👨🏻‍💻 TechCode Azerbaijan
943 subscribers
437 photos
30 videos
155 files
1.18K links
Azərbaycanın yerli proqramlaşdırma kanalı 🇦🇿💻
Paylaşımlarımız:
💡 Proqramlaşdırma ilə bağlı məqalələr
💡 Vakansiyalar və təcrübə proqramları
💡 Kitablar və proqramlaşdırma arxivləri (MEGA, Yandex Disk)
💡 Udemy kurs endirim kuponları

Link : @techcodeaz
Download Telegram
🔻Veb proqramlaşdırmaya başlayanlara məsləhətlər (əsasda frontend)

Veb proqramlaşdırmaya başlayanlara və yüksəlmək istəyənlərə məsləhət gördüyüm əsas məsələləri burda qeyd edəcəyəm. Bu yolu izləsəniz, karyeranızı çox üst səviyyədə qura bilərsiniz.

- Sahə 2 yerə bölünür. “Frontend” və “backend”. 1-ci brovserdə, 2-cisi serverdə işləyən dillərə deyilir.
- Hansı dili öyrənmək istəyirsinizsə, öncə HTML və CSS-i öyrənin ki, sonrası asan olsun.
- Youtube-dan Kamil Niftəliyevin HTML və CSS dərslərinə baxın. Bu ikisini çox dərindən öyrənməyə çalışmayın. Praktiki təlimlərə keçin.

“Backend” üçün “Udemy”də Sərxan Rəsullunun Java dərslərinə baxmağı məsləhət görürəm. Orda nə etməli olduğunuzu ətraflı anladır.

“Frontend” üzrə davam edəcəksinizsə, aşağıdakıları edin:
- Bootstrap 4, BEM, SASS, “responsive design” dərslərinə baxın.
- Javascript (JS) və ES6 öyrənin.
- Card, Navbar, Carousel, Accordion kimi elementləri hazırlamağı öyrənin.
- Bir səhifəlik XD dizayn tapıb onun responsive frontendini yığın. BEM standardı ilə Bootstrapda, əlbəttə ki.
- Bu mərhələdə artıq təcrübə yığmaq üçün şirkətlərə müraciət edə bilərsiniz. Bir tərəfdən bunu edərkən bir tərəfdən də React öyrənin.
- Ən çox iş tapma ehtimalı React-dadır. Angular və Vue-a rəğbət azdır. Bunlar Javascript kitabxanalarıdır.
- Sonrasında Redux, Redux-saga, Hooks, Axios kimi termin və kitabxanalarla yaxından tanış olun.
- Git və Typescript öyrənin.
- React testing library
- İngilis dilinizi zənginləşdirin. Kurslara gedin. “Fluent” istifadəçi olun.

Artıq Ölkə standardlarında middle developer oldunuz. Təbrik edirəm. Senior olmaq üçün:
- Kompyuter necə işləyir və proqramı necə oxuyur (JS engine, critical rendering path, threads, Sync-async və s.)
- PWA
- Advanced Git
- Software Development Lifecycle (SDLC)
- Gitflow
- Semantic versioning
- Design patterns, SOLID principles
- Big O notation
- Data structures, #algorithms
- Sistem dizayn öyrənməli və
- Python, NodeJS və ya Java kimi backend dillərdən biri ilə tanış olmalısınız.

Bunlar 6 il gecə-gündüz araşdırıb yığdığım təcrübədən önəmli detallardır. Görməyini istədiyiniz dostlarınızla paylaşa bilərsiniz.

Uğurlar.


@CoderrTv | © Babək Nağıyev
👍195🔥2👏1