Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
180 subscribers
4.16K photos
26 videos
886 links
Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə məlumatlar
Download Telegram
Mayın 26-da “Qafqaz Albaniyası: tarix, din və memarlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix institutu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkil etdiyi beynəlxalq konfrans onlayn formatda keçiriləcək.
Beynəlxalq konfransda 9 ölkəni – #Almaniya, #Norveç, #Fransa, #İtaliya, #Türkiyə, #Rusiya, #Litva, #Gürcüstan#Azərbaycanı təmsil edən araşdırmaçı alimlər iştirak edəcək.
#Azərbaycanda səfərdə olan #Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 26-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
#Azərbaycan #Gürcüstan #DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #DQİDK #SCRA #diniməsələlər #tolerantlıq
Ətraflı⤵️
https://bit.ly/38bKACt
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 26-da Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
DQİDK sədri Mübariz Qurbanlı: Dini icmaların fəaliyyətinin yaxşılaşdırılması, dini maarifçilik işinin genişləndirilməsi məqsədilə dövlət tərəfindən maliyyə yardımı ayrılan icmalar içərisində gürcü pravoslav dini icmaları da yer alır.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze: "Gürcüstan Dini Etiqad Azadlığı haqqında qanunun hazırlanması prosesində Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır".
#Azərbaycan #Azerbaijan #Gürcüstan #Georgia #DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #DQİDK #SCRA #diniməsələlər #tolerantlıq #religiousissues #tolerance
Daha ətraflı: https://bit.ly/3gCVgOS
#Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizdə səfərdə olan Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin - რელიგიის საკითხთა სახელმწიფო სააგენტო/State Agency For Religious Issues sədri Zaza Vaşakmadzenin başçılıq etdiyi nümayəndə heyəti avqustun 28-də #Qax rayonunda olub. Gürcüstanlı qonaqlar rayonun #Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib, “#Məryəmoba” bayramına qatılıb, kənd tam orta məktəbinin müəllim və şagirdləri ilə görüşüblər. Ardınca #Əlibəyli kəndində yerləşən “Müqəddəs Nino” kilsəsi ziyarət edilib.

#Azərbaycan #Azerbaijan #Gürcüstan #Georgia #DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #DQİDK #SCRA #diniməsələlər #tolerantlıq #religiousissues #tolerance
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (#DQİDK) dəvəti ilə ölkəmizə səfər edən #Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti 25-28 avqust tarixlərində dövlət və qeyri-dövlət qurumları, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri ilə görüşüb və bir sıra dini ibadət məkanlarını ziyarət edib.

Gürcüstan nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Milli Məclisin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Qax Rayon İcra Hakimiyyətinin başçısı cənab Musa Şəkiliyev ilə görüşüb.

#Azərbaycan #Azerbaijan #Gürcüstan #Georgia #DiniQurumlarlaİşüzrəDövlətKomitəsi #DQİDK #SCRA #diniməsələlər
Mayın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (#DQİDK) sədri Mübariz Qurbanlı ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimləri ilə görüşüb.
📍 Görüşdə #dini#mədəni sahədə qarşılıqlı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, #radikal dini qruplaşmalara qarşı mübarizə istiqamətində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb. ➡️ https://bit.ly/382ThCt #Azərbaycan #Gürcüstan #Vəhdət
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

Heyətə #DQİDK, #Azərbaycan #İlahiyyat #İnstitutu ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir.

İyunun 11-dək davam edəcək səfər çərçivəsində #Tbilisi #Cümə məscidi ziyarət olunacaq, #Gürcüstan #Müsəlmanlar İdarəsi, Dini Məsələlər üzrə Dövlət Agentliyi və digər qurumlarda görüşlər keçiriləcək.

Daha ətraflı
https://bit.ly/3xhALPA
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir.

📌 Səfər çərçivəsində #Gürcüstan Hökumətinin Administrasiyasında “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan İlahiyyat İnstitutu ilə Tbilisi İlahiyyat Akademiyası və Seminariyası arasında əməkdaşlıq haqqında Memorandum” imzalanacaq.

Ətraflı: https://shorturl.at/bdpFX
Mübariz Qurbanlı: "#Azərbaycan dövləti #Gürcüstan ilə əlaqələrin bütün istiqamətlərdə inkişafına böyük önəm verir"

📌DQİDK sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 25-də Gürcüstana rəsmi səfər edib. Səfər çərçivəsində M.Qurbanlı bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin (SARI) sədri Zaza Vaşakmadze ilə görüşüb.

🔗 https://shorturl.at/chxIY
☑️DQİDK sədri Gürcüstanda müsəlman din xadimləri ilə görüşüb

☑️ Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Tbilisidəki Cümə məscidində olub.

☑️ Görüşdə #Azərbaycan ilə #Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə #dini qurumların rolu və sair məsələlər diqqət mərkəzində olub.

Ətraflı:
https://azertag.az/xeber/dqidk_sedri_gurcustanda_muselman_din_xadimleri_ile_gorusub-2762371
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyətinin #Gürcüstan səfəri ilə bağlı geniş sujet REAL TV-də
https://www.youtube.com/watch?v=MTzhgZTwwQ8&t=4s
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 3-də Bütün #Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri Faiq Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
#DQİDK #SCARA #scwraGovAz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxlığında görüş keçirib. Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor ilə görüş zamanı Dövlət Komitəsinin sədri Ramin Məmmədov iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb.
#Azərbaycan #DiniQurumlarlaİşÜzrəDövlətKomitəsi #Gürcüstan #əməkdaşlıq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidəki Cümə məscidində olub.
Azərbaycan nümayəndə heyəti, həmçinin, Tbilisidəki Botanika bağında görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu da ziyarət edib.

Ətraflı:
https://scara.gov.az/az/xeber/ictimaiyyetle-elaqeler/xeberler/dovlet-komitesinin-numayende-heyeti-tbiliside-bir-sira-gorusler-kecirib

#Azərbaycan #DiniQurumlarlaİşÜzrəDövlətKomitəsi #Gürcüstan #əməkdaşlıq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində iyunun 13-də bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.

#Azərbaycan #DiniQurumlarlaİşÜzrəDövlətKomitəsi #Gürcüstan #əməkdaşlıq
Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti iyun ayının 13-də Rustavi və Qardabani şəhərlərində olub.
Nümayəndə heyəti Rustavi şəhərində yerləşən “Cümə” məscidini və Qardabani şəhərindəki “Marağa” məscidini ziyarət edib.

#Azərbaycan #DiniQurumlarlaİşÜzrəDövlətKomitəsi #Gürcüstan #əməkdaşlıq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti iyun ayının 13-də Gürcüstanın Qardabani şəhərindəki “Əl-Hikmət” mərkəzində olub.

#Azərbaycan #DiniQurumlarlaİşÜzrəDövlətKomitəsi #Gürcüstan #əməkdaşlıq