Neftçi PFK
1.53K subscribers
6.8K photos
736 videos
5 files
3.32K links
Neftçi Peşəkar Futbol Klubunun Rəsmi Teleqram Kanalı / Official Telegram Channel of Neftçi Professional Football Club
Download Telegram
Welcome back, Fərid Yusifli! 👋☺️

#NeftçiTuranTovuz #Neftçi #FəridYusifli
Kapitanımız Emin Mahmudov şəhid polkovnik-leytenant Zaur Cəfərovun övladı Zəhra Cəfərli ilə “Neftçi” – “Turan Tovuz” matçından əvvəl

#NeftçiTuranTovuz #Neftçi #8mart #BeynəlxalqQadınlarGünü
“Neftçi” Azərbaycan çempionatlarında 1️⃣5️⃣0️⃣0️⃣-cü qolu vurub

Bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib. 8-ci kilometr stadionunda “Turan Tovuz”u qəbul edən “ağ-qaralar” 4:0 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü qolu yubiley xarakteri daşıyıb.

Yubiley qoluna Emin Mahmudov imza atıb. Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. Flaqmanın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

#EminMahmudov #NeftçiTuranTovuz #Neftçi
Media is too big
VIEW IN TELEGRAM
🏆 Azərbaycan Kuboku. 1/2 final, cavab oyunu. “Neftçi” – “Turan Tovuz”
🗓️ 26 aprel
🕘 20:00
🏟️ Bakcell Arena
📺 CBC Sport (canlı)

#AzərbaycanKuboku #NeftçiTuranTovuz #Neftçi
🎫 Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində aprelin 26-sı saat 20:00-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb. Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-turan-tovuz233/90824

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.

Qeyd edək ki, bu komandalar arasında aprelin 19-da Tovuz şəhər stadionunda keçirilmiş ilk oyunda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlmişdi.

#AzərbaycanKuboku #NeftçiTuranTovuz #Neftçi #tickets