Kürd Media Mərkəzi (Azərbaycan) / Kurdish Media Center (Azerbaijan)
"Ronahi" Kürd Mədəniyyət Mərkəzi Prezidentə və DTX-yə xüsusi teleqram göndərib. Bu barədə "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin Facebook səhifəsində Azərbaycanın Kürd İcmasının son iclası ilə bağlı paylaşımında qeyd olunub.
Paylaşımda qeyd olunur:
"Azərbaycan Kürd İcması ölkədə gündəm olan və Azərbaycanın kürd əhalisi tərəfindən böyük hiddətlə qarşılanan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Müsavat başqanı Arif Hacılı, Ümid partiyasının sədri İqbal Ağazadə və digərlərinin kürd xalqının ünvanına səsləndirdiyi təhqirlərin qarşısının alınması və hüquqi qiymətin verilməsinə nail olmaq məqsədi ilə növbəti iclasını keçirmişdir.
İclasda çıxış edən "Ronahi" Kürd Mədəniyyət Mərkəzinin sədri Zabit Məmmədov, sədr müavini Emin Xanlarov, mərkəzin Nizam-İntizam Komissiyasının sədri Kərəm Əliyev, İdarə Heyəti üzvü Barzani Əliyev, görkəmli kürd yazıçısı Əhməd Həpo və digərləri ölkədə multikultural sabitliyə zərbə vurmaq istəyən qüvvələrə qarşı birgə mübarizə aparmağın vacibliyini vurğuladılar.
Tədbirin sonunda ölkə rəhbəri İlham Əliyevin və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevin ünvanına xüsusi teleqram göndərildi."

❤1
Bu gündən Kürd Media Mərkəzinin saytı kurdmedia.az fəaliyyətə başlayır.
28 iyul 2026-cı il tarixində Azərbaycanda 4 ildən artıq müddətdə fəaliyyət göstərən Kürd Media Mərkəzinin saytı - kurdmedia.az fəaliyyətə başladı.

"Həjarın şeirlərində sözdən əvvəl ruh gəlir, ruh danışır. Söz ruh axınının qabağında vaxta sığmır."
Bu sözləri Həjar Şamilin şeirlərini yayımlayan "Etnoqlobus" Beynəlxalq Analitik İnformasiya Mərkəzinin təsisçisi və direktoru Gülnarə İnanc ethnoglobus.az saytında qeyd edib.
Məqalənin linki: https://ethnoglobus.az/1686-etnoglobusaz-hejare-shamilin-sherlerini-oxucularina-teqdim-edir.html

Media is too big
VIEW IN TELEGRAM
Rusiyada bir kürd Azərbaycan meyxanasına dözümsüzlük nümayiş etdirən rus millətçisinə rus dili dərsi keçdi.
❤1
Media is too big
VIEW IN TELEGRAM
Deputat Ceyhun Məmmədov: "Milli azlıqlarla bağlı quruma ehtiyac var."
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov "Virtual məkanda etnomədəni sabitlik və təxribatların qarşısının alınması təşəbbüslərinə dəstək" layihəsində tanınmış jurnalist Niyaz Niftiyevin qonağı olub.
Layihə "Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə multikultural.az saytı və Pozan Media Youtube kanalı üzərində həyata keçirilir.

1 avqust - Azərbaycan əlifbası və dili günüdür.
Hazırda Azərbaycan dili 50 milyon nəfərə yaxın insanın ana dilidir.
Regionda Azərbaycan dilini azərbaycanlılardan sonra daha çox danışan millət kürdlərdir.
Azərbaycanda yaşayan kürdlərin də əksəriyyəti ana dili olaraq Azərbaycan dilində danışır.
Çar Rusiyası dövründə siyahıyaalmada şiə kürd kimi qeyd olunan əhalinin əksəriyyəti Azərbaycan dilində danışırdı.
Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Rusiyada yaşayan kürdlərin də bir hissəsi Azərbaycan dilini bilir və sərbəst şəkildə danışır.
Etnik təmizləmədən və deportasiyadan öncə Ermənistanda yaşayan kürdlər də Azərbaycan məktəblərinə gedir və ikinci dil kimi Azərbaycan dilini danışırdılar.
Azərbaycan dili Türk dilləri içərisində kürd dilinə ən yaxın olan dildir.
Tədqiqatçılar İraq Kürdüstanında yaşayan türkmənlərin danışdığı dili də Azərbaycan dili hesab edirlər.
https://youtube.com/shorts/LJakx9bCT7c?si=44xn1mfmFGGPjB1q

YouTube
1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür.
Hazırda Azərbaycan dili 50 milyon nəfərə yaxın insanın ana dilidir....
❤1
Media is too big
VIEW IN TELEGRAM
Gürcüstanın Kürd İcması Yezidi soyqırımının anım günü ilə bağlı tədbir keçirib.
Gürcüstan Kürdlərinin "Ronahi" Assosiasiyası 3 avqust 2014-cü ildə İraq Kürdüstanının Şənqal bölgəsində İŞİD tərəfindən yezidi kürdlərə qarşı həyata keçirilmiş soyqırımıa bağlı anım günü tədbiri keçirib.
Caucasian House (Qafqaz Evi) ofisində baş tutmuş tədbirdə soyqırım qurbanları 1 dəqiqəlik sükutla anılıb. Ardınca çıxış edən təşkilatçılar və qonaqlar soyqırım, terror kimi məvhumları pisləyərək yezidi kürdlərə qarşı həyata keçirilmiş qırğınlardan danışıblar. Yezidiliyin xristianlıq və İslama qədər ilk monoteist dinlərdən biri olduğu vurğulanıb.
Xüsusilə İraq Kürdüstanının və Prezident Neçirvan Bərzaninin Şənqal soyqırımı ilə bağlı mövqeyini vurğulayan "Ronahi" təşkilatının sədri Zaza Kalaşov İŞİD-lə mübarizədə Peşmərgənin rolunu vurğuladı.

❤3
Kürd Media Mərkəzi (Azərbaycan) / Kurdish Media Center (Azerbaijan)
Gürcüstanın Kürd İcması Yezidi soyqırımının anım günü ilə bağlı tədbir keçirib. Gürcüstan Kürdlərinin "Ronahi" Assosiasiyası 3 avqust 2014-cü ildə İraq Kürdüstanının Şənqal bölgəsində İŞİD tərəfindən yezidi kürdlərə qarşı həyata keçirilmiş soyqırımıa bağlı…
Kürdlərə qarşı soyqırım aktları yeni məsələ deyil. Ötən əsr də soyqırımlarla yadda qalmışdır. 1988-ci ildən başlayaraq kürdlərin azərbaycanlılarla birlikdə Ermənistandan qovulması və 1994-cü ilə qədər Ermənistanın kürdlərin də yaşadığı Azərbaycan torpaqlarını işğal etməyə başlaması ilə birlikdə bir sıra kəndlərdə misli görülməmiş qırğınlar törədilmişdir.
❤3
Latın qrafikalı kürd əlifbası neçə hərfdən ibarətdir?
Anonymous Quiz
0%
26
25%
28
0%
30
75%
31
0%
32
❤2
Kürd tenor Şahram Nazırinin ifasındakı "Waran" (Yağış) simfoniyası eyniadlı kürd xalq mahnısının əsasında ifa edilib.
Mahnı kürd dilinin Cənubi ləhcəsindədir. Bu ləhcə Kürdüstanın cənubunda olan bütün xırda şivələri - əsasən Kirmanşahi, Feyli, Kəlhuri, Ləki, Şeyxbızini şivələrini əhatə edir. Əsasən İran Kürdüstanında, əsasən Kirmanşah və Elam bölgələrində, eləcə də İraq Kürdüstanında danışılır.
https://youtu.be/IAQA_ileu6E?si=E1MlZbS2gxVo88we

Shahram Nazeri - Varan (Kurdish symphony - Azerbaijani subtitle)
Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.
❤3
Media is too big
VIEW IN TELEGRAM
Qazaxıstanda qonaq olan hollandiyalı tədqiqatçının kürdcə nitqi görənləri təəccübləndirdi.
Almatıda İbrahim Filit oğlu Məmmədovun sədrlik etdiyi Kürd Mədəniyyətinin İnkişafı Fondu (Fonda Pêşvebirina Çanda Kurdan) tərəfindən keçirilmiş Beynəlxalq Kürd Tədqiqat Konfransına qatılan hollandiyalı tədqiqatçı, kürdoloq Michiel Leezenberg kürdcə nitqi ilə hər kəsi heyrətləndirib.
Bərzani Nəbiyev və professor Həsən Əliyevlə söhbəti zamanı tədqiqatçı 1988-ci ildən kürd dilini öyrəndiyini qeyd edib. Kürd dilindən əlavə Michiel həm də kürd tarixini və mədəniyyətini öyrənərək biliklərini təkmilləşdirib.

Kürdlər türkdilli ölkələr arasında beynəlxalq əlaqələrə töhfə verməyə davam edir.
Qazaxıstan Kürdlərinin "Bərbanq" Assosiasiyasının İdarə Şurasının sədri Rafiq Mirzoyev Azərbaycan Respublikasının Mediasiya Şurası tərəfindən fəxri diplomla təltif edilib.
Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən təqdim olunan fəxri diplomda qeyd edilir:
"Mediasiyanın inkişafı naminə göstərdiyiniz fəaliyyətə və verdiyiniz töhfəyə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində səmərəli əməkdaşlığın inkişafına, həmçinin Azərbaycan Respublikasının Mediasiya Şurası ilə Qazaxıstan Respublikasının mediatorları arasında əməkdaşlığın möhkəmləndirilməsinə verdiyiniz töhfəyə görə Fəxri Diplom ilə təltif edilirsiniz."

Kəlbəcərdə kürdlərin kompakt yaşadığı kəndlərdən olan Ağcakənd kəndində sünnət toyu mərasimi baş tutub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonunun Ağcakənd kəndinin sakinləri 30 ilə yaxın Bakıda və Azərbaycanın müxtəlif rayonlarında məcburi köçkün kimi yaşayırdılar.
Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi parlaq qələbədən sonra 25 noyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri atəşkəs bəyanatına əməl edərək kəndi boşaltmağa məcbur qalır.
Beləliklə Şərqi Zəngəzurun gözəl guşələrindən biri olan Kəlbəcərə kürdlərin və azərbaycanlıların geri qayıdışı başlayır.
Video: Hikmət Əsgərov
https://youtu.be/LBHqPuterNI?si=SMpsSxARXq84lJ7F

Kəlbəcərdə kürdlərin kompakt yaşadığı Ağcakənd kəndində sünnət toyu mərasimi baş tutub
Kəlbəcərdə kürdlərin kompakt yaşadığı kəndlərdən olan Ağcakənd kəndində sünnət toyu mərasimi baş tutub.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonunun Ağcakənd kəndinin sakinləri 30 ilə yaxın Bakıda və Azərbaycanın müxtəlif…
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonunun Ağcakənd kəndinin sakinləri 30 ilə yaxın Bakıda və Azərbaycanın müxtəlif…
❤3
Media is too big
VIEW IN TELEGRAM
Almaniyanın Kürdüstandakı Baş Konsulu xidmətinin son günündə bu cür vidalaşdı.
Almaniyanın İraq Kürdüstan Regionundakı Baş Konsulu Albrecht von Wittke son iş günündə Almaniya və Kürdüstan bayraqları ilə paytaxt Ərbil şəhərinin küçələrini dolaşaraq Kürdüstanla vidalaşıb. Onun bu videosu qısa zamanda izlənib və rəğbət qazanıb.

❤4
Media is too big
VIEW IN TELEGRAM
Deputat Ceyhun Məmmədov: "Milli azlıqların mərkəzləri maliyyələşməlidir."
❤2
Sara Qədimova - Kürdün gözəli (Azərbaycan xalq mahnısı)
Deyirlər, kürd qızı çıxıbdır dağa
Deyirlər, kürd qızı çıxıbdır dağa
Hava buludlaşır hey, qorxuram yağa
Yağanda islana hey
Kürdün gözəli, kürdün gözəli
Kürdün gözəli, kürdün gözəli
Kürd qızı oturub toxuyur xalı
Şirin-şirin yeyir yağ ilə balı
Onu sevən neylər dünyada malı?
Bu dağlarda sallan
Kürdün gözəli, kürdün gözəli
Kürdün gözəli, kürdün gözəli
Kürd qızı oturub özünü öyər
Saçları uzundur, darayıb hörər
Uzunluqda saçı hey, qayalar əyər
Bu dağları dolanar
Kürdün gözəli, kürdün gözəli
Kürdün gözəli, kürdün gözəli
https://youtu.be/Kb4Dxgf5Iys?si=AU5ITbl47zbDoDO8

Onu sevən…
Deyirlər, kürd qızı çıxıbdır dağa
Hava buludlaşır hey, qorxuram yağa
Yağanda islana hey
Kürdün gözəli, kürdün gözəli
Kürdün gözəli, kürdün gözəli
Kürd qızı oturub toxuyur xalı
Şirin-şirin yeyir yağ ilə balı
Onu sevən…
❤1
Kürd Media Mərkəzi (Azərbaycan) / Kurdish Media Center (Azerbaijan)
Azərbaycanda fəaliyyət göstərən Kürd Media Mərkəzinin təsisçisi İbrahim Əliyev İraq Kürdüstan Regionunun milli lideri Məsud Bərzanini 80 illik yubileyi münasibətilə təbrik edib. Təbrik mətnində deyilir:
"İraq Kürdüstan Regionunun milli lideri cənab Məsud Bərzani,
Sizi Azərbaycanın paytaxtı Bakıdan salamlayıram. Mənim rəhbərlik etdiyim Kürd Media Mərkəzi 4 ildir fəaliyyət göstərir. Kanalımda Azərbaycan və Kürdüstanın siyasi-iqtisadi əlaqələri haqqında məlumatlara xüsusi yer verirəm.
Azərbaycan və Kürdüstan arasında əlaqələrin möhkəmlənməsində həm ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin, həm də sizin böyük əməyiniz olmuşdur. Hazırda isə Prezident Neçirvan Bərzani və Baş nazir Məsrur Bərzani Azərbaycanla əlaqələrə töhfə verməyə uğurla davam edirlər.
Azərbaycan kürdləri olaraq çox şadıq ki, soydaşlarımızın sizin rəhbərliyinizlə qurduğu və inkişaf etdirdiyi Kürdüstan Regionu vətənimiz Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələrin davam etməsini arzulayıram, hansı ki bu əlaqələrin memarlarından biri sizsiniz. Sizi 80 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, can sağlığı arzulayıram.
Bu gün lideri olduğunuz Kürdüstan Demokrat Partiyasının yaradılmasından da 80 il ötür. Məhz bu partiyanın qurduğu siyasi xətt Azərbaycanla əməkdaşlıq əlaqələrinə müsbət təsir göstərmişdir. Fəaliyyətinizdə uğurlar arzulayırıq."