Rahim N.Aliyev
658 subscribers
7.98K photos
1.78K videos
519 links
Azerbaijani commentator of Formula 1 - Sport TV. Official ambassador of Azerbaijan Grand Prix.

Müzakirə üçün - @Formula1Az

Sayt: www.f-1.az
Download Telegram
🔴 Yaxşı ki, darıxdırıcı yarışların maraqlı sıralanma turları olur - yoxsa çempionat çox maraqsız olardı. Amma nəzərə alsaq ki, sabaha yağış ehtimalı var, hər şey mümkündür.

🏆 🥇 Şarl Lekler, sadəcə, möhtəşəm dövrə vurdu. Heç kimin gözləmədiyi yerdə, heç kimin gözləmədiyi anda doğma vətənində əldən verdiyi poulun qisasını Monakonun stasionar versiyasında aldı. Builki Ferrari yavaş döngələrdə güclüdür və Şarl sadəcə bu üstünlüyü real nəticəyə çevirdi. Yekunda mövsümdə ilk, karyerasında isə 27-ci poul qazandı - Xuan Manuel Fanxioya və ilk onluğa cəmi 2 poul qaldı. Unutmuruq ki, Şarl həm də titulsuz ən çox poul qazanan sürücüdür. Sabah startda yerini qoruya bilsə, qələbə qazana bilər.

🥈 Oskar Piastri son sessiyada ilk cəhddə minimum proqramı yerinə yetirdi - çempionatda əsas rəqibi olan komanda yoldaşını qabaqladı. Amma son anda poulu əldən verməyi ağlına belə gətirməzdi. İstənilən halda, sabah startda olmasa da, pit-stop strategiyasında öndəki maşını qabaqlamağa çalışacaq.

🥉 Lando Norris isə növbəti dəfə hər şeyi əldən verdi - əvvəlcə poulu komanda yoldaşına uduzdu, sonra isə, ümumiyyətlə, üçüncü oldu. Düzdür, sabah startda komanda yoldaşını qabaqlaya bilər, daha təmiz yerdən start alacaq. Əgər bunu edə bilsə, pit-stop strategiyası ilə qələbə də qazana bilər.

✔️ Yəni poulu kim qazanırsa, qazansın, amma qələbəyə əsas namizəd McLaren sürücülərindən biri olacaq.

‼️ Gərgin mübarizəni qeyd etmək lazımdır - ilk 6 sürücü cəmi 0.129 saniyəyə yerləşdi və altılığı Aston Martin sürücüləri tamamladılar ))

🟢 Ümid etmək istəyirəm ki, sabah bizi maraqlı start və maraqlı yarış gözləyir, əlbəttə, əgər FİA imkan versə ))

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍10🏆2🍾2
Rahim N.Aliyev pinned «Hunqarorinqdə yarışı kim qazanacaq?»
🔴 Hunqarorinqdə poul uğrunda gərgin mübarizə...

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍83👏2👌2🔥1🏆1
🔴 ⚙️ Çempionatın yeganə təkər təchizatçısı Pirelli-dən yarışa sürücülərin ixtiyarında qalan təkər dəstləri barədə.

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍2👏2👌21
🔴 🚫 Çempionatın yeganə təkər təchizatçısı Pirelli-dən yarışa mümkün təkər strategiyaları.

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍4👏2👌2
🔴 🚫 Çempionatın yeganə təkər təchizatçısı Pirelli-dən daha bir maraqlı diaqram - startda təkər tərkiblərinin sürətlənmə fərqi...

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍6👌3👏2
🔴 Ötmələrin həddindən artıq çətin olduğu bir trasda quru havada mübarizə ilə zəngin bir yarış izlədik - bəzən bu mübarizə müsbət nəticə verdi, bəzən isə uğursuzluğa düçar oldu...

🏆 🥇 Lando Norris mövsümdə ən güclü yarışını keçirdi. Britaniyalı sürücü startda iki yer itirsə də, ruhdan düşmədi, dərhal bir mövqeni geri qaytardı. Sonra sarı təkərləri öldürmədən uzun müddət trasda qaldı və əsas rəqiblərindən fərqli strategiyanı seçdi. Demək olar ki, ciddi səhvə yol vermədi və mövsümdə 5-ci, karyerasında isə 9-cu qələbəsinə sevindi. Son 4 yarışda Lando 3 qələbə qazanıb və Kanadadakı uğursuzluqdan sonra titul uğrunda mübarizədə yenə də əsas fiqur kimi qalmağa davam edir. Norrisin bu qələbəsi McLaren-in tarixdə 200-cü qələbəsi oldu, öndə yalnız Ferrari (248) var.

🥈 Oskar Piastri trasda ondan asılı olan hər şeyi etdi, Şarl Lekleri pitdən sonra keçərək irəli çıxdı, amma niyə komandası onun üçün 2 pitli strategiya seçmişdi? Finişə qədər trasda qalıb mövqeyini müdafiə etməyi yoxlamalı idi, onsuz da heç nə itirmirdi, istənilən halda ikincilik onun cibində idi, amma qələbə də qazana bilərdi. Tətilə lideri kimi yollanır Piastri və amma son yarışlarda üstünlük onun əsas rəqibində olub. Oskarın ikinciliyi komandasına mövsümdə 7-ci, ardıcıl 4-cü və ümumən 56-cı qələbə dublu qazandırdı.

🥉 Corc Rassell uğursuz sıralanma turundan sonra hər şeyi öz xeyrinə dəyişməyi bacardı. Çox gözəl yarış keçirdi. Narıncı maşınlara çox uduzsa da, onda asılı olan hər şeyi etdi və mükafat olaraq mövsümdə 6-cı podiumuna sevindi.

✔️ Günün qəhrəmanı, əlbəttə, Qabriel Bortoleto və Aston Martin komandası idi, uğursuzları isə...

‼️ Getdik yay tətilinə, Zandfortda görüşənədək...

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍72🏆1🍾1
🔴 Dostlar, mövsümün hər yarışından sonra sadəcə iki bənddən ibarət sorğu olacaq. Sorğuya münasibət bildirməklə yarışın maraq səviyyəsini müəyyən edəcəyik və mövsümün sonunda ən maraqlı yarış adı verəcəyik.  Sorğunun müddəti 48 saatdır.

✈️ Abunə olun 🔛 : @Rahim_N_Aliyev
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍3👏1👌1
Hunqarorinq yarışını bəyəndinizmi?
Final Results
64%
Bəli
36%
Xeyr
👌4👍3👏1