mincom.gov.az
515 subscribers
2.07K photos
100 videos
383 links
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
Download Telegram
Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının yüksəksəviyyəli plenar iclasları keçirilib. Sessiyalarda müxtəlif ölkələrin #rəqəmsal inkişaf sahəsinə məsul nazirləri, nazir müavinləri və beynəlxalq təşkilatların nümayəndələri çıxış ediblər.

Müzakirələr konfransın ümumi mövzusu olan “#İnklüziv və dayanıqlı rəqəmsal gələcək üçün universal, faydalı və əlçatan bağlantı” ətrafında aparılıb.

Natiqlər öz ölkələrinin #İKT siyasətləri, rəqəmsal infrastruktur layihələri və regional əməkdaşlıq strategiyaları barədə məlumat veriblər.

#RİNN #WTDC25
4👍1
#Rəqəmsal inkişaf və #nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (#WTDC-25) iştirak məqsədilə ölkəmizdə səfərdə olan Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita ilə görüşüb.

Görüşdə bankla ölkəmiz arasında mövcud və gələcək layihələr üzrə əməkdaşlıq imkanları müzakirə edilib.

#RİNN
4
Media is too big
VIEW IN TELEGRAM
Pakistan İslam Respublikasının #informasiya texnologiyaları və #telekommunikasiya naziri Şaza Fatima Xavaja Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) barədə təəssüratlarını bölüşüb.

#RİNN #WTDC25
2
“Azərbaycan bizim fəal tərəfdaşımız və rəqəmsal inkişafın lideridir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) Azərbaycanla uzunmüddətli əməkdaşlıq və tərəfdaşlığı dəstəkləyir. Tərəflər arasında sıx və uzunmüddətli tərəfdaşlıq münasibətləri formalaşıb. Keçən il COP29-da burada olmaq mənim üçün böyük şərəf idi. Ölkənin tədbirlərin təşkilinə dair öhdəliklərini uğurla yerinə yetirdiyini görmək xoş idi. COP29 çərçivəsində ilk dəfə Rəqəmsallaşma Günü keçirildi və bu ənənə bu il Braziliyada da davam etdirildi. Bu isə fikrimcə, ölkənin rəqəmsal inkişaf sahəsində liderliyini və strateji baxışını açıq şəkildə göstərir”.

Bu fikirləri Beynəlxalq #Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (#WTDC-25) həsr olunan #mətbuat konfransında səsləndirib.

#RİNN #WTDC25
3
#WTDC-25” çərçivəsində keçirilən Yüksək Səviyyəli Dialoqda Azərbaycanın #rəqəmsal transformasiya sahəsində əldə etdiyi nailiyyətlərdən danışılıb.

Ətraflı: https://bit.ly/44ijXJc

#RİNN #WTDC25
3
Azərbaycan və Türkiyənin #telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək.

Ətraflı: https://bit.ly/4r9bi5G

#RİNN #WTDC25
3
Cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı əsasında 20 Noyabr #Ağdam Şəhəri Günü kimi qeyd edilir.

Ağdam şəhəri bu gün quruculuq dövrünü yaşayır.

#RİNN #AğdamŞəhəriGünü
5
Media is too big
VIEW IN TELEGRAM
“Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı çərçivəsində müzakirələrdə Azərbaycan fəal mövqe nümayiş etdirir”.

Bunu Beynəlxalq #Telekommunikasiya İttifaqının Telekommunikasiya Standartlaşdırma Bürosunun direktor müavini, Tədqiqat qrupları və siyasət departamentinin rəhbəri Bilel Jamoussi bildirib.

#RİNN #WTDC25
3👍1
Beynəlxalq #Telekommunikasiya İttifaqının Telekommunikasiyanın inkişafı sektorunun Qadınlar Şəbəkəsi (NoW in #ITU-D) Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (#WTDC-25) çərçivəsində Bakıda xüsusi tədbir təşkil edib.

Tədbir qadınların #informasiya-#kommunikasiya texnologiyaları sahəsində liderliyinin, qərarvermə proseslərində daha fəal iştirakının dəstəklənməsi məqsədilə keçirilib.

Ətraflı: https://bit.ly/481UPaN

#RİNN #WTDC25
5
Bakıda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı davam edir. Tədbirdə müzakirə olunan sənədlər tezlik və spektr siyasəti, #kibertəhlükəsizlik, #rəqəmsal #inklüzivlik, “yaşıl” #İKT, #innovasiya, rəqəmsal bacarıqlar, uşaqların rəqəmsal mühitdə qorunması, ucqar ərazilərdə İKT-nin tətbiqi və “ağıllı” şəhər modelləri kimi bir çox strateji istiqamətləri əhatə edir.

Konfransın nəticələrinin daha inklüziv, təhlükəsiz və dayanıqlı rəqəmsal ekosistemin qurulmasına töhfə verəcəyi gözlənilir.

#RİNN #WTDC25
5👍1