Sakit Redaktor
801 subscribers
877 photos
61 videos
8 files
102 links
"Sakit Redaktor" maraqlı söhbətlər yeridir.
Download Telegram
✅️ 1594-cü ildə serblər türklərə qarşı üsyan qaldırır. Türklər serbləri cəzalandırmaq üçün onların ən müqəddəs hesab olunan şəxslərindən sayılan Müqəddəs Savanın nəşini çıxarıb yandırırlar.

✅️ 2004-cü ildə Müqəddəs Savanın nəşinin yandırıldığı yerdə eyniadlı kilsə tikilib.
Bu gün Ağdaban faciəsindən 33 il ötür.

Ağdaban kəndi Kəlbəcərdə, rayon mərkəzindən 36 kilometr şimal-şərqdə yerləşir. 1992-ci ilin məhz bu günü erməni silahlı birləşmələri Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum etmişdilər.

Kənddə həyata keçirilən qırğınlar nəticəsində 39 dinc sakin qətlə yetirilmişdi. Ümumilikdə isə faciə vaxtı 779 nəfər dinc sakin işgəncələrə məruz qalmışdı.

Bundan təxminən bir il sonra, 1993-cü ilin martında erməni silahlıları kəndə yenidən hücum etmişdilər. Həmin hücumda 50-yə yaxın dinc sakini qətlə yetirilmişdi. Sağ qalan əhali yurd-yuvasından didərgin salınmışdı.

Vətən müharibəsi nəticəsində bütün Qarabağ kimi Ağdaban kəndi də azad olundu. Faciənin 30-cu ildönümündə, 2022-ci ilin aprelində qətliam törədilmiş Ağdaban kəndi ilk dəfə ziyarət edilmişdi.
Azərbaycanda bəzi elmi qurumların illik büdcəsi 1 milyon manat təşkil etsə də, həmin qurumlar il ərzində cəmi bir elmi məqalə dərc edirlər. Nəticədə, ölkə üzrə bir elmi məqalə ortalama 35 min manata başa gəlir.

Elm və təhsil naziri Emin Əmrullayev.
🇩🇰 1940-cı ilin bu günü Almaniya cəmi 6 saata Danimarkanı işğal etmişdi.

🇩🇪 Əməliyyat nəticəsində alman ordusu 2 əsgərini itirmişdi.

🇩🇰 Əslində, Danimarka höküməti 2 saata təslim olmuşdu. Amma rabitə probleminə görə qoşunlara tez xəbər vermək mümkün deyildi. Ona görə də bəzi qoşunlar müqaviməti daha bir neçə saat davam etdirmişdi.

🇩🇰 Həmin hadisələr barədə Danimarka istehsallı “9 aprel” bədii filmi var.
✅️ 1991-ci ilin bu günü Gürcüstanın Müstəqillik Aktı qəbul edilib.

✅️ Onu imzalayanlar arasında 1 azərbaycanlı da vardı. Akif Həsənov həmin vaxt Ali Şuranın Marneulini təmsil edən üzvü idi.

✅️ Akif Həsənov hazırda təqaüdçüdür. 73 yaşı var.


Mənbə: Teleqraf İnformasiya Agentliyi
✅️ Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

✅️ Aprelin 10-da!!!

✅️ Novruz bayramı.

✅️ Sonra da deyirsiz Amerika hər şeyi bilir. Bunlar heç ayın tarixini bilmirlər ki 😂😂😂
"Nasional sosialistlərin ölümcül təhlükə saçdığı günlər artıq geridə qaldı. Adolf Hitler həyatını yəqin ki, hansısa Bavariya kəndində bitirəcək. O, axşamlar pivəxanada dostlarını başına yığıb danışacaq ki, az qalsın Almaniyada çevriliş edəcəkdi"


Dekabr 1932-ci il.
Frankfurter Zeitung qəzeti.
✅️ 1940-cı ilin avqustunda Lev Trotskinin başına buz baltası ilə zərbə endirilib qətlə yetirildiyi anda o, yazı masasında əyləşib Stalin haqqında kitab yazırdı.

✅️ Yazıçı Viktor Suvorov deyir ki, həmin gün tarixdə görünməmiş hadisə baş vermişdi. Əsərin baş qəhrəmanı əsərin müəllifini öldürmüşdü.

@sakit_redaktor
✅️ Rafiq müəllim dahi deyilsə, bəs kimdir?

Ecazkar musiqinin linkini burada yerləşdirirəm.
✅️ 1961-ci ilin yazında kosmosa uçmağa 6 namizəd vardı. Uçuşa az qalmış baş konstruktor Sergey Korolyov onlardan soruşmuşdu ki, tapşırığı yerinə yetirməyə hazırdırlarmı? Hamı "hazırıq" demişdi. Yalnız Yuriy Qaqarın demişdi ki, səhərdən başım ağrıyır. Amma mən də hazıram.

✅️ Korolyov izah etmişdi ki, səhər yeməyi zamanı onlara baş ağrısı yaradan dərman verilib. Əslində, indi hamının başı ağrıyır. Həqiqəti isə yalnız Qaqarin dedi.

✅️ Kosmosda olan kosmonavt hər bir xırda detal barədə doğru məlumat verməlidir. Bu, missiyanın yerinə yetirilməsi üçün olduqca vacibdir.
✅️ Sevda xanım ABŞ-da oxuyub və işləyib. Bəzi illər Amerika, bəzi illərdə Azərbaycanda çalışır.

✅️ Təki canınız həmişə sağlam olsun. Yolunuz həkimə düşməsin. Amma işdir, birdən lazım olsa, bilin ki, Azərbaycanda belə həkimlər də var.

✅️ Sevda Ağayeva qastroenteroloqdur. Yəni, mədə-bağırsaq xəstəlikləri həkimi.

✅️ Həmişə sağlam olmağınız diləyi ilə,

@sakit_redaktor
Bu saatlarda Roza Cekə deyib ki, öldüm soyuqdan.
Tez ol, şəkli çək.
#Titanikbatangün
🇨🇳 Çinin ABŞ-dəki səfirliyinin Facebook səhifəsinin paylaşımı 😂😂😂
⛔️ Sizin bank kartından indiyədək pul oğurlanıb?
Anonymous Poll
6%
✅️ Bəli
77%
🔴 Xeyr
17%
😂 Cəhd ediblər. Alınmayıb
🌧 Necəsiz? Üzə bilirsiniz?
✅️ Məsələnin həlli
Güclü yağış yağanda zarafatla deyirik ki, üzə bildiniz?

Amma XIX əsrin sonunda güclü daşqın olanda Bakıda həqiqətən qayıqla üzmüşdülər.

Bu fotonu Bakıda Nobellərin şirkətində çalışmış şəxs çəkib.

@sakit_redaktor
✅️ Dünən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları xeyli əziyyət çəkdilər. Görürəm, bu barədə çox yazılır. Dedim mən də bir xatirəmi bölüşüm.

Deməli, İctimai Televiziyaya yenicə gəlmişəm. Səhər verilişinin prodüseriyəm. Hansısa çəkiliş üçün təcili əleyhqaz lazım idi. Qaçdım işin yanındakı yanğınsöndürmə idarəsinə. Dedim yuxarıdan rəsmi icazə almağa vaxt yoxdur, mənə kömək edin.

Komandirləri sağ olsun, nətər deyərlər, "svoyski" adam çıxdı. Dedi, deyəsən işə təzə gəlmisən, özünü yaxşı göstərmək istəyirsən, gəl, sənə kömək edim. Getdi bir neçə əleyhqaz gətirdi. Dedi, onsuz da biz daha müasirlərindən istifadə edirik, bunlar anbarda qalıb, götür, amma axşama kimi gətir. Tez-bazar bir sənəd tərtib elədi, qol çəkib apardım, axşam da qaytardım.

Həmin hadisənin üstündən 7 il keçib. Amma hər dəfə o idarənin yanından keçəndə onların bu yaxşılığı yadıma düşür.