Ordu.az
2.41K subscribers
989 photos
530 videos
1.31K links
"ORDU.AZ" saytı müstəqil media qurumudur. Sayt ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır.

https://ordu.az/

https://www.facebook.com/Orduaz-234745477049948/

https://www.facebook.com/groups/192892037932189/?ref=share
Download Telegram
Ceyhun Bayramov: “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir”
“Rusiyalı hərbçilər hərbi aerodromlarda baş verənləri xəbərdarlıq kimi qəbul etməlidirlər. Bu, o deməkdir ki, Ukraynanı unudun, hərbi formanızı çıxarın və ərazimizi tərk edib. Əks halda qarşı tərəf Krımda və Belarusda özlərini təhlükəsiz hiss edə bilməyəcəklər"

Podolyak
"Planet Laps" şirkəti Krımdakı Saki aviabazasının peykdən çəkilən fotolarını yayıb.
Moskva Azərbaycan-Ermənistan normallaşmasının fərqli sahələri üzrə avqusutun sonuna qədər yüksək səviyyədə üçtərəfli təmasların təşkil edilməsini planlaşdırır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin informasiya və çap departamentinin direktor müavini İvan Neçayev deyib.
Media is too big
VIEW IN TELEGRAM
Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir.
Kopenhagendə keçirilən donor konfransında iştirak edən ölkələr Ukraynaya silah alınması üçün 1,5 milyard avro ayıracaq.
Media is too big
VIEW IN TELEGRAM
Müdafiə Nazirliyi dünən Xocavənd rayonunun Tuğ kəndində aşkarlanan, Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqlarının videogörüntüsünü yayıb.
İlham Əliyev: "Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi, nə də hansısa xüsusi imtiyazı"
Dövlət başçısı: "Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir".
"Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq" - Prezident.
Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub.

Bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirdə çatdırıb.
Ermənistan parlamentinin keçmiş deputatı, müdafiə nazirinin keçmiş müavini general Seyran Saroyan ölüb.

Seyran Saroyan 90-cı illərdə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub.

Qeyd edək ki, erməni generalı Seyran Saroyan Qarabağda müharibə zamanı azərbaycanlı hərbi əsirlərə və dinc əhaliyə qarşı xüsusi amansızlığı ilə seçilib.

“Xocalı qatili” kimi tanınan general Seyran Saroyanın səhətti pisləşdiyindən Belarusa aparılmışdı. Onun artıq yeriyə bilmədiyi və ayaqlarının tutulduğu deyilirdi..
Türkiyənin “Altay” tankı 2025-ci ildə milli mühərrikə sahib olacaq
Sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüş ola bilər.

Sabah qəzeti
Ordu.az pinned «Azərbaycan Ordusunun vəzifəli şəxsləri qarşısında Laçın şəhərindən yan keçən yeni yolun istismara verilməsindən irəli gələn məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar qoyulub. Bu tapşırıqları müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13…»
Türkiyənin Baykar Machine şirkəti Ukraynada pilotsuz uçuş aparatları istehsal edəcək zavodun inşasına başlayıb.

Bu barədə şirkətin icraçı direktoru Haluk Bayraktar “Sağ qayıt” fonduna müsahibəsində deyib.
ABŞ NATO-nun şərq sərhədlərini gücləndirmək qərarına gəlib. Bu bölgələrə hava-desant diviziyası göndəriləcək.
TƏCİLİ

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən mövqelərimiz ümumilikdə 8 dəfə atəşə tutulub.

Şəxsi heyət və texnikamızda itki yoxdur.

Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Silahlı insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Müdafiə Nazirliyi bildirir ki, son vaxtlar Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür
Laçın şəhərində, Zabux və Sus kəndlərində işğal dövründə Ermənistanın törətdiyi hərbi cinayətin - qanunsuz məskunlaşdırmanın nəticələrinin aradan qaldırılması bu yerlərin həqiqi sahiblərinin yenidən doğma yurda qayıtmasına imkan yaradır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
Rusiya 2014-cü ildə Krımı həyəsızcasına ələ keçirməklə Ukraynaya və dünyaya qarşı müharibəyə başladı. Aydındır ki, bu müharibə Krımın azad edilməsi və “xüsusi hərbi əməliyyat"ın təşəbbüskarlarının qanuni yolla cəzalandırılması ilə yekunlaşmalıdır - Podolyak