Mir.az Kitab
23.5K subscribers
2.43K photos
341 videos
5 files
1.59K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029VaD46Lk89inpQWEQbU1W/397

whatsapp: +994515299358
mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
Reklam için: @okuryus
Download Telegram
Bütün bədənim yanırdı. Sanki canımın içində bir vulkan oyanmışdı. Gözlərimi ağır-ağır açanda, bulanıq baxışlarım tavanı deyil, üstümə əyilən bir tibb bacısını seçdi. Səsi sakit, amma titrək idi:

– Cənab… sizin bəxtiniz gətirdi. İnanılmazdır, amma sağ qalmısınız. İki gün əvvəl Hirosimaya atılan bombadan sağ çıxan nadir insanlardansınız. İndi təhlükə yoxdur, artıq xəstəxanadasınız…

Mən çətinliklə udqundum. Dodaqlarım çatlayırdı, amma soruşdum:

– Haradayam?

O, gözlərini qaçıraraq cavab verdi:

– Naqasakidə...

P.S. Yaponiyada ən təsirli qısa hekayə seçilib.
Hirosima və Naqasakinin bombalanması arasında 3 gün fərq var. 1945-ci il 6 və 9 avqust...
Olmuş hadisədir:

Bir qadın dəyərli bir əşyanı hara qoyduğunu unudur. Ailənin bütün nəsli axtarır. Axırda 70+ yaşlı xalasına deyir:
– Bəlkə sənə demişdim, yadındadır?

Xalası qayıdıb deyir:
– Bir yaylıq götür, 3 dəfə düyün vur. Hər düyündə de:
“Ey şeytan, əgər onu tapmasam, balanı tutub quyruğunu kəsəcəm.”

Qadın deyir:
– Yazıq balasının nə günahı?

Nəysə, bir neçə gün keçəndən sonra əlacsız qalıb bunu edir. Həmin gün əşya tapılır.

_Bəzən təsadüflər insanları mənasız inanclara bağlayır._
Və bir də... Kim olur-olsun, heç kimi balası ilə təhdid etməyin.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kimyagər – Paulo Coelho
Bəziləri qorxularına təslim olur, bəziləri isə arzularının ardınca gedir…
Hansı tərəfdəsən?
Bu kitab – səssizcə səni oyadacaq. Və bəlkə də – həyatını dəyişəcək.
Oxumağa cəsarətin çatırmı?

Kitabı yükləmək üçün:
https://mir.az/kitab/44-paulo-coelho-kimyager-pdf.html
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sabahınız xeyir, əziz izləyicilər. Yeni günə başlayırıq. Hər birinizin sabahı xeyirli, günü uğurlu olsun! 🫠
Cəhalət və məlumatsızlıq eyni deyil.
Məlumatsız insana öyrətmək olar.
Cahilə isə nəsə anlatmaq çətindir — çünki o, hər şeyi artıq bildiyini düşünür.

📌 Bəzən ən təhlükəli fikir, yanlış olduğu halda qəti inanılandır.
İnsanların üzünə yaxşı baxın, dərdi çox olanın gülüşü çox gözəl olar.
Əgər ölməyəcəmsə burdan 70 yaşındakı özümə mesaj yazmaq istəyirəm: Əsla dəyişmə! Heç kəs üçün dəyişmə! Sən belə yaxşısan! Səni sevən belə sevsin!

Bəs sən 70 yaşındakı özünə hansı mesajı göndərmək istiyirsən?
Bunu bir emoji ilə ifadə et.
İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

#NəbiXəzri
Zaman oğurluğunun cəzası olmalı idi. Oğurlanan hər dəqiqənin, hər saatın.
Unutmaq... fikrimcə, bu dünyada ən gözəl şeylərdən biridir.
İnsana edilən pislikləri, keçmişin ağrılarını, öhdəsindən gəlməyə çalışdığın problemləri, zamanla sönmüş sevgiləri, bir də — səni bu dünyada tək qoyub gedən sevdiyin ölüləri unutmaq. Kaş ki mümkün olaydı...

Amma sən nə qədər yaşalsan da, nə qədər yaddaşını itirsən də, bir insanın sənə nə hiss etdirdiyini — unuda bilmirsən.
Sevinc də qalır içində, kədər də. Nifrət, bədbəxtlik, səssiz axşamlar… Onlar silinmir. Sadəcə bir az dərinlərə çəkilir.

Unutmaq beyində baş verir. Amma hisslər... hisslər başqa yerdə yatır.
Tək peşmançılığım; Sözlərimə belə layiq olmayan insanlara, saatlarla cümlələr qurmaqdır.

İlhan Berk
> “O yatağa uzandı və sanki dənizin səssizliyində əriyib getdi. Sakitlikdə də bir qələbə var idi. Qürurla uduzmaq, qorxa-qorxa qalib gəlməkdən üstündür.”
> Ernest Hemingway- 'Qoca və Dəniz'
Dünyada daşdan yonulmamış yerlər var.
Sənin daxilində olan… elə bir şey ki, ona heç kim toxunmayacaq.
O, yalnız sənə məxsusdur.
Başa düşürsən? Yalnız sənə.

– Nədir o?
Ümid…
This media is not supported in your browser
VIEW IN TELEGRAM
📖 Elif Şafak – “Aşk” əsərindən

Həqiqi sevgi – birinin çatışmazlıqlarını tamamlamaq deyil, artıq bütöv olan iki insanın birlikdə inkişaf etməsidir. Ancaq bu gün insanlar xoşbəxtliyi çöldə axtarır, özlərini tamamlayacaq birini tapmağa çalışırlar. Halbuki heç bir münasibət içimizdəki boşluqları doldura bilməz. Sevgi asılılıq deyil, azadlıq içində birgə var ola bilməkdir. Sağlam bir münasibət qurmaq üçün əvvəlcə tək başına bütöv olmağı bacarmalıyıq.
Bir şeyi hərkəsə tək-tək danışmağa tənbəllik edirsənsə, sadəcə birinə danışıb, 'heç kimə demə' deməyin kifayətdir
Təbiətlə savaş insanın sonudur.
Çünki təbiət bizim düşmənimiz deyil — anamızdır.
Onu dağıtmaq, susdurmaq, öz iradəmizə tabe etdirmək istədikcə…
özümüzü boğuruq, ayağımızın altındakı torpağı qazırıq.

İqlim dəyişir deyəndə havanın bir az dəyişəcəyini düşündük,
amma unuduruq: iqlim dəyişəndə insanlar da dəyişir.
Daha əsəbi, daha qorxmuş, daha az insan…

Bir gün oyanıb anlayacağıq ki, biz təbiəti məğlub etməmişik.
Sadəcə, ona dözməyən canlılar siyahısına bir ad da əlavə olunub: İnsan.