Ormilitarism
6.27K subscribers
13.2K photos
8.48K videos
11 files
234 links
1)Söyüşlü rəy küçə jarqonu qadağandır
2)Yorumlara xəbər atmaq qadağandır
3)Siyasilərə qarşı qeyri nizami üslub qadağandır
4)Mübahisələri dava səviyyəsində böyütmək qadağandır
5)İzləyiciyə qarşı iddiham/təhqir qadağandır
6)Milliyətə qarşı təhqir qadağandır
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Pakistan Ordusu 203 mm-lik M110 özüyeriyən haubitsalarını Hindistan sərhədinə doğru yerləşdirir.
25 aprel tarixində Nampxo gəmiqayırma zavodunda Koreya Xalq Donanması üçün yeni inşa edilmiş 5000 tonluq “Çxve Hyon” esminesinin suya buraxılması mərasimi keçirilib.

KXDR lideri Kim Çen In tədbirdə iştirak edib və çıxış edərək bildirib ki, yeni inşa edilmiş esmines gələn ilin əvvəlində Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək və döyüş heyətinə daxil ediləcək.
Şimali Koreya gələn ildən daha yüksək döyüş qabiliyyətinə malik esmines, kreyser və freqatların inşasını davam etdirəcək. Gəmi layihələrinin ümumi hazırlanması isə araşdırmaların son mərhələsindədir.
Çin ordusu heç kim yaşamayan, Vyetnama aid balıqçılıq stansiyası olan bir adanı ələ keçirib.

Ada, Filippinlərin ən vacib hərbi bazalarından birinin yerləşdiyi Titu adasından cəmi bir neçə kilometr məsafədədir.
Filippinlər və ABŞ dronlara qarşı mübarizədə mikrodalğalı silahlardan istifadə üzrə təcrübə mübadiləsi aparıblar.

Filippin Hərbi Hava Qüvvələrinin 960-cı Hava Hücumundan və Raket Hücumundan Müdafiə Qrupu 24 aprel tarixində ABŞ-ın
çoxməqsədli əməliyyat qrupu ilə birlikdə yüksək güclü mikrodalğalı sistemlərin tətbiqi üzrə təcrübə mübadiləsi həyata keçirib. Tədbir Filippinin Zambales əyalətindəki Hərbi Dəniz Təlim Komandanlığında baş tutub.

Amerikalılar Epirus şirkətinin 1 km-ə qədər təsir məsafəsi olan “Leonidas” adlı daşına bilən mikrodalğalı sistemini təqdim ediblər. Lazer silahlarından fərqli olaraq, tək-tək dronları vurmaq əvəzinə, “Leonidas” yönləndirilmiş elektromaqnit impulsu ilə dron qruplarını və sürülərini sıradan çıxarmaq üçün nəzərdə tutulub.
Pakistan SSG Hindistan sərhədi.
Hal hazırda Pakistanla Hindistan arasında xırda çaplı döyüş gedir.
Leepa bölgəsində aşkar olunan iki Hindistan postu Pakistan Ordusu tərəfindən məhv edilib.