Təcrübə proqramları
9.05K subscribers
15 photos
2 videos
279 links
Təcrübə proqramı, iş elanaları, vakansiyalar
Download Telegram
Azinterservice şirkəti Satış üzrə ödənişli (maaşlı) təcrübə Proqramı elan edir.

Tələblər:
Bəy namizədlər 18-35 yaş arası
Sürücülük vəsiqəsi BC kateqoriyası olunmalı
Əmək haqqı 500 manat
İş qrafiki 5 gün
İş saatı 09:00-18:00

Təcrübə proqramı bitdikdə rəsmi qaydada iş ilə təmin olunma imkanı əldə edə bilirsiniz.

Maraqlanan şəxslər "Satış üzrə TƏCRÜBƏ PROQRAMI" qeyd edib Cv-nizi a.kamilova@azinterservice.az elekton poçt ünvanına göndərmələri və ya 0704880488 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

Ünvan Babək Plaza
Təcrübəçi developer tələb olunur

İşəgötürən: “VR production”

Python/Django, Bootstrap, Javascript bilən developeri təcrübəyə götürülür. 1 həftə ödənişsiz sınaq müddətidir. Sınaq müddətini uğurla keçən namizəd ödənişli 3 aylıq təcrübə proqramına qəbul edilir və aylıq 200 azn ödəniş alır. Təkmilləşməyindən asılı olaraq 3 ay sonra junior developer olaraq işə alına bilər.

Sınaq müddətində iş rejimi:
1-5 gün ərzində 12:00-18:00-dək
Təcrübə müddətində iş rejimi:
1-5 gün ərzində 11:00-18:00-dək (ofisdən)
Şənbə: 12:00-16:00 (remote)

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV və hazırladıqları kiçik proyekt varsa onları mövzu hissəsində “Təcrübəçi developer” qeyd etməklə info@vrproduction.az elektron ünvanına göndərə bilərlər.
Əlavə suallar üçün 050-242-06-89 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz
Forwarded from Mühasib vakansiyaları
"CASA BAKU" MMC gənc mühasib təcrübəçilər axtarışındadır!

Təcrübə müddətinin 2 ay davam etməsi nəzərdə tutulur. Aylıq olaraq namizədə şirkət tərəfindən ödəniş ediləcək.

Karyera yüksəlişi üçün yolunu "CASA"-dan salmaq istəyən gənclər öz CV məlumatlarını jale.ganizadeh@casa.az ünvanına "Mühasib" yazaraq göndərə bilərlər.
Milli Kibertəhlükəsizlik Şirkətində Yay təcrübə müddəti

İşəgötürən: Cybernetics Academy

VƏZİFƏLƏR:

1. Ofis meneceri
2. SMM
3. Kopirayter
4. Mentor (Kibertəhlükəsizlik üzrə) - Üstünlük köhnə məzunlarımıza verilir. Buna təkcə Cybernetics Academy məzunları deyil, həmçinin universitetlərdə tədris verdiyimiz gənclər də şamil edilir.

Maraqlı və inkişafa meyilli bir komandada irəliləmək və karyera başlanğıcı etmək istəyən gəncləri gözləyirik!

Keyfiyyətlər:
Pozitiv və gülərüz
Öyrənməyə və öyrətməyə meyilli
Komanda ilə işləməyi bacaran
Yenilikləri təqib edən və tətbiq etməyə can atan
Səlis danışıq qabiliyyəti olan
Azərbaycan dilini təmiz danışmağı bacaran (rusdilli ifadələri az işlədən)
Özünə, iradəsinə və gücünə inanan

Yay aylarında təcrübə müddətini bizim komandayla məhsuldar keçirmək istəyənlər qeyd edilən info@cybernetics.az mail ünvanına vəzifənin adını qeyd edib CV və ya portfoliolarını əlavə edə bilərlər

📨 info@cybernetics.az
Korporativ satış və tender üzrə Təcrübə Proqramı

İşəgötürən: Performance Center Co

Gələcək karyerasını tender üzrə mütəxəssis və Korporativ satış sahəsində qurmaq, bilik və bacarıqlarını bu yöndə inkişaf etdirmək istəyən məzunların nəzərinə

“Performance Center” şirkəti Korporativ satış və tender üzrə 3 aylıq təcrübə proqramı elan edir.

Müsahibə yolu ilə Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 5 il olmaqla Korporativ satış və texniki xidmət şöbəsində işlə təmin ediləcəklər.

Tələblər:
Ali təhsil;
Dil bilikləri: Azərbaycan və ingilis dillərində danışıq, digər xarici dil bilikləri arzuolunandır;
Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
MC Office proqramlarını bilməli (Excel yüksək səviyyədə);
Yaş: 21-26;
Yüksək ünsiyyət qurma bacarığı.
İş şəraiti:
İş qrafiki: həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
Əmək haqqı: 500 manat
İş təcrübəsi tələb olunmur.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Korporativ satış və tender üzrə təcrübə proqramı” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur
“AT-GEOTECH“ QSC təcrübə proqramına start verir!

Təcrübə proqramına kimlər müraciət edə bilər?

Məzunlar və magistratura pilləsi üzrə təhsil alanlar;
Gələcək karyerasını layihə şirkətində qurmaq istəyən, yüksək analitik düşünmə qabiliyyətinə malik, öyrənməyə və özünü fasiləsiz olaraq inkişaf etdirməyə həvəsi olan gənclər.
Proqrama qoşulmaq üçün aşağıdakı tələblərə uyğun namizədlərə üstünlük veriləcəkdir.

Ali təhsil;
MS Office proqramları ilə işləmək bacarığı;
Ünsiyyətcil və özünü təqdim etmə bacarığına malik olma.
Təcrübə Proqramının müddəti:

Proqram həftədə 3 dəfə (2,4,6-cı günlər) saat 16:00-17:30 aralığında olmaqla 1 ay tədris olunur;

Ərazi: Xırdalan şəhəri,Şixəli Qurbanov 17A

Qeyd edək ki, Təcrübə proqramının sonunda yaxşı nəticələr göstərən gənclərə mövcud vakansiyalar üzrə iş təklifi veriləcək.

Qeydiyyat üçün əlaqə nömrəsi: 0 55 202 05 99
Maliyyə üzrə təcrübəçi tələb olunur

İşəgötürən: Mazarina Trade Company

Tələblər:

Ali təhsil (Texniki və ya iqtisadi ixtisaslara üstünlük verilir )
İş təcrübəsi tələb olunmur
Yaş 21-27
MS Office bilikləri
Riyazi analiz bacarığı
Gərgin iş tempində işləmək bacarığı, əzmkarlıq, problem həll etmə qabiliyyəti
Vəzifə öhdəliklər:
Maliyyə direktorunun tapşırıqlarını yerinə yetirmək
Məlumatların sistemə daxil edilməsi və s.

İş şəraiti:
Maaş : 350 AZN (ilk 3 ay)
Təcrübə müddətini uğurla başa vuran şəxslər işlə təmin olunacaq
6 ay sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı
İş vaxtı: 09:00–dan 18:00 dək;
İstirahət günləri: Şənbə və Bazar;

Müraciət etmək istəyən namizədlər CV-lərini vacancy@mazarina.az e- mail ünvanına mövzu hissəsinə “Maliyyə üzrə təcrübəçi”qeyd edərək göndərə bilərsiniz.

Ünvan: Ələsgər Qayıbov 12/22 (Azera Holdinqin həyəti )
Frontend Developer vəzifəsi üçün təcrübə proqramı elan edilir.

İşəgötürən: Jeykhun Imanov Studio

Bu, yeni başlayanlar üçün peşəkar və mehriban komandada işləyərək dəyərli təcrübə əldə etmək üçün əla fürsətdir. Biz fronted işlənməsi sahəsində öz bacarıqlarını inkişaf etdirməyə və təkmilləşdirməyə hazır istedadlı və motivasiya dolu namizədlər axtarılır.

Maraqlananlardan CV-lərini joinus@jis.az elektron ünvanına göndərmələrini xahiş edirik. Son tarix 10.07.24
Konsaltinq komandası üçün marketinq araşdırmaları sahəsi üzrə gənc və dinamik hashtag Təcrübəçi tələb olunur

İşəgötürən: SAT Group

Tələblər:
- Ali təhsil (marketinq sahəsi üstünlükdür)
- Analitik təhlil bacarığı
- Microsoft office bilikləri (Excel, Power Point, Word)

Təcrübə müddəti 3 aydır və ödənişlidir. Proqramı uğurla bitirən yoldaşlar işlə təmin oluna bilər.

Uyğun namizədlər CV formasını "Marketinq araşdırması" başlığı ilə hr@satgroup.az ünvanına göndərə bilər.
Proqram təminatına dəstək üzrə Təcrübə Proqramı

İşəgötürən: TayqaTech LLC

"Proqram təminatına dəstək" vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc təcrübəçilər axtarırıq. Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş təklifi ediləcək.

Dəstək göstəriləcək platforma - TayqaSale hazırda ölkədə bir sıra aparıcı satış və distribusiya şirkətləri tərəfindən istifadə edilməkdədir. Təcrübə müddəti ərzində real iş praktikası, problemlər və testlər üzərindən lazımı bilik və bacarıqlara sahib olacaqsınız. Həmçinin dəstəklə əlaqəli olaraq proqramlaşdırma, layihə, məhsul, test və dəstək komandaları ilə sıx işləyəcəksiniz.

Maraqlananlar CV formalarını info@tayqatech.com e-poçt adresinə
"Support Intern" başlığı ilə göndərə bilərlər.

Görüləcək işlər:
Müştərilərin sorğularının qəbul olumması, yerinə yetirilməsi və tamamlanması
Davam etməkdə olan layihələrdə dəstək və texniki işlərdə köməklik
Canlı və test mühitlərində texniki problemlərin araşdırılması, diaqnozu və aradan qaldırılması
Texniki loqlar əsasında problemlərin həlli, ehtiyac əasında komanda yoldaşları ilə araşdırılması və yönləndirilməsi
Müştərilərə vaxtında və dolğun şəkildə məlumatın bildirilməsi
Müştəriyə təhvil veriləcək funksionallıqların təqimatı və demo göstərişi etmək

Tələb olunur:
Texniki sahə üzrə bakalavr dərəcəsi və ya hazırda bu sahə üzrə son təhsil ilində olmaq
İngilis dili biliyi, texniki araşdırma aparmaq üçün kifayət edəcək səviyyədə
İnformasiya və biznes idareetmə sistemləri haqda tanışlıq
Araşdırma, analitik və həllə yönəli düşünmə bacarığı
SQL biliyi (junior) və araşdırma üçün sadə sorğuların yazılması
Çevik həll təklif etmək və sürətli düşünmə bacarığı
Həm şirkət səviyyəsində həm də fərdi şəkildə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət
Komandada işləməyi bacarmaq, həvəsli və enerjili olmaq


Üstünlük veriləcək:
ERP, CRM və biznes idarəetmə sistemləri ilə təcrübəsi olanlara
Bənzər sahədə təcrübəsi olanlara
Orta səviyyədə Rus dili biliyi
4SİM verilənlərin emalı üçün tələbələri 2 aylıq təcrübə proqramına dəvət edir.

Böyük karyeraya doğru ilk addımları bizimlə atın.

Tapşırıqlar əsasən distant icra olunacaq. Təcrübənin qrafiki namizədin vaxt seçiminə uyğun olaraq yarım gün müəyyən ediləcək. Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək.

Maraqlanan namizədlər CV-ni "Data Processing İntern" (Məlumatların Emalı üzrə Təcrübəçi) başlığı ilə pr@4sim.gov.az ünvanına göndərə bilər.

Müraciət üçün son tarix 12 iyul 2024-cü il.
Universiteti yeni bitirən gənclərin nəzərinə!

Socar Downstream-in "İdarəetmə aparatı" komandasında 3 aylıq təcrübə keçmək, profesional mühitdə gələcək karyeranıza fayda qatmaq istəyirsizsə iyul ayının 20-dək qeyd elədiyim elektron ünvana CV-lərinizi göndərə bilərsiz.

CV-lərinizi iyul ayının 20-dək recruitment@socardownstream.az elektron ünvanına "Management office intern" mövzusu ilə göndərə bilərsiz.

Əsas tələblər:
- Məzun olmalı
- Azərbaycan dilində yazı və danışıq səlis olmalı (rus və ingilis dili üstünlükdür)
- Analitik düşüncə, araşdırma bacarığı
- Komandada işləmək

Seçim ilkin müsahibə nəticəsində ediləcək.
Hərkəsə uğurlar!
(Mərcan) Azerbaijan Poultry Company LLC- nin Logistika şöbəsində təcrübəçi vakansiyası aktivdir

Tələblər:

Ali təhsil
MS ofis proqramları :xüsusi ilə Excel ( əla səviyyə)

Əmək şəraitinin şərtləri
İş qrafiki : 09:00-18:00;
İstirahət günü: Həftədə 2 dəfə ( Şənbə, Bazar günü )

CV-nizi hr@apc.az e-mail adresinin mövzu hissəsində " Logistika şöbəsində təcrübəçi" yazaraq müraciət edə bilərsiniz
“Gömrük işləri üzrə təcrübəçi” vakansiyası elan edir

İşəgötürən: “CASPIAN AS ” MMC

- İş yeri: Qara Qarayev metrosu yaxınlığı ( Əli Vəliyev 11 A )

İş barədə məlumat
- İş qrafiki həftə içi 5 gün 09:00-dan 18:00-dək. Şənbə günü 10:00-dan 14:00-dək.
- Təcrübə müddəti 2 ay.
- Təcrübə müddətini uğurla bitirən işçilər rəsmi şəkildə işlə təmin olunacaq.

Namizədə tələblər

-Xanım namizəd
-Yaş 20-27
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili
- Office programlarından praktiki anlayış
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və komandada işləmək bacarığı;
- Ünsiyyətcillik, təşəbbüskarlıq, aktivlik arzuolunan xüsusiyyətlərdir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz cv-lərini mövzu hissəsində “Gömrük işləri üzrə təcrübəçi” qeyd etməklə hr@caspianas.com elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Şəkilsiz cv-lərə baxılmır. Tel: 077 233 66 07
🌐 Rəqəmsal gələcəyə uğurla addımlamaq üçün Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçmək üçün əla fürsət!

📢 “AzInTelecom” MMC ölkə daxilində təhsil alan tələbə və məzunlar üçün ödənişli təcrübə proqramı elan edir!

AzInTelecom aşağıdakı sahələr üzrə təcrübə keçmək və iş imkanları əldə etmək şansınız var:

1. Komplayns və risklərin idarə olunması
2. Mobil developer
3. Frontend developer
4. Backend developer
5. Software Tester
6. Satış
7. Məhsul və xidmətlər (Məhsul sahibi)
8. Marketinq
9. Müştərilərlə əlaqələr (Zəng mərkəzi)
10. Hüquq
11. Sənədlərə nəzarət (kargüzarlıq)
12. Elektrik mühəndisliyi və ya avtomatlaşdırma
13. Developer (C# və .Net üzrə)

Namizədlər üçün ilkin tələblər:
• Bakalavr və ya magistr dərəcələri üzrə sonuncu kurs tələbələri və yeni məzunlar;
• Təhsili yuxarıda qeyd olunan sahələrə uyğun ixtisaslar üzrə olan şəxslər;

🫱🏻‍🫲🏼 Proqramı uğurla bitirən iştirakçılar şirkət tərəfindən iş təklifi almaq şansı əldə edəcəklər.

📍 Müraciət üçün 20 iyul 2024-cü il tarixinədək career@azintelecom.az ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” və seçilən sahəni qeyd edin. (Məs: “Təcrübə proqramı”, Backend developer)
Təcrübəçi-Satış meneceri tələb olunur

İşəgötürən: Aral Group Baku

Vəzifə öhdəlikləri:
Avtomobillərin yüksək səviyyədə təqdim olunması, kampaniyalar, xidmətlər barədə geniş məlumat verilməsi;
Ümumi fəaliyyətə dair satış rəhbərinə hesabatların verilməsi.

Tələblər:
Avtomobilin quruluşu və istismarı üzrə biliyə malik olmalı;
Təqdimat bacarığının olması;
Səliqəli xarici görünüş, nəzakətli danışıq, ünsiyyətcil, yüksək nitq qabiliyyəti;
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmalı;
Avtomobil bazarı haqqında informasiyaya sahib namizədlərə üstünlük veriləcək.

Əlavə məlumatlar:
İş vaxtı növbəlidir.
Əmək haqqı: müsahibe esasında
İş öyrədilir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təcrübəçi- Satış meneceri” qeyd etməklə hr@aralgroupbaku.com elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
"SMM üzrə ödənişsiz təcrübə proqramı"

İşəgötürən: IT Brains Academy

Tələblər:
- ⁠SMM üzrə ilkin biliklər
- Araşdırma qabiliyyəti
- Kopiraytinq bacarıqları
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmalı
- Öyrənməyə həvəsli, məsuliyyətli, səbrli
- Deadline ilə işləməyi bacarmalı
Təcrübə müddətində öyrənəcəkləriniz:
- Sosial Media hesablarının idarə olunması
- Komandada iş
- Poster dizaynları üçün dizaynerə düzgün brifin verilməsi
- Reels videoları üçün kreativ kontentin yaradılması
Təcrübə proqramı haqqında məlumat daha ətraflı şəkildə müsahibə zamanı veriləcəkdir

İş şəraiti:
3 günlük iş həftəsi
İş saatı: 11:00-16:00

Zəhmət olmasa, cv-nizi hr@itbrains.edu.az elektron poçt ünvanına mövzu hissəsinə “SMM təcrübə proqramı” qeyd edərək göndərin.
Backend və frontend proqramçı üzrə ödənişli “Toxum” təcrübə proqramı

İşəgötürən: Azeri Express LTD

Vəzifə adı:

1) Backend proqramçı

2) Frontend proqramçı

İş yeri: “Azeri Express Services” MMC, Yahya Bakuvi 84

İş rejimi:
· Həftədə 5 gün, 09:00-14:00
· Şənbə və bazar istirahət günü

Namizədə ümumi tələblər:

· Ali təhsil (İT istiqamətləri üzrə təhsil arzuolunandır);
· Azərbaycan dili (əla), ingilis dili arzuolunandır;
· Analitik düşüncə qabiliyyəti;
· Məsuliyyətlilik, operativlik, dəqiqlik;
· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
· Gülərüzlülük, səbirlilik və məqsədyönümlülük;
· Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
· Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Backend proqramçı

· OOP və MVC prinsipləri
· PHP dilində ən azı 2 iş nümunəsi
· Laravel frameworku ilə ən azı 1 iş nümunəsi
Verilənlər strukturu və alqoritm qurma bacarığı
· Təməl SQL biliyi və ORM ilə işləmə bacarığı
· Web servislərlə işləmə bacarığı
· Linux biliyinin olması üstünlükdür
· GIT ilə işləmə bacarığı
Frontend proqramçı
· HTML, CSS, Tailwind üzrə biliklər
· Javascript ilə ən azı 2 iş nümunəsi
· React frameworku ilə ən azı 1 iş nümunəsi
· Typescript biliyinin olması üstünlükdür
· Verilənlər strukturu və alqoritm qurma bacarığı
· GIT ilə işləmə bacarığı

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini arahmanzade@azeriexpress.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “ Backend proqramçı” və ya “Frontend proqramçı” qeyd etməyiniz xahiş olunur.
Avtomobil satışı ilə məşğul olan şirkətdə MAAŞLI TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Performance Center Co

Gələcək karyeranızı avtomobil satışı üzrə mütəxəssis kimi görürsünüzsə, bu istiqamətdə bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün sizi peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Müsahibə yolu ilə Təcrübə Proqramına seçilmiş şəxslər Proqramın başlandığı ilk gündən əmək haqqı ödənilməklə əmək müqaviləsi bağlanılaraq təcrübəli mütəxəssislərin rəhbərliyi altında müvafiq nəzəri və praktiki biliklər qazanacaqlar. Təcrübə proqramını tam mənimsəyərək, daxili qiymətləndirməni müvəffəqiyyətlə keçmiş namizədlər sonda ən azı 3 il olmaqla Avtomobil satış şöbəsində işlə təmin ediləcəklər.

Tələblər:
Ali təhsil;
Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dilləri arzuolunandır;
Kompüter və ofis texnikasından istifadə etmə bacarığı;
Yaş: 21-24;
Yüksək ünsiyyət qurma bacarığı
Avtomobil sahəsində bilgiyə malik olanlara üstünlük veriləcək;

İş şəraiti:
İş qrafiki: həftədə 5 gün, saat 09:00-dan 18:00-dək
Əmək haqqı: 450 manat
İş təcrübəsi tələb olunmur.


Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Təcrübə proqramı” qeyd etməklə cv@performance-center.az elektron ünvanına göndərmələri xahiş olunur.
Gənclər üçün əla fürsət! Mühasib vəzifəsi üzrə MAAŞLI TƏCRÜBƏ PROQRAMI

Azerbaijan Fish Farm MMC 2024-cü il üçün Təcrübə proqramı elan edir!

İstedadlı, motivasiyalı, öyrənməyə açıq, inkişafa meyilli gəncləri təcrübə proqramına müraciət etməklə Maliyyə/Mühasibatlıq sahəsində təcrübi biliklər qazanmağa dəvət edirik!

Təcrübə proqramı sizə nələr qazandıracaq?

• İşləyərək öyrənmək imkanı;
• Korporativ iş mühiti ilə tanışlıq;
• Peşəkar inkişaf, karyera məsləhətləri və mentorluq;
• Təcrübədə iştiraka dair sertifikat;
• Ən əsası isə təcrübə proqramı uğurla bitirən və özünü doğruldan təcrübəçilərə AFF MMC-də karyera qurmaq imkanı.

Təcrübə proqramı kimlər üçün nəzərdə tutulur?

• 2022-2024-cü illərin bakalavr məzunları, hazırki magistr və sonuncu kurs tələbələri (İxtisas:İqtisadiyyat, Maliyyə, Mühasibat);
• Yaradıcı, innovativ, daim öyrənməyə və inkişafa marağı olanlar;
• MS office proqramları ilə işləmə qabiliyyəti olanlar;
• Minimum 75 ÜOMG (üstünlükdür);
• Azərbaycan dili (əla), ingilis dili (orta), rus dili (üstünlükdür).

İş şəraiti

• İş saatı: 09:00-dan 18:00-dək;
• Həftədə 5 gün, şənbə və bazar istirahət günləri;
• Təcrübə proqramı ödənişli əsaslarla olacaq;
• Təcrübə müddəti: 3 ay.

Müraciət etmək istəyən namizədlər CV-lərini “Təcrübəçi mühasib” başlığı ilə hr@azfish.az e-mail ünvanına göndərə bilərlər.