QARABAĞ
57 subscribers
7.6K photos
6.01K videos
6 files
3.11K links
🇦🇿 Qarabağ Azərbaycandır

"Qarabağ"- telefonunuza ən son xəbərlər
Azərbaycan, Türkiyə, MDB, Avropa Birliyi və hər yerdə bizi izləyə bilərsiniz
Söhbət Qrupu: 👉 @q2chat
Download Telegram
Bakıda 200 MİN MƏNZİL inşa ediləcək

👇👇👇

https://oxu.az/cemiyyet/bakida-200-min-menzil-insa-edilecek
Küçədə elektron siqaret çəkənlər cərimələnəcəklər


Qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcəklər.

Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, aprelin 1-dən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişikliyə əsasən, aprelin 1-dən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.
Görkəmli tarixçi-alim, professor İlber Ortaylı vəfat etmişdir.

1947-ci ildə dünyaya gələn İlber Ortaylı türk və dünya tarixşünaslığının ən nüfuzlu simalarından biri kimi tanınırdı. O, xüsusilə Osmanlı və Yaxın Şərq tarixi üzrə fundamental tədqiqatları, zəngin elmi irsi və geniş ictimai fəaliyyəti ilə tarix elminin inkişafına mühüm töhfələr vermişdir. Uzun illər müxtəlif universitetlərdə professor kimi fəaliyyət göstərən alim həm elmi araşdırmaları, həm də geniş auditoriyaya ünvanlanan çıxışları və kitabları ilə tarixə marağın artmasına böyük təsir göstərmişdir.
İlber Ortaylı Azərbaycan xalqına və mədəniyyətinə xüsusi rəğbət bəsləyən ziyalılardan idi. O, çıxışlarında Azərbaycan və Türkiyə arasında ortaq tarix, dil və mədəni bağların əhəmiyyətini daim vurğulamış, Azərbaycan elmi və ictimai mühiti ilə sıx əlaqələr saxlamışdır.
Onun vəfatı türk dünyası və beynəlxalq elmi ictimaiyyət üçün böyük itkidir.
🇨🇳🇺🇲 Çin 8 növ nadir metalların ABŞ-a ixracına məhdudiyyətlər tətbiq edib. Son günlər ABŞ şirkətləri Çindən idxalda müəyyən çətinliklərlə üzləşiblər. Bu metalların bir çoxu F35, Patriot və THAAD və Tomahavk sistemlərinin istehsalında istifadə edilir.

🔻 ABŞ-ın hazırda mövcud ehtiyatı 2 aylıq qalıb. Analitiklər bu addımın Pekinin İrana ciddi dəstək olduğunu və ABŞ hərbi sənayesinə təzyiqləri artırdığını qeyd edirlər. Eyni zamanda bu addım Çin-ABŞ sammiti öncəsi Pekinin təzyiq gedişidir.

- The Washington Post

Caucasian Live
Ət satışında qadağaların olması təklif edilir

Azərbaycanda ənənəvi olmayan, ölkədə əti yeyilməyən heyvanların siyahısının hazırlanması və bu kateqoriyaya aid ət satışının qadağan edilməsi təklif edilir.

Bu, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Sənəddə qeyd olunur ki, son zamanlar satışa mənşəyi bilinməyən ətin çıxarılması kütləvi zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur və insanlarda ciddi narahatlıq yaradır.

Qeyd olunur ki, ət satışında qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər. Bildirilir ki, ənənəvi olmayan və ölkəmizdə əti yeyilməyən heyvanların siyahısının hazırlanmasına və bu kateqoriyadan olan ətlərin satışının qadağan edilməsinə ehtiyac var.
13 Rusiya, 4 Çin və 1 Qazaxıstan vətəndaşı İrandan Azərbaycana təxliyə olunub
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ukrayna tutucu dronların istehsalını əhəmiyyətli dərəcədə artıraraq, gündəlik istehsalı 2000-ə çatdırıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağdam sakini Nuranə adlı xanım “Tiktok” hesabında dövlətin onlara verdiyi mənzilin görüntülərini yayıb
Milli Məclis bu gün Cinayət və Cinayət-Prosessual məcəllələrdə dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda qəbul edib. Qanuna əsasən, şəxsin razılığı olmadan onun görüntüsü və ya səsindən istifadə etməklə süni intellekt və xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, audio və videomateriallar hazırlamaq və yaymaq cinayət sayılacaq.

Bu cür əməllər 3 000–7 000 manat cərimə, 360–480 saat ictimai iş və ya üç ilədək azadlığın məhdudlaşdırılması, yaxud eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsində qeyd olunur ki, əgər həmin əməl bir qrup şəxs tərəfindən, iki və ya daha çox şəxsin zərərinə, şərəf və ləyaqətin ləkələnməsi, nüfuzun zədələnməsi məqsədilə, yaxud zərərçəkənin xidməti vəzifəsi və ya ictimai borcu ilə bağlı törədilərsə, cəza üç ildən beş ilədək azadlıqdan məhrumetmə olacaq.
🇺🇸 Məşhur Hollivud aktyoru Çak Norris 86 yaşında vəfat edib.
Artemis 2 dən planetimizin fotosu.

#NASA
#Artemis2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Manset.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda su basmış evlərdən vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.
“Biz iranlılarla bir sıra məzmunlu müzakirələr apardıq. Bu yaxşı xəbərdir. Pis xəbər isə ondan ibarətdir ki, razılığa gələ bilmədik”.

- Vens
İran və ABŞ arasında razılaşma əldə etmək mümkün olmadı.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
TƏCİLİ❗️ İran ABŞ gəmisini batırdı