isayevios 🇦🇿
32.6K subscribers
10.5K photos
6.79K videos
10 files
11K links
Operativ məlumat və xəbər kanalı ✌️

Reklam üçün 👉 @isayevios_admin
Download Telegram
isayevios 🇦🇿
ABŞ kəşfiyyatı İsrailə Yəməndən gözlənilən hücumla bağlı xəbərdarlıq edib t.me/isayevios
Yəmən Silahlı Qüvvələrinin rəsmi sözçüsü Yəhya Sari:

“Hayfa və Təl-Əvivin xatirə şəkillərini çəkin!”

t.me/isayevios
Boris Conson Trampın Ukrayna ilə bağlı mümkün sülh planını açıqlayıb

Keçmiş baş nazir qeyd edib ki, belə bir plan “Ukrayna və Qərb üçün düzgün şərtlərlə müharibəni bitirə bilər” və Tramp başa düşür ki, Ukrayna üçün məğlubiyyət ABŞ və dünya üçün fəlakətli nəticələr verə bilər.

Böyük Britaniyanın keçmiş baş nazirinin sözlərinə görə, ABŞ prezidentliyinə hazırkı namizədin təklif edə biləcəyi plana aşağıdakı məqamlar daxildir:

▪️23 fevral 2022-ci il tarixində Ukrayna ərazilərinin sərhədlərə qaytarılması və Krımın Rusiyanın nəzarətində qalması.

▪️Ukraynanın Aİ və NATO-ya daxil olmasına zəmanət.

▪️Ukrayna ordusu ABŞ-ın AB-dəki bazalarında təxminən 70 min amerikalı əsgəri əvəz edəcək ki, bu da Amerika "vəsaitlərinə" əhəmiyyətli dərəcədə qənaət edəcək.

t.me/isayevios
Gürcüstan ərazisində 4,7 maqnitudalı zəlzələ olub.

Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək məlumat daxil olmayıb

t.me/isayevios
Forwarded from Operativ Media
⚡️Ermənistan NK: Azərbaycana bir daha atəşkəs pozulması hallarının araşdırılması mexanizmini yaratmağı təklif edirik
Çanaqqalanın Ezine rayonunda 4,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ İstanbulda hiss edilib

t.me/isayevios
🇦🇿🇦🇲 Ceyhun Bayramov Ermənistanla şərti sərhəddə baş verən son atəşkəs rejiminin pozulmasını şərh edərkən:

"Bu cür təxribat Ermənistan üçün yaxşı heç nə vəd etmir".

t.me/isayevios
🇬🇪🇺🇸 Gürcüstanın baş naziri İrakli Kobaxidze: “Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibə daha tez bitəcək və regionumuz tez sakitləşəcək ki, bu da konkret olaraq Gürcüstana münasibəti dəyişəcək. Bununla bağlı deyilə biləcək yeganə şey budur. Qalanı Amerika xalqının seçimidir. Amerika xalqı kimin Birləşmiş Ştatların prezidenti olacağına qərar verməlidir”.

t.me/isayevios
Media is too big
VIEW IN TELEGRAM
‼️🔥 FHN: Xırdalan şəhəri H.Aslanov küçəsində yerləşən 14 mərtəbəli binanın şaxtası boyunca elektrik naqilləri yanıb, sakinlər təxliyə edilib

t.me/isayevios
Xalq artisti Hacı İsmayılov Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilib

t.me/isayevios
DİN: Paytaxtın Suraxanı rayonunda azyaşlını girov götürüb öldürəcəyi ilə hədələyən şəxs zərərsizləşdirilib.

Axtarışda olan, əvvəllər hərbi və digər cinayət əməllərinə görə məhkum olunmuş X.Əhmədov saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb, müqavimət göstərib, uşağı girov götürərək boğaz nahiyəsinə soyuq silah dayayaraq onun həyatına təhlükə yaratmaqla qeyri-adekvat hərəkətlərini davam etdirib.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sonuncu buna məhəl qoymadığından ətrafda olan şəxslərin və azyaşlının təhlükəsizliyi nəzərə alınaraq, X.Əhmədova polis əməkdaşları tərəfindən xidməti silah tətbiq edilərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

t.me/isayevios
Forwarded from Papirus
❗️🇺🇸 Respublikaçı konqresmen Lauren Boebert bazar ertəsinin sonuna qədər ABŞ prezidenti Baydenin sağ olduğuna dair sübut tələb edəcəyini deyib.
Keçmiş diplomat Emin İbrahimov saxlanıb

DİN-dən bildirilib ki, 1981-ci il təvəllüdlü Emin İbrahimovla 1987-ci il təvəllüdlü bir vətəndaş arasında şəxsi zəmində mübahisə yaranıb.
Nəticədə E.İbrahimov vətəndaşa bıçaqla xəsarət yetirib. E.İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Emin İbrahimov Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyində və başqa qurumlarda çalışıb.

t.me/isayevios
Prezident yaxın qohumlar arasında nikahı qadağan edən Ailə Məcəlləsinə dəyişikliyi təsdiqləyib.

Bununla yanaşı ölkədə qanunsuz yaşayan əcnəbilərin Azərbaycan vətəndaşı ilə nikaha girməsi qadağan edilib.

t.me/isayevios
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ağadadaş Ağayevin iştirakı ilə bu gün baş verən davanın videokadrları yayılıb.

Xalq artistinin baltanı kadrdan kənarda olan adama necə atdığı və daha sonra onunla əlbəyaxa olduğu görünür.

Məlumata görə, müğənninin tanınmış klinikalardan birinin mühafizəçisi ilə münaqişəsi yaranıb.

Bildirilir ki, səbəb ifaçının eyvanından həkim çağırmaq istəyini klinika mühafizəçisinin rədd etməsi və xalq artistinin özünün klinikaya gəlməsinin tələb edildiyi cavabı olub.

Ağayevin atdığı balta isə klinikanın xanım işçisinə xəsarət yetirib və o, hospitallaşdırılıb.

t.me/isayevios
Prezident İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqləyib.

Yetkinlik yaşına çatmayanların toy və nişanlarını keçirənlər 13 min manatadək cərimələnəcək.

İctimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin keçirilməsinə görə:

• fiziki şəxslər - 1 000-1 500 manatadək,
• vəzifəli şəxslər - 3 000-4 000 manatadək,
• hüquqi şəxslər - 6 000-9 000 manatadək məbləğdə cərimə ediləcək.

Hallar təkrarlanarsa, cərimə 13 000 manatadək arta bilər.

t.me/isayevios
isayevios 🇦🇿
Ağadadaş Ağayevin iştirakı ilə bu gün baş verən davanın videokadrları yayılıb. Xalq artistinin baltanı kadrdan kənarda olan adama necə atdığı və daha sonra onunla əlbəyaxa olduğu görünür. Məlumata görə, müğənninin tanınmış klinikalardan birinin mühafizəçisi…
DİN: İyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini A. Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini əlindəki balta ilə onu hədələdiyini bildirib.

N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.

t.me/isayevios
Prokurorluq: İyulun 22-də Bakı-Xırdalan-Sumqayıt marşrutunda hərəkətdə olan qatarın Xırdalan şəhəri ərazisindən keçən zaman yetkinlik yaşına çatmayan şəxsi vurması və sonuncunun aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

t.me/isayevios
Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı mümkün qədər tez tərk etməyə çağırır

t.me/isayevios
🇦🇲🇺🇸 ABŞ Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsini təyin etməyi planlaşdırır.

Vaşinqton ABŞ-Ermənistan münasibətlərini gücləndirməklə yanaşı, təhlükəsizlik sektorunun idarəolunma imkanlarını genişləndirməkdə Ermənistana dəstək verəcəyini bildirib.

Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

t.me/isayevios