Qrizzly
30 subscribers
88 photos
24 videos
30 links
Bakida ən yaxşi turizm avadanliği internet mağazasi WWW.QRIZZLY.COM

Kanalımıza əlaqə üçün @Qrizzly_bot vasitəsi ilə bizə mesaj göndərə bilərsiniz.
Download Telegram
Qazı və ya yanacağı olmayan, boş çaxmaq ilə od əldə edə bilirsiniz?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⬆️⬆️⬆️

Qazı qurtarmış çaxmaq ilə də od əldə etmək mümkündür, sadəcə qığılcımın alışması üçün kiçik bir "təkana" ehtiyac var.

Yuxarıda qeyd etdiyimiz sualla bağlı qısa videonu paylaşırıq.
Survivalizm (ingiliscə survivalism, survival - sağ qalma) - gözlənilən fövqəladə hallara fəal hazırlaşan insanları birləşdirən hərəkat və ya subkulturadır. İngilis dilində bu hərəkatın iştirakçıları özlərini "survivalist" və ya "prepper" adlandırır, Rusiyada isə "выживальщик" anlayışı daha çox yayılıb. Azərbaycan dilində qarşılığı yoxdur.

Geniş mənada Survivalizm, ekstremal vəziyyətdə həyatı xilas etməyə, sağ qalmağa kömək edən bacarıq və biliklərdir.

Survivalistlər əvvəlcədən hazırlaşdığı fövqəladə hallara və ekstremal vəziyyətlərə aşağıdakıları aid edilənlər:

- təbii fəlakətlər;
- texnogen fəlakətlər;
- elektrik enerjisinin kəsilməsi, qida, su çatışmazlığı və s. ilə bağlı böhranlar;
- epidemiyalar;

Başvermə ehtimalı az olan, amma baş verdikdə insan sivilizasiyasının varlığına son qoya biləcək daha global və genişmiqyaslı hadisələr:

- müharibə (nüvə müharibəsi də daxil olmaqla),
- iri səma cisminin (asteroid, kometa) Yerlə toqquşması,
- supervulkanın püskürməsi və sonrakı uzunmüddətli vulkanik qış, qlobal istiləşmə, zombi apokalipsis və s.

Survivalizm hərəkatı ABŞ-da Soyuq Müharibə dövründə yaranıb. Daha sonra qərb ölkələrində də Survivalist klubları və birlikləri yaranmağa başladı. Survivalizm Rusiyada da çox məşhurdur. Ölkəmizdə isə bu istiqamətə maraq azdır.
Media is too big
VIEW IN TELEGRAM
Alman hərbçilərinin uniformalarının bir hissəsi olan boru şərfin bir neçə taxılma üsulu. Siz ən çox hansını bəyəndiniz?
Media is too big
VIEW IN TELEGRAM
Kufiya və ya Şemax ərəb ölkələrində kişi qarderobunun ayrılmaz hissəsidir. Başı və üzü günəşdən, qumdan və soyuqdan qorumağa xidmət edir. Şemax həm də bir çox ölkələrin ordusunda taktiki avadanlığın bir elementidir. Praktikliyi və funksionallığı sayəsində isti iqlimi olan ərazilərdə əvəzolunmazdır. Baş geyimi kimi istifadə olunmaqla yanaşı, şemax maska ​​kimi də faydalı ola bilər. Şemax geyinməyin bir neçə üsulunu diqqətinizə təqdim edirik.
Yürüşdə yemək hazırlanmasının təşkili

Çox zaman yürüş iştirakçıları yemək bişirmək prosesini düzgün təşkil edə bilmədiyindən, yemək bişirməyə saatlarla vaxt sərf edir və yürüş zamanı əziyyət çəkməyə başlayırlar.

Prosesin mümkün qədər rahat şəkildə necə təşkil edilməsinə birlikdə nəzər salaq. edəcəyimizi anlayaq. Qrupdakı insanların sayından, mövcud maddi resurslardan (avadanlıq, pul), gözlənilən hava şəraitindən, qrupun tapşırıqlarından, iştirakçıların bacarıqlarından və s. asılı olaraq prosesdə müxtəlif yanaşmalar mövcuddur.

Qiymət və populyarlıq nöqteyi-nəzərindən ən çox yayılmış üsul ocaqda yeməyin hazırlanmasıdır. Adətən bunun üçün iki qabdan istifadə edirlər - biri yemək, digəri çay üçün.

(ardı var)
Ocaq
Əhəmiyyətli bir məqam - ocağı yalnız 1 (bir) adam qalamalıdır! Ocaq qalamaq "ustalarının" sayının çox olması yalnız prosesin vaxtını uzadacaq. Təcrübəniz varsa, və əgər vəziyyət ocağın dərhal qalanmasını tələb etmirsə (heç kim hipotermiya deyil, islanmayıb və s.), o zaman müdaxilə etməyin, təcrübəsi az olana yol verin ki, ocaq qalamağı oyrənib, təcrübəsini artırsın. Məqsəd məşq etmək və təcrübə artırmaq deyilsə, və ocaq dərhal qalanmalıdırsa, o zaman yürüşün lideri və ya onun təyin etdiyi kimsə ocaq qalamaqla məşğul olmalıdır.

Ocaq üçün odunu HƏR KƏS yığır. Qrupun bir hissəsini (kişi) dayanacağa çatdıqdan dərhal sonra odun üçün göndərmək məsləhətdir. Qalanlar çadırları qurduqdan sonra odun yığımına qoşulurlar. Yemək bişirmək, axşam tonqalı, əşyaların qurudulması və səhər yeməyi üçün kifayət edə biləcək qədər odun yığılmalıdir. Çaydanı və ya qazanı tez qaynatmaq üçün xırda budaqlar və qozalar, qızınmaq üçün tonqala isə qalın odun və kötüklər daha çox yarayır. Yeməyin bişirilmə sürəti həm də yaxşı odunun mövcudluğundan, tonqalı qalayanın təcrübəsindən və odun yığanların cəldliyindən çox asılıdır.

Ocaqda səhər yeməyi bişirərmək üçün, əvvəlcədən 2 növbətçi təyin etmək məqsədəuyğundur. Növbətçilər hamıdan əvvəl qalxıb ocağı qalayacaq və suyu qızdıracaqlar. Unutmayın ki, suyu qaynatmaq üçün əsasən kiçik budaqlar daha yaxşıdır.

(ardı var)

https://t.me/qrizzlybaku/160
Qaz balonları

Daha bahalı, daha ağır, lakin dəfələrlə daha rahatdır. Sürət, sizin nədən və necə istifadə etdiyinizdən asılıdır. Aydındır ki, qaz balonlarından odun olmayan yerdə, odun yaş olduğda, pis hava şəraitində, hətta çadırın içində istifadə edilə bilər. Ümumi balondan istifadə edilirsə, o zaman ardıcıllıq ocaqdakı kimidir. Əvvəlcədən təyin olunmuş növbətçi səhər hamıdan əvvəl qalxıb qaz ocağını alışdırır və suyu qaynamağa qoyur. İçməli suyu da əvvəlcədən tədarük etməyi unutmayın. Qaz balonları üçün həm də külək qalxanlarının olması vacib şərtdir.

Əvvəli burada: https://t.me/qrizzlybaku/161
Qarşıdan gələn fırtınayadək olan məsafəni hər hansı xüsusi avadanlıq olmadan təyin etmək mümkündürmü?

İldırım çaxması ilə göy gurultusu arasında neçə saniyə keçdiyini sayıb, rəqəmi üçə böldüyünüzdə, yaxınlaşan fırtınanın sizdən neçə kilometr uzaqda olduğunu təxmin edə bilərsiniz.

Mil ilə hesablamaq istədiyinizdə saniyələri 5-ə bölmək lazımdır.
11 dekabr Beynəlxalq Dağlar Günüdür.

Dünyanın hər bir tərəfində yüksək nöqtələr mövcuddur. Zirvələrin reytinqində 1-ci yeri Everest tutur. Bu siyahıya hansı zirvələrin daxil olması və hündürlüyün alpinistin orqanizminə necə təsir etməsi ilə bağlı məlumatlarla infoqrafikdə (rusca) tanış ola bilərsiniz.
2 gündür ki, chat qrupda botlar hücuma keçib, link paylaşırlar. Şübhəli linkləri qəthi şəkildə açmayın. Paylaşılan linkləri anında silməyə çalışırıq, amma nəzərdən qaçan olsa, bir daha sizə təhlükəsizliyiniz üçün linkləri acmamağı tövsiyyə edirik.
2021-ci ili belə yekunlaşdırırıq. 2022-ci ildə hamınıza sağlamlıq və maraqlı anlar diləyirik. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə sizi təbrik edirik!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Telegramın yeni funksiyalarını kanalımızda aktivləşdirdik. Artıq postların üzərinə basmaqla emoji ilə münasibətinizi bildirə bilərsiniz
NATO fonetik əlifbası

NATO fonetik əlifbası, şifahi ünsiyyətdə (məsələn, telefon və ya hərbi radio danışıqlarda) hərflər əvəzinə istifadə olunan sözlər toplusundan ibarət orfoqrafik əlifbadır. Hər bir söz ("kod sözü") öz başlanğıc hərfini (əlifba sırasına müvafiq) ifadə edir. NATO fonetik əlifbasının 26 kod sözü əlifba sırası ilə ingilis əlifbasının 26 hərfinə uyğundur.

NATO fonetik əlifbası hazırda rəsmi olaraq Beynəlxalq Radiotelefon Orfoqrafiya Əlifbası (IRSA) və ya ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) fonetik əlifbası və ya ITU (Beynəlxalq Telekommunikasiya İttifaqı) fonetik əlifbası kimi təyin edilmişdir. Beləliklə, bu əlifbanı ICAO / ITU / NATO fonetik əlifbası və ya Beynəlxalq Fonetik Əlifba adlandırmaq olar ...
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uzun məsafəyə ipi atmağın rahat yolu.

Olduqca praktik görünür.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fövqəladə vəziyyətlərdə insanları düzgün daşıma üsulları.