Özünü yarat 🫵
141 subscribers
32 photos
22 videos
13 links
Şəxsi inkişafına kömək olacaq məlumatlar paylaşıram.
Download Telegram
Uğur və xoşbəxtiyə çatmaq 😊

İKİGAİ fəlsəfəsinə görə uğur və boşbəxtliyə çatmaq bu 4 amildən asılıdır:

1. Görməyi sevdiyimiz işlər
2. Yaxşı bacardığımız işlər
3. Əvəzində pul qazandığımız işlər
4. Dünyanın ehtiyacı olan işlər

- Görməyi sevdiyimiz işlərin əksikliyi boşluq hissinə,
- Yaxşı bacardığımız işlərin əksikliyi qeyri-müəyyənlik hissinə,
- Əvəzində pul qazandığımız işlərin əksikliyi yoxsulluq hissinə,
- Dünyanın ehtiyacı olan işlərin əksikliyi isə yararsızlıq hissinə səbəb olur.

Siz özünüzü necə hiss edirsiz? Həyatınızda düzəltməli olduğunuz məqamlar hansılardır?
Düşüncələrinə diqqət et,
Duyğularına çevrilər

Duyğularına diqqət et,
Davranışlarına çevrilər

Davranışlarına diqqət et,
Vərdişlərinə çevrilər

Vərdişlərinə diqqət et,
Dəyərlərinə çevrilər

Dəyərlərinə diqqət et,
Xarakterinə çevrilər

Xarakterinə diqqət et,
Taleyinə çevrilər.
👍4
Əvvəldən bildirim ki, bu, siyasi bir yazı deyil. Sadəcə etdiyim bu müşahidəni səninlə bölüşmək istəyirəm.

Təzyiq altında işləmək böyük bir nemətdir. Sənə təzyiq verən adamın, şəraitin qədrini bilmək lazımdır.

Təzyiq altında sənin bütün potensialın ortaya çıxır. Heç vaxt istifadə etməyəcəyin zehni güclərindən istifadə etməyə başlayırsan. Normal vəziyyətdə bunu etmək asan olmur.

Çox insan inanır ki, bəs təzyiq insana ziyandır, stres yaradır və ya bu yanaşma sovet dövrünün yanaşmasıdır. Onlar düşünürlər ki, təzyiq kiminsə sənin başının üstündə durmasıdır.

Bir misal verim. Yəqin ki, neçə ildir ki ingilis dilini (və ya hansısa bacarığı) öyrənməyə çalışırsan və alınmır. İndi təsəvvür et ki, sənə Prezident Administrasiyasından zəng gəlir və deyirlər ki, 2 aydan sonra ölkə başçısı ilə görüşəcəksən və ingilis dilini yüksək səviyyədə bilsən, səni öz yanında işə götürəcək.

Belə olsaydı, ingilis dilini necə öyrənərdin? Təsəvvür edə bildin? Nəsə dəyişdi ehtimal ki. Bax, təzyiq dediyim odur. Şirin, həyəcanlı, oyadıcı, qorxu və ümidin birlikdə olduğu o vəziyyət.

Etiraf et ki, bu halda ingilis dilini 100% öyrənərdin. Təzyiq bir qarantiyadır - bütün zehni gücünü ortaya qoyacağının qarantiyası.

İşlərin getməyəndə sənə məhz yuxarıda dediyim qarantiya lazımdır. Hansısa yolla onu yaratmağın lazımdır.

Məsələn, indi baxaq Ukrayna dövlətinə.

Rusiya ilə böyük müharibədən qabaq Ukrayna öz xanımlarına görə məşhur idi. Bəli, keçmişdə müəyyən qəhrəmanlıqları olsa da, adi, qorxaq, uduzmuş, sınıq obrazda idilər.

Normal şərtlərdə Ukrayna xalqının, ordusunun dünya səviyyəli bir orduya çevrilmək şansı yox idi - bunun üçün ciddi investisiya, qərb texnologiyaları, onilliklər lazım idi. Nəzərə alsaq ki, rəqiblər də irəli gedir, bu, qeyri-mümkün idi.

Dünya səviyyəsinə qalxmaq üçün cəmi bir yol var idi:

Böyük təzyiq və bütün körpüləri qırmaq.
Rusiyanın hücumu Ukraynaya bu şansı yaratdı. Ukraynanın sağ qalmağı üçün yüksək təzyiq altında işləməkdən yolu qalmadı. Bütün körpülər qırılmışdı.

Hesab edirəm ki, öz rəqibinə edəcəyin ən böyük yaxşılıq (və özünə edəcəyin ən böyük pislik) ona çıxış yolu qoymamaq və təzyiq verməkdir.

Bəs təzyiq altında işləmək adamı yormur?

İnsanlar çox vaxt soruşur ki, "bəs təzyiq altında işləmək insanı yormur?".

Əvvəla, prosesin girişindən sonra belə iş rejimi sənə həzz verir, çünki dərinliyə girirsən. VƏ bu, bir vərdişə çevrilir - dərin işləmək vərdişinə. Bu vərdişi sənə heç bir süni zəka aləti verməyəcək.

İkincisi də, iki şeydən birinin əziyyətini çəkməlisən:

İntizam və təzyiqlə işləməyin;
Ötəri işləməyin.
Birincisi bir neçə saat, gün, həftə, ay və ya il çəkir. İkincisi isə, ömürlük peşmançılıq yaradır. Mən birincini seçirəm.

İndi isə get, bütün körpüləri yandır (məs., işdən çıx və illərdir özünə başlamaq istəyin işə başla). Elə et ki, geriyə yolun olmasın - narahat ol, sıxıl, çıxılmaz vəziyyətə düş. Təzyiq gəldi? Əla. Təzyiq altında işləməyə başla və bütün potensialını ortaya çıxart.

Bu, sonradan ifadəolunmaz bir həzzə və müasir dünyadakı əsas silahına çevriləcək 😉
🔥5
Dostlar artıq saytım hazırdır, mənə geri dönüşləriniz lazımdır, zəhmət olmasa aşağıdakı linkə daxil olub təəsüratlarınızı mənimlə bölüşərdiniz. Saytda xətaların və ya qanunauyğunsuzluqların olub olmadığını bilmək istərdim.

xanagaaslan.com
👍2👏2
Alqoritmlər hər şeyi bilir, amma heç nəyi hiss etmir.

2016-cı ildə bir problemimiz olanda dostumuza zəng edib Gəl görüşək, dərdləşək deyirdik.

2026-cı ildə isə suallarımızı çatbotlara yazırıq.

Bəli, Süni İntellekt (AI) möhtəşəmdir:
• Sizin üçün kod yazar.
• E-poçtlarınızı cavablayar.
• Mürəkkəb analizlər aparar.

Amma AI heç vaxt bunları edə bilməz:
• Həqiqi empatiya: Heç bir alqoritm sizin səsinizdəki kədəri hiss edib, çiyininizə əl qoyub yanındayam deyə bilməz.

• Ortaq xatirələr: Bir botla keçirdiyiniz vaxt sadəcə data dır. Dostla keçirdiyiniz vaxt isə ömürlük xatirə.

• Ruhun qidası: İnsan sosial bir varlıqdır. Bizim ekrana deyil, insana, onun baxışına və səmimiyyətinə ehtiyacımız var.

Texnoloji asılılıq Rəqəmsal Tənhalıq adlı yeni bir psixoloji dövr yaradır. Biz minlərlə connection (bağlantı) arasında tək qalırıq. Unutmayın ki, ən bahalı və ən ağıllı AI modeli belə, bir köhnə dostun Necəsən? sualındakı səmimiyyəti əvəz edə bilməz.
Texnologiyadan istifadə edin, amma ona təslim olmayın.

Bu gün çatbotu bağlayın və bir yaxınınızı axtarın. Çünki insanı yalnız insan bərpa edə bilər.

Sizcə, biz bu rəqəmsal uçurumun harasındayıq?
Nə qədər olare əffet, bağışla,
Özün də səyy göstər, biraz çalış da.
Bəs allah adama deməz danış da, 
Sənə dil vermişəm, dodaq vermişəm. 

Nə xəta yapırsan, nə gicləyirsən?
Gəlirsən qapımı döyəcləyirsən,
Şans pul deyil ki, xərcləyirsən?
Yenə istəyirsən?, bayaq vermişəm.

Həyatda həmişə qabağınıza şanslar çıxacaq, bunlar sizin istəklərinizin, düşüncələrinizin və hərəkətə keçərək göstərdiyiniz əzminizdir.

Bu "şanslardan" doğru istifadə edin.
👍1
Bu yazını oxuyanların əksəriyyəti özünü pis hiss edir. Ehtimal ki, sən də özünü yaxşı hiss etmirsən. Bəs bunun səbəbi nədir?

Təbii ki, bunun müxtəlif səbəbləri ola bilər. Aşağıda sənə bir neçə səbəb yazacam, onlarla səmimi şəkildə üzləşməyin lazımdır. Onlardan biri isə xüsusilə vacibdir.

Özünü pis hiss etməyinin əsas səbəbi budur:

"Bacardığın qədər çox və dərindən çalışmırsan."

Bədbəxtliyin əsas mənbəyi bildiyin halda potensialının altında fəaliyyət göstərməkdir. Daxilinə baxsan, nə dediyimi anlayacaqsan.

Bəli, ola bilər ki, səhər işə gedib axşam qayıdırsan, yorulursan, ətrafındakı insanlara nə qədər çox işlədiyini deyirsən, amma daxildə bilirsən ki, potensialının çox altında işləyirsən. Dərindən işləmək lazım olanda gah xəbərlərə girirsən, gah WhatsApp-a daxil olursan, kiməsə nəsə yazırsan və s.

Belə olanda daxildən bir peşmançılıq hissi gəlir və özünü çox pis hiss edirsən.

Daxilində nə qədər böyük potensial olduğunu bilirsən. Hətta lazım olan növbəti addımları da bilirsən, amma hərəkətə keçmirsən, potensialını üzə çıxartmırsan. O işi etməkdən çəkinirsən, çünki çətin görsənir.

Burda çox çalışmaq deyəndə saatları yox, dərindən işləməyi və lazım olan, amma etməyə qorxduğun işləri qucaqlamağı nəzərdə tuturam. İngilislər buna "hard work" deyirlər.

Gün ərzində yüzlərlə bəhanə qoşa bilərsən, hökumət başda olmaqla ətrafdakı hər kəsi günahlandıra bilərsən. Tənqidlərində də yəqin ki, haqlısan, amma özün daxildə bilirsən ki, əsas səbəb potensialının altında işləməkdir.

Özümdən misal çəkim. Nə vaxt ki, vicdanla, dərindən bir çətin işə girirəm və onu axıra kimi çatdırıram, onda özümü çox yaxşı hiss edirəm. Özümü aldadanda və ya eyni anda bir neçə xırda işi görəndə isə özümü çox pis hiss edirəm. Sanki günümü boşuna keçirdim.

İndinin özündə belə özümü yaxşı hiss etmədiyim günlər çox olur. Bu da ona işarədir ki, gərək hər günü dərin yaşayasan. Hər günün səndən istədiyi bir qiymət var, o qiyməti ona verməlisən. Verəndə yaxşı, verməyəndə pis hiss edirsən.

Ruhumuz daima genişlənmək istəyir. Beynimiz adi qaydada çalışanda ruhun tələblərini ödəyə bilmir. Ona görə də, dərindən çalışıb bütün potensialını ortaya qoymaqla ruhun genişlənmə ehtiyacını ödəyirsən və özünü daha yaxşı hiss edirsən.

Digər Səbəblər

Özünü yaxşı hiss etməməyinin digər səbəbləri də var. Onlar əsasən müasir dövrün gətirdiyi fəsadlardır. Bəzilərini yazıram və qısa həll yolunu göstərirəm:

Hərəkətə keçmək üçün motivasiya axtarırsan: Hərəkətə keçmək üçün motivasiya axtarırsan. Bu, cəfəngiyyatdır və insanlar buna çox ümid bəsləyir, hamı motivasiya axtarır. Əvəzində isə, birbaşa hərəkətə keç.

Həvəsin olmasa belə. Hər hərəkət özü ilə yeni məlumat, yol, düşüncə gətirir. Nəticədə, yeni yollar açılır. Yəni ki, birinci motivasiya yox, hərəkət gəlsin. Ondan sonra daşlar yerinə oturmağa başlayır.

Yanlış hərəkətə keçdiyini düşünsən belə, motivasiya axtarma. Həmin hərəkəti et (amma dərindən işləmək şərtilə).

Tələsmək: Hər yaşda geridə olduğunu düşünürsən. Tələsik işlər görürsən. Başqası ilə müqayisə edəndə adam özünü geridə hiss edə bilir. Əvəzində onu düşün ki, sən geridə deyilsən, sadəcə öz xəttini yaşayırsan.

Rahatlığın ardınca qaçmaq: İnkişaf üçün olduğun yerdən fərqli nəsə etməlisən. Məntiqlə inkişaf etmək üçün narahat olmaq lazımdır. Başqa yolu yoxdur. Narahatlığı sevməyin lazımdır. Zaman keçəcək, sənə narahatlıq da həzz verəcək.

Qeyri-əminlik: Çətin bir işin ortasındasan, nəticələr hələ yoxdur və özünə sual verirsən ki, "görəsən düz iş görürəm?!". Bu, beynin normal reaksiyasıdır. Fikir vermə, yoluna davam et. Bunu özüm hər işdə yaşamışam, strategiya yazanda, satış etməyə çalışanda və s.

Dəyərsiz hiss etmək: Bir peşənin sahibisən, amma özünü tam dəyərli hiss etmirsən. Məs., mühasibsən, amma görürsən ki, zamandan geridə qalırsan, rəqiblər daha güclüdür, tam usta deyilsən.

Bu vəziyyəti həqiqət kimi qəbul etmə! Sadəcə qəbul et ki, hələ o səviyyəyə çatmamısan. Bir mövzunun üzərində uzun müddət qalsan, tam usta olacaqsan. İnsanlar düşündüyün qədər ağıllı deyil. ;) Sadəcə, üzərində sürətlə işləməyin lazımdır.
👏1
Zəif vərdişlər və alışqanlıqlar: Bura əsasən gecə yuxusunu almamaq, içki, siqaret və s. aiddir. Bu da enerjinin yalnış yerə yönləndirməyinə və qərarvermə gücünün zəifləməsinə səbəb olur.

Fikir verirsənsə, ən birinci qeyd etdiyim səbəb ən vacibidir. Digərləri ona gətirən və ya ondan doğan səbəblərdir.

Deməli, gün ərzində özünü yaxşı hiss etməməyinin əsas səbəbi daxilindəki gücü layiqincə istifadə edə bilməməyindir.

Bu, həm də o deməkdir ki, kiçik amallarla yaşamaq insanı xoşbəxt etmir. Gərək böyük məqsədlərlə yaşayasan ki, daxilindəki gücün üzə çıxması üçün şərait yaransın.
❤2👍1
Niyə şişirdirsiz, bir bolt 🔩 olmasa nə olar ki...?
Rusiyanın ucqar bir kəndində dəmiryol relslərinin boltlarını sökərkən yaxalanan bir kəndli istintaq otağında sorğu-sual olunurdu.

Müstəntiq soruşdu:
Minlərlə insanın həyatını təhlükəyə atdığının fərqindəsən? Niyə o boltları sökürsən?

Kəndli sakitcə cavab verdi:
Cəmi bir bolt idi, ağa. Balıq tilovuma ağırlıq etmək üçün lazım idi. Mən heç kimə zərər vermək istəmərəm. Üstəlik, bütün kənd belə edir. Bir bolt sökürük, birini saxlayırıq. Məktəbdə fizikadan öyrənmişik ki, yük bölünür, qatar da aşmır.

Müstəntiq qəzəblə dedi:
Bu dəlilikdir! Bəs kəndin başçısı bunu görmür?

Kəndli gülümsədi:
Necə yəni görmür? O, hətta karakolun və öz evinin qıfıllarını da həmin boltlarla düzəltdirib. Pulsuz başa gəlir axı...

Müstəntiq bir qədər düşündükdən sonra soruşdu:
Tutaq ki, maaşınızı artırdılar. Onda bu oğurluqdan əl çəkərsiniz?

Kəndli başını yellədi:
Məsələ pulda deyil, ağa. Məsələ vərdişdədir. Ədaləti və əxlaqı uşaqlıqdan öyrətməsəniz, böyüyəndə cibimiz pulla dolsa belə, yenə gedib o boltları sökəcəyik.
Müstəntiq bu düşüncə tərzindən dəhşətə gələrək hesabatını yazmaq üçün paytaxta gedən qatara mindi.
Pəncərədən çölə baxa-baxa öz-özünə pıçıldadı:
Bu səfalət bir gün böyük bir fəlakətə çevriləcək...
Elə bu anda relslərin kənarında əlində iki bolt tutmuş balaca bir uşaq gördü. Uşaq gülümsəyərək ona əl edirdi.
Müstəntiq vahimə içində qışqırdı:
Qatarı saxlayın!
Amma artıq gec idi.
Bir neçə saniyə sonra qulaqbatıran metal qırıntılarının səsi ətrafa yayıldı.
O uşaq nə fizika bilirdi, nə də “birini söküb, birini saxlamaq" qaydasını. O, sadəcə böyüklərindən gördüyünü təkrarlamışdı. Lakin bu dəfə yan-yana duran iki boltu birdən çıxarmışdı. Qatar aşdı.
Cəhalətin səpdiyi toxum, ədalətsizliyin suvardığı torpaqda böyüyərək böyük bir faciəyə çevrildi.
Bəs günahkar kim idi?
Əsl günahkar cəhaləti adiləşdirən cəmiyyət, mənfəəti əxlaqdan üstün tutan sistem, "Bir şey olmaz” düşüncəsi, və yanlış qarşısında susan hər kəs idi.
Çünki bəzi cəmiyyətlər bir anda çökmür.
Əvvəlcə onların boltları boşalır...
❤10🔥2
Reklamlar bitdi, welcome to the reality

Almond üzr istədi videonu sildi, Taleh öz mövqeyini göstərdi videonu silmədi. Bu reklamda danışılacaq çox mövzu var ancaq mən bunlardan birneçəsinə toxunacam bu yazıda.

1. Cəmiyyət bu reklama niyə belə sərt bir reaksiya verdi?

Qadın bədəni, xarici görünüşü, cinsəllik bu mövzular uzun müddətdir marketinqdə, reklamda, klip və videolarda istifadə olunur. Mənfi effekt yaratsaydı istifadə etməzdilər bəs niyə belə oldu?
Bu qərbin, Liberalizmin axımıdır, Amerikada, Avropada istifadə olunur və onlarda belə bir komplekslər yoxdur. Hətda o reklamların yanında bu toya getməlidir😃
Biz cəmiyyət olaraq hələ də harda olduğumuzu bilmirik nə öz mental dəyərlərimizdən qopa bilirik nə də tam olaraq qərb büşüncə modelini sabihlənə bilirik, elə bil ortada qalmışıq, hisslərimiz bizi arada ora atır arada bura)

2. Burda başqa bir məqam psixoloji faktordur.

Mən bunu psixoloq dostlarım ilə də müzakirə etdim ancaq bu yazını görən psixoloq yoldaşlar varsa onlar da fikirlərini bildirsin.
Bizim cəmiyyətlər "kompleklər" ilə doludur və bəlli tabular var. Bunlardan ən böyüyü xarici görünüşdür.
Birçox cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də xanım xarici görünüşünə görə dəyərləndirilir. Təəssüf ki bu belədir. Nə qədər savadlı, intelektual olduğun da önəmlidir ancaq xarici görünüşündən sonra. Mənə belə deyil yazmayın sadəcə müşahidə edin və görəcəksiz.

Əgər bir şey ki səni xarici görünüşünə görə dəyərləndirirlər gərək ki sən gözəl olasan. Bu plastik əməliyyatlar, prosedurlar hamısı daha gənc, gözəl və sevilən qalmaq üçündür.

Bu düşüncələrin formalaşması əslində hamımızın günahıdır. Bizim bir yola, dəyişimə, fəlsəfi cərəyana ehtiyacımız var. Cəmiyyət olaraq sağlam deyilik.
❤2👍1👎1
Özünü necə tapasan?🤔
Çoxumuz sevdiyi işdə işləmir və ya ümumiyyətlə bunu hələ tapa bilməyib.
Bunu təyin etməyin yollarından biri 3 dairə modelidir.
Aşağıda gördüyün dairələrdə hər birinə bunları qeyd et:
1.Sevdiyim şeylər
2.Yaxşı etdiyin şeylər
3.İnsanların sənə ödəniş etdiyi şeylər
Bu 3 sualdan hər birinə maksimum 10 ədəd qeyd yaz.
Sonra bunları promt halında hazırlayıb atırsız sevimli alətimiz ChatGPT yə. İnsanın özünün çətin qərar verdiyi belə məsələlərdə süni zəka çox kömək olur.
Bunu mən özüm üçün də etdim və məndə “problem solver” çıxdı. Həqiqətən baxanda bizneslərdə problemi tapıb həll etməyi çox sevirəm. Müşahidə qabiliyyətim də yüksəkdir deyə biznesi analiz edəndə onun qırılan nöqtəsinin satışda, marketinqdə və ya bəlkə də elə əməkdaşda olduğunu təyin edib doğru yöntəmi tətbiq edəndə hərşey daha yaxşıya doğru gedir. Bunu etməkdən zövq alıram🫠
Bəs sənin fürsət nöqtən nədir? Şərhlərdə qeyd et.
P.S. Promt ilə əlaqədar kömək lazım olarsa şəxsiyə yazın.🤝
❤2⚡1
Əgər özünü yaratmısansa bunu doğru şəkildə başqa insanlara da ötürməlisən, görünür olmalısan.

İşini, xidmətini ən gözəl təqdim edəcəyin yer isə Linkedin platformadır.

Bu playformada necə uğur qazana biləcəyin haqqında 22 Avqust, şənbə günü, saat 20:00-da online təlim keçəcəyəm.

Qoşulmaq üçün: https://www.linkedin.com/groups/33680024 bu linkə daxil ol, ətraflı olaraq o qrupda paylaşım olunacaq.
Özünü 0-dan yaradan insan desəz sizə Azər Aydəmiri örnək verərəm. Azər bəy 8 yaşında anasını 15 yaşında olanda isə atasının itirir.
Təsəvvür edin bu yaşda ailə sevgisindən, diqqətindən və dəstəyindən məhrum olursan və evdə tək yaşayırsan.
Öz danışdığına görə qohumları mənəvi dəstək olsa da ancaq əsas maddi dəstək dostlarından gəlirdi.

Məktəbi sadəcə formal olaraq bitirib, universiteti yarıda qoyub. Gənc yaşlarından işləməyə başlayıb. Təbii ki dostları ona bu istiqamətdə də dəstək olsa da o öz ambisiyası sayəsində bu günlərə gəlib çatıb.

Ancaq indi uğurlu aktyor və ssenarist kimi tanınan Azər Aydəmir vaxti ilə müxbir kimi işləyib, avtomobil və restoran sahələrində fəaliyyət göstərib.
Elə restoran sahəsində çalışan günlərdə artıq film sektorunu buraxmışdı, istedadı olsa da ümüdsüzlüyə qapılmışdı, bu sektorun gələcəyini görmürdü.

Elə bu zaman onun bir dosdu Azər bəyin indiki Azər Aydəmir olmağına səbəb olacaq audio kitablar ilə onu tanış edir. Öz danışdığına görə bu kitabları hərgün dinləyib və içsəlləşdirib, həyatına tətbiq etməyə başlayıb.
Mən özüm də bu audioları hərgün dinləyirəm, elə Azər bəy özü bu kitabları Youtube da səsləndirir.

Bu playlisti şərh yerində qeyd edirəm, bəlkə sizin də həyatınıza toxundu.
👍2
İşin çoxdur, heçnəyi çatdırmırsan?

İşlərinizi necə idarə edirsiz? Əsas da mürəkkəb tapşırıqlara nə qədər zamanınız gedir?

Sizdə də olub ki, bəzən nəsə öyrənirsən və ya hansısa bir işi həll etməyə çalışırsan ancaq birdə ayılırsan ki artıq saatlardır o işi görürsən, nə aclıq yada düşüb nə susuzluq.
Ancaq diqqətin bu qədər sürətli dağıldığı bir dövrdə çətin ki çox insanda bu hall olsun. Əgər yoxdursa təəssüf ki sən “Dərin öyrənmə", "İşləmə" rejiminə girə bilmirsən.

Bu rejimə girmək niyə vacibdir:
- Tapşırıqları daha tez bitirirsən.
- Diqqətin başqa şeylərlə dağılmır.
- Öyrəndiklərin daha tez yadında qalır və s.

Bu rejimə həm də "Flow" da olmaq deyilir. Bir çox iş adamları, idmançılar, musiqiçilər və s. fərqli sektordan olan uğurlu insanlar özlərini inkişaf etdirmək üçün bu rejimə girir.

Mən özümü "Flow" ya necə salıram? Eynisini sən də edə bilərsən.
1. Diqqət dağıdan hərşeyi özümdən uzaqlaşdırıram(telefon, bildirişlər, oyunlar və s.)
2. Sakitliyin olduğu bir yerə keçməyə çalışıram, açıq havada olmağa üstünlük verirəm.
3. Əgər kompyuterdə işləyirəmsə onu fokus rejiminə salıb timer qoşuram.
4. Əgər yaradıcılıq ilə məşğul olub təxəyyülümü
genişləndirməliyəmsə “Alfa” dalğalarını(8-13 Hz), dərin fokus halına girmək istəyirəmsə "Beta" dalğalarını dinləyirəm.

Daha uğurlu sənə bir addım at, bir dəfə yoxla peşman olmazsan.😉
❤2👍2⚡1
1. Necə etmək lazım olduğunu bilən adam heç vaxt işsiz qalmaz;

2. Niyə etmək lazım olduğunu bilən adam həmişə boss olur.
👎2🔥1
«𝐂ə𝐳𝐚𝐥𝐚𝐧𝐝ı𝐫𝐦𝐚𝐪 𝐯ə 𝐪𝐢𝐬𝐚𝐬 𝐬ə𝐧𝐢𝐧 𝐢ş𝐢𝐧 𝐝𝐞𝐲𝐢𝐥»

Kinli insanlar olur və ya kimsə ona pislik etdi və ya nəsə yalnış bir hərəkət etdi onu cəzalandırmağa çalışır. Belə şeylərə eytiyac yoxdur.

Həyat bir enerjidir, bizim özümüzün də tükənən bir enerji qaynağımız var, bunu səmərəli işlətmək lazımdır. Enerjini nail olmaq istədiyin hədəflərə yönəlt. Sən kimisə cəzalandırmağa çalışsan enerjin, düşüncələrin, fəaliyyətin o istiqamətə yönələcək. Daha vacib işlərin olmalıdır.

Sənə qarşı yalnış edən insana ayıracaq zamanın belə olmamalıdır. Sənin cəzalandırmaq istədiyin insanlara qarşı taleh öz işini görəcək zatən elə böyük ehtimal onlar özü özünü yeyəcək. Almanı içindən yeyən qurd kimi.

Vəs son olaraq unutma, “İlan səni sancanda ilanın yox, dərmanın dalıyca qaçmalısan.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gedəcəyin yolu səndən başqa heçkim gedə bilməz 🫵

Axtarışda olan insan yorulmaz,
İnsanı yoran, əsəbdir, ümüdsüzlükdür, özünə inamsızlıqdır, tənhalıqdır və heçvaxt cəht etməməkdir.

Xəyallarının arxasıyca ged,

Etməyə tələsdiyin şeyin arxada qalmasına imkan vermə. Keçən zaman geri gəlməyəcək.
👍1