Qarilər 🎧
Video
⚜️ əl-Ənbiya surəsi ⚜️
105. Biz Zikrdən (Lövhi-məhfuzdakı yazıdan) sonra nazil etdiyimiz kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.
106. Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır.
107. Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.
108. De: "Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olmayacaqsınızmı?"
Qari: AbdulAziz Səhəym

⚜️ əl-Maidə surəsi ⚜️
73. "Allah üçlüyün üçüncüsüdür!"– deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır.
74. Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir.
75. Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişlər. Onun anası isə Allaha sidq ürəkdən inanan bir qadın idi. Hər ikisi də yemək yeyirdi. Bax gör ayələrimizi onlara necə bəyan edirik, sonra da gör onlar haqdan necə döndərilirlər.
Qari: Abdullah Cuhəni

⚜️ əl-Əhqaf surəsi ⚜️
29. Bir zaman bir dəstə cini Quranı dinləmək üçün sənin yanına yolladıq. Onlar onu dinləməyə gəldikdə bir-birinə: “Susun, qulaq asaq!”– dedilər. Quran oxunub qurtardıqdan sonra isə xəbərdar etmək məqsədilə öz tayfalarının yanına qayıtdılar.
Qari: Raad əl-Kurdi

⚜️ "əş-Şura" surəsi ⚜️
47. Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz günahlarınızı inkar edə bilməyəcəksiniz.
48. Əgər üzlərini çevirsələr, unutma ki, Biz səni onlara nəzarətçi təyin etməmişik. Sənin vəzifən ancaq təbliğ etməkdir. Biz insana Öz mərhəmətimizdən daddırdıqda ona sevinir. Onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir bədbəxtlik üz verdikdə isə insanın nankor olduğunu görərsən.
Qari: Əhməd bin Talib

⚜️ "Loğman" surəsi ⚜️
12. Biz Loğmana hikmət verdik: "Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir".
13. Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: "Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!"
14. Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
Qari: Əhməd əl-Huzeyfi

⚜️ "əl-Maidə" surəsi ⚜️
97. Allah Kəbəni — müqəddəs evi, haram ayı, qurbanı və boynuna nişan taxılmış qurbanlıq heyvanları insanların işlərini yoluna qoymaq üçün bir vasitə kimi müəyyən etdi. Bu ona görədir ki, siz göylərdə və yerdə olanların Allaha bəlli olmasını və Allahın hər şeyi Bilən olduğunu anlayasınız.
Qari: Abdullah Ceyranbatanlı 🇦🇿

⚜️ "əl-İsra" surəsi ⚜️
13. Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik.
14. Kitabını oxu! Bu gün sənə özün-özünü hesaba çəkməyin yetər.
15. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik.
Qari: Əhməd bin Sabir əl-Ğamidi

⚜ "ən-Nəziat" surəsi ⚜
42. Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar.
43. Sən onu haradan biləsən axı?!
44. Onu kamil bilmək sənin Rəbbinə aiddir.
45. Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
46. Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!
Qari: AbdurRahmən əl-Məğamis