Təcrübə proqramları
9.06K subscribers
15 photos
2 videos
279 links
Təcrübə proqramı, iş elanaları, vakansiyalar
Download Telegram
Rəqəmsal Marketinq üzrə təcrübəçilər tələb olunur

İşəgötürən: Atəşgah Sığorta / Ateshgah Sigorta

🚀 Əgər sən də bu sahəyə maraqlısansa, öyrənməyə açıq və dinamik mühitdə təcrübə qazanmaq istəyirsənsə, bizə qoşulmaq fürsətini qaçırma!

🔹 Real iş təcrübəsi əldə edəcəksən
🔹 Peşəkar komandadan öyrənmək imkanı qazanacaqsan
🔹 Marketinq sahəsində biliklərini inkişaf etdirə biləcəksən

Müraciət üçün cv-zi murad.mahmudov@ateshgah.com e-mail adresinə göndərə bilərsiniz📩
Yeni məzunlar və təcrübəsiz namizədlər üçün Tikinti şirkətində İŞ

Makro 2000 şirkəti olaraq, “İnşaat işləri üzrə kiçik mütəxəssis” axtarırıq!

Əgər tanışlarınız arasında bu sahədə yeni məzun olanlar və ya karyerasını tikinti sahəsində qurmaq istəyənlər varsa, bu elanımızı onlarla paylaşa bilərsiniz.

Tələblər:
İnşaat mühəndisliyi üzrə ali təhsil (yeni məzunlar və təcrübəsiz namizədlər üçün açıqdır).
Ezamiyyətlərə açıq olmaq və gələcək karyerasında regionlarda işləməyə hazır olmaq.
İnşaat sahəsində işləməyə maraqlı olmaq və öyrənməyə həvəs göstərmək.
İnşaat materialları haqqında biliklərin olması üstünlükdür.
Ofis proqramları (Word,Excel) proqramları üzrə anlayışın olması üstünlükdür.

Təminatlar:
Könüllü tibbi sığorta.
Şirkət nömrəsi.
Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə.
İş qrafiki 6 gün.
Əmək haqqı 400-500 AZN

Təkliflərimiz:
Təcrübəli mütəxəssislərin rəhbərliyi altında praktiki biliklər əldə etmək imkanı.
Layihələrdə iştirak edərək real iş mühitində təcrübə qazanmaq.
Karyera inkişafı üçün perspektivlər və uzunmüddətli əməkdaşlıq imkanı.
Rəsmi əmək müqaviləsi və stabil iş mühiti.

Bu sahədə bilik və bacarıqlarını artırmaq istəyən şəxslər
hr@makro2000.com.tr və yaxud mesaj qutusuna CV göndərə bilər.
AFB Bank İnsan resursları üzrə təcrübəçi axtarışındadır!

Əsəsən işəqəbul komandasına dəstək göstərəcək. Komandamıza gələcək karyerasını bu istiqamətdə görən, ambisiyalı, kommunikasiya bacarıqları yüksək, komanda ilə işləməyi bacaran- bir sözlə ürəyi HR deyə döyünən komanda yoldaşı axtarışındayıq.

Müraciətlərin çoxluğu ilə əlaqədar sadəcə uyğun namizədlər ilə əlaqə saxlanacağını nəzərinizə çatdırmaq istəyirəm.

Cv-nizi mesaj bölməsindən mənə və ya cv@afb.az ünvanına mövzu hissəsinə İnsan resursları üzrə təcrübəçi yazmaqla yönləndirə bilərsiniz.
6 vəzifə üzrə ödənişsiz TƏCRÜBƏ PROQRAMI

Marketinq və Satışın fərqli istiqamətləri üzrə 3 aylıq “ödənişsiz” təcrübə proqramı elan edirik. Qrafik dizayn, Motion dizayn, Reelsmaker, Content creator, Social Media Manager, Satış

Üstünlüklər:
•İnkişaf imkanları
•Təcrübə müddətini uğurla tamamlayan şəxslərin işə qəbulu
•Təlimlər
•Partnyor şirkətlərdən endirimlər

1. QRAFİK DİZAYN

Öhdəliklər:
•Qrafik dizayn şablonlarının işlənməsi
•Sadə ikonların hazırlanması
•İşlənilən faylların strukturlu saxlanılması

Tələblər:
•İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
•Adobe Illustrator və Adobe Photoshop
•İnkişaf imkanı axtaran hər kəs, məzun və ya sonuncu kurs tələbələri

2. MOTİON DİZAYN

Öhdəliklər:
•Motion dizayn şablonlarının işlənməsi
•Sadə animasiyaların hazırlanması
•İşlənilən faylların strukturlu saxlanılması

Tələblər:
•İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
•Adobe Animate, Adobe After Effects
•İnkişaf imkanı axtaran hər kəs, məzun və ya sonuncu kurs tələbələri

3. REELSMAKER

Öhdəliklər:
•Reels şablonlarının işlənməsi
•Çəkiliş ideyalarını hazırlmaq və çəkiliş prosesini koordinasiya etmək
•Çəkilmiş materialları montaj etmək
•İşlənilən faylların strukturlu saxlanılması

Tələblər:
•İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
•CapCut istifadə bacarığı
•İnkişaf imkanı axtaran hər kəs, məzun və ya sonuncu kurs tələbələri
•Çəkiliş kompleksinin olmaması

4. CONTENT CREATOR

Öhdəliklər:
•Bütün istiqamətlərdə kontent ideyaları (vizual və text) hazırlamaq
•Contentin yaradılmasını koordinasiya etmək
•Mətn xətalarının aradan qaldırılması

Tələblər:
•İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
•Canva, Power Point
•İnkişaf imkanı axtaran hər kəs, məzun və ya sonuncu kurs tələbələri

5. “Social Media Manager”

Öhdəliklər:
•Social Media post plan hazırlanması
•Social Media istiqamətində görülən işləri kordinasiya etmək
•Social Media trendlərini izləmək, yeni ideyalar təklif etmək və tətbiq etmək

Tələblər:
•İnformasiya texnologiyaları və trendləri barəsində biliklər;
•Canva, Power Point, Word, Excel
•Meta Business Portfolio əsas alətləri
•İnkişaf imkanı axtaran hər kəs, məzun və ya sonuncu kurs tələbələri

6. SALES

Öhdəliklər:
•Bazar və rəqib araşdırması
•Təklif və təqdimatların hazırlanması
•B2B Görüşlərdə iştirak etmək

Tələblər:
•İnformasiya texnologiyaları və trendləri barəsində biliklər
•Canva, Power Point, Word, Excel
•Kommunikasiya bazarıqları
•İnkişaf imkanı axtaran hər kəs, məzun və ya sonuncu kurs tələbələri

İş rejimi:
•ofis daxili, görüşlər
•həftənin 5 günü (09:00 – 18:00).

Seçim prosesi: CV və Portfolio, Müsahibə
Qeyd: Seçim prosesinin hər bir mərhələsi haqqında məlumat email üzərindən paylaşılacaqdır.

CV və digər məlumatları hr@crocusoft.com email ünvanına, mövzu adı yerində “İstiqamətin adını” nümunə: Qrafik dizayn, qeyd edərək göndərin.

Son müraciət tarixi: 31.03.2025
TƏLƏBƏLƏR və MƏZUNLAR üçün də turizm şirkətində İŞ FÜRSƏTİ

Turizm şirkətinə satış üzrə aktiv və ünsiyyətcil əməkdaşlar tələb olunur


Bu vakansiya, karyeranı təhsil ilə birləşdirmək dil biliklərini inkişaf etdirmək istəyənlər üçün mükəmməldir!

Bizə kim lazımdır:

Turizm sahəsində inkişaf etmək istəyən tələbələr və ya məzunlar. Təcrübən yoxdursa belə, biz sənə hər şeyi öyrədəcəyik!
Asanlıqla insanlarla ünsiyyət qura bilən, enerjili şəxslər.
Səyahətlərə həvəsli olan və başqalarına dünyanı kəşf etməyə kömək etmək istəyənlər.
Rus və İnqilis dili , yada tək dilli

Sən nə ilə məşğul olacaqsan:

— Müştərilərə istiqamət, turlar və seçməkdə məsləhət vermək.
— Potensiyal müştəriləri ofisə dəvət etmək
— Xaricələrlə ünsiyyətdə olmaq

Niyə bu iş tələbələr üçün əladır:

🌟 Uyğun iş qrafiki — təhsil və işi birləşdirmək üçün mükəmməldir.
📚 Ödənişsiz təlimlər — maraqlı bir sahədə yeni bilik və təcrübə qazan.
💼 Karyera yüksəlişi imkanı — bizdən başla və turizm sahəsində uğurlu karyera qur.
✈️ Səyahət perspektivləri — ölkəni yalnız masa arxasından deyil, şəxsən kəşf et.
💰 Yüksək gəlir və mütəmadi premiyalar

Biz səni gözləyirik, əgər sən:
✔️ Öyrənməyə və komandada işləməyə hazırsansa.
✔️ Dinamik və mehriban bir şirkətin bir hissəsi olmaq istəyirsənsə.

Bütün suallarla bağlı 0103127892 (WhatsApp) bu nömrəylə əlaqə saxlaya bilərsiz

Vacib qeyd: AzVak iş elanlarının məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında telefon, onlayn və görüş zamanı danışıqlara, işəgötürənin əməkdaşlarının və işaxtaranların hərəkətlərinə görə məsuliyyət daşımır. İşaxtaran işə qəbul olmaq üçün hər hansı nağd və ya nağdsız ödəniş etməməlidir. Kart məlumatlarınızı İşəgötürənin nümayəndəsinə təqdim etməyin!
Tələbə və yeni məzunların diqqətinə!

“PAŞA Bank”ın təcrübə proqramına qeydiyyat başladı!


Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” karyerasında uğur qazanmaq istəyən tələbə və yeni məzunlar üçün “ZirvədəSən” təcrübə proqramının qeydiyyatına start verib.

Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə təcrübə keçəcək və korporativ iş mühti ilə yaxından tanış olacaqlar. Bankın təqdim etdiyi bu təcrübə proqramı 3 aylıq müddəti əhatə edir. Təcrübəçilər təlim və mentorluq dəstəyi əldə edəcək və təcrübə müddətində aylıq ödənişlə təmin olunacaqlar. Proqramı uğurla tamamlayan iştirakçılar isə “PAŞA Bank”da karyera qurmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, son qeydiyyat tarixi 10 aprel 2025-ci ildir. Karyerada zirvəyə doğru ilk addımı atmaq istəyənlər ümumi linkə ( https://pshb.az/3vzjFjm ) keçid edə bilərlər.
Media is too big
VIEW IN TELEGRAM
PAŞA Holding-in təşkilatçılığı ilə Future Shapers proqramına yenidən start verilir!

Gənc peşəkarlar üçün unikal karyera və inkişaf imkanları yaradan bu proqram, son kurs bakalavr və magistr tələbələri ilə yanaşı, yeni məzunlar üçün də nəzərdə tutulmuşdur.

Future Shapers proqram iştirakçılara PAŞA Qrup şirkətlərinin gələcək baxışı, strateji hədəfləri və karyera imkanları barədə ətraflı məlumat almaqla yanaşı, əmək bazarına daha inamla daxil olmaq üçün vacib bilik və bacarıqlar qazanmaq fürsəti təqdim edir.

Proqramı çərçivəsində iştirakçılar data və analitika, informasiya texnologiyaları, məhsul mədəniyyəti və innovasiya kimi mövzuları əhatə edən ekspert sessiyalarına qoşularaq dəyərli biliklər əldə edə biləcəklər.

Daha sonra, onlayn bacarıq testindən yüksək nəticə ilə keçən iştirakçılar, proqramın növbəti mərhələsinə - biznes simulyasiyasına dəvət olunacaqlar.

Bu simulyasiyada komandalara bölünərək, rəqabətli mühitdə virtual şirkətləri idarə edəcəklər.

Qeyd edək ki, keçən il Future Shapers proqramına 1000-dən çox tələbə müraciət edib, onlardan 300-ü isə proqramın iştirakçısı olmaq imkanını əldə edib.

Daha ətraflı məlumat və qeydiyyat üçün futureshapers.az saytına keçid edə bilərsiniz.
İnsan Resursları üzrə təcrübəçi tələb olunur (Ödənişli)

İşəgötürən: Resant Group

Ünvan: Bakı şəhəri

Vəzifə öhdəlikləri:
Namizədlərlə əlaqə saxlayaraq iş müsahibəsinə dəvət etmək;
Müsahibə nəticələrini namizədlərlə bölüşmək;
İşə alınan işçilərə tələb sənəd siyahısı təqdim etmək;
Sənədləşmə prosesində tələb olunan digər məsələlərdə dəstəyin göstərilməsi.

İş cədvəli:
İş qrafiki: 5 günlük - İstirahət günü: Şənbə və Bazar günü.
Nahar şirkət tərəfindən təmin olunur.
Təcrübə müddəti 3 ay.
Rus dili biliyi üstünlükdür.

Müraciət üçün CV-nizi hr_recruitment@resanthotels.az elektron poçtuna göndərə bilərsiniz. Mövzu hissəsində “İnsan Resursları üzrə təcrübəçi” qeyd etməyiniz xahiş olunur.
İşə qəbul üzrə təcrübəçilər tələb olunur

Şirkət: Ram Holding

Ünvan: Port Baku Biznes Mərkəzi - Port Baku Towers 2.

Namizədə olan tələblər:
· Ali təhsil (İnsan resursları, biznesin idarəedilməsi, menecment və ya əlaqəli sahə üzrə);
· Kompüter bilikləri: MS Office (Excel və Word);
· Operativ, məsuliyyətli, intizamlı;
· Aktiv, bu sahədə inkişaf etməyə həvəsli.

Vəzifə öhdəlikləri:
· İşə qəbul prosesinin bütün mərhələlərində komandaya dəstək;
· İş elanlarının hazırlanması və müvafiq kanallarda yerləşdirilməsi;
· CV-lərin dəyərləndirilməsi və qoyulan meyarlara uyğun namizədlərin seçilməsi;
· Namizədlərlə müsahibələrin təşkili və iştirakı;
· Namizəd bazasının formalaşdırılması və yenilənməsi;
· Yeni işçilərə ilk iş günü və adaptasiya dövründə dəstək;
· Prosedurlara uyğun olaraq yeni işçi ilə aylıq müsahəbilərin təşkili;
· İşə qəbul şöbəsinin müxtəlif layihələrində və tədbirlərində iştirakı.


İş şərtlərimiz:
· İş qrafiki: 5 gün;
· İş saatları: 08:30-17:30;

Biz nə təklif edirik?

- Mehriban kollektiv;
-Təlimlərdə iştirak, onlayn təlimlərdən il ərzində ödənişsiz istifadə imkanı;
- Karyera imkanları;
- Şirkət tərəfindən nahar

Təcrübə müddəti ərzində qazandığınız bilik və bacarıqlar:
- İşə qəbul prosesi və mərhələləri barədə baza məlumat;
- Tələb əsasında elanların hazırlanması qaydası;
- Müraciətlərin ilkin “skrininq”-i və qısa siyahıya salınması qaydası;
- İntevyu texnikaları;
- Hər vəzifə kateqoriyası üzrə axtarış kanallarının müəyyən edilməsi;
- Əsas axtarış texnikalarından istifadə;
- Onboarding prosesi ilə bağlı baza biliklər;
· Bitrix24 istifadəsi və tapşırıqların idarəedilməsi;
· Planlama və təşkilatçılıq bacarıqları.

Vacib qeydlər:
*İlk 3 aylıq təcrübə müddəti üçün minimum ödəniş nəzərdə tutulub.

*İşin xüsusiyyəti ilə bağlı olaraq seçim zamanı bəy namizədlərə üstünlük veriləcək.

"İşə qəbul üzrə təcrübəçi" qeyd edib CV-nizi hr@ram.az e-mail adresinə göndərə bilərsiniz.
ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI

Vakansiya: Satış və İxracat üzrə təcrübəçi

Şirkət: Bafco İnvest MMC

Vəzifəyə aid tələblər:

• İxracat prosesini həyata keçirmək üçün müvafiq sənədləşdirmə işlərinin görülməsi;
• Müəssisənin satış strategiyasına uyğun olaraq xarici bazarların araşdırılması;
• Mövcud olan müştəri bazasının yenilənməsi və nəzarəti;
• İşgüzar danışıqların aparılması, müqavilələrin bağlanması;
• Yeni müştərilərin axtarışı və cəlb olunması;
• İşgüzar tədbirlərdə şirkətin təqdim olunması;
• İşgüzar görüşlərin təşkili və aparılması;
• Rəhbərliyə görülmüş işlər barədə hesabatın verilməsi;

Namizəd üçün tələblər:

• Ali təhsil;
• Universitetdə oxuyan və ya yeni bitirmiş namizədlər;
• Komanda ilə və stress altında işləmək bacarığı;
• MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
• Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı;
• Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
• İngilis və rus dillərini səlis bilməsi mütləqdir; (Rus dili yüksək səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir)

İş qrafiki:

• Həftənin 5 günü , İstirahət günü: Şənbə, Bazar
• İş saatları 09:00 – 18:00
• Nahar fasiləsi: 13:00-14:00

Təminatlar:

• AR Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə
• İş yeri-Bakı şəhəri
• Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir
• Nömrə şirkət tərəfindən təmin edilir.
• İş öyrədiləcəkdir.

Tələblərə uğun namizədlər mövzu yerində “Satış və İxracat üzrə təcrübəçi” qeyd edərək öz CV-lərini hr@bafco.az e-mail ünvanına göndərə bilərlər.
Gənc MÜHƏNDİS tələb olunur

İşəgötürən: North West Construction

Excel bilikləri olan və tikinti sahəsində karyera qurmaq istəyən gənc mütəxəssislər axtarılır!

Əgər siz:

Excel proqramında işləməyi bacarırsınız (formulalar, cədvəllər, məlumat analizi və s.);
Tikinti sahəsində karyera qurmaq və inkişaf etmək istəyirsiniz;
Yüksək motivasiyaya və öyrənməyə açıq bir insansınız;
Bizim komandamızda yeriniz var!

İş mühiti dostcanlı və inkişaf etməyə imkan verən şəraitlə zəngindir.
Vacib qeyd: iş yeri tikinti gedən regionlardadır.

"Mühəndis" qeyd edib CV-nizi cv@nwconstruction.com e-mail adresinə göndərə bilərsiniz.
İri holdinq 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli təcrübə proqramı elan edir

“Azərsun Holdinq” uzun müddətdir ki, təhsilə dəstək sahəsində bir sıra layihələr həyata keçirir. Bunlardan biri də gələcək, potensiallı kadrların yetişdirilməsi üçün nəzərdə tutulan “GələcəkSƏN”dir.

Layihə çərçivəsində karyerasında güclü başlanğıc etmək istəyən 3-cü və 4-cü kurs tələbələri üçün ödənişli yay təcrübə proqramı təşkil ediləcək.

Müraciət etmək istəyənlərin CV-lərini 15 May tarixinədək geleceksen@azersun.com elektron poçt ünvanına göndərmələri tələb olunur.

Mövzu hissəsinə isə müraciət etmək istədikləri sahəni, misal üçün “Marketinq təcrübəsi üçün müraciət” yazılması mütləqdir.
Forwarded from İnsan resursları-HR
"İnsan Resursları" sahəsində 3 aylıq TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Sağlam Ailə

Bu sahədə karyera qurmaq, inkişaf etmək və insan resurslarının bütün modulları ilə yaxından tanış olmaq istəyən namizədlər bu fürsəti qaçırmayın!

➡️ Namizədə tələblər:
-Ali təhsilli (Üstünlük İnsan Resursları/Biznesin təşkili və idarəedilməsi)
-Excel bilikləri yaxşı
-Analitik düşüncə bacarığı

➡️ Bizim vədimiz:
-İR sahəsi üzrə təcrübə qazanmağa şərait yaratmaq
- Sertifikatla təmin olunmaq
-Təcrübə müddətində İR sahəsində vakansiya yarandıqda işlə təmin olunmaq.

CV-nizi 📩 hr@saglamaile.az e-mail adresinin mövzu hissəsinə "İR təcrübəçi" adını qeyd edərək müraciət edə bilərsiniz.
ARDNF-də Yay Təcrübə Proqramı elan olunur!

Təcrübə proqramına bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan, 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar müraciət edə bilərlər.

📈 Proqramın üstünlükləri:
• Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;
• Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;
• Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq fürsəti.

🗓Proqramın müddəti: iyun-iyul, 2025 (ödənişsizdir).
📅 Müraciət üçün son tarix: 4 may 2025


🔗 Ətraflı məlumat və müraciət üçün LİNK-ə keçid edə bilərsiniz:

https://oilfund.az/fund/career-opportunities/invitation

Struktur Bölmə - Təhsil

İnvestisiya departamenti - Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat

Risklərin idarə edilməsi departamenti - Maliyyə, İqtisadiyyat və ya Riyaziyyat

Enerji layihələri departamenti - Biznesin idarə edilməsi, Maliyyə və ya İqtisadiyyat

İnvestisiyalarda əməliyyatlar departamenti/ Mühasibat uçotu departamenti - Mühasibatlıq, Audit və ya Maliyyə

Hesablaşmalar departamenti - Maliyyə, Bank işi və ya Mühasibatlıq

İnformasiya sistemləri və rəqəmsal əməliyyatlar departamenti - Kompüter elmləri, Kompüter mühəndisliyi və ya Tətbiqi riyaziyyat

İnsan resursları departamenti - İnsan resursları, İqtisadiyyat və ya İctimai idarəetmə

Satınalmaların idarəedilməsi departamenti - Biznesin idarə edilməsi, Satınalmaların idarəedilməsi, Maliyyə və ya İqtisadiyyat

Hüquq şöbəsi/ İnvestisiyalarda əməliyyatlar departamenti - Hüquq

Dövlət Neft Fondu
ARDNF-də Yay Təcrübə Proqramı elan olunur!

Təcrübə proqramına bakalavr təhsil pilləsi üzrə 3-cü və ya 4-cü kursda təhsil alan, 2024-cü ildə ali təhsilini bitirmiş və yüksək akademik göstəricilərə malik məzunlar müraciət edə bilərlər.

📈 Proqramın üstünlükləri:
• Dünya miqyasında tanınan suveren fondların birində təcrübə keçmək imkanı;

• Əyani tapşırıqlar üzərində işləməklə müvafiq sahədə peşəkar praktiki bacarıqların formalaşdırılması;

• Yeni bilik və bacarıqların əldə olunması, həmçinin karyera yüksəlişi üçün zəmin yaradan çağırışlarla qarşılaşmaq fürsəti.

🗓️Proqramın müddəti: iyun-iyul, 2025 (ödənişsizdir).

📅 Müraciət üçün son tarix: 4 may 2025

🔗 Ətraflı məlumat və müraciət üçün https://www.oilfund.az/fund/career-opportunities/invitation linkə keçid edə bilərsiniz.
Müxtəlif sahələr üzrə təcrübəçilər tələb olunur

İşəgötürən: Coffeemania

Qeyd: Təcrübə proqramı ödənişsizdir.

Sən də dinamik və inkişaf yönümlü komandada ilk karyera addımlarını atmaq istəyirsənsə, bizə qoşul!

Vəzifələr:

1. Mühasib-operator üzrə təcrübəçi
2. İnsan resursları üzrə təcrübəçi
3. Cost controller üzrə təcrübəçi

Tələblər:

• Müvafiq ixtisas üzrə ali təhsil alan və ya yeni məzun olmuş
• Analitik düşünmə və problem həll etmə bacarığı
• Yüksək öyrənmə həvəsi və təşəbbüskarlıq
• Komandada işləmə bacarığı və pozitiv ünsiyyət qurmaq
• MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel)
• Minimum 3 aylıq təcrübə proqramında iştirak edə bilmək

Təklif etdiklərimiz:

• Müvafiq sahə üzrə real iş təcrübəsi qazanmaq imkanı
• Təcrübə müddəti sonunda rəsmi sertifikatla təmin olunma
• Naharla təmin olunma
• Karyeranız üçün dəyərli başlanğıc nöqtəsi

Əgər sən də bu sahələrdə biliklərini təkmilləşdirmək və peşəkar komandada təcrübə qazanmaq istəyirsənsə, yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində müraciət etdiyi vəzifəni qeyd edərək cv-lərini cv@coffeemania.az elektron ünvanına göndərmələri xahiş olunur.
"Norm" ASC 2025-ci il üçün ödənişli Yay təcrübə proqramı elan edir və gəncləri proqramda iştirak etməyə çağırır.

Proqram iştirakçılara peşəkar iş mühitində təcrübə qazanmaq və bacarıqlarını artırmaq imkanı yaradır.

Müraciət etmək istəyənlər birbaşa LİNKƏ-ə daxil ola bilərsiniz.

https://www.norm.az/career/proqramlar/applicant-information/?id=8
Hüquqşunaslar üçün TƏCRÜBƏ PROQRAMI

"LU-MUN Holding" da Gənc İstedadlara dəstək proqramı üzrə Hüquqşunaslar üçün təcrübə proqramı.

“LU-MUN Holding” MMC-nin təcrübəli Hüquq komandası ali təhsil müəssisəsində təhsil prosesində əldə edilmiş biliklərinizi dərinləşdirmək və möhkəmləndirmək imkanı yaradır.

Təcrübə proqramının müddəti 3 ay nəzərdə tutulmuşdur. Ödənişli əsaslarla (minimum əmək haqqı miqdarında) həyata keçirilir.

Tələblər:
· Hüquqşünaslıq ixtisası üzrə ali təhsilini yeni başa vuran məzunlar və ya təhsilini davam etdirən tələbələr;
· Öyrənmək istəyi ilə yüksək motivasiyalı;
· Məntiqi və analitik düşünmə qabiliyyəti;
· MS Office proqramlarından istifadə bacarığı;
· Şifahi və yazılı ünsiyyət bacarıqları;
· İngilis və Rus dili bilən namizədlərə üstünlük veriləcək

İş Şəraiti:
İş saatı : 09:00-dan 18:00 dək
İstirahət günləri: Şənbə və bazar
Təcrübə müddəti: 3 ay
Təcrübə müddətini uğurla keçən təcrübəçi işlə təmin edilə bilər

Seçim müsahibə və test əsasında aparılacaq. Müraciət etmək istəyən namizədlər, CV-lərini hr@lmh.az mail ünvanına mövzu hissəsinə “Hüquq üzrə təcrübəçi” qeyd edərək göndərə bilərlər.
Qrafik_Dizayn və SMM sahələri üzrə TƏCRÜBƏ PROQRAMI

IDTech Academy komandamıza Qrafik_Dizayn və SMM sahələri üzrə təcrübə proqramı üçün istedadlı namizədlər axtarırıq!

Əgər:

• Yeni məzunsunuz və ya bu sahələrdə ilk addımlarınızı atırsınızsa,
• Yaradıcı düşüncəyə sahibsinizsə,
• Trendləri izləyib, fərqli yanaşmalarla çıxış edə bilirsinizsə — sizi komandamızda görmək istərdik!

Təcrübə proqramı haqqında:

• Qrafik: Həftədə 3 gün (II / III / V günlər)
• 11:00–15:00 və ya 15:00–19:00
• Müddət: 2 ay
• Ünvan: Xətai m/s, Park Azure Biznes Mərkəzi
• Əlavə üstünlük: Təcrübə proqramını uğurla tamamlayan şəxslərə işlə təmin olunma imkanı

Yaratmağa və öyrənməyə həvəsiniz varsa, möhtəşəm bir komanda ilə biliklərinizi artırmaq və real təcrübə qazanmaq istəyirsinizsə, bu fürsəti qaçırmayın!

Müraciət üçün: CV-nizi hr@idtech.edu.az ünvanına göndərin.
Qeyd: Mailin başlıq hissəsində müraciət etdiyiniz sahəni (Qrafik Dizayn və ya SMM) mütləq qeyd edin.
İqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələr üçün TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Bakcell Ulduzum

🚀 Komandamıza Təcrübəçi Axtarırıq!
Əgər sən də karyerana real təcrübə ilə başlamaq istəyirsənsə, bu fürsət sənin üçündür!

📌 Axtardığımız təcrübəçi:

Əsasən İqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan 3 və ya 4-cü kurs tələbəsi olmalıdır.
Aktiv, öyrənməyə açıq və ünsiyyətcil biri olmalıdır.

🔍 Təcrübə müddətində sən:

Partnyorlarla danışıqlar və ziyarətlərdə iştirak edəcəksən,
Araşdırma və monitorinq işləri aparacaqsan,
Real iş mühitində komanda ilə işləmə bacarıqlarını inkişaf etdirəcəksən.

🕘 İş saatları:

Həftədə 5 gün olmaqla, iki növbədən birini seçə bilərsən:
Səhər 09:00 – 13:00
Günorta 14:00 – 18:00

💼 Təcrübə proqramı: Ödənişlidir 💰
Korporativ nömrə ilə təmin olunacaqsan 📱

Əgər sən də bu imkanla maraqlanırsansa və böyüməyə hazırsansa, CV-ni bizimlə paylaşmaq üçün mesaj qutusuna yaz və ya orkhanm@ulduzum.az mail adresinə göndər.