İTE Azərbaycan
199 subscribers
371 photos
13 videos
1 file
124 links
Download Telegram
Sabunçu rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Fənnlər üzrə elektron tədris resurslarının hazırlanması" üzrə təlimlər uğurla yekunlaşıb.

Qeyd edək ki, avqust ayından start götürən müxtəlif rayonları əhatən edən layihə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Sabunçu rayonunda təşkil olunan təlimlərə ümumi 19 qrup olmaqla 300-ə yaxın pedaqoji heyəti cəlb olunub.

Fənlər üzrə elektron tədris resurslarının hazırlanması üzrə təlimdə müdavimlərdə mətn redaktorlarından, nəşriyyat sistemlərindən və eyni tipli onlayn platformalardan istifadə etməklə elektron məzmun hazırlamaq bacarıqları formalaşdırılması, onları Artırılmış və Virtual Reallıq anlayışı ilə tanış etmək və öz Artırılmış Reallıq məzmununu hazırlamaları üçün müvafiq bacarıqlara yiyələndirmək hədəflənib.
🇦🇿 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

#18Oktyabr #MüstəqilliyinBərpasıGünü
Əziz informatika fənnini tədris edən müəllimlər!

Sizləri Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən ümumtəhsil müəssisələrində informatika fənnini tədris edən müəllimlərin tədris prosesində qarşılaşdığı çətinlikləri öyrənmək və onların peşəkar inkişafına dəstək olmaq məqsədi ilə apardığı sorğuda iştirak etməyə çağırırıq.

Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirik!

Sorğuya keçid linki: https://bit.ly/3zH5ebz
4 noyabr tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) Monitorinq və Qiymətləndirmə şöbəsinin baş mütəxəssisi, gənc tədqiqatçı, ARTİ Tədqiqat Mentorluq Proqramında fəaliyyət göstərən tədqiqat mentoru, TR Akdeniz Universitetinin Təhsilin İdarəedilməsi, Təftişi, Planlaması və İqtisadiyyatı proqramı üzrə məzunu Gülşən Əlizadənin təqdimatında “Təhsildə elmi tədqiqatların” rolu mövzusunda görüş keçirildi.

Ətraflı:
https://www.facebook.com/450744795087993/posts/pfbid0dtMuhEmBUVe4m5MiRMdXwezs6NzMjNGWBUNDQGiuxZzvnHPz8mnSGfKFSzFq7o1el/
Qalib xalqın şanlı Bayrağı!
Daha coşqun, daha məğrur!
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) Koreya mətbuatında!

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) Cənubi Koreyanın sahibkarlıq universiteti modeli üzrə ixtisaslaşmış qabaqcıl universiteti Hanbat Milli Universiteti ilə qlobal səviyyədə əməkdaşlığı Koreya mətbuatında işıqlandırılıb.

Azərbaycanda sahibkarlıq və texnologiyanın kommersiyalaşdırılması üzrə atılan addımlardan bəhs edilən məqalədə bu ilin 29 oktyabr tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və Hanbat Milli Universitetinin Sənaye-Universitet Əməkdaşlıq Fondunun vitse-prezidenti Conq-in Çoyun iki müəssisə arasında Anlaşma Memorandumunun imzalanmasına xüsusi yer verilib.

Ətraflı: https://www.facebook.com/450744795087993/posts/pfbid02qxwn6JgkjVX1WQYYk8o2cNBbstdjJNjeAf3FqNV6czGegfZoKcfJ4tcyBBDaZW2El/
🇦🇿 Əziz xalqımız, Milli Dirçəliş Gününüz mübarək!

#MilliDirçəlişGünü #17Noyabr
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin İT mütəxəssisi Mahmud Əliyev Huawei Smart Club layihəsində iştirak edib.

Layihə Huawei texnologiya həlləri haqqında biliklər haqqında daha dolğun təsəvvür yaratma, həmçinin İKT bazarında daha yaxşı naviqasiya etmək imkanı vermə məqsədi daşıyır.

Qeyd edək ki, Huawei Smart Club tərəfdaş səriştələrinin, Huawei məhsulları və həlləri haqqında məlumatlılığın inkişafına yönəlmiş təhsil layihəsidir. Layihə çərçivəsində tərəfdaşlar həmfikirlərdən ibarət Huawei Smart Club icmasına qoşulmaq, yeni dostlar qazanmaq, həmçinin unikal məzmuna çıxış əldə etmək imkanı əldə edirlər.

🔗 https://www.facebook.com/450744795087993/posts/pfbid02LytF2HQLVRbKdgL93FVSFsxPYL1jJAr5nRmuS7G2TdMjxFzR19qWQgpHBkyayunUl/?mibextid=Nif5oz

#Huawei #HuaweiSmartClub
🎉🤩 Təlimçimizin növbəti uğuru!

Təlimçimiz Şəlalə Qənbərova YouTube tərəfindən böyük nüfuza malik "Youtube Creator Award"-a layiq görülüb! 100 mindən artıq abunəçini öz ətrafında birləşdirən kanal Youtube "Silver Play Button" ilə təltif olunub.

Şəlalə xanımı bu uğur münasibəti ilə təbrik edirik! Sizin fəaliyyətiniz bizi daim fərəhləndirir. Bizə bu hissi yaşatdığınız üçün və təhsilin inkişafına yönəlik təşəbbüs və töhfələrinizə görə təşəkkür edirik!

Kanala keçid: bit.ly/3U7j66x

🔗 https://www.facebook.com/450744795087993/posts/pfbid0VFKP1Db7TssMg9FQS88GEXidxWKGQCJCinz9wt3e8tnqa35WKsAMcTy6t4UAP1a7l/?mibextid=Nif5oz
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ətraflı: https://president.az/az/articles/view/58005

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

Ətraflı: http://bit.ly/3ASmk6S
Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini böyük hörmət və minnətdarlıqla yad edirik..
😊 Əziz müəllimlər!

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi olaraq sertifikasiya imtahanına hazırlaşan müəllimlərə dəstək məqsədi ilə ödənişsiz onlayn sınaq imtahanları təşkil etməyə davam edirik.

Yaxın günlərdə digər fənlər üzrə də ödənişsiz sınaqların təşkili nəzərdə tutulub.

Qeyd edək ki, təlimçilərimiz tərəfindən Microsoft Teams vasitəsi ilə testlərin izahı nəzərdə tutulub. Görüş barədə məlumat səhifəmizdə paylaşılacaq.

Linkə keçid edərək sınaq imtahanına birbaşa qoşula bilərsiniz.

Kimya

https://forms.office.com/r/nFBnLFm4Dp

Biologiya

https://forms.office.com/r/xfMbKWsydD

Fizika

https://forms.office.com/r/yHNawJvCmc

İştirakçılara uğurlar diləyirik!
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.

Dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, xalqımızın rifahı, elm və təhsil sahəsinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayırıq!
🤩 Bu gün Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevin doğum günüdür.

Ad gününüz mübarək olsun, cənab nazir! Sizə möhkəm cansağlığı, elm və təhsilin inkişafı naminə işlərinizdə tükənməz enerji və uğurlar diləyirik.
‼️ Əziz müəllimlər!

‼️ Kağız üzərində aparılan qiymətləndirməni elektron qiymətləndirmə ilə əvəz edin, əlavə iş yükü və maliyyə xərclərindən, vaxt problemindən azad olun!

Elektron qiymətləndirmə Sizə aşağıdakı imkanlar verir:

İnternetə çıxışı olan hər hansı bir mühitdə təşkili mümkündür
Şagirdlər qiymətləndirmədə özlərini rahat hiss etdikləri şərtlər altında iştirak edir
Qiymətləndirməni başa vuran iştirakçı dərhal nəticəni görə bilir
Valideynlər onlayn platformada keçirilən sınaqların nəticələrini birbaşa müşahidə edə və öz rəylərini bildirə bilir

📢 ITE müəllimlərin qarşılaşdığı çətinlikləri nəzərə alaraq Elektron Qiymətləndirmə üzrə yeni təlimlərə start verir!

Təlimdə nəinki elektron qiymətləndirmənin təşkili üçün alətlərlə tanış olacaqsınız, həm də qiymətləndirmə nəticələrinin avtomatik analizini vahid bazada yığa biləcəksiniz!

https://www.facebook.com/450744795087993/posts/pfbid0ZjG2ho7xe3Fw1D7kkiFTgrPpe1a9HFyZuUusB9sSNDYHYkkizbBnarxAqKEaiS8kl/?mibextid=Nif5oz
🇦🇿🇹🇷 Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maliyyə yardımı göstərib.

Biz Azərbaycan şirkəti olaraq qardaşlıq bağına inanır, Türkiyədəki bacı-qardaşlarımız qarşısında dərin bir vəzifə hiss edirik və yardım səylərini hər cür dəstəkləməyə sadiqik. Bu böhranlı dövrdə Türkiyə xalqının yanındayıq. Yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir və zəlzələdə xəsarət alanların tezliklə sağalmasını diləyirik.
🎉 Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi BrainIMO şirkəti ilə əməkdaşlığa başladı.

Əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inanırıq.

#partnership
Bu gün Azərbaycan ədəbiyyatının klassiki, yazıçı, şair, dramaturq, pedaqoq, publisist, ədəbiyyatşünas, tərcüməçi Abdulla Şaiqin doğum günüdür.

Azərbaycan SSR əməkdar incəsənət xadimi Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri hesab olunur.

O Azərbaycan milli uşaq poeziyasının incilərini yaradıb və yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

#AbdullaŞaiq
Hörmətli izləyicilərimiz,
Paylaşmış olduğumuz 🇫🇮 Finlandiyada baş tutacaq 5 günlük təlim kursu üçün göstərmiş olduğunuz yüksək maraq üçün təşəkkür edirik. Bu, izləyicilərimizin daim özünü inkişaf etdirmək, qloballaşma və beynəlxalq təcrübə əldə etmək istəyindən irəli gəlir ki, bu hal bizi olduqca sevindirir.

Təlimdə iştirak üçün ingilis dili tələb olunur.

Bildirmək istəyirik ki, təlimdə iştirak edəcək olan şəxslər təşkilatçılar tərəfindən seçiləcək.

*Təşkilatçı:*

Eat4Change, WWF Finlandiya (Digərləri)

*Həmtəşkilatçılar:*

WWF Avstriya (Digərləri)
WWF Yunanıstan (Digərləri)
ANP/WWF Portuqaliya (Digərləri)

Müraciət üçün: https://www.salto-youth.net/tools/european-training-calendar/training/eat4change-train-the-trainers-ttt-training.11364/

📌 İTE olaraq bu qəbildən beynəlxalq layihələri paylaşmağa və Sizi məlumatlandırmağa davam edəcəyik. Bizi sosial şəbəkə hesablarımızdan izləməyi unutmayın.