بينك وبين الله
23 subscribers
10 photos
6 videos
1 file
21 links
[Qəsas 24.]

﴿رَبِّ إِنِّي لِمَا أَنْزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ﴾

“Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin hər bir xeyrə möhtacam.”
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔖O kişilər ki, nə ticarət nə də alış veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.



⏳️ Onlar qəlblərin və gözlərin çevriləcəyi gündən (qiyamət günündən) qorxarlar. 🔖


"Nur surəsi"
(24:37)


▫️https://t.me/tariquannur▫️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2👍11
عَنْ كَعْبِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ:
مَا ذِئْبَانِ جَائِعَانِ أُرْسِلَا فِي غَنَمٍ بِأَفْسَدَ لَهَا مِنْ حِرْصِ الْمَرْءِ عَلَى الْمَالِ وَالشَّرَفِ لِدِينِهِ.
Kəb ibn Malik (رضي الله عنه)-dən rəvayət olunur ki, Peyğəmbər ﷺ buyurmuşdur:

“İnsanın mala və şöhrətə olan hərisliyinin dininə vurduğu zərər, iki ac canavarın qoyun sürüsünə vurduğu zərərdən daha şiddətlidir.”🕊

😀 Mənbə:
Sunan at-Tirmizi (2376)


Bu hədisi şərh edərkən (Camiul-ulum vəl-hikəm kitabında) İbn Rəcəb əl-Hənbəli belə izah edir:

İki ac canavar bir qoyun sürüsünə buraxıldıqda, o sürüdən salamat qalan qoyun çox az olar. Hətta bəzən demək olar ki, heç nə qalmaz.
Buna bənzər şəkildə:
əgər bir insanın qəlbində mal və şöhrət hərisliyi varsa,
bu hərislik onun dinini məhv edər və ondan çox az hissə salamat qalar.

İbn Rəcəb vurğulayır:
insan dünya baxımından uğurlu görünə bilər
amma bu uğur onun dinini dağıdırsa, bu fəlakətdir.



Əhməd ibn Hənbəl-dən soruşuldu:
“Min dinarı olan bir insan zahid ola bilərmi?”
O dedi:
“Bəli, əgər (o mal) artdıqda sevinməz, azaldıqda isə kədərlənməzsə.”

📗Dünyası əlindən alınsa da dini salamat qalan kəs, dünyası verilən, lakin dinini itirən kəsdən daha xeyirlidir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍221
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌟🌟🌟🌟🌟🌟🌟🌟
Sən hər bir halında xeyir üzərindəsən🌱

🌟
🌟Peyğəmbər 🌱
🌟 buyurmuşdur: “Möminin
🌟 işinə təəccüb edirəm!
🌟 Həqiqətən onun bütün
🌟 işləri onun üçün xeyirlidir!
🌟 Əgər başına sevindirici bir
🌟 iş gələrsə şükr edər və bu
🌟 onun üçün xeyirli olar, əgər
🌟 başına müsibət gələrsə
🌟 səbr edər və bu da onun
🌟 üçün xeyirli olar. Bu da
🌟 yalnız möminə
🌟 xasdır.”
🌟

(Muslim)


🌱https://t.me/tariquannur

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
43👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ayıl, ey bacım… kitab
bağlanmadan əvvəl!


Allah Təalə buyurur:

{يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي}

"(O gün İnsan)deyəcək:
“Kaş ki, həyatım üçün (yaxşı əməllər) hazırlayaydım!”

[Al-Fajr.24]

Və sən bu sözləri dilinə gətirib deməzdən əvvəl qəflətdən ayıl!

Sanki dünya əbədi qalacaq bir yurddur, sanki ölüm sizdən başqalarına yazılıb!
Elə isə: azuqən azdır, səfər uzundur, hesab çəkən isə hər şeyi görür.


▫️https://t.me/tariquannur ▫️
👍3
Müraciət edən qadındır, qadınlara xitab edir.

QAFİL QƏLBLƏRƏ ÇAĞIRIŞ.

Ey müsəlman qadınlar, ey möminlərin analarının (Allah onlardan razı olsun) nəvələri…
Möminlərin analarının yolunu gedənlər!


Nə vaxta qədər bu qəflət dənizində qalacaqsınız?
Nə vaxta qədər fani olan dünyanı bəzəyib, əbədi olanı unudacaqsınız?
Təəccüblüdür o qəlb ki, insanlara qarşı qorxu ilə dolur, lakin aləmlərin Rəbbi olan Allahın qorxusundan titrəmir!

Ey müsəlman qadınlar, nə vaxta qədər telefonlarda, internetdə şəkillər paylaşacaqsınız?
Nə vaxta qədər zahiri bəzəklərlə öyünəcəksiniz?
Nə vaxta qədər uşaqların, evlərin şəkillərini paylaşmaqla yarışacaqsınız?

Bu əməllərlə sanki dünya əbədidir, sanki ölüm sizə yazılmayıb, sizdən başqasına yazılmışdır!
Sanki dünya əbədi qalacaq bir yurddur.

Məgər bilmirsənmi ki, paylaşdığın hər bir şəkil, aşkarda göstərdiyin hər bir zinət – onun günahını və onunla fitnəyə düşənlərin günahını Qiyamət günü sənin çiyinlərində yük edəcək?

“Məgər özünüzü o dərəcədə alçaltmısınız ki, nəfsinizi fitnəyə düçar edirsiniz?
Və səhifələrinizi, əməl dəftərinizi boş və faydasız şeylərlə doldurursunuz?"

Unutma ki,
📜🕯 Peyğəmbər ﷺ buyurmuşdur:

“Xaliqə asi olmaqda məxluqa itaət yoxdur.”

Kim insanları razı salmaq üçün Allahı qəzəbləndirərsə, Allah onu insanların ixtiyarına buraxar.

Haradadır tövhid elmini öyrənmək?
O əzəmətli rükun, o böyük dayaq ki, o olmadan – (tövhid) insanın daxilən və zahirən Allaha tam bağlılığı və təslimiyyəti olmadan – nə namazı, nə də orucu qəbul olunmaz.

Cənnətin açarını zay edən insan necə Cənnətə daxil olmağı umar?
Dəstəmazın şərtlərindən cahil qalan insan necə nicat tapacağını düşünür?
Namazın rükunlarını və vaciblərini bilməyən insan Qiyamət günü necə qurtaracağını fikirləşirmi?
Allahın fərz etdiyi elm – istər qadın, istər kişi – hər bir müsəlmanın üzərinə vacibdir.
Bunu bilməyən insan Qiyamət günü necə nicat tapacağını düşünürmü?

Ey müsəlman qadın!
Saatlar, vaxtlar sosial şəbəkələrdə geyim modalarını, xəbərləri izləməklə, müxtəlif yeməklərin hazırlanmasını seyr etməklə boşuna keçir.
Lakin Allahın qarşısında necə duracağını öyrənmək üçün dəqiqələr ayırmağa acizsən.?

Bu isə ən böyük fəlakətdir!
Böyük bir bəladır!


◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️

Ey bacım!
Ölüm qəfil gəlir, qəbir isə əməllərin sandığıdır.
Orada nə insanların “bəyənmələri”, nə də gözəlliyinə və zinətinə edilən təriflər sənə fayda verəcək.
Orada arzulayacaqsan ki, kaş ömrünü səcdədə, bir ayə öyrənməkdə keçirəydin…
Kaş ömrünü övladlarına Peyğəmbərin ﷺ yolunu öyrətməklə, onlara nəbəvi tərbiyə verməklə sərf edəydin.

Ey bacım, öz zurriyyətin barədə Allahdan qorx!
Bil ki, övladlar sənə Allah Təalədən verilmiş bir əmanətdir.
Onları necə tərbiyə edirsən? Onların qəlbində Allah və Peyğəmbər ﷺ sevgisini yerləşdirməyə çalışırsan mi?
Yoxsa yalnız dünya sevgisini, dünya işlərin də qabağcıl olmaq?
Övladlara verdiyin ancağ budurmu?

Ayıl, ey bacım… kitab bağlanmadan əvvəl!

Allah Təalə buyurur:
{يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي}
"(O gün İnsan)deyəcək:
“Kaş ki, həyatım üçün (yaxşı əməllər) hazırlayaydım!”
[Al-Fajr.24]

Və sən bu sözləri dilinə gətirib deməzdən əvvəl qəflətdən ayıl!


💡Və bil ki, həqiqi, əsl həyat hələ başlamayıb…
Nə qədər ki, sağsan – bil ki, əsl həyat hələ qarşıdadır.
Elə isə: azuqən azdır, səfər uzundur, hesab çəkən isə hər şeyi görür.

▫️https://t.me/tariquannur ▫️
👍4
Ay mənim örtülü, hicablı qızım,
Tutqun gecələrdə parlaq ulduzum,
İstərdim səninçün nəsihət yazım,
Sən Allahdan çəkin, ondan qorx qızım.


Sən gülün qönçəsi, hicab ləçəyin,
Sənə bənzəri var gülün, çiçəyin,
Hicab iffətidir sən tək qönçənin,
Sən Allahdan çəkin, ondan qorx qızım.


Deyirsən tənə ilə qarı deyirlər,
Saçlarını boya sarı deyirlər,
Ən azı şalvar gey barı deyirlər,
Sən Allahdan çəkin, ondan qorx qızım.


Soruşdum bəs nədən işlər nataraz,
Hamı açıq-saçıq, hicablılar az ?
Aşkarda çox olan qiymətli olmaz,
Sən Allahdan çəkin, ondan qorx qızım.


Diqqət et, daş-kəsək hər yerdə olar,
Qiymətli cəvahir gizlində qalar,
Dünya asilərlə, şeytanla dolar,
Sən Allahdan çəkin, ondan qorx qızım.


📜 🕯️ MURAD MURADLI.

▫️https://t.me/tariquannur▫️
👍7
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللهُ عَنْهُ، قَالَ: قَالَ رَسُولُ اللهِ ﷺ:
«ثَلَاثٌ مَنْ كُنَّ فِيهِ وَجَدَ حَلَاوَةَ الإِيمَانِ: أَنْ يَكُونَ اللهُ وَرَسُولُهُ أَحَبَّ إِلَيْهِ مِمَّا سِوَاهُمَا، وَأَنْ يُحِبَّ الْمَرْءَ لَا يُحِبُّهُ إِلَّا لِلَّهِ، وَأَنْ يَكْرَهَ أَنْ يَعُودَ فِي الْكُفْرِ بَعْدَ إِذْ أَنْقَذَهُ اللهُ مِنْهُ كَمَا يَكْرَهُ أَنْ يُقْذَفَ فِي النَّارِ»

▫️Ənəs bin Malikdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə, Rəsulullah ﷺ belə buyurmuşdur:

🕯​"Üç xislət vardır ki, kimdə onlar olarsa, imanın şirinliyini dadar:

​Allah və Rəsulunun ona hər şeydən daha sevimli olması;
​Bir kimsəni yalnız Allah rızası üçün sevməsi;
​Allah onu küfrdən qurtardıqdan sonra, təkrar küfrə qayıtmağı oda atılmaqdan qorxduğu (ikrah etdiyi) kimi pis görməsi."


​(Buxari və Müslim)

◽️https://t.me/tariquannur◽️
👍6
Forwarded from Sən Xatırlat
nəbəvi_dualar.pdf
15.6 MB
📚Şeyx AbdurRazzəq əl-Bədr'in tərtib etdiyi "Cəvamiul Əd'iyə ən-Nəbəviyyəh" kitabındakı duaları sizin üçün tərcümə və transkripsiya ilə bir yerə topladıq.

❗️Bu dualar az sözlərdən ibarət olub, geniş mənaları əhatə edən dualardır.

Allah bərəkətli və faydalı etsin♥️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2
Forwarded from Sən Xatırlat
🗓️Xüsusən bu gün Əsr Məğrib arasında bu dualara çox ehtiyacımız var✏️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2


Bizə Əffan danışdı, (o) bizə Həmmad ibn Sələmədən, (o da) Əli ibn Zeyddən, (o da) Şəhr ibn Həvşəbdən, (o da) Əsma bint Yeziddən rəvayət etdi ki:



🕯"O, bir gün kişilərin və qadınların oturduğu bir məclisdə Allah Rəsulunun ﷺ yanında idi. Peyğəmbər ﷺ buyurdu: «Ola bilsin ki, bir kişi öz zövcəsi ilə nə etdiyini (yataq sirrini) danışır?
Və ola bilsin ki, bir qadın əri ilə nə etdiyini başqalarına xəbər verir?»
Oradakılar susdular (başlarını aşağı saldılar). Mən dedim: «Bəli, Allaha and olsun ki, ey Allahın Rəsulu! Qadınlar da bunu mütləq danışır, kişilər də bunu mütləq edirlər.» Peyğəmbər ﷺ buyurdu:

«Belə etməyin! Çünki bunun misalı, bir erkək şeytanın küçədə (yolda) dişi bir şeytanla qarşılaşıb, insanlar onlara baxa-baxa onunla yaxınlıq etməsinə bənzəyir.»"

📚 (Mənbə: İmam Əhməd, "Müsnəd", 27583-cü hədis)

📲https://t.me/tariquannur
👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🕯Biz həmişə namaz qılmayanlara deyirik:

​"Necə cürət edirsən?"
​"Necə cürət edirsən?"
​"Sən isə... sən axı azanı eşitmisən."
​"Bilirsən eşitmisən nə deməkdir?"
​"Yəni azanı eşidirsən..."

🪶​"Bu o deməkdir ki, Allah sənə əlini uzadır."
​"Ey Flankəs! Bu mənim sənə uzanan əlimdir, Allahu Əkbər (Allah ən böyükdür)."
"Mən buradayam, mən sənin ətrafındakı hər şeydən daha böyüyəm, ey Flankəs."
​"Mənimlə görüş (əlimi sıx), əlini əlimə qoy."


​"Və sən..."
​"Allahu Əkbər (Allah ən böyükdür)."
​"Sən isə nə edirsən?"
​"Əşhədu ən lə iləhə illəllah (Şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur)... Əl Allah tərəfindən uzadılmış vəziyyətdədir, hələ də uzadılıb, azan sənə bunu eşitdirir."
​"Həyyə ələs-səlah, həyyə ələl-fəlah (Namaza gəlin, qurtuluşa gəlin)..."
​"Sən isə (yatırsan)..."
​"Yaxud... yaxud başqa bir şeylə məşğulsan."

​"Necə?"
​"Allah sənə əlini uzatdığı halda, sən necə cürət edirsən?"


📲https://t.me/tariquannur
👍2

« أصل الشر من ضعف الإدراك، وضعف النفس ودناءتها. وأصل الخير من كمال الإدراك، وقوة النفس وشرفها وشجاعتها »

• ابن القيم | الداء والدواء صـ (٤٤٨)



"Şərrin əsası dərk etməyin zəifliyi, nəfsin gücsüzlüyü və alçaq olmasıdır.
Xeyrin əsası isə dərk etməyin kamilliyi, nəfsin güclü, şərəfli və cəsarətli olmasıdır."



📚Mənbə: İbn Qeyyim əl-Cəvziyyə, əd-Dəu vəd-Dəva (الداء والدواء), səh. 448.

📲https://t.me/tariquannur
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Allah Təalənin bağışlamasını qazanmağın üç böyük səbəbi.

Hər bir səbəb digərindən daha güclüdür!


▫️https://t.me/tariquannur▫️
👍2
— ​"Ey dəvətçilər (dinə çağıranlar)! Sizin dəvətinizi qəbul edənlərin sayının azlığına görə zəiflik (həvəssizlik) göstərməyin.
Çünki Allaha dəvət etməyin şərəfi və bu işi görənlərin dünyadakı və axirətdəki məqamının ucalığı, ona cavab verənlərin sayı ilə bağlı deyildir.


—​ Peyğəmbər (sallallahu əleyhi və səlləm) buyurmuşdur:
'Elə bir peyğəmbər gələr ki, yanında heç kim olmaz'.

Yəni, o, (insanları) dəvət etmiş, lakin ona heç kim müsbət cavab verməmişdir.
O, peyğəmbər kimi yaşamış, peyğəmbər kimi ölmüş və (Qiyamət günü də) peyğəmbər kimi dirildiləcəkdir."


— Saleh əl-Useymi


📲 https://t.me/tariquannur
👍3
‏« كل ما تولَّد عن الطاعة فهو زيادة لصاحبه وقربة، وكل ما تولَّد عن المعصية فهو خسران لصاحبه وبعد »

• ابن القيم | الداء والدواء صـ (٤٧٥)


•••••••••••••••••

"İtaətdən doğan hər bir şey sahibi üçün artım və Allaha yaxınlıqdır. Günahdan doğan hər bir şey isə sahibi üçün ziyan və Allahdan uzaqlaşmadır."

Mənbə: İbnul-Qeyyim, əd-Dəu vəd-Dəva, səh. 475.

📲https://t.me/tariquannur
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
﴿لَهُ مُعَقِّبَاتٌ مِن بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ﴾


"Onun önündə və arxasında növbə ilə gələn mələklər vardır. Onlar Allahın əmri ilə onu qoruyurlar."

(ər-Ra’d,13:11)


• • • • • • • • • • • • • • •
• "Allah hər bir bəndənin üzərinə dörd mələk təyin etmişdir: ikisi onun sağında və solunda olub əməllərini yazır, digər ikisi isə önündən və arxasından onu qoruyur."

📚Mənbə: İbnul-Qeyyim, əd-Dəu vəd-Dəva, səh. 467.

📲https://t.me/tariquannur
👍2
•••ÖZÜNÜ ELMDƏN MƏHRUM ETMƏ! •••

— ​Özünü elmdən (öyrənməkdən) məhrum etmə.

— ​Quran oxumaqdan müəyyən bir payın (gündəlik nəsibin) olmalıdır.

— ​Alimlərin dərslərindən də bir payın olsun, onu əsla kəsmə, əsla kəsmə.

Müsəlman ​qardaşlardan biri deyir:
"Şeyximlə əhd bağladım ki, mənimlə onun dərsi arasına ölümdən və ya ikimizdən birinin aciz qalmasından (xəstəlik və s.) başqa heç nə girə bilməz."


​— Dərslərdən özünə elə bir pay ayır ki, onu heç vaxt yarımçıq qoymayasan.

​Qurandan özünə elə bir pay ayır ki, onu heç vaxt kəsməyəsən.

— ​Mütaliədən (kitab oxumaqdan) özünə elə bir pay ayır ki, onu heç vaxt dayandırmayasan.

🕯️Bununla yanaşı, Allah Təaladan sənə faydalı elm nəsib etməsini çoxlu dua edərək dilə və bu yolda möhkəm ol

Süleyman ibn Abdullah əş-Şuvey'ir nin mühazirəsindən fayda 🪴

سليمان بن عبد الله بن محمد الشويعر
📲https://t.me/tariquannur
👍2