ÖLKƏ.AZ
2.42K subscribers
2.13K photos
2.23K videos
1 file
7.22K links
Ölkəmizin xəbər portalının rəsmi telegram hesabını izləyin,dəqiq və ciddi xəbərlərdən operativ xəbəriniz olsun.
www.Olke.Az
Download Telegram
❗️ Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Media is too big
VIEW IN TELEGRAM
Pənahəli xanın ocağından görüntülər

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib.

Ölkə.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli dövlət başçısına görülən işlər barədə məlumat verib.

Qeyd edək ki, Ağdam rayonunda erməni vandalizmi nəticəsində dağıdılıb talan edilmiş tarixi-memarlıq tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın sarayıdır. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ildə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işlərinə başlanılıb.

@olkeaz
Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur.

Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

“Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”, - deyən dövlət başçısı vurğulayıb ki, demək olar bütün böyük güclər bu işğalı əbədi etmək istəyirdilər.
Prezident Qarabağ Universitetinin açılışında iştirak edib
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿Qarabağ Universitetinin tələbələri
prezidenti alqışlarla qarşıladılar

@olkeaz
Media is too big
VIEW IN TELEGRAM
Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib

@olkeaz
🇦🇿 Prezident Azərbaycanın neft sənayesi işçilərini təltif edib

İlham Əliyev "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Sərəncam imzalayıb.
✍️Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 30 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərinə təbrik məktubu ünvanlayıb
Əsrin qələbəsi ilə nəticələnən “Əsrin müqaviləsi” - AÇIQLAMA

“Bu gün Cənubi Qafqazda, xüsusən də Azərbaycanın siyasi xəritədən silinmə təhlükəsi ilə üzləşdiyi çox mürəkkəb geosiyasi proseslərin baş verdiyi bir dönəmdə Ulu öndər Heydər Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində çağdaş Azərbaycanın hərtərəfli strateji inkişafının bünövrəsini qoyan “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir. “Əsrin müqaviləsi” təkcə ölkəmizin iqtisadi cəhətdən güclənib enerji resurslarının dünya bazarına çıxarılması baxımdan deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin üzləşdiyi təhdidlərdən xilas olaraq təhlükəsizliyinin təmin olunması, Azərbaycanın üzləşdiyi bütün problemlərin həllinə nail olub, güclü və qüdrətli, dünyanın nüfuzlu, həmçinin ciddi aktor rolu oynayaraq yeni reallıqlar yaradan dövlətlərdindən birinə çevrilməsinin əsasını qoydu.

“Əsrin müqaviləsi”nin imzalanması, həm də Cənubi Qafqaz, Avropa və Mərkəzi Asiya arasında yeni bir əməkdaşlıq formatının yaranması baxımdan tarixi əhəmiyyət kəsb edən sənəd oldu. Azərbaycan “Əsrin müqaviləsi”ndən milli maraqlarının gələcək uzun perespektivə hesablanmış strateji inkişafının əsasını qoydu”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Tahir Mirkişili deyib.

Ətraflı -
https://olke.az/siyaset/393516/esrin-qelebesi-ile-neticelenen-ldquoesrin-muqavilesirdquo-aiqlama/

@olkeaz
ABŞ-dən Azərbaycana daha iki minaaxtaran it gətirilib.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

ABŞ səfiri Mark Libbi hava limanında itlərin qarşılanmasında iştirak edib.

"Bu gün Danusia və mən hava limanında dördayaqlı qəhrəmanlardan ibarət VIP nümayəndə heyətini qarşılamaq şərəfinə nail olduq. Berta və Dum adlı itlər ANAMA-nın minalar və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. Bu cəsur Marşall itləri və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitdə yaşayışı təmin etməkdə mühüm rol oynayırlar”, - diplomat qeyd edib.

@olkeaz
Media is too big
VIEW IN TELEGRAM
Sabah Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ

✈️ Telegram 🤖 ”Android” tətbiqi
🌐 Sayt 🍏 “İOS” tətbiqi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM