İctimai Səhiyyə və İslahatlar Mərkəzi
78 subscribers
2.81K photos
202 videos
413 links
Public Health and Reforms Center
Download Telegram
“Qurd xəstəliklərinin profilaktikası” mövzusunda maarifləndirici tədbirlər keçirilib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Bakı şəhəri üzrə 181, 216, 253, 285, 298 nömrəli məktəblərdə şagirdlər üçün maarifləndirici tədbirlər təşkil olunub. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilən tədbirlərdə şagirdlərə sağlamlığın qorunması, gigiyena qaydalarına riayət olunması ilə bağlı ətraflı məlumat verilib.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdir müavini Lətafət Dadaşova geniş təqdimatla çıxış edərək, şagirdlərə qurd xəstəlikləri, sağlam həyat tərzi seçməyin üstünlükləri, gigiyena qaydalarına riayət etməyin vacibliyi izah edilib. Onlara zərərli vərdişlərdən uzaq durmaq, sağlam və düzgün qidalanmaq, qida təhlükəsizliyinə əməl etmək tövsiyə olunub.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim edilib.
👍1
“Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici görüş keçirilib

Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Bakı şəhəri 214 nömrəli məktəbdə valideynlər üçün “Həyatının memarı sən özünsən” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, iştirakçıları sağlam həyat tərzi seçməyə çağırıb.
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova təqdimatla çıxış edib. O, iştirakçılara zərərli vərdişlərin fəsadları barədə ətraflı məlumat verib. İştirakçılara zərərli vərdişlərdən uzaq olmaq, sağlam qidalanmaq və hər gün fiziki aktivliyə vaxt ayırmaq tövsiyə edilib.
Yekunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və onlara İSİM tərəfindən hazırlanaraq çap edilən maarifləndirici materiallar təqdim olunub.
Kürdəxanı Sağlamlıq Mərkəzində 24-30 aprel Ümumdünya İmmunlaşdırma Həftəsi çərçivəsində tədbirlər keçirilib
Şagirdlərə reproduktiv sağlamlığın qorunması ilə bağlı ətraflı məlumat verilib