Mir.az Kitab
23.5K subscribers
2.43K photos
337 videos
5 files
1.59K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029VaD46Lk89inpQWEQbU1W/397

whatsapp: +994515299358
mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
Reklam için: @okuryus
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📖 Aldous Huxley – Cesur Yeni Dünya

Özgürlük, bazen kaybettirilen bir hak değil, unutturulan bir arayıştır.
Güçlü toplumlar, bireyleri baskıyla değil; haz, eğlence ve yapay mutlulukla teslim alır. İnsanlar sorgulamayı bıraktığında, zincirlerini de hissetmezler.
Gerçek güç, bireyin zihnini uyuşturmaktan geçer... ve bu düzenin içinde, özgürlüğü hatırlamak bile bir başkaldırıdır.

💭 Peki ya sen? Sence gerçek özgürlük nedir: Aradığın bir şey mi, yoksa unutturulan bir hayal mi? Yorumlarda düşüncelerini paylaşabilirsin.

Seslendirme: Mazlum Kiper @mazlumkiper.official

📚 Distopyalardan felsefeye, çarpıcı alıntılar ve kitap keşifleri için @bookiosturkiye’yi takip etmeyi unutma.

📲 BOOKIOS - Yeni Nesil Kitap Uygulaması Çok Yakında!

Kitabı yükləmək üçün:
https://mir.az/kitab/255-oldos-haksli-cesur-yeni-dunya-pdf.html
SİLİNƏ BİLMƏYƏN
Bakı, 2146

Bura Bakıdı... Amma o Bakı deyil.
Torpaq yoxdur, asfalt yox olub, dəniz arxiv faylında qalıb.
Küçələr hologram, addımlar səssiz – çünki artıq yeriyən qalmayıb.
Sadəcə mən varam. Yəni... bəlkə də, sadəcə düşünürəm ki varam.

Ardını oxumaq üçün linkə tıkla.
Oxuyanda bir fikir yaz, səncə bu gələcək çox da uzaqdadı?..

https://mir.az/blog/44783-siline-bilmeyen.html
Sabahınız xeyir, gözəl insanlar. Yeni günə yeni-yeni uğurlar arzu edirik. ❤️
Yağış yağan zaman onun seyrinə dalıb könlünüzdən keçən bir şeiri oxumağı və ya retro dinləməyi test etdinizmi heç?
Yağışın səsi və ətri şeirin ahəngi ilə birləşən zaman ruhunuzu oxşayan bir mənzərə ilə qarşılaşacaqsız. Çünki, dünyanı dərk etmək üçün elm, duymaq üçün poeziya var. Özünüzü və ruhunuzu bu gözəlliklərdən məhrum etməyin.
Unutmayaq ki, elmi ədəbiyyat insanları nadanlıqdan, bədii ədəbiyyat isə kobudluqdan və bayağılıqdan xilas edir. Milləti ədəbiyyat yaradır.

Çalışaq cəmiyyət üçün yeni insanlar qazandıraq. Onları pis əməllərimizlə məyus deyil, elmimizlə valeh edək. Axı bir insanı insanlığın ölmədiyinə ümidləndirmək onu ölümdən xilas etməyə bərabərdir.
Aşkar gözəlliyi görməyə nə var ki?
Hünər odur ki, hər halında gözəlliyi axtarıb tapa biləsən. Həyat möcüzələrlə doludur. Gah balaca bir ürəkdə, gah qar dənəciklərində, gah da ulduzlar arasında...
Bəzən düz yanımızda.
Ona görə də mən geri dönüşlərin olmadığı yollardan keçirəm.
Yola aşiqəm.
Keçmiş yoxdur,
Sabah parlaqdır.
Yaşamaq gözəldir,
Eşq məndədir!❤️

- Leyla Seyfullah
Kitab istəklərinizi qeyd edin❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hazırlayır: *Aytən Soltanova*
Müəllif: _Vahid Əziz_
Şeir: *Neləyəcəksən?*
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sabahınız xeyir, hüzur dolu insanlar.

Xoşbəxt olmaq üçün bəzən baxış bucağını dəyişmək kifayətdir ki, şəhərin yeni göydələnlərindən üzünü çevirəsən köhnə küçələrə...❤️
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Dünyanın ən gözəl kitabxanası!




📚Bura, Disney-in “Gözəl və Qulyabanı” filmindəki məşhur Bellin kitabxanasına ilham verib!

📍Admont Abbey Kitabxanası
Uşağın içərisində böyüdüyü cəmiyyətin, kütlənin öz fikirləri, öz ideyaları var. Uşaq o fikir və ideyalara uyğunlaşmaq məburiyyətindədir. O köməksizdir. Bu haqda heç düşünmüsənmi? İnsan övladı bütün heyvan balaları içərisində ən çarəsiz olanıdır. Demək olar ki, bütün heyvan balaları valideyn və ətrafın köməyi olmadan həyatda qala bilir, amma insan övladı bunu bacarmır, qısa zamanda ölür. O dünyanın ən çarəsiz, ölüm qarşısında ən dayanıqsız və ən incə varlığıdır.
Hər kəsin özündə sevdiyi bir xüsusiyyəti olmalıdır.
Məndə isə bu, bəlkə bir az egoist səslənir: insanların həyatında qısa müddətdə olub, iz qoyub yoxa çıxmaq.

İnsanlardan tez bezirəm. Amma heç vaxt, heç kimi iz qoymadan tərk etmirəm.

Kim olursunuz olun,
yaxşı-pis fərq etməz — bir iz buraxmadan yox olmayın.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Münasibətlər hər zaman bərabər olmur...
🔥 Hər kəsin cəhənnəmi fərqlidir...

Cəhənnəm yalnız alov və əzab deyil. Bəzən, bu, səhv yolda itmiş bir ömürdür. Uğrunda yaşamaq istədiyin, amma heç vaxt çatmadığın arzular, yanlış seçimlərin, geri dönmək istədiyin anlar...

Əsl cəhənnəm, içində olduğun, amma bir çıxış tapa bilmədiyin həyatdır.

💭 O zaman sual budur: Sən öz cəhənnəmini yaradırsan, yoxsa ondan qurtulmağın yolunu axtarırsan?
#Səssizsətirlər
"İşıq Özünlə Gəlir"

+ Pəncərəni açdım, hava tutqun idi.
– Bəlkə hava yox, baxışların dumanlıydı?
+ Hər şey yavaş-yavaş yorur məni.
– Bəlkə də sən çox sürətli qaçırsan... dayan, bir az nəfəs al.
+ Nəfəs almaq belə ağır gəlir bu aralar.
– Çünki içindəki səssizliyin sənə hökm etməsinə imkan yaradırsan.
+ Mən xoşbəxt olmağı unuduram, bilirsən?
– Unutmursan. Sadəcə, o xoşbəxtlik sənə çox yaxın olsada daim onu uzaq və uca zirvədə axtarırsan.
+Bəs səncə xoşbəxtlik nədir?
– Bir qurtum çayda gizlənən rahatlıq...
Bir sakit küncdə röyalara dalmaq...
Ən önəmlisi isə özün olmaq.
+ Bunlar yetər?
– Yetər.*Çünki gerçək işıq heç vaxt haradansa yox məhz sənin özünlə gəlir*

"𝑺𝑰̇𝑴𝑼𝑹𝑸"
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hazırlayan: Aytac Soltanova

Sevdiyin adama göndər...
Ölüm yaxınlarınıza toxunanda nə olduğunu daha yaxşı anlayırsınız.

O vaxta qədər sadəcə xəbərdir, başqasının taleyi…
O an isə hər şey dəyişir.
Sanki dünya bir anlıq dayanır. Səs-küy susur. Və heç nə əvvəlki kimi olmur.

Bəzən bir ömrün dəyəri, bir yoxluğun içində görünər.
Deyə bilmədikləriniz, təxirə saldıqlarınız boğazınızda düyünlənər.

Bu həyatda kimə nə demək istəyirsinizsə, indi deyin.
Çünki bəzən "gecikdim" cümləsi, bir ömür boyu susar...

...Bir Adam
This media is not supported in your browser
VIEW IN TELEGRAM
BBC, Time və Modern Library mənbələrinə əsasən tərtib etdim:

Don Kixot – Migel de Servantes
Müharibə və Sülh – Lev Tolstoy
Anna Karenina – Lev Tolstoy
Madam Bovari – Qüstav Flober
Cinayət və Cəza – Fyodor Dostoyevski
Uliss – Ceyms Coyz
Böyük Ümidlər – Çarlz Dikkens
Karamazov Qardaşları – Fyodor Dostoyevski
Yüz İllik Tənhalıq – Qabriel Qarsia Markes
İlahi Komediya – Dante Aligyer
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həyəcanlı hissələr zamanı ətrafımızdakılara verdiyimiz narahatçılıq. 😁

Siz də kitab oxuyarkən özünüzü itirirsiniz?
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Nemesis - İmran Əliyev

Deyirlər, can alan insanların böyük əksəriyyəti içində bir qırıntı tanrılıq duyğusu daşıyır.
🏹
Yason öz kiçik dünyasında böyük işlər görməyə başlamış yazardı. Qələmə aldığı hekayələri yaşadığı ərazidəki jurnallara satır və bir gün kəşf ediləcəyini xəyal edir. Amma onu kəşf edən Uranya olur. Uranya onun həqiqi gücünü dərk edib, anlayan ilk və tək insandı. Çünki Yason’nun sadecə hekayə qələmə almadığına gözləri ilə şahid olub. Qaçılmaz qisməti dəyişmək üçün əlindən gələni edir. Gec olsa belə.. Çünki Yason yazdığı hekayələr ilə canlı insanlara da təsir etməyə, onların taleyi ilə oynamağa başlayır.
🏹
Çox axıcı, klassik mövzulardan uzaq fərqli əsərdi. Həm insanı düşünməyə, həm də sorğulamağa vadar edir. Əsərdə ən kədərləndiyim və məni sözün əsil mənasında tərs köşe edən obraz Lüdoviqo oldu. Onun sonunu başqa cür xəyal edirdim..
Bir ara kitab sonlara doğru roman içərisində roman havasında oldu. Bu orijinallığı da ayrıca sevdim.
🎬 Bu dəfə kinosevərlər üçün mövzu var!

Filmlər sadəcə baxıb keçdiyimiz şeylər deyil. Bəzən bir film olur, səni alt-üst edir. Bəzən də elə olur, sadəcə bir səhnəsi illərlə yadından çıxmır.

Aşağıdakı yazıda filmlərin bizə necə təsir etdiyini, zövqlərimizin şəxsiyyətimizlə necə bağlı olduğunu danışmışıq.
👇 Yazını oxuyun, sonra şərhlərdə siz də öz fikrinizi yazın:
🔹 Həyatınızı dəyişən bir film varmı?
🔹 Son zamanlar izləyib təsirləndiyiniz film hansıdır?
🔹 Hansı filmi tövsiyə edərdiniz?

📎 Yazı burdadır:
https://mir.az/blog/44881-en-maraqli-filmler-kino-senetinin-heyatimizdaki-yeri.html
Ən maraqlı şərhləri seçib kanalda paylaşacağıq. Sənin film zövqün başqasının həyatını dəyişə bilər 🎥💬
🌤 Günaydın, dostlar!

Görməzdən gəlin, səs etməyin, cavab verməyin...
Səssizlik hər kəsi məhv edər.

Bəzən heç nə deməmək ən ağır zərbə olur.