👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
@CoderrTv #Coderİnfo #docker

Nə üçün Docker?

Tutaq ki,developer kodu yazıb review edib və öz localında yoxlayıb heç bir problem olmadığını və sistem adminə deploy etməsini deyir.Bura qədər hər şey yaxşıdır.
Sistem admin deploy edir və testerə yönəldir.Tester isə developerə bəzi funksiyaların düzgün işləmədiyini deyir.Developer isə localda heç bir problem olmadığını və problemin server tərəfdə olduğunu deyir.Beləliklə bu döngü başlayır.Bu zaman araya containerzation yəni Docker daxil olur.
Docker Ə/S daxilində bir neçə kəsilmiş (cut) bir birindən tamamilə əlaqəsiz izolasiya olunmuş konteynerləri virtuallaşdırma texnologiyasıdır.
Məsələn proyektin back-i php 8.0-də front-u isə react 16.0.1 versiyasında yazılıb,Databaza isə mysql 17.0.1  versiyasını dəstəkləyir.Bu zaman bütün serveri bu versiyalar üzərində qurmaq əlverişsiz olar və ya hər proyekt üçün başqa server qaldırmaq lazım gələr.Docker bu problemi aradan qaldıraraq istədiyiniz versiya imageləri serverə pull edərək əsas ƏSdən tamamilə izolasiya edir və deployment prosesini problemsiz sürətli şəkildə run etmənizi təmin edir.


@CoderrTv | ©️Hüseyn Məmmədov
👍82