mincom.gov.az
511 subscribers
1.35K photos
69 videos
271 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “#Texnologiya#innovasiyalar” İşçi qrupunun tərkibində “Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi”nin (#KXVİS) yaradılması üzrə Altqrupun növbəti iclası keçirilib.

Ətraflı: https://bit.ly/3T3Enjd

#RİNN
Media is too big
VIEW IN TELEGRAM
#Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində şəhid ailələrinin əl işlərinin IV sərgi-satış yarmarkası keçirilib.

Layihənin məqsədi bu ailələrin sosial rifahının və həyat keyfiyyətinin yaxşılaşdırılmasına dəstək olmaq, həmçinin onların yaradıcılıq potensiallarını üzə çıxararaq cəmiyyətə inteqrasiyasına töhfə verməkdir.

Ətraflı: https://bit.ly/3SAnOLG

#RİNN
Qurban bayramı günlərində əhalinin #nəqliyyat, #poçt, #telekommunikasiya, o cümlədən #internet, mobil #rabitə xidmətləri və #radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Bununla bağlı #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumlarına, eləcə də #mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib.

Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması məqsədilə tam hazır vəziyyətə gətirilib.

#RİNN
#Qurban bayramı xeyirxahlığın, sülhün və birliyin təntənəsidir.

Bu müqəddəs bayram münasibətilə xalqımızı təbrik edir, sağlamlıq, sülh və bərəkət dolu günlər arzu edirik!

#RİNN #QurbanBayramı
Media is too big
VIEW IN TELEGRAM
🌐 Dünya Bankı Qrupunun (World Bank) və Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund) 2025-ci il Yaz İclasında Azərbaycanda qadınların məşğulluq imkanlarının artırılması üçün son illər aparılan islahatlar nümunə kimi göstərilib.

🚆Bu islahatlar ölkədə qadınların #əmək bazarında iştirakı ilə bağlı böyük irəliləyiş kimi qeyd olunub. Qadınların bir çox peşə sahələrində (#dəmiryol mühəndisi, #avtobus sürücüsü və s.) işləməsi ilə bağlı əvvəllər mövcud olmuş məhdudiyyətlərin artıq müvafiq qanun dəyişiklikləri ilə aradan qaldırıldığı bildirilib.

Nəticədə qadınların dəmiryol sahəsində məşğulluq imkanlarının artdığı vurğulanıb.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “#Texnologiya#innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının icra statusu, tədbirlərin icrası zamanı qarşıya çıxan problemlər və müvafiq həll yolları müzakirə olunub.

Ətraflı: https://bit.ly/3SKEtwg

#RİNN
Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və #texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.

Ətraflı: https://bit.ly/43Fs96F

#RİNN
Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və #texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası çərçivəsində hər iki ölkənin biznes dairələrinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, #rəqəmsal inkişaf və #nəqliyyat nazirinin müavini Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.

Ətraflı: https://bit.ly/3SNKlol

#RİNN