İxtisas seçimi
14K subscribers
1.39K photos
71 videos
19 files
492 links
Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
📚📚Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak qaydaları

1-ci hissə
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin, tam (11 illik) və ümumi (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışlarını nəşr edib.

Xüsusi buraxılışlar “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti”, “Bədən tərbiyəsi və idman”, “Təsviri sənət/Memarlıq” və “Jurnalistika/İslamşünaslıq” istiqamətləri üzrə 5 adda nəşr edilib.

Jurnallarda xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanının qabiliyyət imtahanı mərhələsi, ixtisaslar üzrə müsabiqə şərtləri, imtahan proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. zəruri materiallar əksini tapıb.

Xüsusi buraxılışlarda həmçinin ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanları haqqında məlumat verilib.

Vəsaitləri DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Qabiliyyət imtahanlarına qeydiyyat başladı. Son tarix 29 may.

Qeydiyyatdan keçmək istəyənlər: 📞 https://wa.me/+994504307781
Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 26-da II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
Link şərhdə yerləşdirilib.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri aşağıdakı keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 46169 nəfərdən 469 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 6 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçıları arasında 16 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Nəticələr: https://eservices.dim.gov.az/2024/netorta/?frm=egov
Daha ətraflı məlumat: https://dim.gov.az/news/13360/
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının adı dəyişdirilərək Azərbaycan İdman Akademiyası olacaq.

Bu haqda Nazirlər Kabineti qərar verib.
🔴2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq Qarabağ Universitetinin bukleti hazırlanıb.

📌Universitetimizdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət, turizm olmaqla 6 fakültə üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu həyata keçiriləcək.

⚪️Universitetimiz haqqında daha ətraflı məlumat üçün bukleti təqdim edirik:

Qeyd: “Qarabağ Universitetinə bu il əcnəbi tələbə qəbulu nəzərdə tutulmayıb."
Bu il tələbə transferləri yeni qaydalarla aparılacaq.
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 
O bildirib ki, transfer pəncərəsi yay aylarında açılacaq.
 
"Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki ilk dəfədir prosesi universitetlərin öhdəliyinə buraxmışıq. Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış edəcəyik" - deyə o qeyd edib. 
Nəticələr saytımıza yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
9 illik bazada ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
Yeni tədris ilindən Qarabağ Universitetində SABAH qruplarına qəbul aparılacaq.
Nəticələr saytımıza yerləşdirilib.

İştirakçılar imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müəllimlərə sosial media hesablarında iş yerinin nüfuzunu aşağı salan səs və videolar paylaşmaq, eləcə də təhsil müəssisəsinin ərazisində siqaret çəkmək qadağan edildi.

Elçin Əfəndi
Sabah imtahan verəcək olan bütün abuturiyyentlərə uğurlar arzu edirik.
İmtahan necə keçdi?
II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.