Neftçi PFK
1.59K subscribers
6.9K photos
758 videos
5 files
3.33K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
⚕️ Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı mübarək! Sağlamlıq sponsorumuz “Liv Bona Dea Hospital”ın kollektivini də bu münasibətlə təbrik edirik. Geridə qalan 1 il ərzində sağlamlığımızın qayğısına qaldığınız üçün təşəkkürlər, @Liv Bona Dea Hospital! 🇹🇷🇦🇿

➡️ https://youtu.be/gisGvcZa5kE

#tibbişçilərininpeşəbayramı #LivBonaDeaHospital #Neftçi #NeftçiTV
🏥 Ervin Koffi fərdi məşqlərə başlayıb

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 27-də Sarayevo şəhərindəki Qrbaviça stadionunda keçirilmiş “Jelezniçar” – “Neftçi” matçında zədələnmiş futbolçu Ervin Koffi sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “İlkin müayinədən sonra ciddi zədə aşkar edilmədi. Ervin Koffi bu gün fərdi məşqlərə başlayıb. Açıq daban oynağındakı ağrıları olmasa, 1-2 gündən sonra komanda ilə məşqlərə qoşula biləcək”.

#LivBonaDeaHospital #Neftçi
🏥 Azər Əliyevin sağlamlıq durumuna aydınlıq gəldi

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində avqustun 3-də keçirilmiş “Neftçi” – “Jelezniçar” matçında zədələnmiş futbolçu Azər Əliyev sağlamlıq sponsorumuz olan “Liv Bona Dea Hospital”da müayinədən keçib.

Bununla bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında bildirib: “Sümükdə və oynaqda sınıq və ciddi xəsarət yoxdur. Sadəcə, bağlarda gərilmə və əzələlərində kəskin əzilmələr müşahidə olunduğuna, həmçinin həmin hissəyə qan yığıldığına görə dirsək oynağı müalicə olunub. 7-10 gün ərzində sarğıda qalacaq. Bu müddətdə Azər Əliyev məşqlərdən azad olunub. Ağrılar tam azalandan sonra isə fərdi məşqlərə başlayacaq”.

#LivBonaDeaHospital #Neftçi
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Süd Vəzi Xərçənginə Qarşı Birlikdəyik!

Futbolçularımızla birlikdə süd vəzi xərçənginə qarşı mübarizədə dəstəyimizi göstəririk.

Hər bir oyunçumuz erkən diaqnozun əhəmiyyətini vurğulayan mesajlarla güclü qadınlarımıza və bütün cəmiyyətimizə dəstək olur.

Xərçəngə meydan oxu, yoxlanmağı unutma, sağlamlığın üçün hər zaman bir addım öndə ol!

#XərçəngəQarşıBirlikdə #NeftçiPFK #LivBonaDeaHospital