isayevios 🇦🇿
23.4K subscribers
14.1K photos
8.78K videos
13 files
17.8K links
Operativ məlumat və xəbər kanalı

Xəbər və əməkdaşlıq üçün 👉 @isayevios_admin
Download Telegram
⚡ 🚇 Bakı metrosunda texniki xəta səbəbindən qatarların hərəkətində qısamüddətli yubanmalar yaranıb.

▪️ Mühafizə sistemi işə düşdüyündən Qırmızı xətdə qatarlar ehtiyat sistemlə idarə olunub.

▪️ Yaşıl və Bənövşəyi xətlərdə hərəkət normal davam edib.

▪️ Texniki nasazlıq 5 dəqiqə ərzində aradan qaldırılıb. Hazırda Qırmızı xətdə qatarlar pik saat qrafiki ilə hərəkət edir.
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿🇻🇳 Vyetnamda İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə “Ey Vətən” mahnısı Azərbaycan dilində səsləndirilib

Görüntünü Prezidentin köməkçisi Hikmət Hacıyev "X" hesabında paylaşıb
1
Media is too big
VIEW IN TELEGRAM
‼️7 nəfər narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına görə saxlanılıb
Forwarded from Operativ Media
⚡️Ermənistanın Baş naziri Nikol Paşinyan:

● Sabah TRIPP layihəsinin rəsmi olaraq istifadəyə verildiyini elan edəcəyik.

● Enerji və elektrik enerjisi tranziti bu layihənin çox vacib hissəsidir.

● Şəbəkəmizi Türkiyə və Azərbaycanın elektrik şəbəkələri ilə birləşdirəcəyik.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇻🇳 İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam və xanımının adından təşkil olunan rəsmi ziyafətdə çıxışından görüntülər.
🚨🇩🇪 Almaniyada kilsədə 19 nəfər dəm qazından zəhərlənib

Hadisə Almaniyanın cənubunda, Bad-Qryonenbax regionunda baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, binanın istilik sistemindəki nasazlıq qaz sızmasına səbəb olub.

Zəhərlənən 19 nəfərin hamısı xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir.

⚠️ Qeyd edək ki, dəm qazı rəngsiz və qoxusuz olduğundan xüsusi detektorlar olmadan aşkar edilməsi çətindir. Qapalı məkanlarda toplanması ağır zəhərlənməyə və ölümə səbəb ola bilər.
🇦🇿🇺🇸 İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib.

🔹 Prezident 2026-cı ilin Azərbaycan-ABŞ münasibətləri baxımından tarixi il olduğunu bildirib və Cey. Di. Vensin səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasının əhəmiyyətini vurğulayıb.

🔹 ABŞ rəsmisi Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunan nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik edib və Donald Trampın rolunu qeyd edib.

🔹 Görüşdə iki ölkə arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı səfərlər müzakirə olunub.
Cəmi 150 manat çatışmır

✅ İbrahim balamızın 1-ci prosedurunun məbləği köməkliyinizlə toplandı. Hər kəsə Təşəkkür edirik

İndi ikinci prosedur üçün yığım elan edirik

👦 Hüseynov İbrahim, 4 yaş

🩻 Diaqnoz: Medulloblastoma

◆ İbrahim hazırda Ankarada yerləşən Hacettepe Xəstəxanasında müalicə alır.

◆ Protokola uyğun olaraq ona hər ay kimyaterapiya tətbiq edilir və qan köçürülür.

◆ Hazırda vəziyyəti ağır, lakin stabildir.

♦️Valideynləri övladlarının müalicəsini davam etdirməsi üçün əllərində olan hər şeyi satıblar.

♦️Təəssüf ki, növbəti müalicə prosedurlarını qarşılamaq üçün artıq ciddi maddi çətinlik yaşayırlar.

🩺 Qeyd edək ki, hər bir müalicə prosedurunun dəyəri təxminən 3 000 AZN təşkil edir. İlk prosedurun məbləği toplanıb.

‼️Çatışmayan məbləğ: 150 man

Ailə dəstək üçün müraciət edib

Yardım üçün:

5411245306044689

M10 ilə yardım üçün:
552377977

Yardım etmiş şəxslərin çeki @isayevios_admin -ə göndərməsi arzuolunandırk
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇹🇷🌍 COP31-in yekun iclasında gərgin anlar yaşanıb

🔸 Türkiyənin Antalya şəhərində keçirilən sammitdə COP31 prezidenti Murat Kurum çıxış edərkən BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı katibi Simon Stiell onun arxasına yaxınlaşaraq danışmağa çalışıb.

🔸 Kurum buna “Simon, zəhmət olmasa, əyləş” sözləri ilə reaksiya verib.

🔸 “The Guardian”ın məlumatına görə, hadisədən sonra Qana nümayəndəsi çıxış edərək ölkələrə qarşılıqlı hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

⚠️ Sammit fosil yanacaqlar və iqlim maliyyələşdirilməsi ilə bağlı fikir ayrılıqları fonunda başa çatıb. İştirakçı ölkələr əsas yekun sənəd üzrə razılığa gələ bilməyiblər.
❗🇺🇸🇷🇺 Tramp “Truth Social” sosial şəbəkəsində Çinin Şençjen şəhərində onunla Putin və Si Szinpinin görüşünə həsr olunan fotolar paylaşıb.

Fotolardan birində Trampın Rusiya Prezidenti Vladimir Putinlə ələ sıxışması əks olunub. Tramp bu fotonu “Mənim dostum” sözləriylə paylaşıb.

Tramp həmçinin Çin lideri Si Szinpinlə fotosunu “dostlar”, 1943-cü il SSRİ, Britaniya və ABŞ liderlərinin Tehran konfransından olan görüntünü isə “Böyük güclər – 1945, 2026” başlığı ilə yayımlayıb.

Tramp bundan öncə də Putini dəfələrlə “dost” adlandırıb. Şençjen görüşündən öncə sualları cavablandıran ABŞ lideri Putinlə çox yaxşı münasibətlərinin formalaşdığını deyib.

Onun bu açıqlaması bəzi avropalı siyasətçilərin tənqidinə səbəb olub.
🇦🇲‼️Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib.

Sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇮🇹 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər naziri Antonio Tayanini qəbul edib.
isayevios 🇦🇿
🇦🇿🇮🇹 İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər naziri Antonio Tayanini qəbul edib.
🇦🇿🇮🇹 SOCAR İtaliyada yanacağın bahalaşmasının qarşısını almağa kömək edib.

Azərbaycanın SOCAR şirkəti İtaliyadakı yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının qiymətinə yuxarı hədd müəyyən edib. Bu addım ölkədə yanacağın qiymətinin əlçatan səviyyədə saxlanmasına imkan verib.

Bunu İtaliyanın baş nazirinin müavini, xarici işlər naziri Antonio Tayani Bakıda keçirilən biznes forumunda bildirib.
isayevios 🇦🇿
🇦🇲‼️Ermənistanın yeni Konstitusiyasının layihəsi dərc edilib. Sənəddə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.
🇦🇲 Ermənistanın “Güclü Ermənistan” fraksiyası ölkənin yeni Konstitusiya layihəsinin əleyhinə çıxış edib.
‼️Bu gündən TRIPP layihəsinin praktiki mərhələsinə başlanılıb
Forwarded from Operativ Media
⚡️Ceyhun Bayramov: Ermənistanın yeni konstitusiya layihəsində Azərbaycana qarşı ərazi iddialarının yer almamasını müsbət qiymətləndiririk.
🇦🇿🇺🇸 Prezident İlham Əliyev TRIPP layihəsinin (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) fəaliyyətə başlaması ilə bağlı ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

Dövlət başçısı bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Donald Tramp isə TRIPP layihəsinin həyata keçirilməsi istiqamətindəki fəaliyyətinə, həmçinin onun Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi təşəbbüsünə görə İlham Əliyevə minnətdarlığını bildirib.