Kreativ Azərbaycan
94 subscribers
96 photos
15 videos
321 links
Kreativ Azərbaycan ölkəmizdə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı üçün münbit ekosistemi dəstəkləyir.
Download Telegram
#Oskar-dan şad xəbərimiz var! 💥

"Debüt" studiyasının istehsalı olan "Daxildəki Ada" filmi "Xarici dildə ən yaxşı film" nominasiyasında Azərbaycan filmi olaraq 94-cü Oskar mükafatlarına qəbul edilib.

Qeyd edək ki, 21 dekabr tarixində "shortlist"ə daxil edilmiş 15 film açıqlanacaqdır. Bu uğur münasibətilə filmin istehsalında əməyi olan hər kəsi səmimi-qəlbdən təbrik edirik! 👏
Bədii yanaşması ilə fərqlənən, maraqlı, təsirli 73 qısa filmdən ibarət zəngin proqram ilə 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı 19 noyabrda start götürəcək. 23 noyabra qədər davam edən festivalın təntənəli açılış mərasimi paytaxt Bakıda, Nizami Kino Mərkəzində baş tutacaqdır. 🙂

Qeyd edək ki, bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82 film Yerli müsabiqəyə təqdim edilib.

Gözəl xəbərlərdən biri də festivalın ilk dəfə olaraq bu il “Azərbaycan kinosunda xidmətlərinə görə” Qızıl Nar mükafatını təqdim etməsidir. Bu mükafat hər il xidmətləri ilə seçilən incəsənət xadimlərimizə veriləcək.

#CreativeAzerbaijan
👉 Bu ilin hekayəsi məhz siz ola bilərsiniz! Dostlar, Kulis.az "İlin hekayəsi" müsabiqəsi elan edir! Mövzu və yaş məhdudiyyəti olmadan keçirilən bu müsabiqənin mükafatları ilə sizi tanış edirik:

🥇 Birinci yer - 1000 AZN
🥈 İkinci yer - 800 AZN
🥉 Üçüncü yer - 500 AZN

Daha ətraflı məlumat üçün kreativ.az, həmçinin kulis.az veb-saytına daxil ola bilərsiniz.

#CreativeAzerbaijan
🇦🇿 “Yaradıcılıqda Qırmızı Körpü” Azərbaycan və Gürcüstanın mədəniyyət və yaradıcı sənayeləri arasında yeni əməkdaşlıq platformasıdır. Bu platforma “Kreativ Azərbaycan” portalı və “Kreativ Gürcüstan” təşkilatı tərəfindən birgə yaradılmışdır.
Platforma çərçivəsində müasir visual incəsənət mövzusuna həsr olunan 1-ci müzakirə görüşü “Yarat” Müasir İncəsənət Məkanının tərəfdaşlığı ilə təşkil olunur.
Azərbaycan və Gürcüstandan olan özəl və qeyri-hökumət tərəfdaşlarını bir araya gətirəcək tədbir yaradıcılıq körpüsü vasitəsilə hər iki ölkənin vizual sektorları arasında təcrübə və ideya mübadiləsi, daha sıx işgüzar əlaqələri təşviq etmək məqsədi daşıyır.
Uğurlu təcrübə və ideyalar müzakirə edildikdən sonra görüş zamanı auditoriya tərəfindən ünvanlanacaq suallar da müzakirə olunacaqdır. Tədbir “Zoom” vasitəsilə təşkil olunacaq və “Facebook” vasitəsilə canlı yayımlanacaqdır. İzləyicilər canlı yayıma qoşularaq suallarını ünvanlaya bilərlər.

----------------------------------
🇬🇧 "Red Bridge of Creativity" is a new platform of cooperation between cultural and creative industries of Azerbaijan and Georgia. The platform has been established by Creative Azerbaijan portal and Creative Georgia organisation jointly.
The 1st discussion meeting within the platform, dedicated to contemporary visual art, is organized in partnership with “Yarat” Contemporary Art Space. The event bringing together private and non-governmental stakeholders from Azerbaijan and Georgia aims at sharing practices and ideas, encouraging closer business ties among the visual art sectors of both countries through the bridge of creativity.
After discussing good practices and ideas questions addressed by the audience during the meeting will be discussed as well. The meeting will be held on “Zoom” platform and broadcasted via “Facebook” live stream. Audience can join the live broadcast and address their questions.
📍 Facebook live
⏱️ 11:00 22.11.21

#creativeazerbaijan #creativegeorgia #redbridgeofCreativity
🎨 Əgər kreativ qrafik dizaynersinizsə, bu #müsabiqə sizin üçündür!

Belə ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi İrəvan Dövlət Azərbaycan Dram Teatrı üçün #loqotip müsabiqəsi elan edir. Loqotip İrəvan Dövlət Azərbaycan Dram Teatrının konseptini özündə əks etdirməlidir. Müsabiqədə yaradıcılığına güvənən hər kəs iştirak edə bilər.

1500 AZN mükafatı olan bu müsabiqənin şərtləri və ətraflı məlumat üçün veb-saytımıza keçid edə bilərsiniz. 👇🏻


🌐 www.kreativ.az


#CreativeAzerbaijan
🎨 #Kreativ101 həştaqı altında sizin üçün hər yaradıcılıq sahəsinə uyğun öyrədici məlumatlar paylaşacağıq. İlk olaraq reklam dünyasına aid “viral reklam” anlayışından başlayırıq. “Viral reklam” video və yaxud foto formasında hazırlanan, internetdə, eləcə də sosial media kanalları vasitəsilə şəxsdən şəxsə yayılan bir reklam növüdür. Yayılması virusa bənzədiyi üçün bu reklam növü “viral” adlanır. Qeyd edək ki, bu tip reklamlar son zamanlarda geniş auditoriyaya çatmaq üçün olduqca populyardır.

Bu cür reklamlara nümunə gətirə bilərsinizmi? 🤔


#CreativeAzerbaijan #ViralReklam
Sanki hər zaman qarşısındakı 6 görkəmli söz ustadına xitab edən bu heykəl kimə məxsusdur? 🤔

#CreativeAzerbaijan
"Storytelling"in hekayəsini sizin üçün hazırlamışıq. Veb-saytımıza keçid edərək oxuya və fikirlərinizi bildirə bilərsiniz. 🤩

🔗 Məqaləyə keçid: https://creative.az/az/post/641

#CreativeAzerbaijan
📣 Azərbaycanda ilk dəfə xanımlardan ibarət kamera orkestri yaradılıb. “Mezzo” adlı orkestrin yaradıcısı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Fidan Hacıyevadır. Qeyd edək ki, orkestrin adı Fidan Hacıyevanın səs tembrinə (metso-soprano) uyğun olaraq seçilmişdir. Dəyərli "Mezzo" heyəti, səsiniz yüksəklərdən gəlsin! 🙂 👏


#CreativeAzerbaijan
Noyabrın 24-də Bakıda “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu öz işinə başlayıb. Forum “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşmışdır. Nəzərinizə çatdıraq ki, Beynəlxalq Forumda 15 xarici ölkədən 40-dan çox alim, elm adamı və ekspertlər, eləcə də dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri iştirak edir. 🙂

#CreativeAzerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Yaradıcı sahədə baş verən ən maraqlı xəbərləri sizin üçün toplamışıq. #HəftəninEkranı ikinci bölümü ilə qarşınızdadır. 😎
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "ADA Universitetində" "Peace4Culture" qlobal forumu keçirilir. Tədbirdə bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış qlobal institutların, yerli dövlət qurumları və diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edir. 2 dekabrda 3 plenar iclas əsasında keçirilən forumda aşağıdakı mövzuların müzakirəsi nəzərdə tutulub:

1) “Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, həm də sülhün mədəniyyət üçün nə edə biləcəyini düşün”.
2) "Davamlı sülhsevər cəmiyyətləri və beynəlxalq sülh sistemini necə gücləndirə bilərik?"
3) “Sülh və Təhlükəsizlik Çağırışları: çoxtərəfli əməkdaşlığın qurulması”.

📍 Forum 3 dekabrda iştirakçıların Şuşaya səfəri ilə tamamlanacaq.

#CreativeAzerbaijan
🎨 Yaradıcı dostlarımıza yeni xəbərimiz var. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq məqsədilə “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsini elan edir.


#CreativeAzerbaijan
Bu dəfə #Kreativ101 rubrikamızın kamerası film sahəsində məşhur olan kameo texnikasına tuşlanıb. Kameo filmlərdə insanlar tərəfindən tanınan, məşhur olan bir şəxsin qısa müddət ərzində görünməsidir. Bu texnikanın ən populyar tətbiq edəni isə Alfred Hiçkokdur. O, nə az, nə çox, düz 40 filmində kameodan istifadə etmişdir. Həmin kadrlardan seçmələri sizə təqdim edirik.

#CreativeAzerbaijan
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclasında 2021-ci il kiçik qrant müsabiqəsi elan olunub.
İnsan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, elm, təhsil, mədəniyyət və Azərbaycançılığın təbliği, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial və iqtisadi, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi və s. istiqamətləri əhatə edən 7 istiqamət üzrə qrant müsabiqəsinin elan edilməsi qərara alınıb.
Nəzərinizə çatdıraq ki, qrant müsabiqəsi Agentliyin yeni elektron portalı olan “e-qrant.az” saytı vasitəsi ilə həyata keçiriləcək.

Daha ətraflı ⤵️⤵️⤵️
https://creative.az/az/post/647


#CreativeAzerbaijan
Media is too big
VIEW IN TELEGRAM
#HəftəninEkranı rubrikası 3-cü seriyası ilə yenidən görüşünüzə gəlib. Ötən həftə kreativ dünyada nələr baş verdiyini videomuza baxaraq öyrənə bilərsiniz. Xoş izləmələr! ✌🏻

#CreativeAzerbaijan
8 dekabr Beynəlxalq Rəssamlar Günüdür. Bu gün 2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən təsis edilmişdir. Beynəlxalq Rəssamlar Günü tarixdə iz qoyan rəssamları xatırlatmaq üçün bizə yeni səbəb verir. Onların gözləri ilə tarixə nəzər salırıq, dünyamızın nə qədər gözəl olduğunu bir daha başa düşürük. Bu gün münasibətilə bütün rəssamları təbrik edirik!
Dostlar, bəs sizin sevdiyiniz rəssamlar və rəsm əsərləri hansılardır? 🧐

Daha ətraflı ⤵️⤵️⤵️
https://creative.az/az/post/648

#CreativeAzerbaijan