Kreativ Azərbaycan
94 subscribers
96 photos
15 videos
321 links
Kreativ Azərbaycan ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı üçün münbit ekosistemi dəstəkləyir.
Download Telegram
3.000 ABŞ dolları və rəqəmsal kamera qazanmaq fürsəti!

18 yaşdan yuxarı hər kəs "Xposure Beynəlxalq Fotoqrafiya və Film Mükafatları 2021"
müsabiqəsində iştirak edə bilər.

Son müraciət tarixi: 1 noyabr 2021-ci il

Ətraflı
https://creative.az/az/post/565

#creativaze
Müsabiqənin mövzusu: Müharibə

Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək.

Mükafat fondu:
I Yer: 1.500 AZN
II Yer: 1.000 AZN
III Yer: 750 AZN

Qeyd: Hər yer üzrə bir qalib seçiləcək.

Ətraflı
https://creative.az/az/post/622

#creativeaze
Ötən aylarda ifaçılıq istedadı olan gənclər üçün bütün respublika üzrə elan olunan “SƏHNƏDƏ” müsabiqəsinin canlı dinləmələri yekunlaşıb.

Müsabiqənin Lənkəran, Quba, Şəki, Gəncə, Yevlax, Bakı və Naxçıvan şəhərlərində keçirilən kastinq mərhələsində iştirak haqqı qazanan 100-dən çox gənc münsiflər heyəti qarşısında çıxış edərək ifaçılıq bacarıqlarını nümayiş etdiriblər.

Ətraflı
https://creative.az/az/post/623

#creativeaze
Videoda görüntü qədər səs də mühüm rol oynayır.

İzləyicilərin sona qədər izləməsi və görüntü ilə musiqinin bir-birini tamamlaması olduqca vacib amillərdən biridir.

Bu məqalədə sizə videolarınız üçün düzgün musiqini seçməyə kömək edəcək platformalar haqqında məlumat verəcəyik.

Ətraflı
https://creative.az/az/post/611

#creativeaze
ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Təşkilat Komitəsi bu il oktyabr ayında Bakıda keçiriləcək növbəti festivalda uşaqlardan ibarət münsiflər heyəti yaradacaq.

Müraciətlər 15 avqust, 2021-ci il tarixinədək animafilm.biaf@gmail.com e-poçt ünvanına göndərilməlidir.

Uşaq münsiflər heyətinə üzvləri festivalın təşkilat komitəsi seçəcək.

Yaş məhdudiyyəti: 7-17 yaş.

Ətraflı
https://creative.az/az/post/580

#creativeaz
Pandemiyadan öncə getdiyiniz festivallar, kinoteatrda baxdığınız filmlər üçün darıxmısınız?

Elə isə sizə şad xəbərimiz var!

IV ANİMAFİLM Beynəlxalq Animafilm Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək!

Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

Proqrama nələr daxildir?

Ətraflı
https://creative.az/az/post/624

#creativeaz
Qeyri-Avropa ölkələri üçün son müraciət tarixi: 20 avqust 2021-ci il

Müsabiqə Bolqarıstanın Varna şəhərində fəaliyyət göstərən Largo Art Gallery tərəfindən təşkil olunur.

16 yaşdan yuxarı hər kəs müraciət edə bilər.

Mükafatlar:

I Yer: 800 Avro
II Yer: 400 Avro
III Yer: 200 Avro
Gənc rəssam mükafatı (30 yaşdan aşağı): 200 Avro
Jordan Petkov mükafatı: 400 Avro

Ətraflı
https://creative.az/az/post/530

#creativeaz
UNESCO -da “İpək Yolu gənclərin gözü ilə” 3-cü foto-müsabiqə üçün son 2 gün.

Foto-müsabiqəyə avqustun 24-dək müraciət olunmalıdır.

Hər il keçirilən müsabiqə İpək Yolu üzərində olan mədəni irs abidələri ilə bağlı baxışları kameraların obyektivi ilə əks etdirmək üçün yaxşı fürsətdir.

Ətraflı
https://creative.az/az/post/532

#creativeaz
Allard Mükafatı Fotoqrafiya Müsabiqəsi və 1.000 Kanada dolları!!!

Allard Mükafatı Fotoqrafiya Müsabiqəsi dünyanın hər yerindən fotoqrafları korrupsiyaya qarşı mübarizə və insan haqlarının təşviqi mövzusunda şəkillər təqdim etməyə dəvət edir.

Kimlər iştirak edə bilər: yaşadıqları ölkədə yeniyetməlik yaşına çatmış hər kəs üçün açıqdır.

Son müraciət tarixi: 1 noyabr 2021-ci il

Ətraflı
https://creative.az/az/post/501

#creativaz
Çəkdiyiniz fotoşəkillərlə 2.500 ABŞ dolları mükafatının sahibi Siz ola bilərsiniz!

Smithsonian jurnalı 18-ci İllik Foto Müsabiqəsinə 6 kateqoriya üzrə müraciət etmək mümkündür:
Təbiət aləmi
Səyahət
İnsanlar
Amerika təcrübəsi
Dəyişdirilmiş şəkillər
Mobil

Müsabiqəyə qoşulmaq üçün təqdim olunan fotoşəkil 1 yanvar 2019-cu ildən sonra qeyd olunan kateqoriyalardan biri üzrə çəkmiş olmalıdır.

Son müraciət tarixi: 30 noyabr 2021-ci il

Ətraflı

https://creative.az/az/post/438

#creativeaze
Bakıda 3-7 sentyabr 2021-ci il tarixində canlı formatda IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirilib.

Festivalda beş gün ərzində 40 ölkədən 200-ə yaxın uşaqlar və böyüklər üçün çəkilmiş müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “Əlillik” idi.

Ətraflı
https://creative.az/az/post/625

#creativeaze
Bu gün 2020-ci il 27 sentyabrdan 10 noyabradək davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anım günüdür.

#anımgünü #27sentyabr #creativeaz
Birlikdən, əzmdən, iradədən və gücdən ibarət bir yumruq altında birləşərək zəfər qazanmağımızdan 1 il ötür. Zəfər Günümüz mübarək! 🇦🇿

#ZəfərGünü
Bu gün - #9noyabr yaradılışından əzəmətli nişanəmiz olan üçrəngli şanlı bayrağımızın günüdür! Bayraq Günümüz mübarək olsun! 🇦🇿

#BayraqGünü
Bu gündən etibarən #KreativOl rubrikası çərçivəsində sizə kiçik, lakin böyük nəticəsi və effekti olan yaradıcı həllər təqdim edəcəyik. Vaxt itirmədən ilk mövzumuza keçid etmək istəyirik.

Əgər kreativ insansınızsa, mütləq ki, yaradıcılıq blokuna düşmüsünüz. Bu blokdan çıxmaq üçün hazırladığımız ipucuları öyrənmək üçün şəkli çevirin.

Əgər sizin də özünüzə aid həll yolları varsa, bizimlə paylaşın, hər kəs faydalansın.
⚖️ Bu gün hər maddəsi ədalətdən yaranan konstitusiyamızın yaranmasından 26 il ötür.

Bu münasibətlə xalqımızı təbrik edir, ölkəmizə firavanlıq və rifah diləyirik! 👏


#KonstitusiyaGünü