdu.

Gecikmənin ABŞ iqtisadiyyatının yenidən açılması ilə əlaqədar olaraq kəskin artan tələbat (yeni sifarişlərin edilərək anbarların doldurulması) və müvafiq olaraq karqo limanlarından təyinat yerlərinə çatdıran yük avtomobillərinin (sürücülərin) və qatarların çatışmazlığı ilə bağlı olduğu qeyd edilir. Bu sıxlıq uşaq oyuncaqlarının, ağac məmulatlarının, yeni paltarların və ev heyvanı qidalarının qıtlığına səbəb olmaqla yanaşı istehlak qiymətlərini artırır.

Bu vəziyyətin Milad Bayramına qədər çəkəcəyi gözlənilir. Şənbə günü rekord sayda 73 gəmi növbədə olub.
Tender-Satınalma-Təchizat (TST)
📰 XƏBƏR: Kaliforniya limanlarında sıxlığa görə rekord səviyyədə gecikmənin olması təchizat zənciri ilə bağlı narahatlıqları artırıb! 🛳 Hal-hazırda su yolları vasitəsilə ABŞ-ın karqo daşımalarının 40 faizinin aparıldığı iki ən böyük Los Angelec (Amerikanın…
Qeyd edək ki, tonnajına görə ABŞ-da beynəlxalq ticarət daşımalarının 70 faizi su yolları vasitəsilə təşkil edilir.

Məlumat üçün bildirək ki, Amerikanın Limanı adlandırılan təkcə Los Anceles limanı ABŞ-a daxil olan karqoların 20 faizini qəbul edir. 2021-ci ilin ilk 8 ayı üçün bu rəqəm 30%-i keçib. 30 kvadrat kilometr ərazisi olan limanın konteyner həcmi 2019-cu ildə 9.3 milyon 20 fut uzunluğunda konteyner qədər olub. Limanda 25 karqo terimalı var və illik 276 milyard dollar dəyərində karqo daşımalarını bu liman vasitəsilə təşkil edilir.
🕵️‍♀️ SORĞU: Satınalmada sektor üzrə iş təcrübəsinin və həmin sahə üzrə yüksək səviyyədə texniki biliklərin olması vacibdirmi?
anonymous poll

❤️ Olması vacib deyil ancaq olsa yaxşı olar (üstünlükdür) – 6
👍👍👍👍👍👍👍 67%

🥰 Xeyr, vacib deyil, əsas satınalmaçının bacarıqlarıdır – 2
👍👍 22%

😡 Bəli, mütləqdir – 1
👍 11%

👍 Minimal səviyyədə olması lazımdır
▫️ 0%

👥 9 people voted so far.