Təcrübə proqramları
9.44K subscribers
15 photos
2 videos
293 links
Təcrübə proqramı, iş elanaları, vakansiyalar
Download Telegram
Son kurs TƏLƏBƏLƏR üçün Ödənişli təcrübə proqramı

İşəgötürən: GPS Solutions

İş yeri: Bakı şəhəri

GPS Solutions MMC sənaye avtomatlaşdırılması, radioelektronika, İT və proqramlaşdırma üzrə təhsil alan son kurs tələbələri üçün ödənişli təcrübə proqramı elan edir.

Namizədə tələblər:

Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır)
MS Office proqramlarını bilməli
Kollektivdə işləmə bacarığı
İşində diqqətli, məsuliyyətli, tələbkar olması
İş barədə məlumat:

İş rejimi: I-V – 09.00-18.00, VI – 10.00-16.00

"Təcrübə proqramı" və vəzifənin adını qeyd edib CV-nizi hr@gps.az e-mail adresinə göndərə bilərsiniz.

Şirkət haqqında
2013-cü ildə başlayan fəaliyyəti ərzində özünü etibarlı tərəfdaş və geniş spektrli xidmətlərin təchizatçısı kimi tanıtmış şirkətimiz Azərbaycanın dinamik surətdə inkişaf edən informasiya texnologiyaları sektorunda Nəqliyyatın İntellektual GPS Nəzarət sistemlərin inteqrasiyası, avadanlıq və proqram təminatının təchizatı və quraşdırılması üzrə xidmətlər göstərir.
İnzibati işlər üzrə təcrübəçi tələb olunur (KİŞİ Namizədlər)

İşəgötürən: Avant Group

- Təcrübə müddəti: 3 ay.

Tələblər:

- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) məzunlar;
- Yüksək səviyyədə Azərbaycan dili biliyi, Rus dili biliyi arzuolunandır;
- MS Excel və MS Word proqramları ilə işləmək bacarığı arzuolunandır;

Vəzifəsi:
- Şirkətə daxil olan sənədlərin ilkin qəbulu;
- Yüksək qiymətli və ya məxfi əşyalar üçün məsuliyyət daşımaq;
- Daxil olan sənədlərin təhvil olunmasına dair işçilərdən gələn zənglərə və sorğulara cavab vermək;
- Göndərmə formasının tamlığını göndərici tərəfindən yoxlamaq;
- Qəbuledici tərəfindən ötürülmə formasını düzgün doldurmaq;
- Çatdırılmadan sonra ötürülmə formasını qaytarmaq və sonradan düzgün arxivləşdirmək
- Görülən işləri prosedur və təlimatlara uyğun görmək;

- İş qrafiki: 5/2, 10:00-17:00
- Nahar şirkət tərəfindən
- İş yeri- A.M.Şərifzadə küç 241
Əlaqə wsp : CV-nizi 055-205-52-96 qeyd olunan nömrəyə göndərə bilərsiniz.
İDEA-da TƏCRÜBƏ İMKANI

İDEA MMC aşağıdakı xüsusiyyətlərə malik şəxslər üçün iş və ya təcrübə imkanları təklif edir:

Təcrübəniz olmaya bilər, lakin təcrübə toplamaq və inkişaf etmək istəyi mütləqdir! 🚀

💡 Tələblər:

➡️ 1. Memarlıq və Dizayn sahəsində təhsil almış olmalı;
➡️ 2. Videografiya ilə bağlı bacarıqlara malik olmalı;


Bizim komandaya qoşularaq öz potensialınızı kəşf edin! 💼

CV-nizi hr@idea.az ünvanına göndərin. Biz sizin üçün uyğun imkanlar yarada bilərik! 🌟
Paşa-Həyat Sığorta şirkəti tam-ştat, ödənişli Təcrübəçi vakansiyasını elan edir

UNEC magistrantlarının və məzunlarının diqqətinə!

İşəgötürən: PAŞA Həyat (PASHA Life)

Paşa-Həyat Sığorta şirkətinin İstedadların cəlbi və Əməkdaşlarla münasibətlərin tənzimlənməsi şöbəsi magistratura pilləsində təhsil alan və ya yeni məzun olanlar üçün tam-ştat, ödənişli Təcrübəçi vakansiyası elan edir.

Tələblər:
📚 Təhsil: Hər hansı bir sahədə bakalavr dərəcəsi.
🗣 Dil bacarıqları: Azərbaycan dili: mükəmməl, İngilis dili: orta, Rus dili: orta
🌟 Biz işinə və şəxsi inkişafına həvəsli, dinamik, bacarıqlı və səlis danışıq qabiliyyətinə sahib şəxsləri axtarırıq.

Vəzifə öhdəlikləri:

• İş tələblərinə uyğun gələn CV-lərin axtarılması və seçilməsinə kömək etmək;
• Namizədlərlə müsahibə vaxtlarının təyin edilməsi;
• Müsahibələr üçün materialların hazırlanması və iştirakçılara məlumatın verilməsi;
• Namizəd məlumat bazasının gündəlik olaraq yenilənməsini təmin edilməsi;
• Müsahibə nəticələrinin və geribildirimlərin sənədləşdirilməsi;
• İş yarmarkalarında iştirakda dəstək

Müraciət etmək üçün namizədlər öz CV-ni subject/mövzu hissəsində: Recruitment Intern UNEC qeyd etməklə, careers@pasha-life.az mail ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 15 yanvar 2025-ci il.
"İnsan Resursları üzrə mütəxəssis" TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Hünər-İnşaat firması

İnsan Resursları sahəsində həm nəzəri həmdə praktiki cəhətdən inkişaf etmək üçün əla bir fürsətdir.

(Əlavə olaraq nahar şirkət tərəfindən təmin olunur)

Təcrübə proqramı ilə maraqlanan şəxslər CV-nizi hr@hunerinshaat.az / quliyev.zakir@hunerinshaat.az e-mail adreslərinə göndərə bilərsiniz.

Əlaqə: 055 515 03 59
Satış sahəsində Karyera Qurmaq Üçün Fürsət!

İşəgötürən: "ASADZADE SANAN" MMC

Biz dinamik, yaradıcı və müştəri məmnuniyyətinə yönəlmiş karyera qurmaq istəyən gənc kadrlar axtarırıq.

Əgər siz avtomobillərə maraq göstərirsinizsə və satış sahəsində karyera qurmaq istəyirsinizsə, bu iş məhz sizin üçündür!

İş öyrədilir. Tək tələbimiz B2 və ya C1 səviyyədə Rus və İngilis dili biliyi

Əgər siz bu işdə maraqlısınızsa, xahiş edirik, CV-nizi hr@asadzadesanan.az e-mail ünvanına yaxud 070 882 78 38 whatsApp nömrəsinə göndərəsiniz.

"ASADZADE SANAN" MMC, müştərilərinə geniş avtomobil seçimi təqdim edən aparıcı maşın idxalı və satışı şirkətidir.
HR Təcrübə Proqramı

"PORT Education Center" MMC tərəfindən təşkil olunan növbəti 0-dan “HR Təcrübə Proqramı” nın qeydiyyatı başladı.

Proqramda iştirak edərək siz, İnsan Resursları sahəsini Əmək qanunvericiliyinə əsasən idarə olunmasını,İşə qəbul prosesini ətraflı öyrənərək istənilən müəssisələrdə (qida sektoru, turizm sahəsi,təhsil, dövlət və özəl idarələr daxil) sərbəst işləyə biləcəksiniz.

Proqram tam praktiki olaraq,real sənəd nümunələri əsasında keçirilməsi sizin üçün daha əlverişli olmaqla yanaşı bu sahəni, asan yollarla öyrənmiş olacaqsınız.

Proqrama 10 modul daxildir. Bitirəndən sonra fərqli müəssisələrdə sərbəst olaraq İnsan Resursları şöbəsində qeyd olunan vəzifələrdə çalışa biləcəksiniz.

HR Assistant
ƏMAS üzrə mütəxəssis
Əmək haqqı üzrə mütəxəssis
İşə qəbul (Recruiter)
İR mütəxəssis
Təcrübə Proqramında keçirilən mövzuları sizə təqdim edirik:

Real şirkətlərin sənədləri üzrə praktiki iş,
Əmək Qanunvericiliyi,
0-dan İşə qəbul sistemi,
ƏMAS elektron sistemdə işçilərin qəbul edilməsi,
Müştəri Bank,
Əmək haqqı kart sifarişlərinin verilməsi,
Əmək müqavilələrinin bağlanılması,
İşçilərin xitam verilməsi,
Əmrlərin hazırlanması,
Əmək haqqı hesablanması,
Məzuniyyət və ezamiyyə ödənişləri,
Gecə vaxtı və çoxnövbəli əmək haqqı,
Overtime hesablanması,
İşçilərin mükafatlandırılması,
Ştat cədvəlinin hazırlanması,
Xəstəlik vərəqələrinin yazılması, e-gov portalında işlənilməsi,
Məzuniyyətlərin verilməsi və rəsmiləşdirilməsi,
E-gov.az saytla praktiki iş,
İSB.AZ saytda işçilərin sığortalanması,
İşçilərin attestasiyası qaydaları,
Şirkətin strukturunun qurulması,
Tabel cədvəlinin hazırlanması,
Əmək kitabçalarının doldurulması,
Şəxsi hesab vərəqələrinin doldurulması,
Kargüzarlıq sənədlərlə praktiki işlər və kadrlara aid digər sənədlərin öyrənilməsi,
İşçi haqqlarının hesablanması,
Mükafatlandırılmanın əsasnaməsi,
Performans dəyərləndirilməsi
CV analizi
İşçilərin mükafatlandırılması
HR-lar üçün Excel

Təcrübə proqramında iştirak üçün tələblər:
Təhsil orta və ya ali ixtisas,
Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirilməli,
Yaş məhdudiyyəti yoxdur,
Proqrama 0-dan qoşula bilərsiniz.

HR Təcrübə Proqramının Yanvar ayından başlayacaq qrup saatları:
6-cı günlər 17:00-20:0
2,4 günlər 15:00-16:30


Fevral ayından başlayacaq qrup saatları:
1,3 günlər 19:00-20:30
2,4 günlər 12:00-13:30
6-cı günlər 14:00-17:00
Bazar günlər 16:00-19:00


Mart ayından başlayacaq qrup saatları:
1,3 günlər 12:00-13:30
2,4 günlər 19:00-20:30
Bazar günlər 13:00-16:00


Təcrübə proqramı 4 ay, mövzulardan fərqli olaraq 48-50 saat aralığında olacaq.

İştirak etmədiyiniz dərslər digər qruplarla əvəz olunacaq,nəticədə heç bir dərs buraxmış olmayacaqsınız.

Dərslərdə keyfiyyəti qorumaq məqsədi ilə qrup sayı 6-8 nəfər olur.Əlavə tələbə götürülmür.

Dərslər AF Mall (Heydər Əliyev sarayın yanı) və Caspian Plaza Lütfizadə Mərkəzində keçirilir.

Sonda imtahan nəticəsinə uyğun Təcrübə Proqramında iştirak etdiyinizə dair iştirakçı və ya müvəffəqiyyət sertifikatı ilə təmin olunacaqsınız!

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz:

https://bit.ly/4drQcrR

Bizimlə əlaqə: 055 6480005
info@portedu.az
Forwarded from Mühasib vakansiyaları
“Shahbulag Mining” MMC "Mühasibatlıq" üzrə ödənişsiz təcrübə proqramı elan edir 💡

Proqram 2 ay müddətində davam edəcək.
Saat: Namizədə uyğun təyin ediləcək.
Ünvan: Bayıl Plaza

Əsas tələblər:

Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan, eyni zamanda yeni bitirən namizədlərə üstünlük verilir);
Azərbaycan dilində səlis (rus dili arzuolunandır);
MS Office (xüsusilə Excel);
Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma;
Analitik düşünmə qabiliyyəti və detal fokuslu olmaq;
Yüksək ünsiyyət bacarıqları;

Biz nə təklif edirik:

Yaxşı əmək şəraiti və komandada inkişaf imkanları;
Təcrübə qazanmaq və mühasibatlıq sahəsində peşəkar bacarıqları inkişaf etdirmək imkanı;
Elektron qaimələrin təqdim olunması;
Ödəniş tapşırıqlarının hazırlanması ( e-banking);
Üzləşmə aktları, təhtəl şəxslərlə hesablaşmaların hazırlanması;
Debitor-kreditor hesablara nəzarət olunma;
Elektron sistemlərdə və 1C proqram təminatında işləmə.

Müraciət etmək üçün CV-lərinizi info@shahbulagmining.az elektron poçt ünvanına mövzu hissəsində "Təcrübəçi Mühasib" başlığı yazmaqla göndərin.
Forwarded from Hüquq vakansiyaları
Hüquq üzrə maaşlı TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Abşeron Logistika Mərkəzi

Sizə nə təklif edirik?

Regionun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
Hüquq sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək;
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

Hüquq sahəsində ali təhsil;
Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dili arzuolunandır;
MS Offise proqramlarında, xüsusilə Word -də yüksək səviyyədə iş bacarığı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, hüquqi ekspertiza etmək bacarıqları;
Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
Yüksək araşdırma və tədqiqat bacarığı;
Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
Məntiqi təfəkkür və hüquqi təhlil, tətbiq bacarığı;
Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı qorumağı öyrənmək;
Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, akt və sərəncamları, normativ hüquqi sənədlərin ekspertizasında iştirak;
Müştərilər ilə rəsmiləşdirmə üzrə görüşlərdə iştirak;
Şirkətin fəaliyyətinin hüquqi təminatı ilə bağlı yaranan məsələlər üzrə rəy verilməsi, hüquqi sənədləri hazırlanması prosesində iştirak etmək;
Dövri hesabatların hazırlanması və təqdim edilməsini öyrənmək;

Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi cv@absheronport.az elektron poçt ünvanına, mövzu hissəsində “Təcrübə proqramı – Hüquq” yazmaqla göndərməyiniz xahiş olunur. (Qeyd: Gediş-gəliş üçün nəqliyyat xidməti (servis) göstərilir.)
Şirkətlər qrupu MÜHƏNDİS olmaq istəyənlər üçün şans yaradır

Gənc mühəndis olmaq istəyən ambisialı tələbələr və məzunlar, STP Şirkətlər Qrupu mühəndislik yolunda inkişafınız üçün mükəmməl bir şans yaratmağa davam edir 👷‍♂️ 👷‍♀️

"Sabahın Gücü" - STP Şirkətlər Qrupunun İnkişaf Platforması STP-nin zavodlarında, həmçinin Türkiyə və İsrailin istehsalat müəssisələrində müvafiq sahələr üzrə təcrübə qazanmaq, ixtisasınıza aid texniki təlimlərdə iştirak etmək, sənayedə iş prosesini dərindən müşahidə etmək imkanını sizə təklif edir!

Bu fürsəti qaçırmayın! 😊

Tələb olunan ixtisaslar:

🎓 1. Mexanika mühəndisliyi
🎓2. Elektrik, elektronika, energetika mühəndisliyi
🎓3. Proseslərin avtomatlaşdırılması mühəndisliyi
🎓4. Kimya mühəndisliyi
🎓 5. Universal dəzgahların idarəolunması
🎓 6. Qaynaq

Əlavə məlumat:

✔️ Təqaüdün verilməsi
✔️ Şirkət tərəfindən nəqliyyat və qidalanma
✔️ Təcrübə saatları: 09:00-17:00

Sizə uyğun vəzifənin adını qeyd edib CV-nizi sabahingucu@stp.az email ünvanına göndərin və "Sabahın Gücü" İnkişaf Proqramının təcrübəçilərindən biri olun!

qaynaqçı
Kiçik maliyyə mütəxəssisi tələb olunur

Maliyyə dünyasına ilk addımlarını atmaq istəyən, gənc, istedadlı və işgüzar bəy namizədlərin axtarışına start veririk!

İş yeri : Bakı, Green Plant MMC (Çinar park Plaza)
İş rejimi : Həftənin 5 günü

Qeyd : Nahar yeməyi və nömrə şirkət tərəfindən təmin ediləcəkdir.

Tələblər :

- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahədə ali təhsil
- Riyazi biliklər və analitik düşünmə qabiliyyəti
- MS Office (xüsusilə Excel) ilə işləmə bacarığı
- 1C proqram təminatı üzrə məlumatların olması və ACCA F3 sertifikatı arzu olunandır.
- Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dillərini bilmək əlavə üstünlükdür)
- Komandada işləmək bacarığı, peşəkar inkişafa meyllilik
- Müəyyən dövrlərdə ezamiyyətə gedə bilmək

İş barəsində məlumatlar :
- Bank və kassa əməliyyatlarının həyata keçirilməsi
- Elektron qaimələrin təqdim edilməsi, həmçinin qəbul olunan elektron qaimə məlumatlarının proqrama işlənilməsi
- Debitor və kreditor məlumatlarının izlənilməsi.
- Digər əməliyyatların proqrama işlənilməsi və s.

Sizə nə təklif edirik?
Gənc komandada işləmək imkanı
Peşəkar inkişaflar və təlimlər
Karyera yüksəlişi üçün real perspektivlər

"Kiçik maliyyə mütəxəssisi" qeyd edib CV-sini Elchin.Najafov@greenplant.az mail ünvanına təqdim etməsini xahiş edirəm.
AZERA Holding MMC Mühasib-təcrübəçi vakansiyasını elan edir.

Tələblər:
Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
Azərbaycan dilində səlis. (rus dili, ingilis dili arzuolunandır);
MS Office proqramlarında və 1C proqramında işləmək bacarığı;
Vergi qanunvericilikləri üzrə biliklərə sahib olmalı;
Komanda daxilində işləmək bacarığı
Müvafiq sahədə sertifikatlara malik namizədlərə üstünlük veriləcək.

İş şərtləri
ƏM Qanunvericiliyinə uyğun rəsmiləşdirilmə
5 günlük iş qrafiki

Uyğun olan namizədlərdən cv formalarını mövzu hissəsinə şirkətin və vakant yerin adını qeyd etməklə hr@azeraholding.az elektron poçt ünvanına göndərməyiniz xahiş edilir.
Satınalma Üzrə Kiçik Mütəxəssis TƏCRÜBƏ PROQRAMI

İşəgötürən: Lunchef Catering Sevices

İş haqqında məlumat:

İş saatı: 08:30 – 17:00
İş günləri: 1-5 günlər, şənbə günləri isə yarı iş günü
Nahar şirkət tərəfindən verilir.
Təcrübə müddəti - 1 ay
Təcrübə müddətini uğurla bitirənlər işlə təmin olunacaqdır.

Tələblər:

Yaş həddi: (IV kurs və magistr təhsili alan tələbələr)
Təhsil: Ali ( Uyğun ixtisaslarda təhsil alanlara üstünlük verilir)
Kompüter bilikləri MS Office (1C və ya digər proqramlar)

Vəzifə Öhdəlikləri:

Yeni təchizatçılarla əlaqələrin qurulması
Mövcüd təchizatçılarla əlaqənin idarə edilməsi
Malların keyfiyyətinə, çatdırılmasına nəzarət edilməsi
Satınalma şərtləri və müqavilə öhdəlikləri üzrə danışıqlar aparmaq
Qiymətlər, çatdırılma müddətləri və malların keyfiyyəti üzrə danışıqların aparmaq

cv@lunchefcatering.az mail adresinə “Satınalma Üzrə Kiçik Mütəxəssis təcrübə programı” başlığı altında cv-ləri göndərə bilərsiniz.
Əmək haqqı və mükafatların hesablanması üzrə təcrübəçi tələb olunur.

Qeyd: Bakı Dövlət Universiteti, tətbiqi riyaziyyat, mexanika-riyaziyyat fakultələrini yeni bitirmiş və ya 4-cü kurs qiyabi təhsil alanlar.

Təcrübə müddəti fevral-aprel aylarını əhatə edəcək.
Təcrübə müddəti ödənişsizdir.

Tələblər: ali bakalavr təhsilli
Cinsi: qadın, kişi

Ünvan: Binəqədi r., Binəqədi qəs., (Azadlıq m/st.dan 15 dəqiqəlik məsafə)

Maraqlanan şəxslər mövzu hissəsində "Payroll and benefits intern" qeyd etməklə CV-lərini sevinj.m@akpack.az elektron ünvanına göndərə bilərlər.
Xarici dil bilikləri olan yeni məzunların nəzərinə!⚡️

Rabitəbank maliyyə sahəsinə marağı olan və yeni universitet bitirmiş namizədləri axtarır.

Əgər siz:

- Maliyyə və ya əlaqəli sahədə təhsil almışsınızsa,
- Yaxşı səviyyədə xarici dil biliklərinə sahibsinizsə,
- Özünüzü peşəkar mühitdə inkişaf etdirmək istəyirsinizsə,

Bizim komandamıza qoşulmaq üçün əla fürsətiniz var!

Ətraflı məlumat və müraciət üçün CV-nizi career@rabitabank.com göndərə bilərsiniz.
Qrafik Dizayn üzrə təcrübə proqramı ✨️🪄

Tələblər:

*Şirkətin qrafik dizayn layihələrində iştirak etmək, dizaynların hazırlamaq

* Kreativ yanaşma və düşüncə

* Göstərilən sahədə praktiki təcrübə

* Adobe Creative Suite (Photoshop, Illustrator) dizayn proqramlarını bilmək.

* Komanda işində iştirak

* Daima öyrənməyə və araşdırmaya həvəsli olmaq

* Rəhbərliyin tapşırıqlarını vaxtında təhvil vermək;

* İşin vaxtında və keyfiyyətli təhvil vermək

Təcrübə Proqramının müddəti: 2 ay.

Yekunda yüksək performans göstərən namizədə işlə təmin olma şansı.



🖋📧 Maraqlanan şəxslər CV-lərini

jaleismayilzade54@gmail.com

addressinə başlıq hissəsinə "Qrafik dizayn təcrübəçi" qeyd edərək göndərə bilər.
Müəssisəyə Satınalma şöbəsinə Sənədləşmə üzrə Təcrübəçi tələb olunur

İşəgötürən: Puva Construction

Yalnız xanım namizədlər CV göndərsin

Rəsmi olaraq əmək müqaviləsi bağlanılır və rəsmi olaraq əmək haqqı verilir (400azn net)
6 aydan sonra sizin iş potensialınızdan asılı olaraq vəzifə və maaş artımı da ola bilər.

Təcrübə zamanı təcrübə ediləcək işlər :
Alqı-satqı müqavilələrinin hazırlanması;
ERP sisteminə alış qiymətlərinin daxil edilməsi;
Və satınalmaya aid olan digər kiçik işlərin görülməsi.

İş 5 günlükdür. Saat 09.00 -18.00
İş yeri: Nərimanov ray.,

Universiteti yeni bitirmiş, karyera qurmaq və həm işi öyrənib, həm də əmək haqqı almaq istəyən namizədlər CV-lərini hr@puvainsaat.com mailinə göndərə bilərlər
Gənc mütəxəssislər üçün TƏCRÜBƏ PROQRAMI

• Təcrübə proqramını uğurla başa vuran və şirkətin tələblərinə ən yaxşı cavab verən şəxslər Dəniz Servis MMC-də işlə təmin olunacaqlar.

• Azərbaycan qanunvericiliyinə uyğun qeydiyyat, natamam iş (yarım-stavka), aylıq 200 manat kompensasiya.

Tələblər:
Aşağıdakı sahələr üzrə ali təhsil:

- Texniki, elektrik mühəndisi
- Texniki, mühəndis-mexanik
- Texniki, metrologiya mühəndisi
- humanitar, biznesin idarə edilməsi
- Humanitar, logistika və təchizat zənciri
- Humanitar, maliyyə və menecment

Məsuliyyətlər:

• analitika və satış monitorinqi;
• təchizatçılar və müştərilərlə iş üçün sənədlərin hazırlanması;
• müştərilərlə davamlı qarşılıqlı əlaqə;
• satış və satışdan sonrakı xidmət şöbəsi üçün təchizatçılar və müştərilərlə iş üzrə məlumat materiallarının hazırlanması;
• satış və satış sonrası xidmət şöbəsinin əksər proseslərində iştirak, şirkətin strateji sifarişlərlə necə işlədiyini anlamaq imkanı;
• metrologiya mühəndisləri üçün: ölçmə cihazlarının və avadanlıqlarının düzgünlüyünün yoxlanılması və tənzimlənməsi, ölçmə vasitələrinin müəyyən edilmiş standartlara tam uyğunlaşdırılması;
• elektrik mühəndisi üçün: texniki sənədlərlə işləmək, elektrik quraşdırma işləri üçün təklif olunan (layihə sənədlərinə uyğun) material və avadanlıqların uyğunluğuna nəzarət, avadanlıqların layihəyə uyğun quraşdırılması;
• mühəndis-mexanik üçün: texniki sənədlərlə işləmək, quraşdırma işləri üçün təklif olunan (layihə sənədlərinə uyğun) material və avadanlıqların uyğunluğuna nəzarət, avadanlıqların layihəyə uyğun quraşdırılması.

• Azərbaycan, rus və ingilis dillərini bilmək
• Microsoft Office proqramlarını, xüsusilə Microsoft Excel-i yaxşı bilmək

Müraciətinizi 01.04.2025-ci il tarixinədək CV-nizi sales@denizservice.com e-mail adresinə göndərə bilərsiniz.

E-mail: careercenter@khazar.org

0512803741

Part time
“PAŞA Bank” yeni təcrübə proqramı ilə peşəkar inkişaf fürsəti təqdim edir

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri məmnuniyyətinin standartlarının inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənən “Öncə müştəri” təşəbbüsü çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinə start verib. Bu istiqamətdəki ilk layihələrdən biri yeni məzunlar və tələbələr üçün bank sahəsində peşəkar inkişaf və uğurlu karyera qurmaq məqsədilə PAŞA Bank təcrübə proqramı təqdim edir.

Proqram 6 aylıq müddəti əhatə edir. İştirakçılar bank sektorunda real iş mühiti ilə tanış olacaq, müştərilərlə birbaşa əlaqə quraraq praktiki təcrübə toplayacaq və müştəri xidmətləri sahəsində dərin biliklər əldə edəcəklər. Eyni zamanda, Bankın müştəri məmnuniyyətinin strategiyasının bir hissəsi olaraq, iştirakçılara korporativ iş mühitində fəaliyyət göstərmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edilir. “PAŞA Bank” mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qoşularaq iştirakçılar biznes bilikləri ilə yanaşı praktiki bacarıqlar da əldə edəcəklər.

Təcrübə proqramı yüksək kommunikasiya bacarığına, təşəbbüskarlığa, komandada effektiv işləmək və detallara diqqət yetirmək qabiliyyəti olan bakalavr təhsilinin 3-cü və 4-cü kurs tələbələri, hazırkı magistr tələbələri və 2024-cü il məzunları üçün nəzərdə tutulub.

Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkə daxil olun: https://pshb.az/40kR4t6
Satış Təmsilçisi tələb olunur - Bakalavr və Magistr tələbələri də müraciət edə bilər

İşəgötürən: Baku City Tour Şirkəti

Ünvan: Tarqovu, Xəqani Ticarət Mərkəzi ikinci mərtəbə liftlə üzbəüz Baku City Tour sirkəti

Satış təmsilçisi üzrə universitet bakalavr magistr tələbələri də müraciət edə bilər. İş saatı onların dərs cədvəlinə uyğun tənzimlənir.

Əmək haqqı:

Tam ştat (10:00-dan 19:00-a qədər ) - 530manat+satışdan komisya=800-1300 manat.
Həftə içi yarım ştat(4 saat yarım 10:00-14:30, 14:30:-19:00) həftə sonu 2 günü tam ştat(10:00-dan 19:00-300manat+ satışdan komisya=600-900 manat.
Yarım ştat (4 saat yarım 10:00-14:30, 14:30:-19:00) - 200 manat+satışdan komisya=500-700 manat.

Tələblər:

Təcrübə tələb olunmur (İş öyrədilir)
İngilis dili: A2 və B1 arası (B2 səviyyəsi üstünlükdür).
Yaş həddi: 18-32 qadın və kişi namizəd
Mehriban, gülərüz, kollektivlə işləyə bilən şəxsiyyət.

Vəzifələr:

Tarqovu ərazisində turistlərlə əlaqə qurmaq və onlara ingilis dilində turlar haqqında məlumat vermək.Turistlər tur almaq istədikdə, onları ofisə dəvət etmək.
İş qrafiki: Həftədə 6 gün, 4 saat yarım(yarım ştat) və ya 10:00-dan 19:00-a qədər (tam ştat).
Fasilələr: Yarım ştat işçiləri üçün gündə bir dəfə 20 dəqiqəlik istirahət, tam ştat işçiləri üçün isə 3 dəfə 20 dəqiqəlik fasilə və yarım saatlıq nahar fasiləsi verilir.

Əgər siz bu vakansiyaya uyğun olduğunuzu düşünürsünüzsə, CV-nizi namazliqaya@gmail.com elektron poçt ünvanı ünvanına "Satış təmsilçisi" başlığı altında göndərməyiniz və yaxud 0775742777 nömrəsi ilə WhatsApp üzərindən əlaqə yaratmaq tələb olunur.