Azərbaycan Cüdo Federasiyası
2.35K subscribers
11.4K photos
1K videos
2 files
779 links
Azərbaycan Cüdo Federasiyasının rəsmi Telegram hesabı
Download Telegram
Sentyabrın 16-sı Özbəkistan Cüdo Federasiyasının prezidenti Azizjon Komilov cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində olub.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və icraçı vitse-prezident Rəşad Rəsullu qonağa təlim-məşq mərkəzində idmançılar üçün yaradılmış müasir şərait haqqında, həmçinin Federasiyanın ölkəmizdə cüdo idman növünün inkişafı üçün həyata keçirdiyi işlər və layihələr haqqında məlumat veriblər.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışlarının təşkili və hər iki ölkədə cüdonun inkişafını gücləndirmək üçün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin, müasir məşqçilik metodları üzrə təcrübə mübadiləsi və idmançıların inkişaf proqramları əsas əməkdaşlıq sahələri kimi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Özbəkistan Cüdo Federasiyası arasında 2022-ci ilin oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumuna əsasən indiyə qədər 5 qarşılıqlı birgə təlim-məşq toplanışı təşkil edilmiş, hər iki ölkədə keçirilən beynəlxalq yarışlarda idmançıların iştirakı təmin edilmişdir. Bundan başqa, Federasiyalar arasında aktiv qarşılıqlı təcrübə mübadiləsi həyata keçirilməkdədir.
Forwarded from Judo Uz
🇺🇿🤝🇦🇿O`zbekiston va Ozarbayjon dzyudo federatsiyalari o`rtasidagi hamkorlik yangi bosqichga ko`tariladi

🇺🇿Oʻzbekiston milliy olimpiya qoʻmitasi raisi oʻrinbosari, mamlakat dzyudo federatsiyasi raisi Azizjon Kamilov amaliy tashrif bilan Ozarbayjonda boʻldi.

Safar davomida federatsiyamiz rahbari Ozarbayjon dzyudo terma jamoalari markazida ham boʻlib, u yerdagi sharoitlar bilan yaqindan tanishdi. Kamilovga Ozarbayjon dzyudo federatsiyasi vitse-prezidenti Elnur Mamedli hamda ijrochi vitse-prezident Rashad Rasullu hamrohlik qildi.

Uchrashuvda ikki mamlakat dzyudo federatsiyalari oʻrtasidagi oʻzaro hamkorlikni yangi bosqichga olib chiqish, tajriba almashish, murabbiylar, hakamlar uchun seminarlar tashkil etish, dzyudochilarning qoʻshma oʻquv-mashgʻulot yigʻinlarini oʻtkazish kabi masalalar muhokama qilindi.

✍️O‘zbekiston dzyudo federatsiyasi matbuot xizmati!

Obuna boʻling👉
Telegram
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🇦🇿🥋 Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə sentyabr və oktyabr aylarında U-15 və U-18 yeniyetmələr arasında region birincilikləri keçiriləcək.

📆 Təqvimi təqdim edirik⬆️
Forwarded from European Judo Union
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Just under 2 weeks until the Junior World Championships!

Who’s going to claim the top spot? 🥇 🔜 Dushanbe 🇹🇯

#JudoJuniors #EuropeanJudo #WorldChampion

Follow ➡️ @EuropeanJudo
🇦🇿 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günüdür 🇦🇿

Məhz bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Rəşadətli Ordumuzun qətiyyəti ilə Azərbaycanın suverenliyi bərpa olundu!

Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.
📢 Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə sentyabr və oktyabr aylarında region cüdoçuları üçün kəmər dərəcələri üzrə rəsmi imtahanlar təşkil ediləcək. 🥋

İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq.  İmtahana hazırlaşmaq üçün fəndlər cədvəli, videolar və yaş qrupları üzrə cədvəllə bu linkdən tanış ola bilərsiniz. https://www.judo.az/Belt

İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, kəmər imtahanı peşəkarlıq səviyyənin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

📞 İmtahana qeydiyyat ödənişlidir və ACF-in Judo Manager platforması vasitəsilə həyata keçirilir. Qeydiyyatla bağlı daha ətraflı məlumat üçün əlaqə vasitəsi: 050 467 55 04

İmtahanların qiyməti:
Ağ-sarı kəmər - 30 AZN
Sarı kəmər - 30 AZN
Narıncı kəmər - 40 AZN
Yaşıl kəmər - 40 AZN
Göy kəmər - 50 AZN
Qəhvəyi kəmər - 50 AZN

🥋 Kəmər imtahanında iştirak edəcək bütün idmançılara uğurlar arzu edirik!