Ayətullah Seyid Müctəba Xamenei
265 subscribers
94 photos
5 videos
14 files
56 links
Ayətullah Seyid Müctəba Xameneinin rəsmi teleqram kanalı
Download Telegram
Allahın salamı Hizbullahın şəhidlər sərvəri Seyid Həsən Nəsrullahın uca ruhuna olsun.

Ayətullah Seyid Müctəba Xamenei

@mkhamenei_az
23
🔸ABŞ prezidentinin etibarsız imzası

Böyük şeytanın İran və Amerika prezidentləri arasında imzalanmış memorandumu dəfələrlə sındırması bir daha hamıya sübut etdi ki, ABŞ prezidentinin imzası nə qədər dəyərsiz və etibarsızdır. Zorakılıq, hegemonluq və vəhşilik Amerika düşüncə və siyasətinin ayrılmaz tərkib hissəsidir.

Ayətullah Seyid Müctəba Xamenei

17.07.2026

@mkhamenei_az
16
🔸Hizbullah barədə strateji siyasət

İslam Respublikası İslam İnqilabının şəhid Rəhbərinin xəttinə uyğun olaraq, mücahidlərin (Hizbullahın) müdafiəsini özünün strateji siyasəti müəyyən etmişdir.

Ayətullah Seyid Müctəba Xamenei

@mkhamenei_az
17
Müqavimətdən başqa yol qalmayıb

Bu gün dünya xalqları Amerika hökumətinin və əkini-nəsli məhv edən cinayətkar sionistlərin zülmündən bezdiyi bir vaxtda cihad və müqavimətdən başqa yol qalmamışdır.

Ayətullah Seyid Müctəba Xamenei

@mkhamenei_az
22
Hüseyn məhəbbəti bizi birləşdirir

Tezliklə İraqın kərim xalqı, onun mehriban və qonaqpərvər qəbilə və tayfaları Ərbəin zəvvarlarını, o cümlədən İranın şəhid Ağasının niyyəti ilə ziyarət edən çoxsaylı insanlara yenidən qucağını açacaq. Bu səmimi qarşılanma həmin möhtəşəm dəfn mərasiminin xatirəsi və bəlkə də illərlə müqəddəs ziyarətgahlara getməyi arzulayan o böyük şəxsiyyətin xatirəsi ilə müşayiət olunacaq. Beləcə, "Hüseynin məhəbbəti bizi birləşdirir" şüarının həqiqəti hər kəsə nümayiş etdiriləcək.

İnqilab Rəhbərinin mücahid şəhid İmamın dəfn mərasimində göstərilən möhtəşəm həmrəyliyə görə İraq xalqına təşəkkür mesajından bir hissə | 17.07.2026
17
🔸Müqavimət qələbə gətirəcək

Müqavimət yolunda möhkəm dayanmaq haqq yolunun mücahidlərinə vəd olunmuş İlahi qələbəni nəsib edəcəkdir.
Quran buyurur: "Möminlərə kömək etmək Bizim üzərimizə düşən bir haqqdır." (Rum, ayə 47)

Ayətullah Seyid Müctəba Xamenei

@mkhamenei_az
17
Bağışlayan və mehriban Allahın adı ilə
Ey iman gətirənlər, kafirlərdən sizə daha yaxınlıqda olanlarla vuruşun və onlar gərək sizdə, mütləq, bir möhkəmlik və sərtlik görsünlər. Bilin ki, Allah təqvalılarladır. (Tövbə, ayə 123)

Ayətullah Seyid Müctəba Xamenei

26.07.2026

@mkhamenei_az
18
İran İslam Respublikasının bir neçə yüksək rütbəli hərbi komandanının Ali Baş Komandan tərəfindən təyin olunmasına dair sərəncamlar qısa bir müddətdən sonra yayımlanacaq.

@mkhamenei_az
17🥰2
Ali Baş Komandanın ayrı-ayrı sərəncamları ilə həyata keçirildi

Silahlı Qüvvələrin Baş Qərargahı, İslam İnqilabı Keşikçiləri Korpusu və Bəsic Müqavimət Qüvvələrində altı yüksək rütbəli komandanın təyin olunması

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ayrı-ayrı sərəncamlarla Silahlı Qüvvələrin altı yüksək rütbəli komandanı və rəhbərinin vəzifə və iş fəaliyyətlərini müəyyənləşdirdi.

Bu sərəncamlara əsasən, briqada generalı, pilot, SEPAH general-mayoru Əli Abdullahi Silahlı Qüvvələrin Baş Qərargahının rəisi, briqada generalı Kiyumərs Heydəri isə Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini təyin ediliblər.

Həmçinin briqada generalı Əhməd Vəhidiyə general-mayor rütbəsi verilərək İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vəzifəsi həvalə edilib. General-mayor Mustafa İzədi isə SEPAH baş komandanının müavini vəzifəsini icra edəcək.

Bu sərəncamların davamında SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanlığı briqada admiralı Əli Üzmaiyə, Müstəzəflərin Bəsici (zor gücünə zəiflədilmiş məzlum insanların birliyi) Təşkilatının rəhbərliyi isə Höccətül-İslam vəl-müslimin Hüseyn Taibə həvalə edilib.

@mkhamenei_az
🥰75
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

General-mayor Əli Abdullahinin Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla briqada generalı, pilot, SEPAH general-mayoru Əli Abdullahini Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin etdi.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Briqada generalı, pilot, SEPAH general-mayoru Əli Abdullahi,

İranın düşmən olan sionist-Amerika tərəfindən şərəfli və başıuca şəkildə şəhid edilən general-polkovnik şəhid Seyid Əbdürrəhim Musəvinin yerinə yetirdiyi şərəfli xidmətləri və Sizin layiqli xidmətlərinizi, dəyərli təcrübənizi nəzərə alaraq, Sizi Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edirəm.

Aşağıdakı tələblərin maksimum səviyyədə həyata keçirilməsi gözlənilir:

1. Silahlı Qüvvələrin və xalq Bəsicinin müdafiə və təhlükəsizlik sahəsində hərtərəfli və müasir imkanlarının, hazırlıq səviyyəsinin yüksəldilməsi;

2. Müqəddəs İslam Respublikası quruluşuna qarşı yönəlmiş hər səviyyədə və hər növdə ənənəvi və yeni hərbi, şüuraltına yönəlmiş və hibrid təhdidlərə vaxtında, inqilabçı ruhiyyədə və təsirli cavab vermək imkanının təmin edilməsi;

3. Şəhid İmamın (Allah-təala Ona rəhmət eləsin) uzaqgörənliyi əsasında Silahlı Qüvvələrin Baş Qərargahı ilə Xatəmül-Ənbiya (s) Mərkəzi Qərargahının birləşdirilməsi prosesinin tamamlanması.

Ümidvaram ki, İlahi inayətlər və Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) xeyir-bərəkətli dualarının kölgəsində İslam quruluşunun bütün Silahlı Qüvvələri üçün daha böyük nailiyyətlər, müxtəlif zəfər və qələbələr nəsib olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
15
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

Briqada generalı Kiyumərs Heydərinin Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla briqada generalı Kiyumərs Heydərini Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini vəzifəsinə təyin etdi.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Cənab Briqada generalı Kiyumərs Heydəri, Öhdənizdə olan vəzifəyə sədaqətinizi, ləyaqətinizi və dəyərli təcrübənizi, eləcə də Baş Qərargah rəisinin təklifini nəzərə alaraq, Sizi Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin müavini vəzifəsinə təyin edirəm.

Müdafiə və təhlükəsizlik imkanlarının yüksəldilməsinə yardım göstərilməsi, İran İslam Respublikasının Silahlı Qüvvələrinin mənəvi dayaqlarının və cihad ruhiyyəsinin gücləndirilməsi, habelə Silahlı Qüvvələrin məişət ehtiyaclarına diqqət yetirilməsi, Silahlı Qüvvələrin Baş Qərargahı rəisinin mövqeyi nəzərə alınmaqla, sizdən gözlənilir.

Ümidvaram ki, Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) diqqəti və duaları sizin və Silahlı Qüvvələrin bütün şəxsi heyətinin getdikcə artan nailiyyətlərinə səbəb olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
14
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

General-mayor Əhməd Vəhidinin İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla SEPAH general-mayoru Əhməd Vəhidini İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin etdi.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Briqada generalı Əhməd Vəhidi,
General-leytenant Məhəmməd Pakpurun sionist-Amerika düşməni tərəfindən şərəfli və başıuca şəkildə şəhid edilməsini, Sizin layiqli xidmətlərinizi və dəyərli təcrübənizi nəzərə alaraq, Sizə general-mayor rütbəsi verməklə Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı vəzifəsinə təyin edirəm.

Müqəddəs İran İslam Respublikası quruluşunun dünya hegemonluğu ilə strateji və taleyüklü qarşıdurma şəraitində olduğu bir zamanda aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:

1. Maksimum önləyici qüdrət qabiliyyətinin təmin edilməsi və düşmənə qarşı güclü hücum əməliyyatlarının həyata keçirilməsinə hazırlığın təmin olunması məqsədilə imkanların davamlı və hərtərəfli şəkildə gücləndirilməsi;

2. SEPAH təşkilatında mədəni səviyyənin yüksəldilməsi, təqva, bəsirət və inqilabçı ruhiyyənin bütün SEPAH mənsublarının və komandirlərinin batini mahiyyətini təşkil edən əsas dəyərlər kimi gücləndirilməsi;

3. Təşkilati idarəetmənin bütün pillələrində mənəvi və elmi bazaya, eləcə də müasir bacarıqlara malik idarəçilik və komandanlığın genişləndirilməsi.

Ümidvaram ki, Ağamızın (Allah şəraitli zühurunu tezləşdirsin) duaları və şəfaəti sayəsində müqəddəs İran İslam Respublikası quruluşunun bütün Silahlı Qüvvələrinə daha böyük uğurlar və ardıcıl qələbələr nəsib olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
15
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

General-mayor Mustafa İzədinin İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla general-mayor Mustafa İzədini İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini vəzifəsinə təyin etdi.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

SEPAH general-mayoru Mustafa İzədi,
Sizin vəzifənizə öhdəliyinizi, ləyaqətinizi və dəyərli təcrübənizi, eləcə də SEPAH baş komandanının təklifini nəzərə alaraq, Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanının müavini vəzifəsinə təyin edirəm.

SEPAH baş komandanının göstərişləri istiqamətində vəzifə və fəaliyyətlərin bölüşdürülməsi yolu ilə təşkilati hazırlıq səviyyəsinin yüksəldilməsində cihad ruhiyyəsində fəal rol oynamağınız gözlənilir.

Ümidvaram ki, İlahi inayətlər və Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) xeyir-bərəkətli dualarının kölgəsində İslam quruluşunun bütün Silahlı Qüvvələri üçün daha böyük nailiyyətlər, müxtəlif zəfər və qələbələr nəsib olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
15
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

Briqada admiralı Əli Üzmainin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla briqada admiralı Əli Üzmaini İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin etdilər.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Briqada admiralı, SEPAH zabiti Əli Üzmai,
SEPAH kontr-admiralı Əlirza Təngsirinin sionist-Amerika düşməni tərəfindən şərəfli və başıuca şəkildə şəhid edilməsini, Sizin vəzifənizə öhdəliyinizi, ləyaqətinizi və dəyərli təcrübənizi nəzərə alaraq və SEPAH baş komandanının təklifi əsasında Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə təyin edirəm.

Dəniz təliminin və bacarıqlarının, dəniz avadanlığı və imkanlarının inkişaf etdirilməsi, döyüş qabiliyyəti və hazırlığının artırılması ilə yanaşı, kəşfiyyat məlumatlarına hərtərəfli agahlığın təmin edilməsi, mənəvi və bəsirət baxımından yüksəliş, habelə İslam İnqilabına layiq Hərbi Dəniz Qüvvələrinin formalaşdırılması məqsədilə şəxsi heyətin məişət ehtiyaclarına diqqət yetirilməsi, eləcə də SEPAH-ın digər bölmələri, Bəsic və İran İslam Respublikası Ordusunun Hərbi Dəniz Qüvvələri, həmçinin Silahlı Qüvvələrin və mülki qurumların digər aidiyyəti bölmələri ilə təsirli və artan formada əməkdaşlığın qurulması gözlənilir.

Ümidvaram ki, Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) diqqəti və duaları Sizin və həmin qüvvənin bütün döyüşçülərinin getdikcə artan uğurlarına səbəb olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
14
Həzrət Ayətullah Xameneinin sərəncamı ilə həyata keçirildi

Höccətül-İslam vəl-müslimin Hüseyn Taibin İslam İnqilabı Keşikçiləri Korpusunun Müstəzəflər Bəsici (zor gücünə zəiflədilmiş məzlum insanların birliyi) Təşkilatının rəhbəri vəzifəsinə təyin edilməsi

Ali Baş Komandan, Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei sərəncamla Höccətül-İslam vəl-müslimin Hüseyn Taibi İslam İnqilabı Keşikçiləri Korpusunun Müstəzəflər Bəsici Təşkilatının rəhbəri vəzifəsinə təyin etdi.

Ali Baş Komandanın sərəncamının mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

Höccətül-İslam vəl-müslimin Hüseyn Taib,
SEPAH general-mayoru Qulamrza Süleymaninin sionist-Amerika düşməni tərəfindən şərəfli və başıuca şəkildə şəhid edilməsini, Sizin vəzifənizə olan öhdəliyinizi, ləyaqətinizi və dəyərli təcrübənizi, həmçinin SEPAH baş komandanının təklifini nəzərə alaraq, Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Müstəzəflər Bəsici Təşkilatının rəhbəri vəzifəsinə təyin edirəm.

Ölkənin yeni tələbləri və şəraiti nəzərə alınmaqla, SEPAH baş komandanının göstərişləri çərçivəsində aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:

1. Güclü və vahid İranın qurulması və İslam İnqilabının qorunması istiqamətində xalqın bütün təbəqələrinin imkanlarından, canını fədakarcasına vermək istəyən milyonlarla insanın potensialından istifadə etməklə "Hər bir iranlı – bir Bəsic üzvü" şüarının həyata keçirilməsi məqsədilə Bəsic və müqavimət mədəniyyətinin dərinləşdirilməsi və genişləndirilməsi;

2. Düşmənin təhdidlərinə qarşı xalq əsaslı mübarizə aparmaq üçün xalqın informasiya şəbəkəsinin gücləndirilməsi, lazımi bacarıq və təlimlərin artırılması, bəsirətin yüksəldilməsi ilə yanaşı, müasir texnologiyalardan istifadə edilməsi;

3. Digər hakimiyyət, dövlət və ictimai qurumlarla konstruktiv və səmərəli əməkdaşlığın qurulması, məscid mərkəzli səmərəli sosial xidmətlərin inkişaf etdirilməsi məqsədilə cihad qruplarının, müxtəlif sosial təbəqələr və məhəllələr üzrə Bəsic qruplarının genişləndirilməsi;

4. Bəsic mədəniyyətinin sionist-Amerika hegemonluğuna qarşı bütün dünyada xalq müqaviməti və davamlılığının nümunəsi kimi təbliğ edilməsi.

Ümidvaram ki, Ağamızın (Allah şərafətli zühurunu tezləşdirsin) diqqəti və duaları Sizin və bütün əziz Bəsic üzvlərinin getdikcə artan uğurlarına səbəb olsun.

Seyid Müctəba Hüseyni Xamenei

@mkhamenei_az
20
Bu cümə günü, 14 avqust 2026-cı il, 1448-ci hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının ilk günüdür.

Ali Məqamlı Rəhbərin ofisinin Hilalın müşahidəsi üzrə qərargahı tərəfindən 1448-ci hicri-qəməri ilin Rəbiül-əvvəl ayının hilalının müşahidəsi ilə bağlı hesabat yayımlanıb. Hesabata əsasən, Səfər ayı 29 gün olub və 1448-ci ilin Rəbiül-əvvəl ayının ilk günü 14 avqust, cümə günüdür.

@mkhamenei_az
13