Sumqayıt Dövlət Universitetinin
13 subscribers
1 photo
1 video
Sumqayıt Dövlət Universitetinin qeyri rəsmi Telegram kanalı
Download Telegram
Videoya baxdıqdan sonra şərəfdən, ləyaqətdən, mənlikdən, və bir çox insani keyfiyyətdən yazıb bu şəxsdə onların heç birinin hansı azlıqla olmadığını bir-bir müzakirə etmək olar. Amma bu nəinki heç nəyi dəyişməyəcək, hətta o müəllim nə universitetdən nə dı dövlətdən bir töhmət almayacaq. Bunun əyani sübutu kimi, müxtəlif xəbər portallarında və Instagram səhifələrində paylaşılmış bu videonun sonradan naməlum səbəblərə görə silinməsini göstərmək olar.
Ən acınacaqlı tərəfi isə gənclərin, əsasda o universitetin tələbələrinin bu hadisəyə səssiz qalmasıdır. Axı dövlətimiz vətənpərvərlik, milliyyətçilik, dövlətçilik mövzusunda çoxlu tədbirlər keçirir, gəncləri layihələrə cəlb edir. Nəticədə həmin şəxsi daha çox gənclər qınamalı idi. Amma bu belə olmadı ki, videonu görən gənclər yəqin müəllimlərinə "hörmətsizlik" olmasın deyə, bəlkə də sabah biri gün qiymət cədvəlində problem yaşamasınlar deyə ağızlarına su alıb oturdular çayın qırağında.
Bu adamlar o şəxslərdilər ki, 27 Sentyabr Anım günü ilə bağlı tədbir keçirib orda vətəndən, Qarabağdan, torpaqdan bir mühazirə deyib, 90 dəqiqəlik olan tədbirdən 290 dənə çəkilmiş şəkilləri 99 müxtəlif platformada paylaşırlar. Auditoriyaya baxırsan, ağız-bağız dolu. Elə zənn edərsən ki, müəllimli şagirdli hər kəs öz xoşuyla gəlib orada əyləşib. Əslində, ancaq Heydər Əliyev adına olan və bir neçə dövlət tədbirlərindən başqa heç nəyə yaramayan Tələbə Gənclər Təşkilatının üzvləri, hansısa ixtisasın 3-cü, 4-cü kursunda oxuyan sədrlərin təlimatı ilə sözügedən tədbirə qoyun kimi oturmağa gəlirlər ki, şəkil çəkilən zaman oturacaqlar boş görsənməsin. Çünki, yalnız Anım günü ilə bağlı olan yox, həmçinin digər tədbirlərdə bu şəxslər özündən bir alt vəzifədəki fərd tərəfindən təriflənə-təriflənə günü yola verilən zaman bizim "gənclər" onların bu iyrənc iyerarxiyasının şahidi olur və səsini çıxarmır.
Son olaraq, unutmayaq, bu o cür müəllimlərdir ki, dərsdə səs çıxardan tələbəni "dərsin ciddiyyətini pozduğu" ittihamı ilə imtahandan ya xaric edir ya da tula payı qiymət verir. Ölkənin hər yerində, hər sahəsində özbaşınalıq və dərəbəyilik baş alıb gedərsə, universitet işçilərinin bu hərəkətləri etməsi təəccüblü olmamalıdır.