İxtisas seçimi
12.8K subscribers
1.41K photos
70 videos
19 files
520 links
Abituriyentlər və tələbələr üçün imtahanlarla bağlı xəbərlər. Tələbə qəbulu üzrə formalaşmış keçid balları statistikası üzrə bütün məlumatlar bizim kanallarımızda paylaşılır.
Download Telegram
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanı verəcək abituriyentlər 6 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
Hələdə qeydiyytdan keçə bilməyənlər və ya əlavə sualı olanlar yaza bilər⬇️

📱 https://wa.me/+994504307781
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
2024/2025-ci tədris ilindən etibarən ümumi orta (9 illik) təhsil bazasında Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin “Xoreoqrafiya sənəti” ixtisasına qəbul olmaq istəyən abituriyentlərdən “Xoreoqrafiya” ixtisasına dair dövlət müəssisəsi tərəfindən verilən təhsil sənədi tələb olunacaq.
Abituriyentlərin “Xoreoqrafiya” təhsili haqqında məlumatı (təhsil haqqında sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı) DİM tərəfindən yaradılan “Musiqi məktəbi-məzun” Dövlət Elektron Məlumat Sisteminə daxil edilməlidir. Bunun üçün abituriyent xoreoqrafiya ixtisası üzrə bitirdiyi təhsil müəssisəsinə müraciət etməlidir.
Mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əvvəlki illərin məzunları üçün kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli xarici dil və tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı və buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş əvvəlki illərin IX sinif məzunları üçün imtahan keçirilib. Bundan əlavə, bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi də (birinci cəhd) keçirilib.

Digər imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur. 9 illik baza üzrə imtahanlarda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
Hazırda 11-ci sinif buraxılış imtahanlarının nəticələri ilə bağlı abituriyentlərin müraciətləri araşdırılma mərhələsindədir. 3 və 10 martda keçirilən imtahanlar üzrə apellyasiyanın nəticələrinin eyni vaxtda – mayın 24-dək elan edilməsi nəzərdə tutulub.
14 aprel tarixində keçirilmiş buraxılış və qəbul imtahanlarının nəticələrinin mayın 10-dək olunması nəzərdə tutulur. Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil.
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Abituriyentlər bu gün 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.
📚📚Blok imtahanının birinci mərhələsinə qeydiyyat yekunlaşdı. Statistika bu formadadır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Qabiliyyət imtahanları ilə bağlı “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə çap olunacaq. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı məlumatları bu kitabçalardan əldə edə biləcəksiniz.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. Mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov , əvvəlki illərin məzunları isə https://eservices.dim.gov.az/BRXV/login/login?usdcnt=1&usd=byS%2FSttzEd4%3D linkindən “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsi;

- şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan 20 iyul 2024-cü il tarixində baş tutacaq. Son qeydiyyat tarixi 5 iyun 2024-cü ildir.

Qeyd edək ki, bu kvalifikasiyalar azyaşlıları ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi olaraq hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) və tələb əsasında LinguaSkill imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün https://eservices.dim.gov.az/iexams/az/login.aspx linkinə daxil ola bilərsiniz.

Ətraflı məlumat üçün international@dim.gov.az poçt ünvanına müraciət edə bilərsiniz.
➡️Qarabağ Universitetində təhsil alacaq hər bir tələbə kompyüterlə təchiz olunacaq

Elçin Əfəndi
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 12-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. Mayın 12-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda, 112 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Ətraflı: https://dim.gov.az/news/13273/
➡️Yeni Qayda ilə, Asan login vasitəsi ilə MiQ imtahanına qeydiyyydan keçəmək istəyənlər müraciət edə bilər.

📱 https://wa.me/+994504307781
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Elektron ərizələrin qəbulu 31 iyul 2024-cü il tarixinədək internet vasitəsilə aparılır.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 28 may saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər. Çünki qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat yaxın vaxtlarda başlayacaq və mayın 28-dək davam edəcək. Subbakalavrlar qeyd olunan tarixədək müvafiq komissiya üzrə də qeydiyyatdan keçib qabiliyyət imtahanında iştirak etməlidirlər.
🟥 Yotube kanlımızda "SUBBAKALAVRLAR NECƏ QEYDİYYATDAN KEÇMƏLİDİR? adlı video hazırladım sizlər üçün. Aşğıdaki linkdən daxil olub videoya bilərsiniz.

📹 https://youtu.be/qTIh41RlSKY?si=KwWIaVYbHulFlDNF

🔔Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
‼️ Ölkədə ilk dəfə olaraq növbəti tədris ilindən Naxçıvan Dövlət Universitetində Tibb ixtisası üzrə “SABAH” qruplarında qəbul həyata keçiriləcək.
🇦🇿 Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə sənəd qəbulu üçün qeydiyyat 30 may tarixinədək davam edir.
Müraciət etmək arzusunda olan abituriyentlər respublikanın 13 şəhərində yaradılmış 17 sənəd qəbulu mərkəzlərindən hər hansı birinə yaxınlaşaraq müraciət edə bilərlər.

🔔 Sənəd qəbulu mərkəzlərinin ünvanları ilə Milli Müdafiə Universitetinin rəsmi inrernet saytından tanış ola bilərsiz: www.mmu.edu.az
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
V qrup "Dizayn" ixtisası üzrə xüsusi qabiliyyət tələb etməyən ali təhsil müəssisələrinin adları:

Azərbaycan Dövlət İqtisad Universiteti
Bakı Mühəndislik Universiteti
Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
Naxçıvan Dövlət Universiteti

Bu il isə qeyd olunan ali tahsil müəssisələrinin siyahısında dəyişiklik oluna bilər. Artıq ADA Universiteti də bu siyahıda olacaq.

Xüsusi qeyd: Müvafiq qərar 2024-cü ilin avqust ayında nəşr olunacaq Abituriyent 4 jurnalında öz əksini tapacaq.
⚡️⚡️⚡️
Please open Telegram to view this post
VIEW IN TELEGRAM