👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
436 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
#Coderİnfo #bootstrap

📍Bootstrap nədir?

Bootstrap Front-End Developerlər üçün hazırlanmış açıq mənbə və pulsuz CSS kitabxanasıdır. Bootstrap ilə masa üstü, tablet, mobil və bütün brauzerlər ilə uyğun veb saytlar hazırlaya bilərik. Həmçinin bir veb saytı üçün lazım olan bütün komponentləri hazırlamaq mümkündür. (Form elementləri, cədvəllər, buttonlar, alert mesajları, navbar, pagination, teqlər, açılan menyular və s. kimi dizayn elementləri) Bu hazır komponentləri istifadə edərək, hər bir cihaza uyğun bir dizaynı həyata keçirmiş oluruq. Bütün bunların yanında Bootstrap’ı digər framework və kod kitabxanalarından fərqləndirən xüsusiyyət, grid sistemidir. Bootstrap’ın grid sistemi sayəsində, responsive veb səhifəni yaratmaq asan olur. Bootstrap veb səhifənizi bərabər hissələrə bölür və sizə bərabər şəkildə ayrılmış bu hissələrə istədiyimiz kimi müdaxilə etmək imkanı verir.


©️Coder.Tv | @CoderrTv