Kreativ Azərbaycan
90 subscribers
96 photos
15 videos
321 links
Kreativ Azərbaycan ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı üçün münbit ekosistemi dəstəkləyir.
Download Telegram
André Vicente Gonçalvesi tanıyırsınızmı? Bu portuqaliyalı fotoqraf və səyyah gəzdiyi ölkələrdən çəkdiyi fotoları "Windows of the World" adlı kolleksiyasında toplayır. Bu şəkillərdən bir neçəsini sizə təqdim edirik.

#CreativeAzerbaijan
Yəqin ki, bir şəklin içində həmin şəklin kiçik variantının sonsuz formada yerləşdirilməsini görmüsünüz. Bu format məhz Droste effektidir. Belə adlanmasına səbəb isə bu üslubun ilk dəfə 1904-cü ildə ”Droste" adlı kofe brendinin posterində istifadə olunmasıdır.

#CreativeAzerbaijan
Çoxsaylı hekayələri və dünyanın hər yerindən müxtəlif fotoqrafları nümayiş etdirmək üçün yenidən təşkil olunmuş "2022 World Press Photo" müsabiqəsi üçün qlobal münsiflər heyətinə sədr kimi azərbaycanlı fotoqraf, quruluşçu rəssam Rena Effendi seçilib.

Daha ətraflı: https://creative.az/az/post/658

#CreativeAzerbaijan
9 yanvar tarixində kino sahəsində əhəmiyyətli mükafatlardan biri olan 79-cu ”Qızıl Qlobus" mükafatı keçiriləcək. Hər il 25 nominasiyada təqdim olunan bu mükafat mərasimini “Oskar”ın xəbərçisi kimi adlandırsaq, yanlış olmaz.

#CreativeAzerbaijan
#Kreativ101 rubrikamızda bu gün özündə qədim və zəngin tarixi daşıyan milli rəqslərimizin ritmlərindən söz açacağıq. Ritminə görə Azərbaycan rəqsləri 3 növə bölünür. Onları aşağıda sizinlə bölüşürük:

- ağır, aram;
- yüngül şən;
- cəld.

#CreativeAzerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Ötən həftənin kreativ xəbərlərindən ibarət #HəftəninEkranı 7-ci seriyası ilə qarşınızdadır. Xoş izləmələr! ✌🏻

#CreativeAzerbaijan
#KreativOl rubrikamız bu dəfə qrafik dizaynerlərimiz üçündür. Əgər ana dilimizdə sahənizə uyğun kitablar axtarırsınızsa, sizə çox faydalı 2 kitab tövsiyə edirik. 🤩

#CreativeAzerbaijan
Xoş xəbərimiz var, dostlar! 🤩

Azərbaycan aktrisası və rəssamı, Azərbaycan Respublikasının əməkdar artisti, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə “Leonardo Da Vinci” medalı ilə təltif olunub. O, bu medala BMT-nin İctimai Mükafatlar Şurası (UNCOPA) tərəfindən dünya mədəniyyəti üçün göstərdiyi xidmətlərinə görə layiq görülüb. Əməkdar artistimizi səmimi-qəlbdən təbrik edirik! ✌️

#CreativeAzerbaijan
“Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə hələ də qoşulmamısınızsa, bu xəbər sizin üçündür. Çünki müsabiqənin ilkin mərhələsinin müddəti 31 yanvar tarixinə qədər uzadıldı.

Nəzərinizə çatdıraq ki, müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il dekabr ayının 1-dən elan olunmuşdur. 🎞

#CreativeAzerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Ötən həftənin kreativ xəbərlərindən ibarət #HəftəninEkranı 8-ci seriyası ilə qarşınızdadır. Xoş izləmələr!

#CreativeAzerbaijan
İngiltərənin qabaqcıl bağçılıq xeyriyyə təşkilatı təşkilatı Royal Horticultural Society tərəfindən təşkil olunan “RHS Fotoqrafiya Müsabiqəsi”nə qatılmaq üçün son günlərdir, dostlar. Son müraciət tarixi 1 fevral olan “RHS Fotoqrafiya Müsabiqəsi” həm gənc, həm də yaşlı insanları təbiətə çıxararaq bağların və bitkilərin nə qədər zəngin və ruhlandırıcı olduğunu fotolentə köçürməyə ruhlandırır. Namizədlər 5 fotoşəkil ilə müsabiqəyə müraciət edə bilərlər. Mükafatlar isə aşağıdakı kimidir:

🔸 "RHS Fotoqrafiya Müsabiqəsi"nin qalibi: 5.000 funt sterlinq
🔸 "RHS Fotoqrafiya Müsabiqəsi"nin gənc qalibi: 750 funt sterlinq dəyərində "Wexphoto" vouçerləri
🔸 Kateqoriyalar üzrə mükafatlar

#CreativeAzerbaijan
🎨 Qrafik dizayn sahəsində çalışan kreativ izləyicilərimizə şad xəbərimiz var. Ölkəmizdə artıq bir neçə ildir ki, davamlı keçirilən və böyük maraq cəlb edən "Azerbaijan Design Award" müsabiqəsi sosial şəbəkələrdə 2022-ci ilə dair gözlənilən anonsunu paylaşıb.

Hazırsınızmı? 🤩

#CreativeAzerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Müstəqil rəssam, dizayner, geyim və kino rəssamı Vüsal Rəhim ölkəmizdə çox az tanınan sahənin detallarını bizimlə bölüşdü. Təcrübələrini və biliklərini paylaşaraq gənclərə motivasiyaedici məsləhətlər verdi. Xoş izləmələr!

#CreativeAzerbaijan
Bu gün Ümumxalq Hüzn Günüdür. Heç vaxt unutmadığımız və unutmayacağımız şəhidlərimizi hörmətlə yad edirik.
Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 2023-cü il 6-10 sentyabr arası Nizami Kino Mərkəzində keçiriləcək.

Ətraflı: https://creative.az/az/post/732

#KreativAzərbaycan