NECƏ PUL QAZANIM? (2)
Bu yazını dünənki yazının davamı kimi düşünün. İnsanların çoxu pul qazanmağın yollarını axtarır. Kitab mağazalarında “varlanmağın sirrləri”, “uğurun qanunları”, “milyonçu düşüncə sistemi” kimi kitabların ən çox satılan kitablar sırasında olması təsadüfi deyil. Youtube-da da milyonlarla baxış toplayan videolara baxsaq, görərik ki, insanların böyük hissəsi bir sualın cavabını axtarır: necə çox qazana bilərəm?
Amma pul qazanmaq təkcə texniki hadisə deyil. İnsanlar çox vaxt pul qazanmağı yalnız metodlarla əlaqələndirirlər: hansı biznes qurmaq lazımdır, hansı sahəyə yatırım etmək lazımdır, hansı bacarıqları öyrənmək lazımdır və s. Halbuki məsələ təkcə metod məsələsi deyil. Əsas məsələ insanın düşüncə sistemi və həyata yanaşmasıdır.
Məsələn, məşhur investor Warren Buffett deyir ki, “Var-dövlət qazanan insanlarla kasıb qalan insanlar arasındakı ən böyük fərq onların düşüncə tərzidir. ”Fikrimcə, pul qazanmaq çox vaxt birbaşa pulun özündən başlamır. Pul qazanmaq, əvvəlcə insanın həyatına bolluq düşüncəsinin gəlməsi ilə başlayır. Bolluqda olan adamın pulu (ruzisi) çox olur.
Amazon şirkətinin qurucusu Jeff Bezos şirkətin ilk illərində investorlardan çox ciddi tənqid alırdı. Çünki Amazon uzun illər mənfəət əldə edə bilməyib. Bir çox investor deyirdi ki, bu biznes modeli işləməyəcək. Amma Bezos başqa cür düşünürdü. O, qısamüddətli qazanca yox, uzunmüddətli bolluğa oynayırdı. O düşünürdü ki, əgər sistem düzgün qurulsa, pul özü gələcək.
Bill Gates Microsoft-u quranda sadəcə proqram yazmırdı. O, bir sistem qururdu. Steve Jobs sadəcə telefon istehsal etmirdi. O, bir ekosistem yaradırdı. Elon Musk isə sadəcə maşın satmır – enerji, kosmos və texnologiya sistemləri qurur.
Sistem qurmaq isə bolluq düşüncəsi tələb edir. Çünki qıtlıq düşüncəsində olan insan sistem qura bilmir. O yalnız günü qurtarmağa çalışır. Qıtlıq düşüncəsində olan insan hər şeyi itirmək qorxusu ilə yaşayır. Bolluq düşüncəsində olan insan isə imkanlara baxır.
İslam dinində də bolluq və ruzi məsələsi yalnız maddi qazanc kimi izah edilmir. Ruzi anlayışı çox genişdir. Ruzi təkcə pul deyil. Sağlamlıq da ruzidir. Ağıl da ruzidir. Fürsət də ruzidir. Hətta doğru insanlarla qarşılaşmaq da ruzidir.
Bəzən insanın həyatında çox maraqlı hadisələr baş verir. Görürsən ki, insan böyük pul qazanmır, amma həyatında qəribə bir rahatlıq var. İşləri yoluna düşür. Qapılar açılır. İnsanlar kömək edir. Bu fenomenə “bərəkət” deyirlər.
Bərəkət pulun miqdarı ilə bağlı deyil. Pulun təsiri ilə bağlıdır. Yəni pulun bir nominal dəyəri olduğu kimi bir bərəkət dəyəri də var.
Elə insanlar var ki, çox pul qazanır, amma pulun təsiri yoxdur. Pul gəlir və tez də yox olur. Elə insanlar da var ki, böyük gəliri yoxdur, amma həyatları rahat gedir.
Məşhur psixoloq Carol Dweck “growth mindset” dediyi bir nəzəriyəsi var. Bu anlayışa görə insanların iki düşüncə sistemi var: qapalı düşüncə və inkişaf düşüncəsi.
Qapalı düşüncə sistemi qıtlıq düşüncəsinə bənzəyir. Bu düşüncədə olan insan imkanları məhdud görür. İnkişaf düşüncəsində olan insan isə imkanların geniş olduğunu düşünür.
Buna görə də bolluq yalnız iqtisadi anlayış deyil. Bu, bir düşüncə sistemidir. Əgər insan həyatı yalnız rəqəmlərlə ölçürsə, o zaman bolluq hissini yaşamaq çətin olur. Bolluq daha çox inam hissi ilə bağlıdır. İnsan həyatın içində imkanların çox olduğuna inananda artıq fərqli davranmağa başlayır. Bu da çox vaxt yeni qapılar açır.
Ona görə də varlı olmaq məsələsini yalnız pul qazanmaq texnikası kimi görmək düzgün deyil. Pul qazanmaq çox vaxt nəticədir. Əsas məsələ düşüncə sistemidir. İnsan həyatına bolluq düşüncəsini gətirəndə qərarları dəyişir. Risklərə yanaşması dəyişir. İnsanlara yanaşması dəyişir. Hətta problemlərə baxışı dəyişir.
Bolluq düşüncəsi olan insan çətinliyi son kimi yox, proses kimi görür. Bəlkə də buna görə böyük biznesmenlərin həyatına baxanda görürük ki, onların çoxu böyük uğurlardan əvvəl böyük çətinliklər yaşayıb. Amma onlar çətinliyi qıtlıq kimi yox, inkişaf kimi görüb.

Özünü yarat 🫵 pinned «NECƏ PUL QAZANIM? (2) Bu yazını dünənki yazının davamı kimi düşünün. İnsanların çoxu pul qazanmağın yollarını axtarır. Kitab mağazalarında “varlanmağın sirrləri”, “uğurun qanunları”, “milyonçu düşüncə sistemi” kimi kitabların ən çox satılan kitablar sırasında…»
Səhər duranda sərf etdiyin ilk 1 saat bütün gününü təyin edir.
1. Özünə edə biləcəyin ən pis şey səhər duran kimi telefonla oynamaqdır, bu sənin enerjini, qərar vermə qabiliyyətini xeyli aşağı salacaq. İşin telefonla əlaqədardırsa bu başqa ancaq sadəcə reels scroll edirsənsə birdə düşün çünki bu industriya bizim limitli olan vaxtımızı oğramaq istəyir.
2. İdeal səhər deyə birşey yoxdur bunu sizin bədəniniz özü təyin edir. Erkən oyanıb yuxulu qalmağa çalışmayın əgər gecə gec yatmısızsa təbii ki səhər erkən oyana bilməyəcəksiz. Yuxu bədənin sabaha yığdığı enerjidir.
3. İnsanın qərar vermə sayı limitlidir ona görə də səhərini nə yeyim, nə geyinim, hara gedim görəsən kimi xırda qərarlara sərf edəndə insan gün ərzində verə biləcəyi qərarların çox hissəsini burda tükədir və vacib qərarlara gələndə artıq tükənmiş oluruq. Belə xırda qərarları artıq rutin halına sal.
4. Əgər oyanmısansa yenidən yatmağa çalışma, ən yaxşı yöntəm otağına günəş işığının düşməyidir. Günəş işığı bizi çox tez oyada bilir, beyin artıq gecənin bitib gündüzün başladığını başa düşür. Çıx çölə təmiz hava al günəş işığı dəysin sənə)
5. Ən gözəli səhər durandan sonra gününüzü planlamanızdır. Bugün hansı hərəkətləri edəcəksən, to do listini hazırla və günün planlı olsun nə edəcəyini bil 🚀
Bonus: Beyin ilk beş saniyədə qərar verir, o beş saniyə ərzində qərar verməsən ləlöyünlüyə davam edəcəksən) Məs. yatağından qalxmaq istəyirsənsə gözlərini yum 5-ə kimi say və dərhal qalx.
Bəs sənin səhər rutinin necədir?

❤3👍2
İnsanları sev,əşyalardan istifadə et.
Bu deyim Coşua Filds Milbörn və Rayan Nikodemusunun yazdığı eyni adlı kitabdan götürülüb "Love people use things, because opposite never works"
Ümumi götürsək kitabın məğzi həyatımızda var olan artıq insanların və əşyaların bizə necə yük olduğunu qələmə alır.
Bu deyim Azərbaycanlı bir insan insan üçün çox uyğundur, çünki çoxumuz ancaq istəyirik. İstəklərimiz ilə ehtiyaclarımız arasındakı fərqi təyin edə bilmirik.
Yeni ev, maşın, geyimlər, aksesuarlar və s. bunun sonu bitmir ancaq fərqində deyilik ki insan həyatında əşyaların sayı çoxaldıqca biz onların qulluqçusuna çevrilirik.
Hər bir əşyanın baxımı var, onu depolamaq, təmizliyinə baxmaq, nəzarət etmək bizdən ciddi vaxt aparır və ən əsası qərar vermə limitimizə təsir edir. Əvvəlki yazılarımda da demişdim ki bizim gün ərzində limitli qərar qəbul etmə sayımız var.
Bir müddətdən sonra bu əşyalar sizi ciddi şəkildə yoracaq və daha lazımlı qərarları qəbul etməyinizə əngəl yaradacaq.
Düşüncə, yaradıcılıq, şəxsi inkişaf yönündə maksimalist ancaq həyat tərzi olaraq minimalist olmaq ən gözəlidir fikrimcə.

❤1
Uğur və xoşbəxtiyə çatmaq 😊
İKİGAİ fəlsəfəsinə görə uğur və boşbəxtliyə çatmaq bu 4 amildən asılıdır:
1. Görməyi sevdiyimiz işlər
2. Yaxşı bacardığımız işlər
3. Əvəzində pul qazandığımız işlər
4. Dünyanın ehtiyacı olan işlər
- Görməyi sevdiyimiz işlərin əksikliyi boşluq hissinə,
- Yaxşı bacardığımız işlərin əksikliyi qeyri-müəyyənlik hissinə,
- Əvəzində pul qazandığımız işlərin əksikliyi yoxsulluq hissinə,
- Dünyanın ehtiyacı olan işlərin əksikliyi isə yararsızlıq hissinə səbəb olur.
Siz özünüzü necə hiss edirsiz? Həyatınızda düzəltməli olduğunuz məqamlar hansılardır?

Düşüncələrinə diqqət et,
Duyğularına çevrilər
Duyğularına diqqət et,
Davranışlarına çevrilər
Davranışlarına diqqət et,
Vərdişlərinə çevrilər
Vərdişlərinə diqqət et,
Dəyərlərinə çevrilər
Dəyərlərinə diqqət et,
Xarakterinə çevrilər
Xarakterinə diqqət et,
Taleyinə çevrilər.
Duyğularına çevrilər
Duyğularına diqqət et,
Davranışlarına çevrilər
Davranışlarına diqqət et,
Vərdişlərinə çevrilər
Vərdişlərinə diqqət et,
Dəyərlərinə çevrilər
Dəyərlərinə diqqət et,
Xarakterinə çevrilər
Xarakterinə diqqət et,
Taleyinə çevrilər.
👍4
Əvvəldən bildirim ki, bu, siyasi bir yazı deyil. Sadəcə etdiyim bu müşahidəni səninlə bölüşmək istəyirəm.
Təzyiq altında işləmək böyük bir nemətdir. Sənə təzyiq verən adamın, şəraitin qədrini bilmək lazımdır.
Təzyiq altında sənin bütün potensialın ortaya çıxır. Heç vaxt istifadə etməyəcəyin zehni güclərindən istifadə etməyə başlayırsan. Normal vəziyyətdə bunu etmək asan olmur.
Çox insan inanır ki, bəs təzyiq insana ziyandır, stres yaradır və ya bu yanaşma sovet dövrünün yanaşmasıdır. Onlar düşünürlər ki, təzyiq kiminsə sənin başının üstündə durmasıdır.
Bir misal verim. Yəqin ki, neçə ildir ki ingilis dilini (və ya hansısa bacarığı) öyrənməyə çalışırsan və alınmır. İndi təsəvvür et ki, sənə Prezident Administrasiyasından zəng gəlir və deyirlər ki, 2 aydan sonra ölkə başçısı ilə görüşəcəksən və ingilis dilini yüksək səviyyədə bilsən, səni öz yanında işə götürəcək.
Belə olsaydı, ingilis dilini necə öyrənərdin? Təsəvvür edə bildin? Nəsə dəyişdi ehtimal ki. Bax, təzyiq dediyim odur. Şirin, həyəcanlı, oyadıcı, qorxu və ümidin birlikdə olduğu o vəziyyət.
Etiraf et ki, bu halda ingilis dilini 100% öyrənərdin. Təzyiq bir qarantiyadır - bütün zehni gücünü ortaya qoyacağının qarantiyası.
İşlərin getməyəndə sənə məhz yuxarıda dediyim qarantiya lazımdır. Hansısa yolla onu yaratmağın lazımdır.
Məsələn, indi baxaq Ukrayna dövlətinə.
Rusiya ilə böyük müharibədən qabaq Ukrayna öz xanımlarına görə məşhur idi. Bəli, keçmişdə müəyyən qəhrəmanlıqları olsa da, adi, qorxaq, uduzmuş, sınıq obrazda idilər.
Normal şərtlərdə Ukrayna xalqının, ordusunun dünya səviyyəli bir orduya çevrilmək şansı yox idi - bunun üçün ciddi investisiya, qərb texnologiyaları, onilliklər lazım idi. Nəzərə alsaq ki, rəqiblər də irəli gedir, bu, qeyri-mümkün idi.
Dünya səviyyəsinə qalxmaq üçün cəmi bir yol var idi:
Böyük təzyiq və bütün körpüləri qırmaq.
Rusiyanın hücumu Ukraynaya bu şansı yaratdı. Ukraynanın sağ qalmağı üçün yüksək təzyiq altında işləməkdən yolu qalmadı. Bütün körpülər qırılmışdı.
Hesab edirəm ki, öz rəqibinə edəcəyin ən böyük yaxşılıq (və özünə edəcəyin ən böyük pislik) ona çıxış yolu qoymamaq və təzyiq verməkdir.
Bəs təzyiq altında işləmək adamı yormur?
İnsanlar çox vaxt soruşur ki, "bəs təzyiq altında işləmək insanı yormur?".
Əvvəla, prosesin girişindən sonra belə iş rejimi sənə həzz verir, çünki dərinliyə girirsən. VƏ bu, bir vərdişə çevrilir - dərin işləmək vərdişinə. Bu vərdişi sənə heç bir süni zəka aləti verməyəcək.
İkincisi də, iki şeydən birinin əziyyətini çəkməlisən:
İntizam və təzyiqlə işləməyin;
Ötəri işləməyin.
Birincisi bir neçə saat, gün, həftə, ay və ya il çəkir. İkincisi isə, ömürlük peşmançılıq yaradır. Mən birincini seçirəm.
İndi isə get, bütün körpüləri yandır (məs., işdən çıx və illərdir özünə başlamaq istəyin işə başla). Elə et ki, geriyə yolun olmasın - narahat ol, sıxıl, çıxılmaz vəziyyətə düş. Təzyiq gəldi? Əla. Təzyiq altında işləməyə başla və bütün potensialını ortaya çıxart.
Bu, sonradan ifadəolunmaz bir həzzə və müasir dünyadakı əsas silahına çevriləcək 😉

🔥5
Dostlar artıq saytım hazırdır, mənə geri dönüşləriniz lazımdır, zəhmət olmasa aşağıdakı linkə daxil olub təəsüratlarınızı mənimlə bölüşərdiniz. Saytda xətaların və ya qanunauyğunsuzluqların olub olmadığını bilmək istərdim.
xanagaaslan.com
xanagaaslan.com
👍2👏2
Alqoritmlər hər şeyi bilir, amma heç nəyi hiss etmir.
2016-cı ildə bir problemimiz olanda dostumuza zəng edib Gəl görüşək, dərdləşək deyirdik.
2026-cı ildə isə suallarımızı çatbotlara yazırıq.
Bəli, Süni İntellekt (AI) möhtəşəmdir:
• Sizin üçün kod yazar.
• E-poçtlarınızı cavablayar.
• Mürəkkəb analizlər aparar.
Amma AI heç vaxt bunları edə bilməz:
• Həqiqi empatiya: Heç bir alqoritm sizin səsinizdəki kədəri hiss edib, çiyininizə əl qoyub yanındayam deyə bilməz.
• Ortaq xatirələr: Bir botla keçirdiyiniz vaxt sadəcə data dır. Dostla keçirdiyiniz vaxt isə ömürlük xatirə.
• Ruhun qidası: İnsan sosial bir varlıqdır. Bizim ekrana deyil, insana, onun baxışına və səmimiyyətinə ehtiyacımız var.
Texnoloji asılılıq Rəqəmsal Tənhalıq adlı yeni bir psixoloji dövr yaradır. Biz minlərlə connection (bağlantı) arasında tək qalırıq. Unutmayın ki, ən bahalı və ən ağıllı AI modeli belə, bir köhnə dostun Necəsən? sualındakı səmimiyyəti əvəz edə bilməz.
Texnologiyadan istifadə edin, amma ona təslim olmayın.
Bu gün çatbotu bağlayın və bir yaxınınızı axtarın. Çünki insanı yalnız insan bərpa edə bilər.
Sizcə, biz bu rəqəmsal uçurumun harasındayıq?

Nə qədər olare əffet, bağışla,
Özün də səyy göstər, biraz çalış da.
Bəs allah adama deməz danış da,
Sənə dil vermişəm, dodaq vermişəm.
Nə xəta yapırsan, nə gicləyirsən?
Gəlirsən qapımı döyəcləyirsən,
Şans pul deyil ki, xərcləyirsən?
Yenə istəyirsən?, bayaq vermişəm.
Həyatda həmişə qabağınıza şanslar çıxacaq, bunlar sizin istəklərinizin, düşüncələrinizin və hərəkətə keçərək göstərdiyiniz əzminizdir.
Bu "şanslardan" doğru istifadə edin.

👍1
Bu yazını oxuyanların əksəriyyəti özünü pis hiss edir. Ehtimal ki, sən də özünü yaxşı hiss etmirsən. Bəs bunun səbəbi nədir?
Təbii ki, bunun müxtəlif səbəbləri ola bilər. Aşağıda sənə bir neçə səbəb yazacam, onlarla səmimi şəkildə üzləşməyin lazımdır. Onlardan biri isə xüsusilə vacibdir.
Özünü pis hiss etməyinin əsas səbəbi budur:
"Bacardığın qədər çox və dərindən çalışmırsan."
Bədbəxtliyin əsas mənbəyi bildiyin halda potensialının altında fəaliyyət göstərməkdir. Daxilinə baxsan, nə dediyimi anlayacaqsan.
Bəli, ola bilər ki, səhər işə gedib axşam qayıdırsan, yorulursan, ətrafındakı insanlara nə qədər çox işlədiyini deyirsən, amma daxildə bilirsən ki, potensialının çox altında işləyirsən. Dərindən işləmək lazım olanda gah xəbərlərə girirsən, gah WhatsApp-a daxil olursan, kiməsə nəsə yazırsan və s.
Belə olanda daxildən bir peşmançılıq hissi gəlir və özünü çox pis hiss edirsən.
Daxilində nə qədər böyük potensial olduğunu bilirsən. Hətta lazım olan növbəti addımları da bilirsən, amma hərəkətə keçmirsən, potensialını üzə çıxartmırsan. O işi etməkdən çəkinirsən, çünki çətin görsənir.
Burda çox çalışmaq deyəndə saatları yox, dərindən işləməyi və lazım olan, amma etməyə qorxduğun işləri qucaqlamağı nəzərdə tuturam. İngilislər buna "hard work" deyirlər.
Gün ərzində yüzlərlə bəhanə qoşa bilərsən, hökumət başda olmaqla ətrafdakı hər kəsi günahlandıra bilərsən. Tənqidlərində də yəqin ki, haqlısan, amma özün daxildə bilirsən ki, əsas səbəb potensialının altında işləməkdir.
Özümdən misal çəkim. Nə vaxt ki, vicdanla, dərindən bir çətin işə girirəm və onu axıra kimi çatdırıram, onda özümü çox yaxşı hiss edirəm. Özümü aldadanda və ya eyni anda bir neçə xırda işi görəndə isə özümü çox pis hiss edirəm. Sanki günümü boşuna keçirdim.
İndinin özündə belə özümü yaxşı hiss etmədiyim günlər çox olur. Bu da ona işarədir ki, gərək hər günü dərin yaşayasan. Hər günün səndən istədiyi bir qiymət var, o qiyməti ona verməlisən. Verəndə yaxşı, verməyəndə pis hiss edirsən.
Ruhumuz daima genişlənmək istəyir. Beynimiz adi qaydada çalışanda ruhun tələblərini ödəyə bilmir. Ona görə də, dərindən çalışıb bütün potensialını ortaya qoymaqla ruhun genişlənmə ehtiyacını ödəyirsən və özünü daha yaxşı hiss edirsən.
Digər Səbəblər
Özünü yaxşı hiss etməməyinin digər səbəbləri də var. Onlar əsasən müasir dövrün gətirdiyi fəsadlardır. Bəzilərini yazıram və qısa həll yolunu göstərirəm:
Hərəkətə keçmək üçün motivasiya axtarırsan: Hərəkətə keçmək üçün motivasiya axtarırsan. Bu, cəfəngiyyatdır və insanlar buna çox ümid bəsləyir, hamı motivasiya axtarır. Əvəzində isə, birbaşa hərəkətə keç.
Həvəsin olmasa belə. Hər hərəkət özü ilə yeni məlumat, yol, düşüncə gətirir. Nəticədə, yeni yollar açılır. Yəni ki, birinci motivasiya yox, hərəkət gəlsin. Ondan sonra daşlar yerinə oturmağa başlayır.
Yanlış hərəkətə keçdiyini düşünsən belə, motivasiya axtarma. Həmin hərəkəti et (amma dərindən işləmək şərtilə).
Tələsmək: Hər yaşda geridə olduğunu düşünürsən. Tələsik işlər görürsən. Başqası ilə müqayisə edəndə adam özünü geridə hiss edə bilir. Əvəzində onu düşün ki, sən geridə deyilsən, sadəcə öz xəttini yaşayırsan.
Rahatlığın ardınca qaçmaq: İnkişaf üçün olduğun yerdən fərqli nəsə etməlisən. Məntiqlə inkişaf etmək üçün narahat olmaq lazımdır. Başqa yolu yoxdur. Narahatlığı sevməyin lazımdır. Zaman keçəcək, sənə narahatlıq da həzz verəcək.
Qeyri-əminlik: Çətin bir işin ortasındasan, nəticələr hələ yoxdur və özünə sual verirsən ki, "görəsən düz iş görürəm?!". Bu, beynin normal reaksiyasıdır. Fikir vermə, yoluna davam et. Bunu özüm hər işdə yaşamışam, strategiya yazanda, satış etməyə çalışanda və s.
Dəyərsiz hiss etmək: Bir peşənin sahibisən, amma özünü tam dəyərli hiss etmirsən. Məs., mühasibsən, amma görürsən ki, zamandan geridə qalırsan, rəqiblər daha güclüdür, tam usta deyilsən.
Bu vəziyyəti həqiqət kimi qəbul etmə! Sadəcə qəbul et ki, hələ o səviyyəyə çatmamısan. Bir mövzunun üzərində uzun müddət qalsan, tam usta olacaqsan. İnsanlar düşündüyün qədər ağıllı deyil. ;) Sadəcə, üzərində sürətlə işləməyin lazımdır.

👏1
Zəif vərdişlər və alışqanlıqlar: Bura əsasən gecə yuxusunu almamaq, içki, siqaret və s. aiddir. Bu da enerjinin yalnış yerə yönləndirməyinə və qərarvermə gücünün zəifləməsinə səbəb olur.
Fikir verirsənsə, ən birinci qeyd etdiyim səbəb ən vacibidir. Digərləri ona gətirən və ya ondan doğan səbəblərdir.
Deməli, gün ərzində özünü yaxşı hiss etməməyinin əsas səbəbi daxilindəki gücü layiqincə istifadə edə bilməməyindir.
Bu, həm də o deməkdir ki, kiçik amallarla yaşamaq insanı xoşbəxt etmir. Gərək böyük məqsədlərlə yaşayasan ki, daxilindəki gücün üzə çıxması üçün şərait yaransın.

❤2👍1
Niyə şişirdirsiz, bir bolt 🔩 olmasa nə olar ki...?
Rusiyanın ucqar bir kəndində dəmiryol relslərinin boltlarını sökərkən yaxalanan bir kəndli istintaq otağında sorğu-sual olunurdu.
Müstəntiq soruşdu:
Minlərlə insanın həyatını təhlükəyə atdığının fərqindəsən? Niyə o boltları sökürsən?
Kəndli sakitcə cavab verdi:
Cəmi bir bolt idi, ağa. Balıq tilovuma ağırlıq etmək üçün lazım idi. Mən heç kimə zərər vermək istəmərəm. Üstəlik, bütün kənd belə edir. Bir bolt sökürük, birini saxlayırıq. Məktəbdə fizikadan öyrənmişik ki, yük bölünür, qatar da aşmır.
Müstəntiq qəzəblə dedi:
Bu dəlilikdir! Bəs kəndin başçısı bunu görmür?
Kəndli gülümsədi:
Necə yəni görmür? O, hətta karakolun və öz evinin qıfıllarını da həmin boltlarla düzəltdirib. Pulsuz başa gəlir axı...
Müstəntiq bir qədər düşündükdən sonra soruşdu:
Tutaq ki, maaşınızı artırdılar. Onda bu oğurluqdan əl çəkərsiniz?
Kəndli başını yellədi:
Məsələ pulda deyil, ağa. Məsələ vərdişdədir. Ədaləti və əxlaqı uşaqlıqdan öyrətməsəniz, böyüyəndə cibimiz pulla dolsa belə, yenə gedib o boltları sökəcəyik.
Müstəntiq bu düşüncə tərzindən dəhşətə gələrək hesabatını yazmaq üçün paytaxta gedən qatara mindi.
Pəncərədən çölə baxa-baxa öz-özünə pıçıldadı:
Bu səfalət bir gün böyük bir fəlakətə çevriləcək...
Elə bu anda relslərin kənarında əlində iki bolt tutmuş balaca bir uşaq gördü. Uşaq gülümsəyərək ona əl edirdi.
Müstəntiq vahimə içində qışqırdı:
Qatarı saxlayın!
Amma artıq gec idi.
Bir neçə saniyə sonra qulaqbatıran metal qırıntılarının səsi ətrafa yayıldı.
O uşaq nə fizika bilirdi, nə də “birini söküb, birini saxlamaq" qaydasını. O, sadəcə böyüklərindən gördüyünü təkrarlamışdı. Lakin bu dəfə yan-yana duran iki boltu birdən çıxarmışdı. Qatar aşdı.
Cəhalətin səpdiyi toxum, ədalətsizliyin suvardığı torpaqda böyüyərək böyük bir faciəyə çevrildi.
Bəs günahkar kim idi?
Əsl günahkar cəhaləti adiləşdirən cəmiyyət, mənfəəti əxlaqdan üstün tutan sistem, "Bir şey olmaz” düşüncəsi, və yanlış qarşısında susan hər kəs idi.
Çünki bəzi cəmiyyətlər bir anda çökmür.
Əvvəlcə onların boltları boşalır...

❤10🔥2
Reklamlar bitdi, welcome to the reality
Almond üzr istədi videonu sildi, Taleh öz mövqeyini göstərdi videonu silmədi. Bu reklamda danışılacaq çox mövzu var ancaq mən bunlardan birneçəsinə toxunacam bu yazıda.
1. Cəmiyyət bu reklama niyə belə sərt bir reaksiya verdi?
Qadın bədəni, xarici görünüşü, cinsəllik bu mövzular uzun müddətdir marketinqdə, reklamda, klip və videolarda istifadə olunur. Mənfi effekt yaratsaydı istifadə etməzdilər bəs niyə belə oldu?
Bu qərbin, Liberalizmin axımıdır, Amerikada, Avropada istifadə olunur və onlarda belə bir komplekslər yoxdur. Hətda o reklamların yanında bu toya getməlidir😃
Biz cəmiyyət olaraq hələ də harda olduğumuzu bilmirik nə öz mental dəyərlərimizdən qopa bilirik nə də tam olaraq qərb büşüncə modelini sabihlənə bilirik, elə bil ortada qalmışıq, hisslərimiz bizi arada ora atır arada bura)
2. Burda başqa bir məqam psixoloji faktordur.
Mən bunu psixoloq dostlarım ilə də müzakirə etdim ancaq bu yazını görən psixoloq yoldaşlar varsa onlar da fikirlərini bildirsin.
Bizim cəmiyyətlər "kompleklər" ilə doludur və bəlli tabular var. Bunlardan ən böyüyü xarici görünüşdür.
Birçox cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də xanım xarici görünüşünə görə dəyərləndirilir. Təəssüf ki bu belədir. Nə qədər savadlı, intelektual olduğun da önəmlidir ancaq xarici görünüşündən sonra. Mənə belə deyil yazmayın sadəcə müşahidə edin və görəcəksiz.
Əgər bir şey ki səni xarici görünüşünə görə dəyərləndirirlər gərək ki sən gözəl olasan. Bu plastik əməliyyatlar, prosedurlar hamısı daha gənc, gözəl və sevilən qalmaq üçündür.
Bu düşüncələrin formalaşması əslində hamımızın günahıdır. Bizim bir yola, dəyişimə, fəlsəfi cərəyana ehtiyacımız var. Cəmiyyət olaraq sağlam deyilik.

❤2👍1👎1
Özünü necə tapasan?🤔
Çoxumuz sevdiyi işdə işləmir və ya ümumiyyətlə bunu hələ tapa bilməyib.
Bunu təyin etməyin yollarından biri 3 dairə modelidir.
Aşağıda gördüyün dairələrdə hər birinə bunları qeyd et:
1.Sevdiyim şeylər
2.Yaxşı etdiyin şeylər
3.İnsanların sənə ödəniş etdiyi şeylər
Bu 3 sualdan hər birinə maksimum 10 ədəd qeyd yaz.
Sonra bunları promt halında hazırlayıb atırsız sevimli alətimiz ChatGPT yə. İnsanın özünün çətin qərar verdiyi belə məsələlərdə süni zəka çox kömək olur.
Bunu mən özüm üçün də etdim və məndə “problem solver” çıxdı. Həqiqətən baxanda bizneslərdə problemi tapıb həll etməyi çox sevirəm. Müşahidə qabiliyyətim də yüksəkdir deyə biznesi analiz edəndə onun qırılan nöqtəsinin satışda, marketinqdə və ya bəlkə də elə əməkdaşda olduğunu təyin edib doğru yöntəmi tətbiq edəndə hərşey daha yaxşıya doğru gedir. Bunu etməkdən zövq alıram🫠
Bəs sənin fürsət nöqtən nədir? Şərhlərdə qeyd et.
P.S. Promt ilə əlaqədar kömək lazım olarsa şəxsiyə yazın.🤝

❤2⚡1
Əgər özünü yaratmısansa bunu doğru şəkildə başqa insanlara da ötürməlisən, görünür olmalısan.
İşini, xidmətini ən gözəl təqdim edəcəyin yer isə Linkedin platformadır.
Bu playformada necə uğur qazana biləcəyin haqqında 22 Avqust, şənbə günü, saat 20:00-da online təlim keçəcəyəm.
Qoşulmaq üçün: https://www.linkedin.com/groups/33680024 bu linkə daxil ol, ətraflı olaraq o qrupda paylaşım olunacaq.

Özünü 0-dan yaradan insan desəz sizə Azər Aydəmiri örnək verərəm. Azər bəy 8 yaşında anasını 15 yaşında olanda isə atasının itirir.
Təsəvvür edin bu yaşda ailə sevgisindən, diqqətindən və dəstəyindən məhrum olursan və evdə tək yaşayırsan.
Öz danışdığına görə qohumları mənəvi dəstək olsa da ancaq əsas maddi dəstək dostlarından gəlirdi.
Məktəbi sadəcə formal olaraq bitirib, universiteti yarıda qoyub. Gənc yaşlarından işləməyə başlayıb. Təbii ki dostları ona bu istiqamətdə də dəstək olsa da o öz ambisiyası sayəsində bu günlərə gəlib çatıb.
Ancaq indi uğurlu aktyor və ssenarist kimi tanınan Azər Aydəmir vaxti ilə müxbir kimi işləyib, avtomobil və restoran sahələrində fəaliyyət göstərib.
Elə restoran sahəsində çalışan günlərdə artıq film sektorunu buraxmışdı, istedadı olsa da ümüdsüzlüyə qapılmışdı, bu sektorun gələcəyini görmürdü.
Elə bu zaman onun bir dosdu Azər bəyin indiki Azər Aydəmir olmağına səbəb olacaq audio kitablar ilə onu tanış edir. Öz danışdığına görə bu kitabları hərgün dinləyib və içsəlləşdirib, həyatına tətbiq etməyə başlayıb.
Mən özüm də bu audioları hərgün dinləyirəm, elə Azər bəy özü bu kitabları Youtube da səsləndirir.
Bu playlisti şərh yerində qeyd edirəm, bəlkə sizin də həyatınıza toxundu.

👍2