mincom.gov.az
514 subscribers
2.09K photos
100 videos
389 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya, elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmış qlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüş keçirib.
 
Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süni #intellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya, elektron imza və #kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumat verilib. “Entrust” ilə əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.
 
Sonda “Entrust” və “AzInTelecom” arasında əməkdaşlığa dair memorandum imzalanıb.

#RİNN
3👍1🖕1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyanın elm, #innovasiya və texnologiyalar nazirinin müavini Baroness Lloydilə görüş keçirib.
 
Görüşdə Azərbaycan – Böyük Britaniya strateji tərəfdaşlığının yeni mərhələsi, xüsusilə süni #intellekt, #kibertəhlükəsizlik və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
 
Eyni zamanda Böyük Britaniya universitetləri ilə birgə proqramlar, təqaüdlər və rəqəmsal akademiyalar vasitəsilə insan kapitalının inkişafı, eləcə də süni intellekt üzrə data mərkəzlərinə investisiya istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

#RİNN
3👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diaspor üzvləri və təhsil alan tələbələrlə görüş keçirib.
 
Görüş zamanı Azərbaycanın rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğu vurğulanıb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verilib.
 
Genişmiqyaslı #rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026 – 2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəfin Azərbaycanın regionun etibarlı rəqəmsal mərkəzinə çevrilməsi olduğu qeyd edilib.
 
Eyni zamanda diaspor nümayəndələri bilik və təcrübə mübadiləsinə, birgə layihələrə və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət edilib.

#RİNN
3👍2
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Oracle” şirkətinin vitse-prezidentləri Ken Maklennan və Mark Nyuol ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə “Oracle” arasında rəqəmsal transformasiya, süni #intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları, Bakıda “Oracle” Mükəmməllik Mərkəzinin yaradılması və Yeni Texnologiya, Süni İntellekt və Oyun İqtisadi Zonasının inkişafı üzrə növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

#RİNN
2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Palantir” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla “Palantir” arasında milli məlumat inteqrasiyası, süni #intellekt idarəçiliyi, #kibertəhlükəsizlik və kritik infrastruktur monitorinqi sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin yerli bacarıqların inkişafı, bilik transferi və “Palantir” platformalarının Afrikada tətbiqi üzrə Azərbaycanın potensial rolu barədə fikir mübadiləsi aparılıb.

#RİNN
2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “ScaleAI” şirkətinin nümayəndələri ilə görüş keçirib.

Görüş zamanı Azərbaycanla “ScaleAI” arasında süni intellektin tətbiqi, prioritet istifadə ssenarilərinin həyata keçirilməsi və ölkədə süni #intellekt ekosisteminin inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin qısa və uzunmüddətli mərhələlərdə süni intellekt layihələrinin miqyasının artırılması, yerli istedadların inkişafı və ekosistem tərəfdaşlıqlarının formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

#RİNN
2👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniyaya səfər çərçivəsində “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Edrian Makdonald ilə görüşüb.

Görüş zamanı Azərbaycan ilə “Dell Technologies” arasında rəqəmsal transformasiya, süni #intellekt və məlumat infrastrukturu sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
 
Həmçinin Azərbaycanda suveren “bulud” həlləri, süni intellekt imkanları barədə fikir mübadiləsi aparılıb.
 
#RİNN
2👍1
Cari ilin 5 mart tarixində İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının “Naxçıvan” Beynəlxalq Hava Limanına, onun terminal binasına pilotsuz uçuş aparatlarının hücumları həyata keçirilib.

“Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, o cümlədən Konvensiyaya 17 nömrəli Əlavə – “Aviasiya təhlükəsizliyi” sənədinin beynəlxalq standartlarına uyğun olaraq, hava limanına qanunsuz müdaxilə aktı baş verdikdə üzv dövlət tərəfindən hazırlanmış ilkin hesabat Beynəlxalq Mülki Aviasiya Təşkilatına (#ICAO) göndərilməlidir.

Beynəlxalq standartlardan irəli gələrək Azərbaycan Respublikası #Rəqəmsal İnkişaf və #Nəqliyyat Nazirliyinin tabeliyində “Dövlət Mülki Aviasiya Agentliyi” publik hüquqi şəxsi “ICAO”ya müvafiq ilkin hesabat göndərib.

#RİNN
2
#Rəqəmsal inkişaf və #nəqliyyat sahələrində qadınların peşəkarlığı və fədakarlığı ölkəmizin davamlı inkişafına və #innovativ gələcəyinin formalaşmasına mühüm töhfə verir.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edir, onlara fəaliyyətlərində davamlı uğurlar arzulayırıq!

#RİNN #BeynəlxalqQadınlarGünü
4👏1
2
mincom.gov.az
Photo
Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bildirib ki:

- Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.

- İndi isə biz mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırırıq, çünki Azərbaycan ərazisindən istifadəyə tələbat artır. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik.

- ⁠Hazırda isə Ermənistanla sülh əldə edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün belə olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq. Bu isə bizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək.

- ⁠Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq. Bu yeni fürsətdən həqiqətən yararlanmaq olar, çünki biz Azərbaycanın iki hissəsini nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Artıq qeyd etdiyim kimi, yeni istiqamət yaradacağıq, bu isə bir çox ölkə üçün faydalı olacaq.
1
Paris şəhərində Beynəlxalq Nəqliyyat Forumunun (BNF) Nəqliyyat Tədqiqat Komitəsinin və Nəqliyyatı İdarəetmə Şurasının növbəti iclasları keçirilib.

İclaslarda təşkilatın fəaliyyət proqramı, qarşıdakı dövr üçün strateji prioritetlər və qlobal #nəqliyyat siyasətinin inkişafı ilə bağlı əsas istiqamətlər müzakirə olunub. Eyni zamanda 6-8 may tarixlərində Azərbaycanın sədrliyi ilə Almaniyanın Leypsiq şəhərində keçiriləcək BNF Zirvə Toplantısının proqramı və hazırlıq məsələləri diqqət mərkəzində olub

Ətraflı: https://bit.ly/4bEIhcl

#RİNN
1👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev 19 mart 2026-cı il tarixində saat 09:30-da Qobustan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula 18 mart 2026-cı il tarixinə qədər Çağrı mərkəzi (1655) və elektron poçt (office@mincom.gov.az), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

#RİNN #VətəndaşQəbulu
3
Dövlət qurumları, özəl sektor və universitetlərlə əməkdaşlıq çərçivəsində təlim proqramları və #kibermaarifləndirmə təşəbbüslərini həyata keçirir, beynəlxalq tərəfdaşlarla birlikdə müasir tədris metodlarını ölkəyə gətirir, bununla da #kibertəhlükəsizlik sahəsində yerli məhsulların yaradılmasını və ekosistemin inkişafını dəstəkləyirik.

Məqsədimiz ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, bu sahədə ixtisaslı mütəxəssislərin sayını artırmaq, onların peşəkar bilik və bacarıqlarını gücləndirməkdir.

#RİNN #İRİA #AKM
4