SHEKİ MEDİA
857 subscribers
19.6K photos
6.89K videos
8 files
3.51K links
🔴 Şimal-qərb bölgəsindən, ölkə və dünyadan ən son və maraqlı xəbərlər

Əlaqə: 050 519 83 33

● Instagram: sheki.media

● YouTube: shekimedia

● Sayt: sheki.media
Download Telegram
❗️ BDYPİ sürücülərə xəbərdarlıq edib.

🌧️ Yağışlı və dumanlı hava, eləcə də həftəsonu yollarda hərəkətin intensivləşməsi ilə əlaqədar sürücülərə diqqətli olmaq tövsiyə edilib.

⚠️ Sürücülər sürət həddini yol şəraitinə uyğun seçməyə və təhlükəsizlik qaydalarına əməl etməyə çağırılıb.
❗️ Azərbaycanda ötən gün 50 şübhəli saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, oktyabrın 23-də ölkə ərazisində 36 yeni, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin üstü açılıb.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb. Bundan başqa, axtarışda olan 127 nəfər tutularaq aidiyyəti üzrə təhvil verilib.

🔹 Gün ərzində narkotiklərlə bağlı 14, qanunsuz silah-sursatla əlaqədar 5 fakt aşkarlanıb. İtkin düşmüş kimi axtarılan 5 nəfər tapılıb.
❤1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var.

"
SHEKİ.MEDİA"nın məlumatına görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.

Belə ki, Qəbələ şəhəri ərazisində iki “Opel” markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 16 yaşlı Elcan Əşrəfov, 19 yaşlı Samin Osmanov və 16 yaşlı Osman Abdulkərimov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🏆 Bakıda FIFA U-15 dünya çempionatı və festivalına bu gün start veriləcək.

🏟️ Yarışın ilk günündə 92 matç keçiriləcək.
🇦🇿🇯🇴 Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib.

Nazirlik İordaniyanın Kərək şəhərində kilsəyə edilən hücumu pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.
🌧️Sabah da Şəkidə havanın yağıntılı keçəcəyi gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚡⚡Şəkidə “Yuxarı Baş” və “Kiş” qoruqlarına giriş bu şəxslər üçün ödənişsizdir.

Əlilliyi olan şəxslər, azyaşlı uşaqlar, məktəblilər, müharibə veteranları, qazilər və onların birinci dərəcəli ailə üzvləri, eləcə də şəhidlərin birinci dərəcəli ailə üzvləri Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və mədəniyyət müəssisələrinə ödənişsiz daxil ola bilərlər.

“
SHEKİ.MEDİA” xəbər verir ki, bu güzəşt xarici ölkə vətəndaşlarının 12 yaşınadək uşaqlarına da şamil olunur.

Ödənişsiz giriş imkanı Şəkidə yerləşən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu və “Kiş” Tarix-Memarlıq Qoruğu üçün də keçərlidir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿⚽️FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib.
🇦🇿 Azərbaycanın U-15 millisi dünya çempionatının açılış oyununda Timor-Leste yığmasını 6:0 hesabı ilə məğlub edib.
🇦🇿 Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür!
🌨️Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-ə çatıb. - FAKTİKİ HAVA
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
☀️Sabah Şəkidə havanın yağmursuz keçəcəyi gözlənilir.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
❗️Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq.

⚠️ Oktyabrın 26-da yağıntılı və dumanlı hava səbəbindən bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500–1000 metrədək azalacaq.

📌 Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
🏆 Eldəniz Əzizli 5 qat dünya çempionu oldu!

55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli finalda iranlı Payam Balutakiyə 3:1 hesabı ilə qalib gələrək karyerasında 5-ci dəfə dünya çempionu titulunu qazandı!
❤1
Forwarded from Operativ Media
⚡️⚡️Türkiyə KİV-ləri Ərdoğanın baş müşaviri Oqtay Saralın istefa verdiyini bildirir

● Məlumata görə, yaxın vaxtlarda Oqtay Saralın vəzifəsindən uzaqlaşdırılması ictimaiyyətə açıqlanacaq

● Oqtay Saral Azərbaycanda vahid məktəbli forması ilə bağlı etiraz statusu yazmışdı.

● Bu status Azərbaycan ictimaiyyətində ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirilmişdi.
🇦🇿🤼‍♂️ Sənan Süleymanov dünya çempionu oldu!

🥇 Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) finalda moldovalı A. Qutuya qalib gələrək karyerasında ilk dəfə dünya çempionu titulunu qazanıb.

👏 Təbriklər, Sənan! 🇦🇿🏆
❤1👍1
🥇 Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb.

📈 Qızılın bir troya unsiyasının qiyməti 0,46% artaraq 4 026,3 dollar olub.

🥈 Gümüşün bir unsiyasının qiyməti isə 0,58% yüksələrək 54,26 dollar təşkil edib.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔴Şəki şəhərinin Lev Tolstoy küçəsində yerləşən, əvvəllər uşaq bağçası kimi fəaliyyət göstərən köhnə tikilinin gecə saatlarında damı uçub.

"
SHEKİ.MEDİA" xəbər verir ki, hadisə nəticəsində binanın qarşısında yerləşən qaz xətti zədələnib.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿 Elm və Təhsil Nazirliyindən İrana sərt cavab

📢 Elm və Təhsil Nazirliyi İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərrafın Azərbaycanda təhsil məsələləri ilə bağlı açıqlamasına münasibət bildirib.

Nazirlik bəyan edib ki, bu açıqlama Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir və belə hallara yol verilmir.

🇮🇷 “İran rəsmiləri öz ölkələrinin problemləri ilə məşğul olsunlar” – deyə nazirlik vurğulayıb.

Açıqlamada qeyd olunub ki, İranda Azərbaycan dilində tədris aparılan məktəb yoxdur, ali təhsil müəssisələrində də bu dildə təhsil həyata keçirilmir. Nazirlik İran əhalisinin təxminən 40 milyonunu etnik azərbaycanlıların təşkil etdiyini bildirərək onların ana dilində təhsil hüququndan məhrum edilməsini ədalətsizlik adlandırıb.
🇦🇿🇳🇱 Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşüb.

Bu barədə XİN-in "X" hesabında bildirilib.