isayevios 🇦🇿
32.6K subscribers
10.5K photos
6.79K videos
10 files
11K links
Operativ məlumat və xəbər kanalı ✌️

Reklam üçün 👉 @isayevios_admin
Download Telegram
Qvatemalada 6,4 bal gücündə güclü zəlzələnin baş verdiyi an təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Qvatemalada Santyaqo vulkanı püskürüb.

t.me/isayevios
🇦🇿 Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Məhərrəm Əzizovun və Hikmət Əliyevin meyitlərinin qalıqları Ağdam rayonunda dəfn olunub

Mülki şəhid Məhərrəm Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də - Ağdam şəhəri işğal olunan zaman itkin düşüb.

1974-cü ildə Ağdam rayonunun Mərzili kəndində anadan olan Hikmət Əliyev Birinci Qarabağ müharibəsində Ağdam cəbhəsində gedən döyüşlərdə iştirak edib. 1993-cü il iyulun 23-də döyüşlərdə itkin düşüb.

Hər iki şəhidin meyitlərinin qalıqları Ağdam rayonunun Sarıcalı kəndi ərazisində kütləvi məzarlıqda aşkarlanıb.

t.me/isayevios
🇦🇿🇨🇳 Mayın 15-də Çinin Nankin şəhərində Azərbaycan Ticarət Evinin açılışı olacaq.

t.me/isayevios
Media is too big
VIEW IN TELEGRAM
🇦🇿 DİN: Ölkəyə 61 kiloqram narkotik maddə gətirən Astara rayon sakinləri saxlanılıblar.

t.me/isayevios
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
Qarabağda qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan
barəsində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

t.me/isayevios
Prezident ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident ATƏT-in sədrinə bildirib ki, ATƏT Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

İlham Əliyev həmçinin əlavə edib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır.

t.me/isayevios | OM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚽️🇦🇿 Sabirabad rayonunda kəndlər arasında keçirilən futbol çempionatında maraqlı anlar yaşanıb.

“Yenikənd” komandası ilə “Qəzli” arasında baş tutan oyunda hakim penalti təyin etsə də, sonradan telefonda epizodun təkrarına baxıb.

Yerli "VAR" vasitəsilə təkrar penalti ləğv edilib.

t.me/isayevios
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇬🇪 Gürcüstan parlamentində “xarici agentlər haqqında” qanuna görə dava düşüb.

t.me/isayevios
🇦🇿🇨🇭🇦🇲 Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər

t.me/isayevios
🇺🇦🇹🇷 Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb

t.me/isayevios
Forwarded from Operativ Media
DİN: Lənkəranda qohumuna pul köçürmək istəyən ahıl kişidən pulu alaraq öz kartına göndərən şəxs saxlanılıb
İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını çıxarmağı xahiş edib.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov təsdiqləyib.

Onun sözlərinə görə, Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarının çıxarılması haqqında qərar qəbul edilib.

Bortnikov onu da bildirib ki, Rusiya sərhədçilərinin bir hissəsi Ermənistanda qalacaq, onlar Ermənistanın Türkiyə və İranla sərhədini qoruyacaqlar.

t.me/isayevios | apa
🇦🇿🇦🇿 Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda Xətai rayonu ərazisində yerləşən məktəblərdən birində mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun öldürülməsi barədə birgə məlumat yayıb.

N.Mehdinin cari ilin may ayının 9-da itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Mehdinin qeyd olunan tarixdə saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən paytaxtın Xətai rayonu ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə və Xəzər rayonu ərazisində basdırılmasına əsaslı şübhələr müəyyən edilib.

Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq prokuror-kriminalistin və ekspert iştirakı ilə çıxarılıb, iş üzrə zəruri ekspertizalar təyin olunmaqla intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

t.me/isayevios
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
⚜️ DSX: May ayının 14-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 12 nəfər (8-i azyaşlı uşaq), saat 02:10-da isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 24 nəfər (16-sı azyaşlı uşaq) Azərbaycan vətəndaşı sərhəd naryadının sayıqlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

t.me/isayevios
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Mayın 10-11-də Qazaxıstanda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri görüşüb.
Növbəti köç karvanı Şuşa şəhərinə çatıb

t.me/isayevios
🇺🇸🇬🇪 Ağ Ev: ABŞ Gürcüstanda "xarici agentlər haqqında" qanun layihəsinin qəbul ediləcəyi təqdirdə, bu ölkə ilə münasibətləri əsaslı şəkildə dəyişə bilər.

t.me/isayevios
🇳🇨🇨🇵 Yeni Kaledoniyada iğtişaşlar başlayıb.

Kaledoniyalılar həftələrdir ki, konstitusiya islahatına və regionun yenidən müstəmləkələşdirilməsinə qarşı səfərbər olub.

Paris komendant saatı tətbiq edib və adaya xüsusi təyinatlılar və dörd polis bölməsi göndərib.

Qarşıdurmalar zamanı 11 polis əməkdaşı və 35 yanğınsöndürən yaralanıb.

Son zamanlar Yeni Kaledoniyanın Fransadan ayrılması ideyası populyarlıq qazanıb. Yerli parlamentdə 28 deputat bu ideyanın əleyhinə, 26 deputat lehinədir.

t.me/isayevios