Ormilitarism
6.27K subscribers
13.1K photos
8.47K videos
11 files
234 links
1)Söyüşlü rəy küçə jarqonu qadağandır
2)Yorumlara xəbər atmaq qadağandır
3)Siyasilərə qarşı qeyri nizami üslub qadağandır
4)Mübahisələri dava səviyyəsində böyütmək qadağandır
5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır
6)Milliyətə qarşı təhqir qadağandır
Download Telegram
Ukrayna PUA təlimatçılarını Böyük Britaniyaya, Britaniya hərbi qulluqçularına təlim keçməyə göndərib.

Yaxşı oxuyun Ukrayna Britaniyaya təlim keçəcək.
Azərbaycan və Çin kosmik sahədə birgə əməkdaşlıq edəcəklər.

Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur.
Ormilitarism
Video
Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.
Polşa 2025-ci ildə müdafiə büdcəsini ÜDM-in 4,7%-nə çatdıraraq ikiqat artırsa da, bu vəsaitin böyük hissəsi xaricdən gələn təchizatçılara yönəlib. Çünki dövlətə məxsus müdafiə sənaye nəhəngi PGZ tələbatı ödəmək üçün istehsalı kifayət qədər sürətlə artıra bilmir.

155 mm NATO standartlı artilleriya mərmilərinin istehsalını artırmaq səyləri dəfələrlə gecikib, ilkin hədəf (2025-ci ilədək ildə 150,000 mərmi) 2028-ci ilədək təxirə salınıb.

PGZ-nin Mesko bölməsində barıt çatışmazlığı və istehsalın genişləndirilməsindəki gecikmələr hələ də həll olunmayıb.

50 şirkətdən ibarət olan PGZ konsorsiumu köhnəlmiş infrastruktur, işçi çatışmazlığı və layihələrin qeyri-effektiv idarə olunması kimi problemlərlə mübarizə aparır.
Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Tayvanın müstəqilliyi”nin istənilən formasına qarşı qətiyyətlə çıxır və ölkənin yenidən birləşməsinin həyata keçirilməsində Çin hökumətini dəstəkləyir.

Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir, qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir.
Hindistan Filippinlərə Daha Bir BrahMos Süpersonik Gəmiəleyhinə Raket Batareyası Təhvil Verdi

Filippinlər Hindistandan əlavə 9 batareya BrahMos süpersonik gəmiəleyhinə raket satın almağı planlaşdırır.

Filippinlər ötən il 3 batareya BrahMos raketi tədarük etmişdi.
Qara dənizin “flaqmanı” Moskva gəmisinin vurulması ilə bağlı bəzi hesabatlar üzə çıxıb.
Ormilitarism
Qara dənizin “flaqmanı” Moskva gəmisinin vurulması ilə bağlı bəzi hesabatlar üzə çıxıb.
Moskva kreyserinin batmasından üç il sonra sızan bir hesabat göstərir ki, döyüş gəmisi Sevastopol limanınlı tərk edəndə acınacaqlı vəziyyətdə olub.

Şərhçilər iddia edir ki, gəmi radarlarının üzərinə bahalı, radio-şüaya keçid verən boya əvəzinə ucuz antikorroziya boyası vurulub. Hətda bu iddia , Moskva gəmisinin batması ilə bağlı toplanmış materiallar arasında yer alır.

Materialları toplayan isə Moskva gəmisində həlak olan dənizçilərdən birinin atası Dmitri Şkrebetsdir.

Şkrebets qeyd edir:
Nəticə çıxara bilərik ki, gəminin texniki xüsusiyyətləri və sistemləri acınacaqlı vəziyyətdə olub. Belə problemlərlə bu gəmi təkcə nəyinki Xüsusi Hərbi Əməliyyatda iştirak etmək hətta adi dənizə çıxışı belə təhlükəli idi”
Ormilitarism
Moskva kreyserinin batmasından üç il sonra sızan bir hesabat göstərir ki, döyüş gəmisi Sevastopol limanınlı tərk edəndə acınacaqlı vəziyyətdə olub. Şərhçilər iddia edir ki, gəmi radarlarının üzərinə bahalı, radio-şüaya keçid verən boya əvəzinə ucuz antikorroziya…
Kuprinin hesabatında bildirilir:

“Gəmidəki bölmələr hazırlıqsız idi, çirkli və baxımsız vəziyyətdə idi. Xüsusi növbətçilik (naryad) qaydalarının təşkili yox idi .”
Naviqasiya avadanlıqları isə ya işləmirdi, ya da məhdud rejimdə istifadə olunurdu.

Gəmidəki S-300F Fort zenit-raket sistemi hədəflərə kilidlənə bilmirdi və onun komponentlərində nasazlıqlar vardı. Korvet hədəf təyinetmə sistemi də antenalarının düzgün tənzimlənməməsi səbəbindən nasaz idi. Oxşar problemlər gəminin digər silah sistemlərinə, o cümlədən toplarına da təsir etmişdi.

MR-800 radar sistemi işləyərkən R-794-1 peyk rabitə sistemini bloklayırdı. Gəminin radiotexniki döyüş bölməsi çoxsaylı texniki nasazlıqlar siyahısına malik idi.

Gəminin dörd turbogeneratorundan ikisi artıq xidmət müddətini başa vurmuşdu. Məcburən 500 saatlıq əlavə istifadə üçün uzadılmışdı. Üçüncü generator qeyri-adi səslər çıxarırdı, dördüncüsü isə o qədər pis vəziyyətdə idi ki, yalnız fövqəladə hallarda istifadəyə icazə verilirdi.

Əsas mühərriklərdən birinin muftasında nasazlıq var idi və bu mühərrik əsas şaft xəttindən ayrılmışdı. İki köməkçi qazan qurğusuna gedən qidalandırıcı borular isə təmir edilməmiş korroziya səbəbindən sıradan çıxmışdı.

Gəmi Ukrayna tərəfindən iki raketlə vurulub və ekipaj evakuasiya olunduqdan sonra məlum olub ki, şişmə qayıqlardan çox azı işlək vəziyyətdədir. Oksigen cihazlarının çoxu isə komponentlərin olmaması səbəbindən işləməz halda tapılıb.
Ormilitarism
Moskva kreyserinin batmasından üç il sonra sızan bir hesabat göstərir ki, döyüş gəmisi Sevastopol limanınlı tərk edəndə acınacaqlı vəziyyətdə olub. Şərhçilər iddia edir ki, gəmi radarlarının üzərinə bahalı, radio-şüaya keçid verən boya əvəzinə ucuz antikorroziya…
Elektron kəşfiyyat stansiyaları düşmən gəmilərinin, təyyarələrinin və raketlərinin radar şüalanmasını aşkar etmək üçün istifadə edilir. Buna görə də, bu sistemlərin anten örtüklərində istifadə olunan boyanın radio-şüa keçiriciliyinə dair xüsusi tələbləri var. Bu boyalarda baha olur.
Şəkildə də bunu görmək olar. Gövdə nömrəsi 011 olan gəmi “Varyag”dır və görürsünüz ki, anten örtükləri (kapsulları) ağ rəngdədir. İkinci foto isə “Moskva”ya (gövdə nömrəsi 121) aiddir.

Gəminin arxa hissəsi tərəfdən çəkilmiş bu foto köhnədir, 2008-ci ilə aiddir. Buradan görünür ki, anten örtükləri gəminin bütün gövdəsində istifadə olunan parlaq boya ilə deyil, başqa bir boyayla boyanıb.
İstanbuldan kim var? Marmarada 6.2 zəlzələ oldu.
Rusiyada hərbi xidmətdən yayındığı üçün axtarışda olan şəxs Azərbaycanda saxlanılıb. O, Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

- Baş Prokurorluq
İstanbulun bəzi bölgələrində 2 ədəd Bayraktar TB2 kəşfiyyat aparır.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ka52 bu hərəkəti limitsiz şəkildə edə bilən yeganə helikopterdir