#Rəqəmsal inkişaf və #nəqliyyat sahələrində qadınların peşəkarlığı və fədakarlığı ölkəmizin davamlı inkişafına və #innovativ gələcəyinin formalaşmasına mühüm töhfə verir.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edir, onlara fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!
#RİNN #BeynəlxalqQadınlarGünü

❤4👏1
mincom.gov.az
Photo
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bildirib ki:
- Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.
- İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik.
- Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək.
- Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq. Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq.

❤1
Paris şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib.
İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal #nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub. Eyni zamanda 6-8 may tarixlərində Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək BNF Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri diqqət mərkəzində olub
Ətraflı: https://bit.ly/4bEIhcl
#RİNN

❤1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart 2026-cı il tarixində saat 09:30-da Qobustan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula 18 mart 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
#RİNN #VətəndaşQəbulu

❤3
Dövlət qurumları, özəl sektor və universitetlərlə əməkdaşlıq çərçivəsində təlim proqramları və #kibermaarifləndirmə təşəbbüslərini həyata keçirir, beynəlxalq tərəfdaşlarla birlikdə müasir tədris metodlarını ölkəyə gətirir, bununla da #kibertəhlükəsizlik sahəsində yerli məhsulların yaradılmasını və ekosistemin inkişafını dəstəkləyirik.
Məqsədimiz ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, bu sahədə ixtisaslı mütəxəssislərin sayını artırmaq, onların peşəkar bilik və bacarıqlarını gücləndirməkdir.
#RİNN #İRİA #AKM

❤4
Novruz və Ramazan bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, mobil #rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.
Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart tarixində Qobustan şəhərində #Şamaxı və #Qobustan rayonlarının sakinlərini qəbul edib.
Vətəndaşların nəqliyyat, #telekommunikasiya və #poçt xidmətləri ilə bağlı müraciətlərinə baxılıb. Göstərilən məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı Nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.

❤2
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın #informasiya və #rabitə sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 6,2% artaraq 608.6 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤2👏1
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın #nəqliyyat sektoru üzrə gəlirləri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,6% artaraq 2,267.2 milyon manat təşkil edib.
#RİNN
#RİNN
❤2👏1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Birlik, mərhəmət və mənəvi saflığın rəmzi olan Ramazan bayramı münasibətilə hər birinizi təbrik edirik!
#RİNN #RamazanBayramı
#RİNN #RamazanBayramı
❤3👍1
Milli-mənəvi dəyərlərimizin parlaq təcəssümü olan Novruz bayramı münasibətilə hər birinizi təbrik edir, xoş bahar əhvali-ruhiyyəsi və firavanlıq arzulayırıq!
#RİNN #NovruzBayramı
#RİNN #NovruzBayramı
❤3👍1
Media is too big
VIEW IN TELEGRAM
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Smart icmal” layihəsi çərçivəsində süni intellekt əsaslı xəbər rubrikasının aparıcısı NaRİNN #nəqliyyat və #telekommunikasiya sahələrində ayın ən vacib və aktual yeniliklərini sizə təqdim edir.
Budəfəki buraxılışda:
✅ Rəqəmsal dövlət xidmətlərinin vahid platformalarda təqdim edilməsi;
✅ Buzovna qəsəbəsində elektrik avtobus deposunun istifadəyə verilməsi
və digər mühüm məlumatlar barədə ətraflı tanış olacaqsınız.
#RİNN #NaRİNN

✅ #WUF13 zamanı istifadə olunacaq #radioelektron avadanlıqların və tezliklərin koordinasiyası məqsədilə portalın istifadəyə verilməsi;
✅ Xırdalanda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı həyata keçiriləcək yeni layihələr

31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad edirik.
#RİNN #AzərbaycanlılarınSoyqırımıGünü
#RİNN #AzərbaycanlılarınSoyqırımıGünü
❤3
Azərbaycan Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının mənzil-qərargahında keçirilən Beynəlxalq Nəqliyyat Forumunun (#BNF) 12-ci Nəqliyyat Statistikası Görüşündə təmsil olunub.
Azərbaycan bu görüşdə fəal iştirakı ilə BNF-yə sədrliyi çərçivəsində məlumat əsaslı, dayanıqlı və gələcəyə yönələn nəqliyyat sistemlərinin təşviqinə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verib.
Ətraflı: https://bit.ly/3OeQriO

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və cari məsələlər ətrafında müzakirələr aparılıb.

#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.
Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

❤2👍1